Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Edem Nalbandov
Edem Nalbandov (krımtat. Edem Nalbandov; 25 dekabr 1926 – 22 may 1999, Simferopol) — bəstəkar, xormeyster, Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1992), SSRİ Bəstəkarlar İttifaqının üzvü (1977), Özbəkistanın əməkdar mədəniyyət işçisi, Ukraynanın əməkdar incəsənət xadimi, Krım Dövlət Mükafatı laureatı. == Həyatı == Qarasubazar musiqi məktəbində skripka sinfini bitirmişdir. Deportasiyada olduğu vaxtlarda Leninabad Musiqi Kolleci, 1962-ci ildə isə Daşkənd Konservatoriyasının dirijorluq və xor fakültəsini bitirmişdir. B. Zeidmandan kompozisiya dərsləri almışdır. 1964-cü ildə Qaytarma Krım Tatar Mahnı və Rəqs Ansamblına rəhbərlik etmişdir. 1977-ci ildə Cizzak Musiqi Kollecinin direktoru oldu. 1980-1993-cü illərdə Daşkənd Mədəniyyət İnstitutunda işləmişdir. 1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1990-cı ildə Alma-Ata Konservatoriyasında namizədlik dissertasiyasını müdafiə etdi, dosent elmi adını aldı.
Ədəm ağacı
Ədəm ağacı (lat. Dracaena draco) — drasena cinsinə aid bitki növü.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş informasiyalara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin mövludu (yaranması) yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Edam
Ölüm hökmü ya da edam — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Ödəm
Ödəm (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Ödəmin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Ödəm uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Ödəm yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli ödəm === Yerli ödəmdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda ödəm toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların ödəminə nümunələr: Periferik ödəm — (ayaqların ödəmi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Ədəb
"Ədəb" — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. == Ədədlərin növləri == Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. == Tarixi == Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
0 (ədəd)
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
1000000000000 (ədəd)
Trilyon — say sistemində ədədlərdən biridir. Min milyarda bərabər ədəd (say). Qısa yazılışı 1012.
100000000000 (ədəd)
Yüz milyard — say sistemində ədədlərdən biridir. Qısa yazılışı 1011.
10000000000 (ədəd)
On milyard — say sistemində ədədlərdən biridir. Qısa yazılışı 1010.
1000000000 (ədəd)
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
100000000 (ədəd)
Yüz milyon — say sistemində ədədlərdən biridir. Doxsan doqquz milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzdan sonra, yüz milyon birdən əvvəl gəlir.
10000000 (ədəd)
On milyon — say sistemində ədədlərdən biridir. Doqquz milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzdan sonra, on milyon birdən əvvəl gəlir.
1000000 (ədəd)
Milyon (Qıs.şək. mln.) - min dəfə min, yanında altı sıfır olan ədəd 106. BS sistemində aşağıdakılara aid edilir: mega — milyonlar üçün (106) və mikro — bir milyon üçün (10−6). Azərbaycan dilində çox sayda və ya həcmdə olan nəyisə ifadə etmək üçün də istifadə edilir. Bir milyon mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 25, 32, 40, 50, 64, 80, 100, 125, 160, 200, 250, 320, 400, 500, 625, 800, 1000, 1250, 1600, 2000, 2500, 3125, 4000, 5000, 6250, 8000, 10.000, 12500, 15625, 20.000, 25.000, 31250, 40.000, 50.000, 62500, 100.000, 125.000, 200.000, 250.000, 500.000, 1.000.000 ədədlərinə qalıqsız bölünür. == Digər izahlar == 1992-ci ildən Dauqavpilsdə ( Latviya ) « Milyon » adlı qəzet nəşr edilir.. 1990- cı illərin axırı və 2000-ci illərin əvvəlində milyon ədədini limon ara sözü ilə əvəz edirdilər.insta@huseynalizada01 takip edib bütün paylasimları bəyənməyi unutmayın!!!
100000 (ədəd)
Yüz min — say sistemində ədədlərdən biridir. Doxsan doqquz min doqquz yüz doxsan doqquzdan sonra, yüz min birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === == Elmdə == == Dində == === Qurani-Kərim === Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
10000 (ədəd)
On min — say sistemində ədədlərdən biridir. Doqquz min doqquz yüz doxsan doqquzdan sonra, on min birdən əvvəl gəlir.
1000 (ədəd)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
107 (ədəd)
Yüz yeddi — say sistemində ədədlərdən biridir. Yüz altıdan sonra, yüz səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yüz yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
109 (ədəd)
Yüz doqquz — say sistemində ədədlərdən biridir. Yüz səkkizdən sonra, yüz ondan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yüz doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
10 (ədəd)
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. == Ümumi məlumat == İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.