Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Aidə Şahbazova
Şahbazova Aidə Heybət qızı (7 may 1945, Bakı) — Azərbaycan dilçi alimi, professor, Bakı Slavyan Universitetinin Rus dili və onun tədrisi metodikası kaferdasının müdiri. Aida Şahbazova 7 may 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1962-ci ildə M. F. Axundov adına АPRDƏİ-nə daxil olmuş, 1967-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetini Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Həmin ili M. F.Аxundov adına АPRDƏİ –də müəllimlik fəaliyyətinə başlamışdır. 12 may 1981-ci ildə pedaqoji elmlər nazmizədi, 22 avqust 1984-cü ildə dosent vəzifəsinə layiq görülmüşdür. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 20 iyun 1997-ci ildə professor elmi adı almışdır. 1991-ci ildə BSU-nun Praktik rus dili kafedrasında, 2003-cü ildə isə Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri işləyir. 39 illik pedaqoji stajı var. 100-ə qədər nəşr olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Ümumtəhsil məktəblər və filologiya fakültəsinin tələbələri üçün hazırlanmış bir çox dərslik və dərs vəsaitlərinin rəyçisi olmuşdur.
Aidə Şirinova
Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis, ilk hərbi komandir müavini qadın, İSBAM departament rəhbəri. Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. 1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib. 1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib. Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.
Aidə Əmirova
Aidə İsayeva
Aidə İsayeva (12 sentyabr 1973) — Azərbaycanı təmsil edən yüngül atlet. Aidə İsayeva Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma o, finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi, şair. Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Batori (ailə)
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Bayterek (abidə)
Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur. Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır.. Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir. Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib. Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur.
Koroğlu (abidə)
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Maidə surəsi
5-ci surə əl-Maidə (Süfrə) surəsi (Mədinədə nazil olmuşdur, 120 ayədir) Surənin adı 114-cü ayədə çəkilən maidə (süfrə) sözündən götürülüb: "Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"" “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür? Sual “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür? Qısa cavab “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə gəldiyinə nəzər saldıqda aşağıdakı məsələləri diqqət mərkəzinə saxlamaq lazımdır: Birincisi budur ki, ayələrin və surələrin tənzimi nazil olma tarixləri əsasında olmamış, əksinə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məsləhəti və göstərişi əsasında Quranda yerləşdirilmişdir. Digəri budur ki, Quranın təhrifə məruz qalmasının və bu ayənin Qurandan çıxarılmasının qarşısını almaq üçün mətləblə əlaqəsi olmayan başqa ayələrin arasında yerləşdirilmişdir ki, imam Əli (əleyhis-salam)-ın imamət və vilayəti mövzusu daha çox diqqəti cəlb etməsin. Misal üçün, çox nəfis və dəyərli bir şeyi çox da əhəmiyyəti olmayan şeylərin arasında gizlədirlər ki, oğrunun diqqətini cəlb etməsin. Həmin məsələ də bu qəbildəndir. Üçüncüsü, əvvəlki və sonrakı ayələrlə əlaqəsi olmayan bir ayənin gəlməsi istitradi tənasübə görə ola bilər.
Naidə Məmmədxanova
Naidə Camal qızı Məmmədxanova (1 may 1968, Bakı) — filologiya elmləri doktoru, professor, Dünya ədəbiyyatı kafedrasının müdiri. Professor Camal Məmmədxanovun və professor Səidə İbrahimovanın qızı, akademik İbrahim İbrahimovun nəvəsi və ŞHK-nun kapitanı, millət vəkili Anar Məmmədxanovun bacısıdır. Naidə Məmmədxanova Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. 1991-ci ildə «Azərbaycan-rus ədəbi əlaqələri» adlı namizədlik, 2003-cü ildə isə «XX əsrin 70-90-cı illərdə fransız romanı. Həyatın və qəhrəmanın yeni konsepsiya axtarışı» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Məmmədxanova Naidə Avropa ədəbiyyatı üzrə mütəxəssisdir. “Dünya ədəbiyyatı tarixi”, “Müqayisəli ədəbiyyatşünaslıq (rus-xarici ədəbi əlaqələr)” fənlərini tədris edir. Ədəbiyyat problemlərinə həsr olunmuş 100-dən artıq elmi əsərlərin, o cümlədən “Романтизм в зарубежной литературе ХIХ века” və “Турецкая проза 20-40-х годов ХХ века” adlı metodik vəsaitlərin, dörd monoqrafik araşdırmanın: “Французский роман 70-90 годов ХХ века. Поиски новой концепции жизни и героя”, “Восприятие искусства и искусство восприятия (русско-азербайджанские литературные связи рубежа веков)”, “Müasir fransız ekzistensialist romanı” (fransız dilində), “Fransız postmodernizmin xüsusiyyətləri” (ingilis dilində), həmçinin bir dərsliyin “Зарубежная проза II половины ХХ века” və dərs vəsaitin “Взаимосвязь реализма Л.Н.Толстого и Д.Голсуорси” müəllifidir. Məqalələri həm respublikada, həm də bir sıra xarici ölkələrdə, məs.
Newborn (abidə)
NEWBORN — Müstəqilliyi qismən tanınmış Kosovonun paytaxtı Priştinada qoyulan abidə. Abidə Gənclər və İdman Sarayının qarşı tərəfində qoyulmuşdur. 17 fevral 2008-ci ildə, Kosovonun müstəqillik gününüdə açılmışdır. Abidə ingiliscə "Newborn" yazısından ibarətdir. Hansı ki, bu yazı çap hərfləri formasındadır. İlk əvvəllər parlaq sarı rəngə boyanan bloklar şəklində idi. Sonradan isə Kosovonun müstəqilliyini tanıyan dövlətlərin bayraqları ilə bəzədilmişdir. Abidənin səthi hər il 17 fevral ərəfəsində yenilənir. "NEWBORN" Kosovo müstəqilliyindən sonra, bir çox kütləvi informasiya vastələrini xüsusilə The New York Times qəzetinin ön səhifəsində göründü. Abidə Fisnik İsmaili və «Ogilvy Kosova» agentliyi tərəfindən hazırlanmışdır.
Sidə Lincan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
Vikipediyaya abidə
Vikipediyaya abidə (pol. Pomnik Wikipedii) — Polşanın Slubitse şəhərində yerləşən və dünyada vikipediyaya həsr edilmiş ilk abidə. Açılışı 22 oktyabr 2014-cü il tarixində olmuşdur.
Ədl (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Ədllər (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Əl-Qaidə
Əl-Qaidə — Üsamə bin Ladenin keçmiş lideri olduğu terror təşkilatı. 1989-cu ildə yaranmışdır. 2009-cu ildə Londonda nəşr olunan “El Kuds El Arabi” qəzetinin baş redaktoru Abdulbari Atvan bununla bağlı çox maraqlı məqalə yazıb. Bu məqalə dünyanın, o cümlədən Qərbin bir çox nüfuzlu nəşrlərində tərcümə edilərək yerləşdirilib. A. Atvan yazır ki, 8 il əvvəl sentyabrın 11-də Nyu-Yorkda həyata keçirilən terror olayından sonra Qərbdə bəzi ekspertlər “Əl-Qaidə”nin guya zəiflədiyi haqda mülahizələr irəli sürür və bunu ABŞ başda olmaqla koalisiya qüvvələrinin Əfqanıstanda, İraqda apardıqları əməliyyatlarla əlaqələndirirlər. Sübut kimi isə London, Madrid və digər şəhərlərdə terror təşkilatının səs-küy doğuracaq əməliyyatlar həyata keçirmək yönündə cəhdlərinin uğursuzluqla nəticələnməsi qeyd olunur. “El Kuds El Arabi” qəzetinin baş redaktoru bu mülahizələri yanlış sayır. O xatırladır ki, 20-ci ilini qeyd edən “Əl-Qaidə” bu günə qədər ABŞ-nin dövlət büdcəsini 908 milyard ABŞ dolları zərərə salıb, 5 min əsgərin ölümünə, 30 min əsgərin yaralanmasına bais olub və bütün bunların sonu hələ də görünmür. Müəllif yada salır ki, “Əl-Qaidə”nin 8 il əvvəl ünvanı yalnız Əfqanıstandakı Tora-Bora dağları olub. İndi “Əl-Qaidə” Pakistan və Əfqanıstanın sərhəd bölgələri, Ərəbistan yarımadası, Şimali Afrika və Somalidə də güclü, təhlükəli şəbəkəyə malikdir və bu, Qərbdə də etiraf olunur: “Əl-Qaidə” təşkilatı əfsanəvi Draqon (əjdaha) kimi oldu.
Ailə büdcəsi
Ailə büdcəsi— müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planı. BRE-yə görə ailə büdcəsi ailədə faktiki gəlir və xərclərin məbləği və strukturudur; həyat səviyyəsinin xarakterik xüsusiyyətləri. 1980-ci illərin sonlarında İngilis sosioloqları J. Pal və K. Vogler ailə büdcəsinin idarə edilməsi növlərinin təsnifatını təklif etdilər, bunun nəticəsi Volger, Pal cütlüyü tərəfindən yekunlaşdırıldı. Nəticə aşağıdakı sxemdir : Tam qadın və ya kişi nəzarət sistemi Ev təsərrüfatı üçün sabit büdcə sistemi Müstəqil nəzarət sistemi Xərclər sabit və dəyişənlərə bölünür. Onlar da tez-tez aktuallıq və tezliyə görə bölünür: illik, mövsümi, aylıq, həftəlik, gündəlik və dəyişən . Elmi ədəbiyyatda rifah səviyyəsinə görə ailə büdcələrinin bir neçə növü fərqləndirilir: yaşayış minimumu büdcəsi, bərpa istehlak büdcəsi və yüksək gəlir büdcəsi. Steinberqin araşdırmasına görə, əlverişsiz iqtisadi vəziyyətdə olan kənd mühitində ailə büdcəsi "şəbəkə resursu"ndan alınan resursların 30–70%-ni təşkil edir və ailənin zənginliyindən asılı olaraq onun genoqramı əhəmiyyətli dərəcədə dəyişir : aztəminatlı ailə qohumlarından əhəmiyyətli donor dəstəyi alır ki, bu da birtərəflidir; orta gəlirli ailə qarşılıqlı mübadilə əsasında qurulmuş ən inkişaf etmiş şəbəkəyə malikdir; yüksək gəlirli ailə "kasıb ailə" konfiqurasiyasına malikdir, lakin rifah səviyyəsini qorumaq və gücləndirmək üçün qəsdən belə şərait yaradır. "Şəbəkə resursu" fenomeni "mənəvi iqtisadiyyat"ın xarakterik xüsusiyyəti olan mübadilənin ekvivalentliyinin dərk edilməsidir. Ailənin nüvə vahidi kimi anlayışının formalaşması ilə yanaşı, "böyük ailə" anlayışı keçmişə çevrilir ki, bu da əvvəllər bütün iştirakçılara "əsas son məqamların" uğurla keçməsinə zəmanət verirdi: bir ailənin doğulması. uşaq, universitetə ​​daxil olan uşaqlar, evlilik, dəfn.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.
