Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mauser C96
Mauser C96 — 1896-1937-ci illərdə Alman silah istehsalçısı Mauser tərəfindən istehsal edilmiş yarı avtomatik tapança. Silahın lisenziyasız nüsxələri XX əsrin birinci yarısında İspaniya və Çində istehsal edilmişdir. C96-nın fərqli xüsusiyyətləri tətiyin qarşısındakı ayrılmaz maqazin, uzun lülə, ona qısa lüləli tüfəngin dayanıqlığını təmin edən və qobur və ya daşıma qutusu kimi istifadə olunan taxta stokdur. Uzun lüləsi və yüksək sürətli patronu ilə Mauser C96 öz dövrünün digər tapançalarından daha üstün diapazona və daha yaxşı nüfuza malik idi. Mauser şirkəti təqribən bir milyon C96 tapançası istehsal etmişdi, İspaniya və Çində istehsal edilən tapançaların sayı çox olsa da, dəqiq say yoxdur.
Amund-Rinqnes
Amund-Riqnes (ing. Amund Ringnes Island, fr. Île Amund Ringnes) — Kanada Arktik arxipelaqının Sverdrup adaları qrupunun tərkibinə daxildir. Adada daimi yaşayış yoxdur. İnzibati cəhətdən isə Nunavut vilayətinin Kikiktani bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5 255 km² təşkil eedir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 112-ci, Kanadada isə 25-ci yeri tutur. Adanın sahil xətdinin uzunluğu 500 kilometrdir.. == Açılışı == Ada 16 aprel 1900-cü illərdə Otto Sverdrup tərəfindən kəşf edilir. O, adanı tətqiq etmək üçün ekspedisiyanın iki üzvünü (Qunnar İsaksen və Serra Hassel) adaya göndərir.
Ski Museu
Ski Museu — Xizək ləvazimatlarının nümayiş olunduğu muzey. ABŞ-nin bu mövzuya aid ən böyük kolleksiyaya sahib muzeyi hesab olunur. Burada bütün eksponatlar xronoloji ardıcıllıqla düzülmüşdür. Bu ardıcıllıq Polşada xizək ləvazimatının inkişafında 120 il ərzində baş verən dəyişiklikləri göstərir. Muzeydə həmçinin qış idmanı mövzu haqqında müxtəlif kitablara da arst gəlmək mümkündür. Muzey 1995-ci ildə il bundan əvvəl Siklin şəhərində kolleksioner və yerli sakinlərin dəstəyi nəticəsində yaradılmışdı. Ski Museum of Maine website (ing.) "Skiing Pleasant Mountain" exhibit at Maine Memory Network. (ing.) Associated Press article by Glenn Adams in USA Today. (ing.) Ski Tracks article by Dan Cassidy in Maine Coast Now Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine.
Amed SK
Amed İK — 1-ci Liqada mübarizə aparan Türkiyə futbol klubu. == Tarixi == 1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur. 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
Rəşad Amed
Rəşad Amed (d. 24 yanvar 1975, Belaqorsk rayonu Ukrayna – 15 mart 2014, Belaqorsk rayonu Ukrayna) — Krım tatarı əsilli siyasi aktivist və xalq qəhrəmanı. 24 yanvar 1975-ci ildə Ukraynanın Belaqorsk rayonunda dünyaya gəlmişdir. 15 mart 2014-cü ildə Rəşad Amedin cəsədi polislər tərəfindən Krım paytaxtının 60 kilometr şərqində, Belaqorsk rayonunun Zemlianiçne kəndi yaxınlığındakı bir meşədə tapılmışdır. 18 mart 2014-cü ildə Simferopol şəhərindəki Abdalı müsəlman qəbiristanlığında dəfn edilmişdir. Rəşad Amed 3 mart 2014-cü ildə yalnız başına Krımın işğalına görə rus birliklərinə qarşı etiraz nümayişi başlatdı. Simferopol şəhərindəki Lenin meydanında Krım Nazirlər Şurası qarşısında etdiyi etiraz zamanı Krımın özünümüdafiə dəstələrinə aid hərbi geyim daşıyan 3 naməlum şəxs qaçırılmışdır. Ölümündən 3 il sonra 18 may 2017-ci ildə Ukrayna Qəhrəmanı Qızıl Ulduz ordeni verilməsi qərara alındı.
