OXUYAN

is.
1. Xanəndə.
Əntiqə indi nə oxuyur, nə də oxuyanlara yanaşırdı. Mir Cəlal.
Ayna bulaqların ləzzəti varmı; Üstündə oxuyan, çalan olmasa? N.Rəfibəyli.

2. Oxucu.
Bu təsəvvürdə olan oxuyanlar az deyil. N.Nərimanov.
Mən “Həyat”ın cəmi oxuyanlarını gərək müjdə alıb xəbərdar edəm. N.Vəzirov.

3. Savadlı, oxumuş mənasında.
Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə haşa yox idi bir oxuyan! M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OXUYAN oxuyan bax 1. müğənni; 2. oxucu; 3. savadlı
OXUTMAQ
OXUYUB-ÇALAN
OBASTAN VİKİ
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Digər lüğətlərdə