Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saratov
Saratov (rus. Сара́тов) — Rusiya Federasiyasının Avropa hissəsinin cənub-şərqində regional əhəmiyyətli şəhərdir. Saratov vilayətinin şəhər statuslu inzibati mərkəzidir.Saratov şəhəri Volqa bölgəsinin mədəniyyət, iqtisadi və təhsil mərkəzidir.Rusiya Federasiyasıda iyirmi ən böyük milyonçu şəhərlərindən biridir, eyni zamanda əhalisi 1,2 milyon nəfəri keçən Saratov aqlomerasiyasının mərkəzidir. Volqoqrad su anbarının sağ sahilində Saratovka çayı və Engels şəhəri ilə üzbəüz yerləşir.Saratovdan Volqoqrada qədər olan məsafə 389 km, Moskvaya qədər 858 km və cənub-şərqdə yerləşən Samaraya qədər olan məsafə isə 442 km-dir. 1590-cı ildə, orta əsrlərdə mövcud olan Qızıl Ordu dövlətindən qorunmaq üçün Fyodor İvanoviçin hakimiyyəti dövründə Rusiya dövlətinin cənub sərhədlərini qorumaq üçün bir keşikçi qalası olaraq quruldu.18-ci əsrin ikinci yarısında balıq və duz ticarətinin, 19-cu əsrdən isə taxıl ticarəti mərkəzlərindən biri oldu. 1780-ci ildən bəri isə vilayət şəhəri olaraq qaldı. 20-ci əsrin əvvəllərində Volqa bölgəsində əhali baxımından ən böyük şəhər idi.1909-cu ildən universitet fəaliyyət göstərir. Saratov- çoxsaylı sənaye, mədəni və təhsil müəssisələri olan çoxfunksiyalı bir mərkəzdir. Tarixi mərkəzdə şəhər və regional idarələr (19-cu illərin sonu - 20-ci əsrin ortalarında tikilmiş binalar kompleksi); teatrlar: opera və balet teatrı (1875), dram teatrı(1803), gənc tamaşaçılar teatrı (1918),konservatoriya (1912), sirk (1876), filarmoniya (1937); muzeylər: Saratovdakı A.N.Radişev İncəsənət Muzeyi (1885), K.A.Fedinin Muzeyi (18-ci əsrin əvvəllərinə aid bina), Nikolay Çernışevskinin Muzey-Mülkiyyəti (19-cu əsrin əvvəlləri); Trinity Katedralı (17-ci əsrin sonları);və s. 18-ci illərin sonu - 20-ci əsrin əvvəllərin aid federal və regional əhəmiyyətli çoxlu sayda memarlıq abidələri mövcuddur.
Svaroq
Svaroq — slavyanların səma panteonunun tanrılarından biri. Adətən Svaroqu odla və səma ilə, eləcə də səma odu ilə əlaqələndirirlər. Qədim xalqlarının əksəriyyəti ndə belə bir inam hökm sürmüşdür ki, yerdəki od səma odundan yaranır. Təsdüfi deyil ki, şərqi slavyanların mifologiyasında yer odunun ruhu Svaroqun oğlu — Svarojiç adlandırılmışdır. Svaroq ikinci oğlu Dajboq slavyan mifologiyasında geniş şəkildə məlumdur. Onlar səma odunu və Günəşin istiliyini təcəssüm etdirərək bütün canlılara həyat verir. Səma tanrısı (səma atası) Svaroq qədim köklərə malikdir. Qədim hind sözü olan "svarqa" iki hissədən: "svar" — səma, işıq və "qa" hərəkət etmə -sözlə, ümumiyyətlə səmanı deyil, Günəşin səmada gündüz hərəkət yolunu ifadə edirdi. Sonralar Svaroq təxminən yunan tanrısı Urana muvafiq gəlirdi. O ən qədim mifik zamana aid edilirdi və Uran kimi dünya yarandıqdan sonra öz yerini allahların növbəti nəslinə verməli olurdu.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Varto
Varto (türk. Varto; kürd. Gimgim) — Muş ilinin ilçəsi. Akdoğan gölü rayonun şərqində yerləşir.
