Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elif
Elif — ad. Elif Şafak — türk əsilli romançı. Elif Elmas — Şimali Makedoniyalı peşəkar futbolçu. Elif Pektaş ― Türk kino aktyorudur.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Elif Elmas
Elif Elmas (mak. Елиф Елмас; 24 sentyabr 1999) — Şimali Makedoniyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Şimali Makedoniya milli komandasının yarımüdafiəçisi. == Karyerası == === Milli karyerası === Elmas Makedoniya milli futbol komandası ilə debütünü 11 iyun 2017-ci ildə 17 yaşı olarkən İspaniya millisinə qarşı FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə etmişdir. O, ikinci hissədə Ostoya Styepanoviçi əvəz etmişdir. Elmas Makedoniya U-21 millisi ilə Polşada keçirilən 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. O, 23 futbolçudan ibarət olan heyətdə ən gənc futbolçu idi.
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Elif Şafak
Elif Şafak (türk. Elif Şafak) — türk əsilli romançı. 1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub. == Həyatı == Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. 2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Klif Yanq
Klif Yanq (ing. Albert Ernest Clifford "Cliff" Young, 8 fevral, 1922 — 2 noyabr, 2003) — avstraliyalı fermer 1983-cü ildə avstraliyalı fermer Klif Yanq (Cliff Young) 61 yaşında önmündə ilk dəfə olaraq 875 km-lik ultra-marafona qatılır və qalib gəlir. O peşəkar idmançıları geridə qoyaraq, bu məsafəni 5 gün, 15 saat və 4 dəqiqəyə qaçıb, halbuki, çox asta tempdə qaçırdı, hətta ilk vaxtlarda digərlərindən çox geriləyirdi. Müvəffəqiyyətinin sirri o idi ki, Yanqın rəqibləri hər sutkanın 6 saatını yatarkən, o fasilə etməyərək qaçışına davam edirdi. Həmçinin fermer etiraf etdi ki, əvvəllər bir neçə gün dayanmadan işləməli olurdu, qoyun sürülərini geniş otlaqlarda qovub bir yerə yığırdı, bu da marafonda ona çox yardımçı oldu.
Ledi Slim
Skif incəsənəti
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.
Skif padşahlığı
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. Bir assur mənbəsində e.ə.
Skif süitası
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Əlif Hacıyev
Əlif Hacıyev (24 iyun 1953, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis məktəbinə daxil olmuşdur.
Əlif Piriyev
Əlif Piriyev (10.01.1922 - 20.04.1986) - Sovet İttifaqı Qəhrəmanı 10 yanvar, 1922-ci ildə Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir. 1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır. Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir.
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Elif dedim
Elif dedim — bölgəsi Kütahya, qaynağı Hisarlı Əhməd, tərtibçisi və nota köçürəni Yücəl Başmaqçı olan Türkiyə xalq mahnısı. == Hekayəsi == Elif adlı bir qız var və onu çox sevən bir oğlan. Bir gün oğlan özünü pis hiss edir və dövrün ən ağır xəstəliyi olan vərəmə tutulur. Elifin ailəsi oğlanın sağalmalı olduğunu və ondan sonra Eliflə evlənə bilcəyini deyirlər. Daha sonra oğlan Elifə qovuşmağın ümidi ilə xəstəxanada yatır. Elifdə ara sıra ziyarətə gəlirdi və oğlanda gündən-günə sağalırdı. Aradan vaxt keçir oğlanın gözü yollarda qalır, çünki Elif artıq ziyarətə gəlmirdi. Ailəsindən bunun səbəbini soruşan oğlan könlünü, ağlını, həyatını viran edəcək xəbəri alır. Elifin ailəsi Elifi, vərəmli adamın yanına getməyə və onunla evlənməyinə qarşı çıxıblar. Buna görə də Elifi oğlanın yanına getməyə qoymurdular.