Şiəlikdə Aişə
Şiələrin Aişəyə baxışı ümumiyyətlə xoş deyil. Bu, ilk növbədə, onun Əhli-Beytə (İslam peyğəmbəri Məhəmmədin ailəsinə) nifrət etməsi və o dövrün "Birinci fitnə"dəki (vətəndaş müharibəsi) hərəkətləri ilə əlaqədardır. Cəməl döyüşündə onun iştirakı geniş şəkildə bu cür hörmətsizlik əlaməti hesab olunur. Şiələr də Aişənin sağlığında siyasi iştirakına görə onu mübahisəli şəxs hesab edirlər. Aişə birinci xəlifə Əbu Bəkrin qızı olduğu üçün siyasi ailə nəslindən idi. Aişə Məhəmmədin siyasi həyatında da fəal rol oynamışdır; o, döyüşçülər arasında müharibədən əvvəl danışıqlara başlamaq, döyüşlər aparmaq və müharibələri bitirmək kimi hərbi bacarıqları öyrəndiyi müharibələrdə onu müşayiət etdiyi bilinirdi. Sünnilər deyirlər ki, Aişə Məhəmmədin xanımı olduğu üçün onu tənqid etmək peyğəmbəri tənqid etməyə bərabərdir. Şiələr isə Quranda həm Nuhun, həm də Lutun xanımlarının vəziyyətinə istinad edərək buna qarşı çıxırlar: Tanınmış Quran təfsirçisi İsmayıl ibn Kəsir bu ayə haqqında demişdir: "Buna görə də ərlərinin bütün məhrəm bilikləri onlara nə kömək etdi, nə də əzabdan çəkindirdi, buna görə də, Allahın “(Onlar Allaha qarşı onlara heç bir fayda vermədilər) kəlamı, zövcələrinin kafir olmalarına görədir." Şiələr Aişənin Məhəmmədin sevimli arvadı olduğu fikrini rədd edir və Quran ayəsinə uyğun olaraq Məhəmmədin öz xanımlarından heç birini fərqləndirmədiyinə inanırlar: Həmçinin Məhəmməddən sitat gətirirlər: "Kişinin iki arvadı olsa və onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi aşağı çökmüş halda gələcəkdir." Digərləri, Ümmü Sələmənin Əhli-Beytə bağlılığına görə onun sevimli həyat yoldaşı olduğuna inanırlar. Ümmü Sələmə Məhəmmədin ailəsinə sədaqəti və ölümündən sonra onun əmrlərinə itaət etməsi ilə Aişədən fərqli olaraq təqdim olunur. Əliyə qarşı ordu toplayan Aişədən fərqli olaraq Ümmü Sələmə gərginliyi sakitləşdirməyə çalışırdı.
Aida Hüseyn
Aida Əli qızı Hüseyn (1976) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi (2024—h.h). Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub. 1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub. 2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.
AIDS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Paide
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Pide
Pide — Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir. Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Maide Arel
Maide Arel (1907, Konstantinopol – 9 fevral 1997, İstanbul) — erməni əsilli türk rəssam. 1935-ci ildə Gözəl Sənətlər Akademiyasının Nazmi Ziya və Hikmət Onat otelyelərindən məzun olmuşdur. Bir müddət Mehmet Ruhi Areldən dərs almışdır. Həyat yoldaşı Şəmsi Arelin işinə görə olduğu Ərzincanda fransız dili müəllimliyi etmişdir. 1948-ci ildə Ankara Xalqlarevinin açmış olduğu yarışmada ikinci olmuşdur. 1945–1950-ci illər arasında Parisdə Andre Lhote, Fernand Leger və Jean Metsinger Atelyelərinə dəvam etmişdir. Alliance Françoisedən diplom almışdır. İlk sərgisini 1951-ci ildə İstanbul da açmışdır. Parisdə təşkil olunmuş Qadın Rəssamlar Sərgisində iştirak etmişdir. Paris, Edinburq, Vyana kimi yerlərdə də sərgilər açmışdır.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.