Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. == Həmçinin bax == Süxurlar Çöküntülər Yer qabığı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Qısa satış
Reqressiv yatım
Reqressiv yatım- (rus. залегание регрессивное, ing. regressive bedding) dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanuna¬uyğun dəyişilməsi səciyyəvidir.
Üfqi yatım
Üfqi yatım – (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüqi yatım
Üfqi yatım – (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Satış autsorsinqi
Satış autsorsinqi — biznes prosesinin autsorsinqin növlərindən biri, gedən telemarketinq, daxil olan zənglərin qəbulu və emalı, e-poçtun yayılması və digər birbaşa marketinq növləri, CRM və s. Satış autsorsinqi konsepsiyası nisbətən yaxınlarda ortaya çıxdı, baxmayaraq ki, digər fəaliyyət sahələrində autsorsinqin istifadəsi olduqca yaygındır. Satış autsorsinqinin mahiyyəti daxili satış departamentinin funksiyalarının qismən və ya tamamilə kənar şirkətə (autsorser) verilməsindən ibarətdir. == Satış autsorsinqinin əsas növləri == satış prosesinin bir hissəsinin autsorsinqi (müştərilərin axtarışı, danışıqların aparılması); müştərilərin müəyyən bir seqmentinə (coğrafi yer, mədəni xüsusiyyətlər və s.) yönəldilmiş autsorsinq. autsorsinq müəyyən bir məhsula yönəlmişdir. == İstifadənin mənfi cəhətləri == autsorserin işçilərinin peşəkarlıq səviyyəsi kifayət qədər olmaya bilər; autsorserdən əsas şirkətin bazar seqmentinin nüansları və konyunkturasının mümkün olmaması; məlumat sızması risklərinin olması; autsorser tərəfindən öz vəzifələrini vicdansız yerinə yetirdikdə əsas şirkətin imicinə mənfi təsir; fövqəladə hallarda müştəri ilə əks əlaqə vaxtının artırılması. == Satış autsorsinqinə inamsızlıq problemi == Çoxlu sayda şirkət daxili bölmələrin bir sıra funksiyalarını autsorserlərə həvalə edir. Lakin bu tendensiya həmişə satışa şamil edilmir, çünki şirkətlər çox vaxt satışı özlərinin əsas işi hesab edirlər. Erin Anderson və Bob Trinkl özlərinin “Satışda autsorsinq” kitabında menecerlərin satışları şirkətdən kənara köçürmək istəməməsinin dörd əsas səbəbini müəyyən edirlər[1]: Müvəffəqiyyətli olduqları təqdirdə əlavə ödənişə layiq olmayan "aralıq" kimi satış nümayəndələrinin kök salmış anlayışı. Daxili satış bölmələrinin olması ilə bağlı xərclərin düzgün qiymətləndirilməməsi.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Uç, mənim atım (film, 1986)
== Məzmun == Film Azərbaycanın milli "sür-papaq" və "çövkən" oyunlarından, bu oyunlarda ölkənin müxtəlif bölgələrinin at zavodlarının komandalarının iştirak etmələrindən bəhs olunur.
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) - Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Satıq Buğra xan
Satıq Buğra xan (ərəb. صَتُق بُغرا خان‎; Satuq Bughra Khán, Uyğur: سۇلتان سۇتۇق بۇغراخان) — Qaraxanlıların 920-958-ci illər arasındakı hökmdarı, 932-ci ildə İslamı qəbul edərək, tarixdəki ilk müsəlman Türk xaqanı. Türk topluluğunun toplu halda İslama keçməsinə yol açmışdır. Qaraxanlı hökmdarı Satıq Buğra xanın dövründə İslam rəsmi din elan edilib. Buna görə türk tarixi üçün əhəmiyyətlidir və haqqında Satıq Buğra xan dastanında danışılır. == Hayatı == === Müsəlmanlığı qəbul etməsi === 920-ci ildə doğulub. Atası Qaraxanlı hökmdarı Bazir Arslan xan idi. Atasının ölümündən sonra əmisi və ögey atası Oğulcaq xanın himayəsində böyüdü. Satıq Buğra on iki yaşlarında olarkən Mavəraünnəhr və Xorasan bölgəsinə hakim olan müsəlman Samani dövləti şahzadələri arasında anlaşılmazlıq çıxdı. Bunlardan Nasir ibn Əhməd, Oğulcaq xanın ölkəsinə sığındı.
