Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alnabat
Alnabat (əvvəlki adı: Əliismayıllı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Alnabat kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliismayıllı kəndi Alnabat kəndi adlandırılmış və Əliismayıllı kənd inzibati ərazi dairəsi Alnabat kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kəndin əvvəllər də adı Alnabat olmuşdur. 1930-cu ilin qışında həmin kənddə öldürülmüş Əli İsmayılovun (bolşevik Qasım İsmayılovun qardaşı) adı ilə adlandırılmış, memorialtoponim idi. 25 oktyabr 2011-ci ildə kəndin əvvəlki adı bərpa olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Kənd əhalisinin bir hissəsi 1948-1950-ci illərdə Göyçə mahalından deportasiya olunanlardandır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1445 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Zahid Oruc — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Yaqub Məmmədov — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili.
Alnabat bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Anabat məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Aşğabat
Aşqabad — Türkmənistanın paytaxtı . Əhalisi 1 milyon 31 min nəfərdir . Şəhər 38-ci paralelin altında, Afina, Seul və San-Fransisko enlərində yerləşir; Türkmənistanın ən böyük şəhəridir. == Tarixi == Aşqabad dünyanın ən qədim şəhərlərindəndir. Arxeoloqlar köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər. Müasir Aşqabad 1881-ci ilin yanvarında Rusiya imperiya qoşunlarının bütün Axal-Tekinsky oazisini və xüsusən onun şərqində yerləşən Aşqabad kəndini işğal etdikdən sonra hərbi istehkam kimi quruldu.. Karvan yollarının və yaxın bir dəmir yolunun olması şəhərin sürətli inkişafını təmin etdi. Bütün yaxın ərazilərdən insanlar buraya gəldilər. Bəziləri pul qazandılar, bəziləri təqiblərdən qaçdı, üçüncüsü yeni bir şəhərin inşasında varlanmaq istədi. Aşqabadın sürətlə yüksəlməsinin ikinci səbəbi yaxşı təmiz su və tikinti materialları — yaxınlıqdakı dağlarda ağac, şəhərətrafı ərazilərdəki çınqıl və gilin çiçəklənməsidir.
Batabat
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Anabad
Anabad (Ordubad)
Abbat
Abbat (lat. abbas, ivr. ‏אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir. Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabat proseslər

Banabad (Sərdəşt)
Banabad (fars. بناباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər yaşayır (117 ailə).
Batabat (film)
Batabat qısametrajlı sənədli televiziya filmi Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır. == Məzmun == Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır.
Batabat (içki)
Batabat FK
"Batabat" — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu - Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında ikinci yeri tutmuşdur.
Batabat gölü
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Batabat karvansarası
Batabat karvansarası — Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 37.
Batabat karvansarayı

Batabat kurqanları
Batabat kurqanları — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat yaylağında arxeoloji abidə. == Haqqında == Kurqanlar hündürlüyü 1,5 metr diametri 3–5 metr enində olan təpə şəklindədir. Tədqiqatçılar kurqanları (e.ə. 2–1) minilliyə aid edirlər.
Nordin Amrabat
Nordin Amrabat (ərəb. نورالدين أمرابط‎bər. ⵏⵓⵓⵔⴷⴷⵉⵏ ⴰⵎⵔⴰⴱⴰⵜ 31 mart 1987) — Yunanıstanın Super Liqa klubu AEK Afinada cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçu.
Anabad (Ordubad)
Anabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Rayonun mərkəzindən 4 km şimal-şərqdə, Ordubad-Gənzə avtomobil yolunun sağ kənarında, Gənzə çayının sol sahilindədir. Əhalisi 208 nəfər(2000); meyvəçilik və heyvandarlıqla məşğuldur.İbtidai məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Anabad kəndi Zəngəzur silsiləsinin cənub ətəyindədir. Bu sözlə bağlı Anabad yeri (Qubadlı), Anabad dərəsi (Laçın) və s. mikrotoponimlər mövcuddur. Van gölündən cənubda, Anabad məbədinin yaxınlığında Anabad adlı kənd var. Tədqiqatçılar toponimi orta fars dilindəki anapat. (adam yaşamayan, abad olmayan yer) sözü ilə bağlayırlar.
Anabad (İran)
Anabad — İranın Rəzəvi Xorasan ostanının Bərdəskən şəhristanının Anabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,968 nəfər və 1,480 ailədən ibarət idi.
Anabad məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Anabar buxtası
Anabar buxtası — Laptevlər dənizinə daxil olan Anabar körfəzinın cənubunda yerləşir. Anabar çayının mənsəbini təşkil edir. Buxtanın uzunluğu 24 km-dən, eni isə 5–7 km arasında dəyişir.
Anabar gölü
Anabar — Nauru adasının şimalında yerləşən göllər qrupu. Anabar və İyuv dairələrinə daxildir. Onlar arasında ən irisinin su səthinin sahəsi 10 min m² təşkil edir. Burada süni şəkildə balıq yetişdirilir. == Mənbə == Nauru döllərində balıqçılıq haqqında qanun.
Arabat qalası
Arabat (Rebat,ərəbcə "rabat" - "hərbi post") — Krımın Azov sahilində yerləşən yeganə tatar-türk qalası. Qala Ak-Monay (müasir Kamenskoye) kəndindən iki kilometr şimal-qərbdə tikilmişdir. Or Qapı qalası və Yeni Qala qalası ilə birlikdə Krımı şimaldan və şərqdən düşmən hücumlarından qoruyurdu. O, perimetri boyu daha qədim dərin xəndəklə əhatə olunmuş səkkizguşəli formaya malikdir. Bəlkə də Azov dənizinə yeraltı keçidlə də cıxışı var idi. Əvvəllər, qədim zamanlarda bu yerin yaxınlığında Herakl məbədi olan Herakleon yerləşirdi. == Tarixi == Osmanlı səyyahı Övliya Çələbi Tavriyanı təsvir edərkən, Arabatdan rus ordusunun, kazakların, polyakların və kalmıkların Krıma gedən yolunu kəsməli olan bir qala kimi yazırdı. Lakin 1668-ci ildə İvan Roqun komandanlığı altında kazaklar Arabatı fırtına ilə ələ keçirdilər və orada olanların hamısını məhv etdilər. Sıtin Hərbi Ensiklopediyasında deyilir ki, 1737-ci ildə Krım yürüşü zamanı feldmarşal qraf P.P.Lassi 40.000 ordu ilə Arabat qalasına hücum etməmiş, Arabat dilinin ortasında, Salqir çayının mənbəyinə qarşı körpü tikmişdir. Sərbəst şəkildə yarımadaya soxularaq orada düşmənə böyük dağıntılar törətmiş, iyunun 12-də və 14-də iki döyüşdə xan ordusunu məğlub etmişdir.