Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqattu adası
Aqattu adası (ing. Agattu Island, aleut. Angatux̂) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 773 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1525 km-dir. Attu təxminən 31 km uzunluğa və 18 km enə malikdir. Sahəsi 221,593 km²-dir. Aqattu vulkan mənşəlidir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 632 m-dir. Adada otlar, mamırlar və şibyələr bitir.
Abatia
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Aqatti
Banqaram adası (malaya. അഗത്തി ഐലന്റ്) — Lakkadiv adaları daxil olan kiçik bir ada. Materikdən 350 km aralıda yerləşir. == Təsviri == Ada cənub-qərbdən şimal-şərqə doğru uzanır:uzunluğu 8 km, eni 900 metrdir. Ada hər tərəfdsən mərcan rifləri ilə örtülüdür. sahil sularında tuna balığının sənaye əhəmiyyətli ovu təşkil edilir. == Turizm == Adada hava limanı fəaliyyət göstəritr. Bu Lakkadiv adalarında yeganədir. Adada məscid və 20 yerlik otel fəaliyyət göstərir. Adaya uçuşlar həyata keçirilir.
Aratta
Aratta – b.e.ə. III minillikdə Şumer mixi yazılı kitabələrində adı çəkilmiş, Cənubi Azərbaycan ərazisində, Urmiya hövzəsində və ya Sənəndəclə Həmədan arasında məskunlaşmış qədim tayfa ittifaqlarından biri. == Arattanın coğrafi mövqeyi == Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi ilə bağlı bu ərazini uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşdirilmək kimi müxtəlif fərziyyə və mülahizələr irəli sürülsə də, Şumer qaynaqlarından əldə edilən məlumatların təhlili Aratta toponiminin Cənubi Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə veriiən ad olduğunu təsdiq edir. Dastanda Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu müəyyən edən məlumatlar mövcuddur. Şumer dastanlarından məlum olur ki, Aratta dağlıq ölkə idi, burada qiymətli lacivərd daşı istehsal olunurdu. Bu daş Şumerə Arattadan gətirilirdi, Aratta ustaları Şumerə çağırılır, arattalılar Şumerlə mal mübadiləsi aparırdı. Bu məlumatlar Arattanın Şumerlə qonşu ərazi olduğunu göstərir. Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu Şumer dastanındakı "Qara dağı" keçdikdən sonra, beş, altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu" ifadəsindən də müəyyən etmək mümkündür. Qaynaqda adı çəkilən Qara dağ toponimi İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniyyət təşkil edir. Süleymaniyyədən isə yol Azərbaycanın cənub torpaqlarına çıxırdı.
Akantu
Tatlısu (türk. Tatlısu), Akantu (yun. Ακανθού) — qismən tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin ərazisindəki Kipr adasında bir kənd (beynəlxalq birliyin rəyinə görə - Kipr Respublikası ərazisində yerləşir). İnzibati baxımdan Gazimagus rayonu daxilində bələdiyyə statusuna malikdir. 1383-cü ildən bəri adı çəkilir. == Coğrafiyası == Kənd adanın şimal-şərq hissəsində, bölgənin şimal hissəsində, Girne silsiləsinin şimal ətəklərində, dəniz səviyyəsindən 352 metr yüksəklikdə yerləşir. Akantu mahalın inzibati mərkəzi olan Famagustadan təxminən 28 kilometr şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına görə, Akantu əhalisi 1379 nəfər olmuşdur. Bunlardan kişilər 62,2 %, qadınlar 37,8 % olmuşdur. == Nəqliyyat == Ən yaxın mülki hava limanı Ercan Beynəlxalq Hava Limanıdır.
Abant
Haband — V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Aratta dövləti
Aratta – b.e.ə. III minillikdə Şumer mixi yazılı kitabələrində adı çəkilmiş, Cənubi Azərbaycan ərazisində, Urmiya hövzəsində və ya Sənəndəclə Həmədan arasında məskunlaşmış qədim tayfa ittifaqlarından biri. == Arattanın coğrafi mövqeyi == Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi ilə bağlı bu ərazini uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşdirilmək kimi müxtəlif fərziyyə və mülahizələr irəli sürülsə də, Şumer qaynaqlarından əldə edilən məlumatların təhlili Aratta toponiminin Cənubi Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə veriiən ad olduğunu təsdiq edir. Dastanda Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu müəyyən edən məlumatlar mövcuddur. Şumer dastanlarından məlum olur ki, Aratta dağlıq ölkə idi, burada qiymətli lacivərd daşı istehsal olunurdu. Bu daş Şumerə Arattadan gətirilirdi, Aratta ustaları Şumerə çağırılır, arattalılar Şumerlə mal mübadiləsi aparırdı. Bu məlumatlar Arattanın Şumerlə qonşu ərazi olduğunu göstərir. Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu Şumer dastanındakı "Qara dağı" keçdikdən sonra, beş, altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu" ifadəsindən də müəyyən etmək mümkündür. Qaynaqda adı çəkilən Qara dağ toponimi İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniyyət təşkil edir. Süleymaniyyədən isə yol Azərbaycanın cənub torpaqlarına çıxırdı.
