Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbrahim Haqqı Ağyol
İbrahim Haqqı Ağyol Cümhiriyyət dövrünün ilk coğrafiyaçılarındandır. İlk təhsilini Silistrədə alan Akyol, 1990-cu ildə oranı yüksək qiymətlərlə bitirmişdir. Məktəbdəki uğuruna görə onu Qalatasaray Sultanisə qəbul ediblər. Həmin dövrdə xaricə tələbə göndərmək yarışmasının qalibi olub, Avropaya Lausanne universitetinə Maarif nəzarəti altında oxumağa yollanır. 3 il ərzində təbii və fiziki coğrafiya üzrə coğrafiya namizədi olur və İstanbulla əsgərliyə görə qayıdır. Müxtəlif universitetlərdə dərs deyn Ağyol 1916-ci ildə Maarif nəzarəti altında Almaniyaya göndərilir. Berlində Texniki Universitetində 3 il qalır. 1923-cü ildə Darüflün imtahanına qatılaraq qalib olaraq, Darüflünə qoşulur. Fiziki və təbii coğrafiya üzrə Türkiyədə bu sahədə ilk coğrafiyaçılardan biri olur. Onun 30 yaxın kitanı dərc olunub.
Anzolu
Anzolu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Anzovlu Lerik rayonunun Çayrud inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Kəndi Yardımlı rayonunun Anzov kəndindən çıxmış ailələr salmışlar. 1917-ci ildə Anzoli, 1933 və 1961-ci illərdə Anzolu Şəklində qeydə alınmışdır. Oykonim "Anzovdan gəlmişlər" deməkdir. İran ərazisində Ənzəli adlı Şəhər mövcuddur.
Ağdonlu
Ağdonlu (Şot) —
Ağyoxuş
Ağyoxuş (Göyçə) — Göyçə mahalında kənd. Ağyoxuş — Xanlar rayonunun Lahıc inzibati ərazi vahidində kənd. Ağyoxuş — Xocavənd rayonunun Muğanlı kəndi ərazisində duz; Ağyoxuş — Kəlbəcər rayonu ərazisində duz; Ağyoxuş — Qubadlı rayonunun Sarıyataq kəndi ərazisindəduz; Ağyoxuş — Laçın rayonunun Zabux kəndi ərazisində duz; Ağyoxuş — Zəngilan rayonunun Sarılı Xəştab kəndi ərazisində duz.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Azad Ağaoğlu
Azad Ağaoğlu (tam adı: Azad Sabir oğlu Ağayev) — azǝrbaycanlı filoloq, tǝrcümǝçi. == Həyatı == Azad Ağaoğlu 1974-cü ildǝ Bakı şǝhǝrindǝ anadan olmuşdur. Bakıda Hüseyn Cavid adına 132 nömrǝli orta mǝktǝbi bitirmişdir. İstanbul Universitetinin Ədǝbiyyat fakültǝsindǝn (Türk dili vǝ ǝdǝbiyyatı ixtisası üzrǝ) mǝzun olmuşdur. Klassik türk vǝ Azǝrbaycan ǝdǝbiyyatı mövzusunda bir sıra mǝqalǝlǝrin müǝllifi, Azǝrbaycan vǝ rus dillǝrindǝn türk dilinǝ elmi, bǝdii vǝ siyasi ǝdǝbiyyatın tǝrcümǝçisidir. Azǝrbaycan ǝdǝbiyyatından Mir Cǝlal, Elçin, Z. Yaqub kimi yazıçı vǝ şairlǝrin, rus ǝdǝbiyyatından Puşkin vǝ Bunin kimi müǝlliflǝrin ǝsǝrlǝrini türk dilinǝ müvǝffǝqiyyǝtlǝ tǝrcümǝ etmişdir. == Əsǝrlǝri == === Elmi-tǝnqidi mǝqalǝlǝri === “Şâhî Divanı mı Vâhî Divanı mı?”, Toplumsal Tarih jurnalı, N-93, s. 62-65, Sentyabr 2001, İstanbul. “Zemin-i İtibar Üzre Nisar Edilen İnciler”, Varlık jurnalı, N-1155, s. 65-68, Dekabr 2003, İstanbul.
Ağdonlu (Maku)
Ağdonlu — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhcik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 3 km şimal-şərqdədir.