Unikal satış təklifi
Unikal satış təklifi (UST; ing. unique selling proposition, unique selling point; USP) və ya unikal məhsul iddiası — fərqli bir istehlakçı motivi, imicə və "əyləncə" reklamına alternativ. UST, müştərinin bir şirkət və ya məhsul seçməsinə əsaslanan rəqabət üstünlüyünün bir hissəsidir (bir məhsulun və ya xidmətin xüsusiyyətlərinə əsaslanaraq). == Tarixi == UST — yerləşdirmə strategiyasında daha da inkişaf etdirilən bir reklam konsepsiyasıdır (El Rays, Cek Traut və başqaları). Bu termin əvvəlcə Rosser Rivs tərəfindən məhsula yönəlmiş bazarlar üçün irəli sürülmüşdür. Təklif, məhsulun müstəsna xüsusiyyətləri və bazarda əvvəllər heç vaxt edilməmiş bir bəyanatla əlaqəli ola bilər. UST nəzəriyyəsi, Ted Bates & Company tərəfindən 1940-cı illərin əvvəllərində, ortaq olaraq Rosser Rivs tərəfindən hazırlanmışdır. 1980-ci illərdə nəzəriyyə H. Bolduin (ing. Baldwin H.), D. Şultz (ing. Schultz D.) və başqalarının əsərlərində hazırlanmışdır.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alıc
Alıc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Axım
== Axım == Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. == Axım xəritələri == Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. == Axım modulu == Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Centum və satem dilləri
Hind-Avropa ailəsinin dilləri yenidən qurulmuş proto-Hind-Avropa dilinin dilüstü samitlərinin (“K” və “G” tipli səslər) necə olduğuna görə ya sentum dillərinə (bəzən centum adlanır) və ya satem dillərinə bölünür. Bu fərqə misal olaraq proto-Hind-Avropa dillərindəki “100” sözünü göstərmək olar. Kentum dillərində adətən /k/ səsi ilə başlayan 100 (latınca centum /k/ ilə tələffüz olunur), satem dillərində adətən /s/ ilə başlayır (satem Avesta dilindən gəlir). Centum-satem bölgüsü Hind-Avropa dillərinin sinxron təsvirində izoqloss təşkil edir. Bu gün proto-Hind-Avropa dilinin növbə ilə Kentum və satem dillərinə bölünməsi və bütün Kentum və Satem dillərinin bu iki dildən ayrılaraq şərq və qərb qollarına bölünməsi yerinə bu xüsusiyyətlərin bir-birindən müstəqil şəkildə formalaşmış ola biləcəyi düşünülür. Bu arqument xüsusilə də ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dilinin bir Kentum dili olmasının kəşfi ilə daha da çox dəstəklənmişdir. == Kentum dilləri == Hind-Avropa ailəsinin Kentum dillərinə adətən qərbdə rast gəlinir. Yunan, Kelt, İtalik və German dilləri bu qrupun üzvləridir. Kentum-satem fərqi dillərin erkən formaları ilə əlaqəli olduğundan, bəzi müasir dillər Kentum qrupunun üzvləri olsalar da, müəyyən fərqlərə məruz qalmışdırlar. Rumın-kentum dili olan fransız dilində 100 mənasını verən cent sözünün /s/ səsi ilə oxunması buna misal ola bilər.