Abant (personaj)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Abati (Xoy)
Abati — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Rəhal bölgəsinin Nazlı kəndistanında, Xoy şəhərindən 16,5 km cənubda, Xoy-Şahpur avtomobil yolunun 5,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
Bantu dilləri
Bantu dilləri ailəsi — Afrikanın orta və cənubi bölgələrində yaygın olaraq danışılan Suahili, Zulu, Çuana, Konqo, Mongo, Gonda və başqa dillərdən oluşur. Bu dil ailəsinin ən çox tanınan dilləri Keniya, Uqanda, Tanzaniya ve Konqoda 15 milyon nəfər tərəfindən danışılan Suahilidir.
Can Bartu
Can Bartu (30 yanvar 1936 və ya 31 yanvar 1936, Kadıköy, İstanbul ili – 11 aprel 2019 və ya 12 aprel 2019, İstanbul) — çərkəz əsilli türk futbolçu. == Həyatı == 10 may 1962-ci ildə Fiorentina ilə Atletico Madrid arasında keçirilən final matçında oynayan Bartu avrokuboklarda final matçına çıxan ilk türk futbolçu oldu.
Daniel Batti
Daniel Batti (10 dekabr 1997-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Hall Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Batti öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Tottenhem Hotspur klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 1-7 hesabı ilə məğlub olmuşdur.
Rofail Batti
Rofail Batti (d.1901; Mosul, İraq) — İraqlı jurnalist Rofail Batti 1901-ci ildə Mosulda anadan olub. 1914-cü ildə Dominikan məktəbini bitirdikdən sonra ibtidai məktəb müəllimi olaraq süryanilərin Artedoks Mar məktəbində süryani dilindən dərs deyib. 1924-29-cu illərdə hüquq təhsili alıb. Mosulda tələbəlik illərində jurnalist fəaliyyətinə başlayıb. Hələ 23 yaşında ikən Qahirədə İraq şair və ədiblərin yaradıcılığından ibarət iki cildlik “Ədib Əl-Asri fil İraq Əl Ərəbi” kitabı işıq üzü görüb. 1929-cu ildə “Saut Əl Ərəb”, 1930-cu ildə “Saut Əl İraq”, “Əl Cihad” və “Əl Şaib”, 1931-1938-ci illərdə “Əl Əxbar”, 1952-ci ildə “Əl Zəmalə” və “Əl Rabi”, “Lisan Əl Ərəb” və “Darü Əl Salam” nəşrlərində işləyib. Dr.Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh.
Alessandro Abate
Alessandro Abate (25 noyabr 1867, Kataniya, Siciliya – 29 mart 1953, Kataniya, Siciliya) — İtaliyadan olan rəssam, dekorator və bütün İtaliya kilsələrində olan çoxsaylı freskaların müəllifi. == Haqqında == Alessandro Abate 25 noyabr 1867-ci ildə Kataniyada anadan olub. İlk bədii təhsilini Siciliyada rəssam Antonino Qandolfo və qravüraçı Françesko di Bartolodan almışdır. 1893-cü ildə müəllimi Françesko di Bartolonun verdiyi maliyyə dəstəyi sayəsində təhsilini Neapolda rəssam Vinçenzo Marinelli ilə davam etdirib. Təhsilini Romada, Tətbiqi Sənətlər Akademiyasında başa vurub. Alessandro Abate məşhur akvarel, mənzərə və portret rəssamı idi. 1902-ci ildə Alessandro Abate Romada İncəsənət və Sənaye Muzeyinin təşkil etdiyi müsabiqədə qalib gəlib. Rəssamın karyerası 1890-cı ildə Kataniyada Bellini Sərgisi, 1895-ci ildə Roma Dövlət Sərgisi, 1902-ci ildə Turində keçirilən Müasir Dekorativ Sənət Sərgisi və Siciliya Kənd Təsərrüfatı Nailiyyətlərinin Sərgisi kimi yerli və milli səviyyəli sərgilərdə iştirak etməsi ona böyük uğur qazandırıb. 1897-ci ildə Raffaello Ogettinin rəhbərliyi altında İncəsənət və Sənaye Muzeyində Roma İncəsənət Məktəbindən qızıl medal və yüz lirə qazanmışdır. Tez bir zamanda Siciliyanın aparıcı Modern rəssamı kimi tanındı.