Ağdonlu (Şot)
Ağdonlu (fars. اغدونلو‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Ağdonlu (Şövt)
Ağdonlu (fars. اغدونلو‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Ağyoxuş (Göyçə)
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. == Tarixi == 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Mirmehdi Ağaoğlu
Mirmehdi Mirkazım oğlu Ağaoğlu (15 oktyabr 1982, Aşağı Qaramanlı, Neftçala rayonu) — azərbaycanlı yazıçı və publisist. Mirmehdi Ağaoğlu 15 oktyabr 1982-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhəri Sabunçu rayonu 170 saylı orta məktəbdə təhsil alıb. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu fakültəsində oxuyub. 2005-ci ildən Mirmehdi Ağaoğlu imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2008–2012-ci illərdə "Xalqbank"da kassir vəzifəsində çalışıb. 2012–2018-ci illərdə isə "Kulis.az" internet dərgisində redaktor kimi fəaliyyət göstərib. 2019-cu ildən APA Holdinqdə redaktor vəzifəsində çalışır. 2011-ci ildə "Görüş" adlı romanı işıq üzü görüb. 2012-ci ildə "Küləyi dişləyən" adlı romanı ilə oxucuların qarşısına çıxıb.
Məhəmməd Ağaoğlu
Məhəmməd Ağaoğlu (ing. Mehmet Aga-Oglu; 24 avqust 1896, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 iyul 1949, Detroyt, Miçiqan, ABŞ) — alim-sənətşünas, filologiya elmləri doktoru, professor. Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olmuş və bu onda tədqiqatçılığa meyl oyatmışdır. O, 1916-cı ildə MDU-nu, 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər etmiş, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır.
Qəmər Ağaoğlu
Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir. Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir. Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır.
Sürəyya Ağaoğlu
Sürəyya Əhməd bəy qızı Ağaoğlu (1903, Şuşa – 29 dekabr 1989, İstanbul) — Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçilərindəndir. O, 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Atası tanınmış mütəfəkkir, yazıçı və siyasətçi Əhməd Ağaoğlu, anası isə Sitarə xanımdır. Beş uşaqlı ailənin böyük uşağı olan Sürəyya xanımın pedaqoq və deputat Tezər Taşkıran, mühəndis və iş adamı Abdurrahman Ağaoğlu; O, siyasətçi, yazıçı və hüquqşünas Səməd Ağaoğlu ilə həkim Gültəkin Ağaoğlunun böyük bacısıdır. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Universiteti Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Ədalət Ağaoğlu
Ədalət Ağaoğlu (türk. Adalet Ağaoğlu; 13 oktyabr 1929 – 14 iyul 2020, İstanbul) — daha çox roman və hekayə janrındakı əsərləriylə tanınan Türkiyə yazıçısı. XX əsr Türkiyə ədəbiyyatının ən əhəmiyyətli yazıçılarından biri qəbul edilir. Türkiyənin müxtəlif dövrlərini və bu dövrlərin insan həyatlarına təsirini araşdıran əsərlər yazır. Romanlardan başqa hekayə, tamaşa, sınaq, xatirə növündə əsərlər yazır. 1929-cu ilin Oktyabr ayının 13-də Ankaranın Nallıhan rayonunda anadan olmuşdur. Atası, parça taciri Hafız Mustafa Sümərdir. Dörd uşaqlı bir ailənin ikinci uşağı və tək qızıdır. Qardaşları Cazib Sümər həkim, Günər Sümer tamaşa yazıçısı, aktyor, Ayxan Sümər isə biznesmen olmuşdur. Təhsilini Nallıhanda tamamladıqdan sonra 1938-ci ildə ailəsi ilə birlikdə Ankaraya köçdü.
Əhməd Ağaoğlu
Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi. Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetindəm məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq, "İrşad", "Tərəqqi", "Proqres", "Tərcümani-həqiqət", "Hakimiyyəti-milliyə", "Axın" qəzetlərinə baş redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnaklara qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və Tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının fəal əməkdaşı olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.
Ağoluq (Duzluca)
Ağoluq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Taxtıyalı, 1928-ci il qeydlərində Təgəlti kimi qeyd olunur. 1960-cı ilə qədər Təkaltı kimi tanınırdı. Kənd sonralar "Ağoluq" adlandırılmışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 47 km, Duzluca ilçe merkezinden 11 km məsafədədir.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Taha Akyol
Taha Ağyol - 1946-cı ildə Yozğadda anadan olub. Atası Mustafa, anası Fatma Ağyoldur. Yozğadda orta təhsil alandan sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub və bu fakültəni bitirib. İlk məqalələri 1977-ci ildə "Hər gün" qəzetində çap olunub. 1980-ci il iyul çevrilişinə qədər Milliyətçi Hərəkat Partiyasınin (MHP) rəhbərliyində olub. Çevrilişdən sonra həbs olunub və uzun müddət Mamak Həbsxanada yatıb. Əsgəri məhkəmədə mühakimə olunub, bəraət alıb. "Yanki" jurnalında, "Tərcüma" və "Meydan" qəzetlərində işləyib. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Türk milliyyətçisi xəttindən uzaqlaşaraq mühafizəkar-liberalizmə meyllənib, bu sahədə böyük bir boşluğu doldurub. Siyasi və iqtisadi olaraq özü tam bir klassik liberal ikən, mədəniyyət və xarici siyasət sahəsində sağ-qanad yanaşmasnı mənimsəməkdədir.