Dınqıl, sazım, dınqıl (film, 1976)
== Məzmun == Burada özündən çox razı, tüfeyli sərçənin macəralarından bəhs olunur. Eyni zamanda kinolent xatırladır ki, fırıldaqla, yalanla xeyir görmək olmaz. == Film haqqında == Applikasiya filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissorlar: Məsud Pənahi, Hafiz Əkbərov Quruluşçu rəssamlar: Məsud Pənahi, Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamları: Anatoli Abarenov, Rauf Dadaşov, Sergey Dyojkin, Vahid Talıbov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova Rəssam: N.Ağayeva Montaj edən: A.Vəliyeva Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Alın epilepsiyası
Alın epilepsiyası — bütün lokal mənşəli epilepsiyalar arasında rastgəlmə tezliyinə görə gicgah epilepsiyasından sonra ikinci yer tutur. Alın epilepsiyasının simptomatik, kriptogen və idiopatik formalarınıayırd edirlər. Sadə parsial tutmalar somatosensor aura şəklinə malikdirlər(sancma, dartılma, təzyiq, elektrik cərəyanı və ya boşalmasınınkeçməsi hissləri). Görmə illüziyaları və hallüsinasiyalarınaqavramanın parlaqlığının dəyişməsi və ya görmənin yayğınlığı, ağdairələr, görmə obrazlarının görmə sahəsində uzun müddətsaxlanması daxildir. Vegetativ əlamətlər (tremor, təngnəfəslik, bradikardiya, hiperemiya, sianoz) müşahidə olunur. Xəstələrintəxminən ¼-də qorxu, dəhşət affekti, ekzaltasiya, eyforiya və yabeyindən çıxmayan fikirlər və hər hansı hərəkətə məcbur edilməhissi şəklində psixi pozulma meydana çıxır. Epileptik boşalmaya baş beynin üç şöbəsindən hansının cəlb edilməsindən asılı olaraq hərəkitutmaları təsnif etmək qəbul olunmuşdur. Bu kontekstdə beyinqabığının presentral şöbələrində baş verən boşalmalarlaəlaqələndirilən parsial (fokal) hərəki tutmalar ("Cekson tutmaları")ayırd edilir. Onlar birtərəfli klonik dartılmalar, başın kontrlateraldöndərilməsi və şüurun saxlanması ilə xarakterizə olunur. Əlavəsensomotor sahədə tutmalar birtərəfli və ya ikitərəfli gərginlik, qışqırıq və ya inilti, yaxud, əksinə nitqin dayanması ilə səciyyələnir.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Alın sümüyü
Alın sümüyü —
Alıç (Meşkinşəhr)
Alıç (fars. الوچ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 469 nəfər yaşayır (102 ailə).
Fəxrəddin Salim
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub. Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib. == Ailəsi == Ailəlidir, bir qızı var. == Elmi-pedaqoji fəaliyyəti == Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. == Həyatı == Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. == Yaradıcılığı == Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.
Şalim adası
Şalim adası — Barens dənizinin Ura körfəzində yerləşən ada. İnzibati cəhətdən Murmansk vilayətinin Vidyaevo inzibati dairəsinə daxildir. == Yerləşməsi == Kola yarımadasının şimalında, Ura körfəzində yerləşən ada, onun qərb sahilindən 1,3 km, şərqindən isə 200 m aralıda yerləşir. == Təsviri == Köprfəzimn ən iri adasıdır. Ada 9,9 km uzunluğa, 2,6 km enə malikdir, Şimal hissədə bərzəx yerləşir ki, burada eni 500 metrdir. Adanın ucqar şimal nöqtəsi Tolstik burnu adlanır. maksimal hündürlük 208 metrdir. Ərazisi dekəm olar ki, qayalıqdır. Ancaq cənub-qərb və şimal-qərb sahilləri xaric sahilləri hamardır. Bitki örtüyünə ancaq bərzəx hissədə rastlamaq mümkündür.
Qasım Kərimov (alim)
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Santim
Santim — Mübadilədə istifadə edilən pul vahididir. Adı latın sözü olan centum (yüz) sözündən götürülmüşdür. Ölkə emitentinin dövlət dilindəki adının yazılışından asılı olaraq c (bütün fransız dilli ölkələrdə — fr. centime) və ya s (məsələn, Latviyada — latış. santīms‎)kimi tələffüz olunur. == İstifadəsi == === Mövcud olan mübadilə pul vahidləri === === Hesabi pul vahidləri === === Tarixi pul vahidləri === == İstinadlar == == Xarici keçidlər == Нумизматический словарь. / Зварич В. В. — 4-е изд. — Львов, 1980. Словарь нумизмата: Пер. с нем.
Aləm gözəl (ablom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Sati
Sati ritualı — Sadiqlik rəmzi hesab olunur. Sati-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Vusta (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Mir Ağa Balım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini - mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar.Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə “Xan” ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də. Seyidlik vəsiqəsi olanlar da bu kimi mülkədarlardan olurdular.
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir.İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
İstirahət satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. == Haqqında == Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
Şartım (Uçalı)
Şartım (başq. Шартым, rus. Шартым) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 30 km, kənd sovetliyindən (Səfər): 6 km. ən yaxın dəmiryol stansiyasından (Şartım): 0 km.