Amed İK
Amed İK — 1-ci Liqada mübarizə aparan Türkiyə futbol klubu. == Tarixi == 1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur. 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
Ağusəm
Ağusəm — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cür izah etmək olar: Türk dillərində ağı/aqu (acı, zəhər) və sam (isti külək) sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; Türk dillərində aqus/ağuj (ağız sudu, yeni bala vermış heyvanın ilk sudu) və sən/san (sağım) sözlərindən düzəlib, "yeni bala vermış heyvanların saxlandığı, sağıldığı yer" deməkdir. Toponimiyada Aqusəm kənd adını Aqusəm çayının adı ilə də bağlayırlar. Bu baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuş forması kimi qəbul olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 563 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir. Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Muse (musiqi qrupu)
Muse — 1994-cü ildə fevralında Devonda qurulan ingilis rok qrupudur. Bugünə kimi qrupun 20 milyondan çox albomu satılmışdır.
Rasim Abuşev
Rasim Fərzi oğlu Abuşev (15 oktyabr, 1963, Azərbaycan SSR, SSRİ) — Sovet və Azərbaycan futbolçusu. Azərbaycan yığmasının heyətində 40 oyun keçirdmişdir. Bakı yaxınlığında anadan olub və orada böyüyüb. Hərbi xidmət zamanı respublika birinciliyində ordu komandasında oynayırdı. Buna görə böyük futbola artıq yetkin yaşda başladı. Əvvəlcə ikinci liqada çıxış edən Bakının "Gənclik" komandasında oynayırdı, yarım ildən sonra isə "Neftçi"də. Yuxarı liqada ilk oynunu Kiyevdə yerli "Dinamo" komandasına qarşı keçirtdi, oyun heç-heçə bitdi. 1997-ci ilin yazında həmin vaxt Ağdamın "Qarabağ" klubunun oyunçusu Rasim Azərbaycan yığması ilə birgə Kiprdə məşq edirdi. Onlardan başqa orada Dinamo Stavropol komandasının təmsilçiləri var idilər ki, onlar Azərbaycan futbol federasiyası ilə "ağ-mavilər"in düşərgəsinə keçmək barədə məsələni həll etdilər. Stavropol Dinamosunun heyətində uzun müddət ərzində oynadı və tez-tez kapitan sarğısı ilə meydana çıxırdı, sonradan "Jemçujina Budyonnovsk" klubunda çıxış etməyə başladı, xaricdə son klubu Kafkaztransqaz oldu.
Anuşe Ansari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. == Mənbə == Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Müsən (Culfa)
Müsən (fars. مسن‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 205 nəfər yaşayır (52 ailə).
Məsəd Surəsi
111-ci surə
Məşəd bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məşəd şəhristanı
Məşhəd şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məşhəd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 2,798,298 nəfər və 732,996 ailədən ibarət idi.
Ruslan Auşev
Ruslan Auşev (29 oktyabr 1954) — MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant; İnquşetiya Respublikasının ilk prezidenti (1993-2002). 18.02.2014 — "Dostluq" ordeni.
Müsnəd İmam Əhməd
Müsnəd İmam Əhməd (ərəb. مسند الإمام أحمد‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi — Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu. Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb. 15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu Yusif və Şafii ilə görüşmüşdür. O, Hicaz, Suriya və İraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır. Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.
Müsnəd Əbu Hənifə
Müsnəd Əbu Hənifə (ərəb. سنن النسائي‎) — məşhur müsəlman hüquqşünası və ilahiyyatçısı İmam Əbu Hənifədən nəql olunmuş hədisləri ehtiva edən 15-ə yaxın hədis toplusunun ümumi adı. İmam Şafiinin "Müsnədi" kimi Əbu Hənifənin "Müsnədi" də Əbu Hənifənin özü deyil, onun tələbələri və sonrakı ardıcılları tərtib etmişlər. Hədislərin bu kitablara daxil edilməsinin meyarı Əbu Hənifənin bu hədislərin isnadında (rəvayətçilər silsiləsində) olması, yəni şəxsən onun müəllimlərindən və şeyxlərindən bu hədisləri nəql edən şəxs olması idi. Əbu Hənifədən gələn Müsnədlərin müəllifləri 15 üləmadır: Əbu Abdullah ibn Məhəmməd ibn Yaqub ibn əl-Haris əl-Harisi əl-Buxari, Əbu Abdullah əl-Ustaz adı ilə məşhurdur. Əbul-Qasim Təlhə ibn Məhəmməd ibn Cəfər əş-Şəhid əl-Ədl. Əbülhüseyn Məhəmməd ibn Mütəhhir ibn Musa ibn İsa ibn Məhəmməd. Əbu Nuaym Əhməd ibn Abdullah ibn Əhməd əl-İsfahani. Əbu Bəkr Məhəmməd ibn Əbdül-Baqi ibn Məhəmməd əl-Ənsari. Əbu Əhməd Abdullah ibn Adi əl-Curcaniyyə Əl-Həsən ibn Ziyad əl-Lului.
