Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağlıbəy (Zəncan)
Ağlıbəy — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsində, Qızılkeçili kəndistanında, Mahnişan qəsəbəsindən 42 km cənub-şərqdədir.
Avdıbəy
Avdıbəy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə yerləşir. == Toponimi == Yerli tələffüz forması Əvdibəy. Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.V.1939-cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur. == Tarixi == 1939-cu ildə kənd ermənicə Tsaxkaşen, 1967-ci ildə Tsaxkabert adlandırılmışdır. Toponimin iki cür izahı verilə bilər. Kəndin adı Avdibəy şəxs adındandır.
Malıbəy
Malıbəy — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Malıbəy kəndi Qarabağ yaylasındadir. Yaşayış məntəqəsi keçmişdə Malıbəyli adlanmışdır. Malı bəy kəndin əsasını qoyan təhməzli nəslinə mənsub ailələrin başçisi olmuşdur. Malıbəy kəndi tarixi baxımdan hələ tədqiq edilməsədə bu ərazidə Azərbaycan arxeologiyasının çox nadir nümunələri gizlənir. Hələ sovetlər dönəmində günəşin daş üzərində ilk orjinal ibtidai rəsmi məhz bu ərazidən tapılmışdı. Bu ərazidə böyük sayda at, qoç fiqurları və digər müxtəlif bədii daş nümunələri və kurqanlar mövcuddur. Bu kənd ayrı-ayrı dövrlərdə Keşitaşf, Mağavuz və Qaraçorlu mahallarının tərkibində olmuşdur.
Şadıbəy xan
Şadıbəy xan — Timur Qutluq xanın qardaşı idi. Edigey tərəfindən taxta gətirilmişdi. Edigey Toxtamışı öldürməyə gedəndə hakimiyyəti əlinə aldı, lakin Edigey qayıdaraq onu taxtdan saldı. Şadıbəy xan, Şirvanşah İbrahimdən kömək istəmək üçün Dərbəndə sığındı və ömrünün axırınacan özünü əsl hökmdar saydı.
Ağılbəy-i Süfla (İcrud)
Ağılbəy-i Süfla (fars. اغلبيك سفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 930 nəfər yaşayır (229 ailə).
Ağılbəy-i Ülya (İcrud)
Ağılbəy-i Ülya (fars. اغلبيك عليا‎; digər adı: Ağılbəybala) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsində, İcrud kəndistanında, Zəncan şəhərindən 25 km cənubdadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 949 nəfər yaşayır (232 ailə).
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Abdibəy (Urmiya)
Abdibəy (fars. عبدي بيگ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (23 ailə).
Adilbek Mussin
Vəlibəy (Bicar)
Vəlibəy (fars. ولي بيگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Adıgey Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey ədəbiyyatı
Adıgey ədəbiyyatı — adıge dilində yaradılmış ədəbi əsərlər kompleksi. == Tarixi == Adıgelərin xalq poeziyası (Nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. Adıge əlifbası Oktyabr inqilabından sonra yaranmışdır. Yazılı ədəbiyyat sovet dövründə inkişaf etmişdir. Adıge ədəbiyyatının banisi xalq şairi Suq Teuçej olmuşdur. Bədii nəsr Tembot Keraşevin adı ilə bağlıdır. Əhməd Xatkov, Sovet İttifaqı Qəhrəmanı Hüseyn Andruxayev və Murad Paranukun şeirlərində, Dmitri Kostanov, Əsgər Yevtıx, Yusif Tlusten və başqalarının hekayə, povest və romanlarında sosializm quruculuğu, xalqlar dostluğu mövzuları əsas yer tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ж. Ф. Бовикина, Дмитрий Кэстан, Адыгейский научно-исследовательский институт экономики, языка, литературы и истории. Вопросы истории адыгейской советской литературы. — Адыгейский науч.-иссл.
Vladimirovskoe (Adıgey)
Vladimirovskoe (adıq Владимировскэр) — Adıge Respublikasının Qiaqin rayonunda kənd. Kənd Kelermesskoe inzibati mərkəzinə tabedir. Qiaqin rayonunun cənub hissəsində, Ulka çayının sağ sahilində yerləşir. Kelermesskoe kənd yaşayış məntəqəsinin mərkəzindən 5 km cənub-şərqdə, rayon mərkəzi Qiaqin şəhərindən 15 km cənub-şərqdə və Maykop şəhərindən 23 km şimal-şərqdə yerləşir. Kəndin sahəsi 0,69 km2-dir ki, bu da kənd yaşayış məntəqəsi ərazisinin 0,51%-ni təşkil edir. Kənd Zəkuban maili düzənliyində, düzənlikdən dağətəyi zonaya keçiddə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 208 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğru meyilli olub və təpəli və dalğalı yüksəklikləri ilə diqqəti cəlb edir. Çay dərələri ilə ərazi kəsilib. Kənd ərazisində ən yüksək nöqtə dəniz səviyyəsindən 208 metrdir.