Saratov vilayəti
Saratov vilayəti (rus. Саратовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Saratovda azərbaycanlılar ilk dəfə 17-ci əsrdə peyda olublar. Onlar əsasən buraya ticarət məqsədilə müvəqqəti olaraq gəlirdilər. 20-ci əsrin 50-60-cı illərindən etibarən isə bura gələn azərbaycanlıların sayında artım yarandı. SSRİ dövründə Saratova gələn azərbaycanlılar əsasən orduda xidmət etdikdən sonra burada təhsil və iş məqsədilə, habelə evlilik nəticəsində qalanlar idi. Lakin azərbaycanlıların ən böyük axını 90-cı illərdə baş vermişdir. Mərkəzi hakimiyyətin dağılması nəticəsində və həmçinin Qarabağ müharibəsinin Azərbaycana vurduğu böyük ziyan nəticəsində ölkədə iqtisadiyyatın vəziyyəti ağırlaşdı, çoxlu sayda insan iş məqsədilə digər ölkələrə üz tutmağa başladılar. Rəsmi rəqəmlərə görə Saratov vilayəti ərazisində 1979-ci ildə 2658 nəfər, 1989-ci ildə 10.610 nəfər, 2002-ci ildə isə 16.417 nəfər azərbaycanlı yaşayırdı.
Vəfalı Suvarov
Aleksandr Starkov
Aleksandr Starkov (latış. Aleksandrs Starkovs‎; 26 iyul 1955) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. SSRİ idman ustası. IV dərəcəli "Üç Ulduz" ordeni zabiti. == Klub karyerası == Latviya futbolunun yetirməsidir. İlk məşqçisi Bronislav Lipşans olub. Peşəkar futbolçu karyerasına 1973-cü ildə, doğma şəhəri Madonanı təmsil edən "RPİ" komandasında başlayıb. 3 mövsüm burda çıxış etdikdən sonra, respublikanın əsas komandası olan Riqanın "Dauqava" komandasına cəlb edilir. 1977-ci ildə Moskvanın "Dinamo" klubunun nümayəndələri Starkovun oyununu bəyənərək komandalarına dəvət ediblər.
Aaron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Aron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Corc Sarton
Corc Sarton (ing. George Alfred Leon Sarton; 31 avqust 1884[…], Gent – 22 mart 1956[…], Kembric, Massaçusets) — Belçika əsilli Amerikalı kimyagər və tarixçi. 31 Avqust 1884-cü ildə Belçikanın Gent şəhərində dünyaya göz açmışdır. O, 72 il məhsuldar həyat sürdükdən sonra, 22 Mart 1956-cı ildə ABŞ-nin Massaçusets əyalətinin Kembric şəhərində gözlərini dünyaya əbədi yummuşdur. Belçikanın görkəmli yazarı, məşhur şərqşünas və elm tarixinin tanınmış siması elə bir alim idi ki, hərtərəflilik və əhatəlilik nöqteyi nəzərindən müxtəlif elmlərin tarixi sahəsində kimsə onun zirvəsinə çatmamışdır. Onun həyat və yaradıcılığı haqqında ən dəqiq və cəlbedici əsərlərdən biri də, C.Sartonun qızı Amerikalı nasir və nazim (yazıçı və şair) May Sartonun (1912–1995) 1959-cu ildə atası haqqında yazdığı " Knew a Phoenix: Sketches for an Autobiography" kitabıdır. == Təhsili == O, öz təhsilinə Gent Universitetinin Fəlsəfə fakültəsində başlamış və müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca riyaziyyat, fizika və kimya elmlərini öyrənməyə maraq göstərmiş və bu istiqamətdə yönəlmişdir. 1911-ci ildə "İ.Nyuton mexanikasının əsasları" mövzusunda dissertasiya işini yazmış və doktorluq dərəcəsi almışdır. Məhz bu tədqiqatına görə, Belçikanın dörd universiteti onu müxtəlif elmi ordenlərlə təltif etmişlər.[mənbə göstərin] C.Sartonun elm tədqiqatçısı və tarixçisi kimi formalaşmasına Jules Tanneri və Anri Puankare adlı iki alim, ciddi təsir etmiş və elmi axtarış ruhiyyəsinin təşəkkülündə köməkçi və katalizator rolunu oynamışdır.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Stanislav Şvarts
