Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
La Skala
La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. == Tarixi == La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır. Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir.
Yan Skala
Yan Skala (y.sorb Jan Skala; 17 iyun 1889, Nebelçitsi[d], Almaniya imperiyası – 22 yanvar 1945) — Sorb yazıçısı, şair, publisist və ictimai xadim. Yan skala 17 iyun 1889-cu ildə Sorbianın Nebelçitsi kommunasında fəhlə ailəsində anadan olub. 1901-ci ildə Bautzendəki gimnaziyaya daxil olur, lakin tezliklə vəsait çatışmazlığı səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. 1902-ci ildə işçi kurslarını bitirmiş və 1916-cı ilə qədər kimya sənayesi üzrə müxtəlif müəssisələrində çalışmışdır. 1910-cu ildə ilk şeirlərini nəşr etdirdi. Sosial-demokrat mətbuatın qəzetləri üçün qısa məqalələr yazırdı. 1912-ci ildə Sorb mədəni-maarif təşkilatı "Matitsa Serbian"a qoşulur. 1916-cı ildən Birinci Dünya Müharibəsinin Balkanlarda və Rusiyada Şərq Cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə Sorb Xalq Partiyasının yaradıcılarından biri idi. 1921-ci ildə Sorb qəzetinin "Serbske Nowiny" redaksiyasında işləyib.
İskəndər Pala
İskəndər Pala (8 iyun 1958, Uşak) — türk professor, divan ədəbiyyatı tədqiqatçısı və yazıçı.
Scala (proqramlaşdırma dili)
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Vizual analoji şkala
Vizual analoji şkala (VAŞ) — sorğu anketlərində istifadə edilən subyektiv şkaladır. Tibbdə ağrının intensivliyin qeyd edilməsi üçün istifadə olunur.
Sala-i-Qomes
Salas-i-Qomes və ya Sala-i-Qomes (isp. Isla Sala y Gómez) — Sakit okeanda yerləşən vulkanik ada. Çiliyə məxsus olan ada, Polineziyanın ən şərq nöqtəsi hesab edilir. Ada iki qyanın zirvəsini təşkil edir. Bu qayalar ensiz bərzəxlə birləşir. Adanın sahəsi 15 ha-dır. 30 metr dəniz səviyyəsindən hündürlüyə sahibdir. Adanın uzunluğu 800 metrdir. Adada şirin su mənbəyi yoxdur. Sala-i-Qomes Şilinin qərb sahillərindən 3220 km qərbdə, Pasxa adasından isə 391 km şərqdə yerləşir.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
Apata
Apata (yun.
Aspara
Aspara Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. == Toponimkası == Aspara- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. Qədim türkmənşəli Az tayfasının adından və farsca para "kənd" sözündən ibarətdir.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Nyala
Nyala (lat. Tragelaphus angasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. Antilopun bu növünün uzunluğu 140 sm, süysününün hündürlüyü 100 sm-ə qədər olur. Kütləsi 55-125 kq arasında dəyişir. Erkəkləri dişilərindən nəzərəçarpacaq dərəcədə ağır olur. Erkək və dişilər ilk növbədə yunlarının rənginə görə fərqlənirlər. Nisbətən böyük erkəklər boz rəngdə və ucları ağ olan burulmuş buynuzu olur. Dişilər və cavan nyalalar buynuzsuz və rəngləri qırmızımtıl-qəhvəyi rəngdə olur. Bütün fərdlərdə 18 nazik şaquli zolaqlar olur. Erkəklərin nisbətən uzun düz formada bel sütununu örtən yalı var və boğazından aşağı hissələri boyunca yun çəngəsi sallanır.
Opava
Opava (çex. Opava, alm. Troppau‎, pol. Opawa) — Çex Respublikasıda şəhər. Moraviya-Sileziya bölgəsində, Opava çayının sahilində yerləşir. Əhalisi - 59,4 min nəfər, sahəsi isə 90.6 km² Opavanın əsası 1224-cü ildə, Opava knyazlığının mərkəzi kimi göstərilir. 1348-ci ildən Opava Çex kralının və Çexiya Sileziyasının mərkəzinə çevrilmişdir. 1820-ci ildə burada Troppau konqresi keçirilmişdir. Tezliklə bu yerlər coğrafi cəlbediciliyinin qiymətləndirilməsi ilə, Opava çayının ətrafında məskunlaşmış qədim qəsəbə sakinləri (X c), Baltik dənizindən olan Adriatikaya yolun olduğunu bilmişlər. Sonralar orada çay ətrafı regionunda adına böyük bir ticarət mərkəzi, yaranmış - Opavanın ticarət sahələrində, anbar, həmçinin tacirlərin sex və evləri yarandı.
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Palau
Palau — bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın şimalındadır. 1994-cü ildən ABŞ himayəsindən çıxmışdır. Yerli xalq dilində adı Belaudur. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir (Melekeok ştatı). Ölkə 16 ştata bölünür. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Psila
Psila (lat. Psila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Salah
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Paula
Paula — ad. Paula Hitler — alman siyasətçi Paula Selinq — Rumıniyalı məşhur müğənni. Paula Leyton — İspaniyanı təmsil edən su poloçusu. Paula Abdul — ABŞ müğənnisi və aktrisası. Paula Todoran — Rumıniyalı marafonçu. Paula Pareto — Argentinalı cüdoçu.