BİNAGÜZARLIQ

is. [ fars. ]
1. Tədbir, sərəncam, çarə, çıxış yolu. Bu xüsusda bir binagüzarlıq lazımdır.
[Mirzə İsmayıl:] Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. Ə.Haqverdiyev.

2. Rəsmi tapşırıq, əmr, qərar, qanun, sərəncam.
□ Binagüzarlıq etmək1) tədbir görmək, çarə etmək, çıxış yolu tapmaq.
[Divanbəyi:] Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb, quldurları axtarmaq üçün binagüzarlıq edəm. M.F.Axundzadə.
Bu işə təcili binagüzarlıq etmək üçün çalışmaq yoldaş Cəmilə tapşırılır… Mir Cəlal;
2) qanun vermək, qərar çıxartmaq;
// tapşırıq vermək, sərəncam vermək.
İstənilən qüvvənin tezliklə göndərilməsinə binagüzarlıq edəsiniz. M.S.Ordubadi.
Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir. Çəmənzəminli.
Qoy Kruçininə pərdəni açmaq üçün binagüzarlıq eləsin. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİNAGÜZARLIQ binagüzarlıq bax tədbir
BİNAƏN
BİNAMUS
OBASTAN VİKİ
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu. == Yaradılması == "Məcmuə"ni nəşr etmək üçün Azərbaycan Hökumətinin 1919 il iyunun 25-də qəbul etdiyi qərarla "AzərbaycanCümhuriyyəti Hökumətinin xəbərləri" nəşriyyatı yanında xüsusi şöbə yaradılmışdı. Həmin şöbə "Metropol" mehmanxanasında (indiki Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi) yerləşdirilmişdi. == Nəşri == Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Məcmuə"-nin Azərbaycan və rus dilləridə ayrı-ayrılıqda 4 nömrəsi nəşr olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918 il mayın 28-dən həmin ilin oktyabrın 31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüzarlıq sənədi daxil edilmişdir. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Cümhuriyyəti hökümətinin xəbərləri qəzeti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu maddəsi.

Digər lüğətlərdə

досева́ться Елеу́са опере́ть отце́живаться предвари́ться разнохара́ктерность безапелляцио́нность втра́вливание заткну́ться сад флюи́дный ретирировать arc sine bilobate dentoid epoch-making hardfacing heat pipe juristic machine drawing Petrozavodsk propane traumatize velocitize акварелистка