Stanislav Şvarts (1 aprel 1919 və ya 1919, Dnepr – 12 may 1976 və ya 1976, Sverdlovsk) — Sovet zooloqu və ekoloqu, SSRİ Elmlər Akademiyasının akademiki (1970), əhalinin və təkamül ekologiyasının rusdilli qanadının banilərindən biridir. 1 aprel 1919-cu ildə Yekaterinoslavda anadan olub. 1937-ci ildə Stanislav Şvarts müəllimləri D. Kaşkarov və P. Terentyev olduğu Leninqrad Universitetinin biologiya fakültəsinə daxil olur. Müharibə vaxtı könüllü olaraq cəbhəyə yollanır. 1942-ci ildə tərxis olunmadan sonra universiteti bitirib aspiranturaya daxil olur. 1946-cı ildə namizədlik dissertasiyasını müdafiə edir. 1946-cı ildən Sverdlovskda Heyvan populyasiyası ekologiyası laboratoriyasının təşkilatçısı və rəhbəri (1952-ci ildən). 1954-cü ildən elmlər doktoru, 1966-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1970-ci ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olur. 1955–1976-cı illərdə fəaliyyətlərinə müasir bir istiqamət vermiş SSRİ Elmlər Akademiyası Bitki və Heyvan Ekologiyası İnstitutunun direktoru olur. Stanislav Şvarts heyvan populyasiyalarının vəziyyətini müəyyənləşdirmək və inkişafının proqnozlaşdırılması üçün morfofizioloji göstəricilər metodunu, təbiətdəki təkamül prosesinin ekoloji mexanizmləri haqqında yeni fikirləri, heyvan populyasiyalarında böyümə və inkişaf sürətinin metabolik tənzimlənməsini inkişaf etdirmiş, heyvan populyasiyası ekologiyasının inkişafına mühüm töhfə vermişdir.
Vartop burnu
Vartop burnu (bolq. нос Въртоп, ‘Nos Vartop’ \'nos v&r-'top\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Finayeus buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimal-qərbi Bolqarıstanda yerləşən Vartop şəhərinin adını daşıyır. Paraqon burnundan 3.85 km cənub-şərqdə, Eiykman burnundan 5.18 km cənub-şərqdə, Krasava burnundan 3.8 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Petrovsk (Saratov vilayəti)
Petrovsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Maralyan-Sarov
Maralyansarov — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == Qarabağda iki Sarov adlı kənd vardı. Onlardan biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Maralyan kənd adı Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində yaranmışdır. Bu da Maraluy kənd- adından fars dilində cəm bildirən-an şəkilçisindən ibarətdir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Tərtər rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Maralyansarov kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Maralyansarov kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Sarov (Goranboy)
Sarov — Azərbaycan Respublikasının Goranboy rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd. Sarov kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim özündə Sərab mahalının adını əks etdirir. Yasayış məntəqəsi 1820-ci ildə Şəkiyə, oradan isə bu əraziyə köçmüş ailələr tarəfindən məskunlaşmışdı. Sonralar Qarabağdan, Gəncə ətrafı kəndlərdən, Qazax, Gədəbəy r-nlarından, Dağıstandan gəlmis ailələr də burada yerləsdilər. İkinci kənd isə həm də Erməni Sarov, Təzə Sarov, Paşakənd də adlanır. 1937-ci ildə Ermənistanın Axta (indiki Razdan) rayonunun Paşakand (indiki Marmarik) kəndindən yerli azərbaycanlıları köçürüb ennəniləri yərləşdirdilər. Azərbaycan ailələr isə buraya gəlib Sarov kəndinə məxsus torpaq sahəsində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoydular. Kəndin adl 1992-ci ildən Sarovlu kimi rəsmiləşdirilmisdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 914 nəfər əhali yaşayır.