Abanto-i-Syervana
Abanto-i-Syervana (isp. Abanto y Ciérvana, bask Abanto-Zierbena) — İspaniyada bələdiyyə, Biskaya vilayətinin və Basklar ölkəsinin bir hissəsi. 2009-cu ilin məlumatına görə, əhalisi 9,609 nəfərdir. Əvvəllər bələdiyyənin ərazisində dəmir hasil edilirdi, lakin 1993-cü ildə hasilatı dayandırılmışdır.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Bantu dil ailəsi
Bantu dilləri ailəsi — Afrikanın orta və cənubi bölgələrində yaygın olaraq danışılan Suahili, Zulu, Çuana, Konqo, Mongo, Gonda və başqa dillərdən oluşur. Bu dil ailəsinin ən çox tanınan dilləri Keniya, Uqanda, Tanzaniya ve Konqoda 15 milyon nəfər tərəfindən danışılan Suahilidir.
Azərbaycanda batut gimnastikası
Azərbaycanda batut gimnastikası — Azərbaycanda batut gimnastikasının tarixi XX əsrin 30-cu illərindən başlanır. == Tarixi və inkişafı == === Sovet illərində === Digər SSRİ dövlətləri kimi Azərbaycanda da batut gimnastikası XX əsrin 30-cu illərində formalaşmağa başlamışdır. Bu idman növü idman akrobatikasının bir növü kimi inkişaf etmişdir. Azərbaycan SSR-nin idmançıları bu növ yarışlarda SSRİ Çempionatı və Birinciliklərində, məktəblilərin Ümumittifaq Spartakiadalarında respublikanı təmsil etmişlər. === Müstəqillik dövründə === ==== 1994 ==== 1994-cü ildə Azərbaycan Gimnastika Federasiyasının əsası qoyuldu. ==== 2002 ==== 2002-ci ilin oktyabrında Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə ölkədə gimnastika növlərinin dirçəliş dövrü başlanmışdır. Həmin ildən tamblinq idman növünün federasiyanın nəzdində müstəqil sahəyə çevrilmişdir. Hazırda isə tamblinq batut gimnastikasına daxildir. ==== 2013–2015 ==== 2013-cü ilin sonlarından etibarən Azərbaycanda batut gimnastikasının inkişafında yeni mərhələ başlamışdır. Buna qeyd edilən idmanın 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil edilməsi təkan vermişdir.
Andrey Batt
Andrey Batt (rus. Андрей Батт, tam adı: Andrey Sergeyeviç Batıçko; 6 avqust 1985, Tallin) — Rusiya aktyor, repçisi, prodüser, rejissor. Keçmiş basketbolçu. == Həyatı == Andrey Batt 6 avqust 1985-ci ildə Tallində doğulub. 2009-cu ildə aktyor çəkilişlərinə başlayıb. 2013-cü ildə musiqi əsərləri buraxmağa başladı. 2016-cı ildən o, özünün "Rəssamın macərası" realiti-şousunu nümayiş etdirir.
Attu adası
Attu adası (ing. Attu Island, aleut. Atan) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun ən qərb və ən böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Attu Alyaskanın və bütün ABŞ-nin ən qərb nöqtəsidir. Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 690 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1534 km-dir. Attu təxminən 66 km uzunluğa və 28 km enə malikdir. Sahəsi 892.795 km²-dir. == Tarix == Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Attu adasını 1745-ci ildə Evdokim gəmisi ilə oraya gələn Mixail Vasilyeviç Nevodçikov kəşf edib. Bununla belə daha müasir araşdırmalara görə, ada 1742-ci ildə Vitus Berinqin İkinci Kamçatka ekspedisiyası zamanı kapitan-komandir Aleksey Çirikov tərəfindən kəşf edilmişdir ("yerini dəqiq aydınlaşdırmışdır").
Saray-Batu
Saray Batu — Qızıl Ordanın paytaxtı. Batı xana qərb tərəfdən: Karpat, Visla, Neman, şimaldan Volqanın mənbəyi, cənub tərəfdən Qara dənizədək və Qafqaz dağlarınadək olan böyük ölkələr tabe idi. Onun imperiyası Qızıl Orda adı aldı. Bu dövlətin mərkəzi Aşağı Volqanın qolu Aktubo üzərində möhkəmləndirilmiş xan düşərgəsi olan Saray idi. Saray Batu həm də Böyük Saray adı ilə məşhur idi. İndiki Həştərxan vilayətinin Xarabalı rayonunda Selitrennoe kəndi onun ərazisindədir. Saray Batu və ya Böyük Saray Qızıl Orda imperiyasının çiçəklənən şəhəri olmuşdur. 1254-cü ildə Böyük Saraya Saray Batu adı verilir. O, Qızıl Ordanın siyasi mərkəzi hesab olunurdu. Xan iqamətgahı da burda yerləşirdi.
Saray Batu

Yuyçzülyü Batu
Batu — Jujanların dördüncü başçısı idi. Ölümündən sonra yerinə oğlu Disüyuan keçmişdir.