ŞƏTƏL

I
(Qax, Quba, Oğuz, Şamaxı)
bax şatal I. – Şətəli ləzgilər giyir (Qax)
II
(Ağdam, Astara, Bakı, Böyük Qarakilsə, Cəlilabad, Əli Bayramlı, Lənkəran, Oğuz, Salyan, Tovuz)
nadinc, dəcəl <uşaq>. – Bu şətəl beş gün bizdə qalsa evi xaraba qoyar (Lənkəran); – Murad çox şətəl uşaxdı (Salyan); – Yaman şətəl uşağsən, heş sözə baxmeysən (Cəlilabad)
III
(Bakı, Xanlar, Qazax, Laqodexi, Tovuz)
əngəl, ziyan, maneçilik
◊ Şətəl qatmax (Ağdam, Bərdə) – mane olmaq, maneçilik etmək. – Sən mənim işimə şətəl qatmasaη bağrıη çatdar (Ağdam); – Sən na:x yerə bu işə şətəl qatırsaη (Bərdə). Şətəli dəyməx’ (Xanlar, Qazax) – ziyanı dəymək, xətası dəymək. – Buradan get, şətəliη bizə dəyər (Qazax); – Əlinin şətəli bizə dəydi (Xanlar). Şətəli keşməx’ (Xanlar, Tovuz) – ziyanı dəymək, xatası dəymək. – Şətəli sənnən keşdi, yoxsa razılaşmışdıx (Tovuz); – Mənnən nəyrazı olmaynan, şətəl ya sənnən keçir, ya da qardaşınnan (Xanlar)
ŞƏTƏ
ŞƏTƏLƏMƏY
OBASTAN VİKİ
Şətəl qalası
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.

Digər lüğətlərdə

во́ды вро́де того́ чтоб перекача́ть присыха́ть пропесо́чить следи́ть бараба́нные перепонки трещат у кого-л бедуи́нский беспа́русный во́йлочный джо́йстик жест с пе́ной на губах спра́вный змея кневен bounce back disfranchise Eastern States greasily Tuesdays банджо индонезийка скоропортящийся трофический