Sarov (Tərtər)
Sarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kənd Cənubi Azərbaycanın Sərab mahalından gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Goranboy və Tərtər rayonlarında keçmişdə üç Sarov adlı kənd vardı. İkisi Goranboy rayonunda Sarovların birində ermənilər gəlib yaşadığına görə erməni Sarov, digəri Müsəlman Sarov adlanmışdır. 1954-cü ildən Goranboy rayonundakı Sarov kəndi Tərtər rayonundakı Sarovdan çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmış və "Müsəlman Sarov" adlanmışdır.
Sarov bələdiyyəsi
Sarov bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Sarov bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Andrea del Sarto
Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486, Florensiya – 29 sentyabr 1530, Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar. == Həyatı == Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib.
Sarov bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pensilvaniya Universiteti Varton Məktəbi
Uorton Biznes Məktəbi (ing. Wharton Business School) — Pensilvaniya Universitetinin biznes idarəçiliyi təhsili verən təhsil müəssisəsidir. 1881-ci ildə Cozef Uortonun ianəsi ilə yaradılan Uorton Məktəbi dünyanın ən qədim biznes məktəbidir.
Saratov Hava Yolları reys 703
Saratov Hava Yolları reys 703 — Rusiyanın Saratov Hava Yollarına məxsus Antonov An-148 tipli təyyarənin 11 fevral, 2018-ci il tarixində Domodedovo aeroportu ilə Orsk aeroportu arasında həyata keçirilməsi planlanan daxili reysi. Təyyarə havalandıqdan qısa bir müddət sonra Stepanovskoye yaşayış məntəqəsi yaxınlığında yerə çaxılmış və təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü ilə birlikdə 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş vermişdir. Bu qəza ölüm ilə nəticələnən ən son sərnişin təyyarəsi qəzasından 440 gün sonra baş vermişdir; Ölüm ilə nəticələnən bir öncəki qəza: LaMia Hava Yolları reys 2933, noyabr, 2016-cı il. Qəzaya uğramış Rusiya istehsalı olan Antonov An-148-100B təyyarəsinin qeydiyyat nömrəsi RA-61704, seriya nömrəsi isə 27015040004 idi. İki ədəd D-436 motoru ilə təchiz olunmuş bu təyyarə ilk uçuşunu 2010-cu ilin may ayında reallaşdırıb və Rossiya Hava Yolları şirkətində fəaliyyətinə davam etdirmişdir. Təyyarə bu qəzaya qədər iki dəfə kiçik problemlə üzləşib; 2013-cü il, 28 iyul tarixində həyata keçirdiyi uçuş zamanı motorlarından biri dayanmış və təyyarə bir motoru ilə yerə enə bilmişdi. 2013-cü il, 23 avqust tarixindəki uçuşunda isə təyyarə havalandıqdan sonra burun hissəsində yerləşən təkərləri bağlanmamışdı. Təyyarə bir il əvvəl, 2017-ci ilin fevral ayında Saratov Hava Yollarına icarəyə verilmişdi. Moskvanın Domodedovo aeroportundan, ölkə daxili uçuşlar həyata keçirən Saratov Hava Yolları tərəfindən işlədilən təyyarə, Qazaxıstan sərhədi yaxınlığında yerləşən Orenburqun Orsk aeroportuna davamlı olaraq həyata keçirdiyi planlanmış uçuşlarından birini reallaşdırırmağa çalışırdı. Moskvadan yola düşmə vaxtı 14:00 olaraq təyin olunmuşdu.