Sati ritualı
Sati ritualı — Sadiqlik rəmzi hesab olunur. İnduizm dəyərlərinə görə qadının ölmüş əri ilə birlikdə yandırılması ritualı.1987-də qəbul olunan qanunla qadağan olunmasına baxmayaraq hər il yüzlərlə belə cəhd qeydə alınır. Hətta bu sahədə qadınlara konsaltinq xidməti göstərən qeyri-qanuni şirkətlər də var. İnduizmə görə qadın odun içinə girərkən bütün günahlardan azad olur. Yəni, əri ölən dul qadını ərinin yanında yandırırlar.Hindistanda bu ritual ilə həm hollandlar, həm də ingilislər mübarizə aparıblar.
Erik Sati
Erik Sati (fr. Erik Satie; tam adı: Erik Alfred Lesli Sati fr. Éric Alfred Leslie Satie; 17 may 1866[…], Onflör, Kalvados, Fransa – 1 iyul 1925[…]) — fransız bəstəkar və pianoçu. Fransız ata və ingilis ananın oğlu olan Erik Sati Paris Konservatoriyasında oxusa da, fərqlənməyən tələbə olmuş və heç bir diplom ala bilməmişdir. 1880-ci illərdə o, Parisin Monmartr şəhərindəki kafe-kabaredə pianoçu kimi çalışmış və əsasən solo fortepiano üçün Gymnopédies və Gnossiennes kimi əsərlər bəstələməyə başlamışdır. O, həmçinin qısa müddət ərzində bağlı olduğu Rosicrucian təriqəti üçün musiqi yazıb. Bəstələdiyi bir sıra əsərlərdən sonra Sati yetkin bir tələbə kimi Parisin ikinci musiqi akademiyasına, Schola Cantorum-a daxil oldu. Onun oradakı təhsili Konservatoriyadakından daha uğurlu olmuşdur. Təxminən 1910-cu ildən o, qeyri-ənənəviliyi və orijinallığı ilə cəlb olunan gənc bəstəkarların ardıcıl qruplarının diqqət mərkəzində oldu. Onların arasında Les Six kimi tanınan qrup da var idi.
Asalım
Asalım — İranın Gilan ostanında yerləşən şəhər. Asalım əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. Asalım bəxşindəki əhalinin 70%-ni sünni-şafi inanclı Talışlar, 30%-ni isə şiə-cəfəri inanclı Azərbaycan Türkləri təşkil edir.
Batum
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) — Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Kazım
Kazım — Kişi adı.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem.Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
Sagum
Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim. Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi. Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi. Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu.
Nimfalar və Satir
Nimfalar və Satir (ing. Nymphs and Satyr) — tanınmış rəssam Vilyam Buqro tərəfindən 1873-cü ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 1873-cü ildə Parisdə tamamlanmışdır. Bir il sonra impressionistlər Buqronun stilindən tamamilə fərqlənən əsərlərdən ibarət sərgi təşkil etdilər. Əsər on doqquzuncu əsrin sonlarında Sterling Klark tərəfindən Nyu-York şəhərində, "Hoffman House Hotel"in barında aşkarlanmışdır. Klark yenidən kəşf etdiyi bu əsəri 1930-cu ildən 1943-cü ilə kimi özündə saxlamışdır. Əsər hazırda Massaçusets ştatının Vilyamstaun şəhərində Klark Mədəniyyət İnstitutunun muzeyində sərgilənir. Əsərdə gölməçədə çimən dörd nimfa və onları xəlvətcə güdən bir satir təsvir edilmişdir. Şəkildə, nimfalardan üçünün satiri gölməçəyə doğru çəkdiyi, digər birinin isə başqa nimfaları da onlarla birgə əylənçməyə çağırdığı görünür.
Siatim-201 sürtküsü
Siatim-201- antioksidləşdirici aşqardan ibarət antifriksion plastik sürtküdür. == Alınması == Siatim-201 litium stearat ilə qatılaşdırılmış, özlülüyü aşağı olan mineral yağdır.Tərkibində difenilamin(aşqar) vardır. == Xassələri == Siatim-201 yekcins mazdır (topalarsız). Rəngləri- parlaq açıq şabalıdı rəngdən tünd sarı rəngədək olur. Standart (ГОСТ 6267-74) Aşağı temperatur xassələrinə, mexaniki stabil və aşağı kolloid stabilliyə malikdir. Şaxtaya və suya davamlıdır.-60oC-dən +90oC-dək temperatur intervalında işlədilə bilər. Su ilə uzunmüddət birbaşa təmas şəraitində və nisbi rütubət 80% -dən çox olduqda, ağır yüklənmiş sürüşmə qovşaqlarında, məmulatların qısa və uzun müddətli konversiyası üçün istifadə edilməsi məsləhət görülmür. Damcı düşmə temperaturu(DDT)1750C –dir. Sürtkünün təminatlı saxlanma müddəti hazırlandığı gündən başlayaraq 1 il hesab edilir. İşləndikcə özlülüyü azalır və sürtkü kimi stabilliyini itirir.