Əlibəy Feyruzlu
Əlibəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral (7 mart) 1864, Salyan, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, Üsküdar, İstanbul ili, Türkiyə) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əlibəy Məmmədov
Əlibəy Novruzi
Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.. Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub. "Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb. Əlibəy Novruzi Sumqayıtın baş memarı olub. 600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur. Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..
Əlibəy Qayıbov
Əlibəy İsmayıl oğlu Qayıbov — Azərbaycan səhiyyəsinin təşkilatçılarından, tibb elmləri namizədi, Naxçıvan MSSR Səhiyyə Nazirliyinin baş cərrahı, Ali Sovetinin deputatı. Əlibəy Qazaxın məşhur Qayıboğulları (Qayıbovlar, Qayıbzadələr) nəslindən idi. Bu nəsildən olan ziyalılar, alimənsəb ruhanilər, maraqlı peşə sahibləri, hərbçilər, elm adamları Azərbaycanın ictimai, elmi və mədəni həyatında dərin iz buraxmışlar. Əlibəy Qayıbovun babası Molla Yusifin oğullarından Molla Həsən 1874-cü ildən Qazax qəzası üzrə Salahlı nahiyəsinin ruhani mollası idi. Oğlu - praporşik İsmayıl ağa Qayıbov 1880-cı illərdə bir müddət Salahlı nahiyəsi üzrə polis rəisi işləmişdir. İsmayıl ağanın oğlu Əlibəy Qayıbov (1889–1960) da Xarkov Universitetinin məzunu. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunun materialları içərisində Əlibəy Qayıbova 1916-cı ildə verilən 756 saylı şəhadətnaməyə əsasən, o, həmin il avqust ayının 11-də Xarkov Universitetinin tibb fakültəsinin tam kursunu bitirmişdir. Bu sənədlə ona, Rusiya imperiyasının bütün ərazisində öz ixtisasına uyğun olaraq işləmək hüququ verilirdi. Lakin şəhadətnamədə onun neçənci ildə Universitetə daxil olması qeyd edilməmişdir. O dövrdə Universitetin tibb fakültəsində təhsilin 6 illik olması nəzərə alınsa, Ə.Qayıbovun 1909-cu ildə ali məktəbə daxil olmasını söyləmək mümkündür.
Əlibəy kəhrizi
Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə. Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Əlibəy Əlibəyov
Əlibəy Əlibəyov (22 mart 1878, Füzuli, Dədəli – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1932). Azərbaycan SSR Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943). Əlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir.
Əlibəy Şükürov
Əlibəy Şükürov (2 may 1977, Mahaçqala) — Azərbaycanı təmsil edən yüngül atlet. Əlibəy Şükürov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 800 metr məsafəyə qaçış turnirində 1:52.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Əlibəy Səmədov
Əlibəy Səmədov (26 mart 1982, Dağıstan) — Azərbaycanı təmsil edən ağır atlet. Karyerası ərzində Əlibəy Səmədov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da, uğurlu nəticələ imza ata bilmədi. 2009-cu ildə Cənubi Koreyada Dünya Çempionatında 10-cu pillə və 2008-ci ildə İtaliyada Avropa Çempionatında 8-ci pillə onun beynəlxalq turnirlərdə qeydə alınan ən yaxşı nəticələridir. Əlibəy Səmədov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Əlibəy Səmədov birdən qaldırma mərhələsində birinci cəhdində 155.0, növbəti cəhdində isə 160.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində 165.0 kiloqramlıq ştanqı qaldırmağı bacaran Əlibəy Səmədov birdən qaldırma mərhələsini başa vurdu (nəticəsi 165.0). Təkanla qaldırma mərhələsində isə Əlibəy Səmədov birinci cəhdində 195.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 200.0 kiloqramlıq ştanq sifariş verən Əlibəy Səmədov ştanqı qaldıran zaman zədələndi və turnirdə mübarizəsini başa vurdu. Ümumi nəticədə Əlibəy Səmədov olimpiadanı 360.0-lıq (165.0+195.0) nəticə ilə 15-ci pillədə başa vurdu.
Abxaz-adıqey dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.