Türkan Akyol
Türkan Akyol (12 sentyabr 1928, Konstantinopol – 7 sentyabr 2017, Ankara) — Professor (1969), Türk siyasətçi, Türkiyənin ilk qadın naziri (1971). Türkan Akyol 1928-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Erenköy Qız Məktəbində almışdır (1947). Ankara Universitetinin Tibb fakültəsini bitirmişdir. Ankara Universitetində rektor vəzifəsində çalışmışdır (1980). 12 mart 1971-ci ildə Silahlı Qüvvələr çevirilişindən sonra 19 martda Nihad Erimin qurduğu 33-cü hökumətdə səhiyyə naziri olaraq vəzifə almışdır. 1993-cü ildə Tansu Çillərin qurduğu 50-ci hökumətdə DYP-SHP koalisiyasından SHP millət vəkili olub. Bursada 16 yanvar 1995-ci il tarixində səhiyyə nazirliyinə bağlı olaraq açılan döş xəstəlikləri xəstəxanasına keçmiş səhiyyə naziri Türkan Akyol Döş Xəstəlikləri Xəstəxanası adı verilmişdir. Evlidir, iki uşaq anasıdır.
Ayaqyolu
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.
Anyolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Neftin aztolu birləşmələri
Əhməd bəy Ağaoğlu
Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi. Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetindəm məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq, "İrşad", "Tərəqqi", "Proqres", "Tərcümani-həqiqət", "Hakimiyyəti-milliyə", "Axın" qəzetlərinə baş redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnaklara qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və Tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının fəal əməkdaşı olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.
Ağgöl
Qoruqlar Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq. Kəndlər Ağgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd. Bələdiyyələr Ağgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə. Göllər Ağ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Aqmola vilayəti
Aqmola vilayəti (qaz. Aqmola oblısı) — Şimalı Qazaxıstan regionda vilayət. 1999-cu ildən bəri inzibati mərkəzi Kökşetau şəhəridir. Qərbdən Qostanay, şimaldan Şimalı Qazaxıstan, şərqdən Pavlodar, cənubdan isə Karağandı vilayəti ilə həmsərhəddir.
Azərbaycan ağgülü
Ağüzlü (Xudabəndə)
Ağüzlü (fars. اغوزلو‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 627 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Vəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 29 km cənubdadır.
Dizenteriya amyöbü
Dizenteriya amöbü (lat. Entamoeba histolytica) — amöblər dəstəsindən ibtidai orqanizm. Amöb dizenteriyasının törədiçisi. İlk dəfə 1875-ci ildə rus alimi F. A. Lyoş tərəfindən təsvir edilmişdir. İnsanın bağırsaqlarında çoxalır (bu halda insan sağlamdır, lakin dizenteriya amöbü gəzdirir). Dizenteriya amöbünün bu formasına kiçik forma (forma minuta) deyilir. Ölçüsü 20 mkm-ə qədərdir. Bəzən kiçik forma yoğun bağırsaq divarına keçir və burada çoxalıb yaralar (amöb dizenteriyası) əmələ gətirir. Bu forma toxuma forması adlanır. Ölçüsü 20—25 mkm olur.
Qayola adası
Qayola adası (it. Isola la Gaiola) — İtaliyanın cənub-qərbində — Kampaniya regionunda olan Neapol şəhərinə aid ərazidə — Tirren dənizinin bir hissəsi olan Neapol körfəzində yerləşən kiçik ada. Lənətlənmiş ada kimi tanınır. Əslində Qayola körpü ilə birləşmiş iki balaca adadan ibarətdir. Adalardan birində böyük villa var. Uzun illərdir ki, adada heç kim yaşamır. Hesab olunur ki, o lənətlənib və bu səbəbdən adada çoxlu ölüm halları baş verib. 1920-ci ildə adanın ilk sahibi olan isveçrəli Hans Braun burada müəmmalı şəkildə ölüb: o, xalçaya bükülmüş şəkildə tapılıb. Bir müddət sonra isə onun həyat yoldaşı naməlum şəraitdə boğulub. Adanın yeni sahibi Otto Qrubnak anidən infakt nəticəsində ölüb.