İbrahim Sarim Paşa
İbrahim Sarim Paşa (1801, Konstantinopol – 30 avqust 1854, Konstantinopol) — Sultan Əbdülməcid səltənətində 3 ay 13 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Ahmed Rifat, Verdü’l-hadâik, Freiburg 1970, s. 40–41, 43. Mehmed Süreyyâ, Nuhbetü’l-vekāyi‘, İstanbul 1290, tür.yer. Lutfî, Târih, II, 403, 426; III, 649; IV, 819; V, 910, 914, 937–938; VI, 1023; VII, 1065, 1100, 1113, 1139, 1156; VIII, 1200, 1215, 1240, 1257, 1259. Mehmet Zeki Pakalın, Tanzimat Maliye Nazırları, İstanbul, ts. (Kanaat Kitabevi), I, 80–94. Faik Reşit Unat, Osmanlı Sefirleri ve Sefâretnâmeleri (Ankara 1968), Ankara 1992, s. 237. Mahmut Goloğlu, Trabzon Tarihi: Fetihten Kurtuluşa Kadar, Ankara 1975, s.
Yusif İsa Halim
Yusif İsa Halim (1894, Çokarliya[d], Konstantsa, Rumıniya Krallığı[d] – 1982, Mecidiya[d], Konstantsa, Rumıniya Sosialist Respublikası) — ilk rumınca-türkcə lüğəti yazan, Dobrucada anadan olmuş Krım tatarı olan şair, müəllim və linqivist. == Həyatı == Yusif İsa 1894-cü ildə bu gün Dobrucadakı Mankalya bölgəsinin qərbində yerləşən Ciocarlia olaraq da bilinən Bilbildə anadan olmuşdur. 1915-ci ildə Məcidiyyə mədrəsəsindən məzun olmuş və Adamclisi, Kavarna, Dobric, Boğazköudə müəllimlik etmişdir. Müəllimlik fəaliyyətində sonra ədəbi yaradıcılığa üz tutmuşdur. 1930-cu ildə ilk rumınca-türkcə lüğəti hazırlamış və hal-hazırda Bolqarıstanda yerləşən Dobricdə nəşr etdirmişdir. Onun lüğəti Kamus-i Umumi adlanmışdır.Rusların bölgədəki artan gücü və 1783-cü ildə Krımı ilhaq etməsindən sonra Krım tatarları Osmanlılar tərəfindən Dobrujcaya gətirildi. 2002-ci ildə onlar əhalinin 2.4% -ni təşkil etdilər. 1877-1878-ci illər arasında Dobrucadan Anadoluya 80.000 ilə 100.000 arasında Krım tatarlarının mühacirət edildiyi təxmin edilir. Yusif İsa Halimin ailəsinin də Ruminyaya köç etməsi bu dövrlərə təsadüf edir. Birinci Dünya müharibəsinə qədər az sayda davam etdi.
Aaçim yarımadası
Aaçim — Çukot Muxtar Dairəsinin şimal sahillərində yerləşən və Şərqi Sibir dənizinin suları ilə əhatələnən yarımada. Qərbdən Nolde körfəzi, şərqdən isə Xıçak körfəzi ilə əhatələnir. Şimal qutaracağında eyni adlı burun yerləşir. Yarımadanın sahəsi 150 km², orta hündürlüyü 15-35 metrdir. Yarımada əsasən düzənlikdən ibarətdir. Burada hətta qumlu dyunlar mövcuddur. Termokarst göllərlə zəngindir. Aaçim adı (çuk. ачым) çukotcadan tərcümədə Buxarlı mənasını verir.
Abdul Halim Muadzam Şah
Abdul Halim Muadzam Şah, Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah (ing.
