anabas 2021

anabas
anabaptizm
anabazin
OBASTAN VİKİ
Anabasis
"Anabasis" (q.yun. Ἀνάβασις - “yüksəliş”) və ya “Ölkənin içərilərinə yürüş” həmçinin “On minliyin geri çəkilişi” kimi tanınır — qədim yunan yazıçısı Ksenofontun tarixi və bioqrafik əsərlərindən ən məşhuru. Bu əsərdə o dövrdə yunan ordusunun formalaşdırılması təcrübəsi, əsgərlərlə komandirlər arasında münasibətlər, hərbi marşrutların ətraflı təsviri və yunan muzdlularının üzləşdiyi çoxsaylı çətinliklər verilmişdir.
Anabasis aphylla
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. == Botaniki xarakteristikası == Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.
Anabasis brachiata
Şamdanvari öldürgən (lat. Anabasis brachiata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2ac + 3cd4 B2ab(ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi çılpaq, ətli, asan qırılan, silindrik, üçüzlü, sarı-yaşılımtıl, 15-25 sm hündürlükdə kolcuqdur. Yarpaqları 2,5-5 mm uzunluğunda, pulcuqvari, geniş üçbucaqlı-yumurtavari, qoltugunda tüklü-yunvari, qurtaracaq qısa iynəciklidir. Çiçəkləri pulcuq qoltuğunda təkdir. Çiçəkyanığının yarpaqcıqları pərdəvari və ya ovaldır, qanadları dairəvi və ya geniş tərs-yumurtavari, çəhrayıdır. Meyvələri yumurtavari və ya dairəvidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-oktyabr aylarına təsadüf edir.
Anabasis eugeniae
Yevgeni öldürgəni (lat. Anabasis eugeniae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet, endem növüdür. Regional IUCN Statusu: VU D2. == Qısa morfoloji təsviri == Gövdəsi incə, yarpaqlarla örtülü olan, 10-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları sərtvari, yuxarıda itiuclu, 2-3 sm uzunluqdadır. Çiçəkləri yarpaq qoltuğunda üç-üç yerləşmişdir. Meyvə qanadları sarı və ya tünd-qırmızıdır, sonradan qaralır, yuxarıda dik durandır, onlardan 3-ü nisbətən böyükdür, köndələn ovaldır və ya geniş geriyə -yumurtavaridir. Digər 2 meyvə yarpağı kiçikdir.
Anabasis salsa
Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir.