yazıçı-alim

yazıçı-alim
yazıçı
yazıçı-bəstəkar
OBASTAN VİKİ
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var. 1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.
Alim Dərələyəzli
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Gülmalıyev
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Keşokov
Alim Keşokov (22 iyul (4 avqust) 1914, Terek vilayəti – 29 yanvar 2001, Moskva) — Sovet, kabardin əsilli şair, nasir. Kabardin-Balkar MSSR xalq şairi (1964). Sosialist Əməyi Qəhrəmanı (1990). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. 9 iyul 1914-cü ildə Şaluşka kəndində (indiki Kabarda-Balkariya Respublikasının Çeqem rayonu) anadan olmuşdur. Atası Pşemaho Mirzabekoviç Keşokov (1876–1937) inqilabdan sonra kənd inqilab komitəsinin sədri, kolxoz təşkilatçısı, əvvəllər isə kənd müəllimi işləyib. Anası Kuoz Tliqurovna Keşokova olmuşdur (1897–1973). 1923-cü ildə atasının açdığı ikiillik kənd məktəbini (1924–1926) bitirmişdir. 1926–1928-ci illərdə kabardin ədəbiyyatının banisi Əli Şoqentsukovun dərs dediyi Baksan dairə kənd təsərrüfatı məktəbində (indiki Baksan "Aqro" peşə liseyi) oxumuşdur. Vladiqafqazda İkinci Şimali Qafqaz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra (1931–1935) kənd məktəblərində müəllimlər hazırlamaq üçün regional müəllimlər kurslarında kabardin dili və ədəbiyyatı müəllimi işləmişdir.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. 2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Alim Məmmədov
Alim Məmmədov (tam adı: Alim Tahir oğlu Məmmədov; 25 sentyabr 1950, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1992). Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb. Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).
Alim Qasımov
Alim Qasımov (14 avqust 1957, Nabur, Mərəzə rayonu Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub. 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub. 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
Alim Quliyev
Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb.
Alim Qurbanov
Alim Qurbanov (5 dekabr 1977-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Xəzər-Lənkəran klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Şəbiyev Alim
Əl-Alim
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.
Alim Xocayev
Xocayev Alim (24 sentyabr (7 oktyabr) 1910, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 14 fevral 1977, Moskva, RSFSR, SSRİ) — özbək sovet aktyoru. SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1949; 1977-ölümündən sonra). 1945 ildən Sov. İKP üzvü. 1929 ildən Həmzə ad. Özbəkistan Dram Teatrında cıxış etmişdir. Əsas rolları: Əlişir Nəvai ("Əlişir Nəvai", Uyğun və İ. Sultanov), Həmzə Həkimzadə Niyazi ("Həmzə", K Yaşen və A. Öməri), Hamlet ("Hamlet", V. Şekspir), Karl Moor ("Qaçaqlar", F. Şiller), Astrov ("Vanya dayı", A. Çexov), Poltoratski, Akbarbay ("Dan ulduzu" "İnqilab şəfəqləri" K. Yaşen) və s. Rej. kimi də fəaliyyət göstərmiş, kinoda çəkilmişdir.
Xocayev Alim
Xocayev Alim (24 sentyabr (7 oktyabr) 1910, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 14 fevral 1977, Moskva, RSFSR, SSRİ) — özbək sovet aktyoru. SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1949; 1977-ölümündən sonra). 1945 ildən Sov. İKP üzvü. 1929 ildən Həmzə ad. Özbəkistan Dram Teatrında cıxış etmişdir. Əsas rolları: Əlişir Nəvai ("Əlişir Nəvai", Uyğun və İ. Sultanov), Həmzə Həkimzadə Niyazi ("Həmzə", K Yaşen və A. Öməri), Hamlet ("Hamlet", V. Şekspir), Karl Moor ("Qaçaqlar", F. Şiller), Astrov ("Vanya dayı", A. Çexov), Poltoratski, Akbarbay ("Dan ulduzu" "İnqilab şəfəqləri" K. Yaşen) və s. Rej. kimi də fəaliyyət göstərmiş, kinoda çəkilmişdir.