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Alim Dərələyəzli
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Gülmalıyev
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Keşokov
Alim Keşokov (22 iyul (4 avqust) 1914, Terek vilayəti – 29 yanvar 2001, Moskva) — Sovet, kabardin əsilli şair, nasir. Kabardin-Balkar MSSR xalq şairi (1964). Sosialist Əməyi Qəhrəmanı (1990). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiya == 9 iyul 1914-cü ildə Şaluşka kəndində (indiki Kabarda-Balkariya Respublikasının Çeqem rayonu) anadan olmuşdur. Atası Pşemaho Mirzabekoviç Keşokov (1876–1937) inqilabdan sonra kənd inqilab komitəsinin sədri, kolxoz təşkilatçısı, əvvəllər isə kənd müəllimi işləyib. Anası Kuoz Tliqurovna Keşokova olmuşdur (1897–1973). 1923-cü ildə atasının açdığı ikiillik kənd məktəbini (1924–1926) bitirmişdir. 1926–1928-ci illərdə kabardin ədəbiyyatının banisi Əli Şoqentsukovun dərs dediyi Baksan dairə kənd təsərrüfatı məktəbində (indiki Baksan "Aqro" peşə liseyi) oxumuşdur. Vladiqafqazda İkinci Şimali Qafqaz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra (1931–1935) kənd məktəblərində müəllimlər hazırlamaq üçün regional müəllimlər kurslarında kabardin dili və ədəbiyyatı müəllimi işləmişdir.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub.2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alim Məmmədov
Alim Məmmədov (tam adı: Alim Tahir oğlu Məmmədov; 25 sentyabr 1950, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyat və yaradıcılığı == Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb. Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).
Alim Qasımov
Alim Həmzə oğlu Qasımov (14 avqust 1957, Nabur, Mərəzə rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). == Həyatı == === Erkən illəri === Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub. === Yaradıcılığı === ==== 1970-ci illər ==== 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub. ==== 1980-ci illər ==== 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. ==== 1990-cı illər ==== ==== 2000-ci illər ==== 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib. 2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
Alim Quliyev
Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. == İkinci Qarabağ müharibəsində iştirakı == Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb.
Alim Qurbanov
Alim Qurbanov (5 dekabr 1977-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Xəzər-Lənkəran klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur.
Alim Yoldaşov
Alim Mirzə oğlu Yoldaşov (10 mart 1997, Nəsimikənd, Saatlı rayonu – 28 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Yoldaşov 10 mart 1997-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Alim Yoldaşov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Alim Yoldaşov 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Alim İbrahimov
Alim Səhrab oğlu İbrahimov – 26 dekabr 1993-cü il; Ucar rayonunun Qazıqumlaq kəndi, Azərbaycan – 29 sentyabr 2020-ci il; Tərtər rayonu Suqovuşan, Azərbaycan – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra o, təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbində alıb. Hələ uşaq yaşlarından musiqiyə həvəsi olub. Alim İbrahimov 2004–2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub, daha sonra Milli Konservatoriyanın nəzdində Musiqi Kollecində təhsilini davam etdirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib. 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Alim də cəbhəyə yollanır. Döyüşlərdə rəşadət göstərir, Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Mədəniyyət.az == Hərbi xidməti == Alim İbrahomov Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.[1] Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alim Şükürov
Alim Davud oğlu Şükürov (23 may 1998, Cəlilabad rayonu – 9 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə Cəlilabad Peşə Liseyini bitirmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Alim Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alim Şükürov noyabrın 9-da Zəngilanın azad edilməsi zamanı Bartaz istiqamətində şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alim Şəbiyev
Şəbiyev Alim Böyükağa oğlu (31 mart 1968, Yardımlı rayonu – 9 aprel 1993, Kəlbəcər rayonu) — 1-ci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Alim Şəbiyev 1968-ci il martın 31-də Yardımlı rayonunda anadan olub. == Hərbi xidməti == Şəbiyev Alim Böyükağa oğlu orta məktəbi bitirdikdən sonra 1986-1988 -ci illərdə Belarusiyanın Qrodni şəhərində N saylı hərbi hissədə Tank qosşunları diviziyasında qulluq etmişdir. 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəbiyev Alim 09.04.1993-cü il tarixdə Kəlbəcər istiqamətində, məşhur "Murov əməliyyatında" iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. 01.05.1993 tarixində Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində adına küçə verilmişdir.