Elif Eylül
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Əlif Eylül
Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Skif qızılı
Skif qızılı və ya tam adı ilə Krım – Qara dənizin qızıl və sirləri — 3 iyul 2013-cü ildə Reyn Regional Muzeyində, daha sonra 7 fevral–31 avqust 2014-cü il tarixləri arasında Amsterdam Universitetinin dəstəyi ilə Allard Pirson Muzeyində baş tutmuş tarixi-mədəni sərgi. Sərgi Ukraynanın altı muzeyi və tarixi-mədəni qoruqlarının kolleksiyalarından təşkil olunmuşdur. Sərgi antik dövrdən erkən orta əsrlərə qədər olan xronoloji çərçivəni əhatə edirdi. 2014-cü ilin əvvəlində Rusiyanın Krımı işğal etməsindən və yarımadanın işğalından sonra sərgi Ukrayna, Allard Pirson Muzeyi və Krım muzeyləri arasında hüquqi mübahisə obyektinə çevrilmişdir. 2014-cü ilin sentyabrında Ukraynanın materik muzeylərinə məxsus sərgi eksponatlarının bir hissəsi Ukraynaya qaytarılmışdır. 14 dekabr 2016-cı ildə Amsterdam məhkəməsi Krımdan olan eksponatların Rusiya tərəfindən işğal olunmuş Krıma deyil, Ukraynaya məxsus olması barədə qərar çıxarmışdır. Bu formatda məhkəmə Ukraynanın müasir tarixində bir ilk idi. Bundan əvvəl Ukrayna tərəfi öz ərazisini işğal edən dövlətlə məhkəmə işləri aparmırdı. "Skif qızılı" altı Ukrayna muzeyindən və tarixi-mədəni qoruqlarından təqdim olunur, o cümlədən: Ukrayna Milli Tarix Muzeyi Odessa Arxeologiya Muzeyi Müvəqqəti olaraq işğal olunmuş Krım muzeyləri: Sevastopolda Xersones Tarix-Arxeoloji Muzey-Qoruğu Kerç Tarix-Arxeologiya Muzeyi Bağçasaray Dövlət Tarix-Mədəniyyət Qoruğu Krım Respublikası Regional Muzeyi Sərgi Ukraynanın mədəni irsinin görkəmli görməli yerlərinin birləşdirildiyi ilk elmi-ekspozisiya və mədəni-maarif platforması idi. Sərgi özü tarixi və siyasi səbəblərə görə uzun əsrlər boyu müxtəlif etnik qrupların və mədəniyyətlərin, qədim və köçəri dünyaların, Şərqlə Qərbin kəsişmə nöqtəsi olan Krımın qədim tarixini işıqlandırmışdır.
Skif İohann
Skif İohann (lat. Iohannes Scytha, yun. Ἰωάννης ὁ Σκύθης; 482 – 498) — V əsrin sonlarında yaşamış Şərqi Roma komandiri və siyasətçisi. Skif İohann Şərqi Roma ordusunun zabiti idi. 482-ci ildə hərbi magistr və ya hərbi işlər komitəsi olaraq, Böyük Teodorix ostqotlarına qarşı döyüşmək üçün mosxiyalılar ilə birlikdə İlliriyaya göndərilmişdir. 483-cü ildə imperator Zinon Şərqdəki hərbi magistrı İlldən xilas olmaq qərarına gəlmiş və onu İohann ilə əvəz etmişdir. 484-cü ildə İll Zinona qarşı üsyana rəhbərlik etmiş və dövlət qulluqçusu Leontini imperator elan etmişdir. İohann və Teodorix böyük bir ordu ilə həmin ilin sentyabrında Antiox yaxınlığında İll və Leontini məğlub etmişdir. İll və Leonti İsavriyaya qaçaraq Papuri qalasına qapanmışdılar. İohann qalanı mühasirəyə almış və 484-cü ilin sonunda o, möhkəmləndirici qüvvələr axtarmaq üçün qaladan qaçan İllin qardaşı Trokundu tutub öldürmüşdür.
Əlif Məmmədov
Şlis birləşməsi
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər. Dişlərinin profilinin formasından asılı olaraq şlislər: düzbucaq profilli; evolvent profilli; üçbucaq profilli. olurlar. Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır. Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: yan səthinə görə; daxili diametrinə görə; xarici diametrinə görə. Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.
Əlif İsmayılov
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.
NVIDIA SLI
Scalable Link Interface (SLI) multi-GPU texnologiyası üçün bir marka adıdır. İki və daha artıq video kartın birlikdə istehsal etdiyi görüntünü tək çıxışda cəmləşdirən bir texnologiyadır. Ekran kartları paralel olaraq bağlanaraq görüntünü emal edir. ( Məsələn: İki video kartın birləşdirilməsi emal gücünü iki dəfə artırır) SLI adı ilk dəfə 1998-ci ildə 3dfx tərəfindən istifadə olunmuşdur (Scan-Line Interleave). Bu texnologiya Voodoo 2 modelində ilk dəfə istifadə edilmişdir. 3dfx sonra NVIDIA kompaniyası tərəfindən satın alınmışdır. Beləliklə Voodoo modeli ekran kartlarının istehsalı dayandırılmışdır. 3dfx və NVIDIA tərəfindən isitifadə olunun bu iki SLI texnologiyası bir-birindən tamam fərqlənirlər. Bu SLI texnologiyası 2004-cü ildən NVIDIA tərəfindən təkminləşdirilməyə başlanılıb. Gigabyte Technology üzərində 2 ədəd 6600 ardıcıllığı prosessor olan GV-3D1-68GT modelini bazara sürmüşdür.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məmmədov (alim)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Asif Şirəliyev (alim)
Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr 1939, Düdəngə, Noraşen rayonu) — iqtisadiyyat üzrə elmlər doktoru, professor, "Tərəqqi medalı" laureatı. == Həyatı == Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini), 1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci ildə 83 yaşında dünyasını dəyişmişdir. == Elmi fəaliyyəti == İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M. B. Lomonosov adına Moskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir. A. İ. Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir. == Mükafatları == O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur.