Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seynen
Seynen (青年) — 18 yaş və yuxarı kişi auditoriyası üçün nəzərdə tutulan anime və manqa növü. Bu tip manqalar xüsusi seynen jurnallarında dərc olunur.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Şəybəy
Şəybəy — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Şəybəy. Cəbrayıl rayonunun Quycaq inzibati ərazi vahidində kənddir. Keçmiş adı Şəfibəyli olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan gəlmiş Şəfıbəy adlı şəxs salmışdır. Kənd sonralar Şəfibayin oğlu Şəybəyin adı ilə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Nakaqava Seybey
Nakaqava Seybey (中川 清兵衛, 9 fevral 1848, Eçiqo əyaləti[d] – 2 aprel 1916) – Yaponiya pivəçisi. O, Yaponiyada yerli pivə sənayesinin qabaqcılı olmuş, 1876-cı ildə "Sapporo" pivə şirkətinin əsasını qoymuşdur. Nakaqava Seybey 1872-ci ildə Yaponiya hökumətinin dəstəyi olmadan təhsil almaq məqsədilə Avropaya səyahət etmişdir. O, əvvəlcə İngiltərəyə gəlmiş, daha sonra Almaniyanın Bremenhafen şəhərinə köçmüşdür. Burada Aoki Şuzo adlı yapon tələbə ilə tanış olmuşdur. Aoki Nakaqavaya maddi dəstək göstərməyə başlamış və ona pivəçilik öyrənməyi məsləhət görmüşdür. Aokinin səyləri nəticəsində Yaponiya hökuməti Naqavanın təhsili üçün pul ödəmək qərarına gəlmişdir. Nakaqava 1873-cü ilin yayında Fürstvalde qəsəbəsinə köçmüş və 26 ay boyunca pivə bişirməyin bütün proseslərini öyrənmişdir. 1 may 1875-ci ildə Berliner Brauerei tərəfindən sertifikat almışdır. Nakaqava təhsilini tamamladıqdan sonra Aoki ona Yaponiyaya qayıtmağı tövsiyə etmişdir.
Neoseiulus segnis
Neoseiulus segnis (lat. Neoseiulus segnis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Seyyid Taleh
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.
Zmeynıy adası
Zmeynıy (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır. Zmeynıy adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı.
Şəhnin Novruzov
Şəhnin Şahlar oğlu Novruzov (3 fevral 1998, Səncərədi, Astara rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E. Ağayev adına məktəbdə təhsil almağa başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb. 2016–2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Populus × sennii
Populus angustifolia (lat. Populus angustifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus balsamifera var. angustifolia (E.James) S.Watson Populus × canadensis var. angustifolia (E.James) Wesm. Populus angustifolia var. coloradensis (Dode) Gombócz Populus coloradensis Dode Populus fortissima A.Nelson & J.F.Macbr.
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).
Kuroda Seyki
Kuroda Seyki (黒田 清輝, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir. "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur. == Həyatı == Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür. 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir. Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur. İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur. Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur. Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir. 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.
Latviya Seymi
Latviya Seymi —
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Onurğa beyni
Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat.
Pərinuş Sənii
Pərinuş Sənii İran əsilli yazıçı, sosyoloq və psixoloqdur. Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.