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd Əbu Əvanə
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
Müsnəd əl-Humeydi
Müsnəd əl-Humeydi (ərəb. مسند الحميدي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair imam Əbu Bəkr əl-Humeydi tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitabın müəllifliyini bu müsnədin dəqiq olaraq "Müsnədül-Humeydi" adı ilə tanınması, eləcə də məcmuədə nəql olunan bütün hədislərin şəxsən İmam əl-Humeydiyə gedib çıxması təsdiq edir. Kitabdakı hədislərin mənbələri əl-Humeydinin müəllimləri və şeyxləridir (məsələn: Süfyan ibn Uyeynə). Müsnəd əl-Humeydidə Məhəmmədin (s.a.v.) 182 səhabəsindən 1300-ə yaxın hədis toplamışdır ki, bunlardan 582 hədis Səhihi-Buxaridən, 152 hədis isə Müslim ibn əl-Həccacdandır (yəni 1300 hədisdən 830-u səhihdir). "Müsnəd"də səhih hədislərlə yanaşı, yaxşı (həsən) və zəif hədislər də vardır. Sonrakı tədqiqatçıların fikrincə, zəif hədislərin sayı ümumi hədislərin 7%-ni təşkil edir. Bu sünni hədis alimləri arasında əl-Humeydidən gələn rəvayətlərə yüksək dərəcədə etibarlılıq və etibara dəlalət edir. Əl-Humeydi Süfyan ibn Uyeynənin güclü tələbələrindən biri, İmam Şafiinin dostu, əl-Buxari, əz-Zuhli, Əbu Zura ər-Razi və Əbu Hatim ər-Razinin müəllimi idi.
Müsnəd əş-Şafii
Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi. "Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan (ərəb. الربيع بن سلي‎) götürmüş Əbul-Abbas əl-Əsammdır (ərəb. أبو العباس الأصم‎). ər-Rəbi ibn Süleyman da öz növbəsində İmam Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir. Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər.
Mayer Amşel Rotşild
Mayer Amşel Rotşild (alm. Mayer Amschel Bayern Rothschild‎; 23 fevral 1744, Frankfurt-Mayn, Azad Frankfurt şəhəri[d], Müqəddəs Roma imperiyası – 19 sentyabr 1812, Frankfurt-Mayn, Reyn Konfederasiyası[d]) — Beynəlxalq sülalənin əsasını qoymuş şəxs. Rotşildlərin ulu babası. == Həyatı == Rotşild Mayer Amşel 23 fevral 1744-ci ildə doğulub. Uşaqlığını indiki Almaniya ərazisində yəhudilər üçün ayrılmış gettolarda keçirib. 20 yaşında yerli bankların birində təcrübə keçib işi öyrənəndən sonra, babasının işini davam etmək üçün ailəsinin yanına qayıdır. Onun birinci işi qızıl sikkə, medalların satışı və dəyişdirilməsi idi. Sonradan pul yığıb özü üçün antikvar mağazasını açır. Həmin mağazada işlədiyi vaxt Avropanın ən varlı adamlarından biri sayılan landqraf Qessen-Kassel Vilgelm IX ilə tanış olur. Sonrada o həmin landqrafın (Qərbi Avropada zadəgan titulu.) yaxın adamı olur və onun şəxsi bankirinə çevrilir.
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Müsəb ibn Ümeyr
Müsəb ibn Ümeyr (ərəb. مصعب بن عمير‎ Müs'əb ibn 'Ümeyr; 585, Məkkə – 625) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçaraq Efiopiyaya köçür və oradan gəldikdən sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur. 621-ci ildə Kəbənin ənənəvi ziyarəti zamanı Mədinəli Aus və Xəzrəc qəbilələrinin nümayəndələri Əqabə adlanan yerdə danışıqlar aparmaq üçün Məhəmməd peyğəmbərlə görüşür. On iki mədinəli Məhəmməd peyğəmbərə yalnız Allaha ibadət etməyə, oğurluq etməməyə, zina etməməyə, uşaq öldürməməyə, böhtan və böhtandan çəkinməyə and içmiş, həmçinin Məhəmmədə peyğəmbər olaraq itaət edəcəklərinə and içmişlər. Əvvəlcə müəyyən çətinliklərlə qarşılaşan Əsəd ibn Zürarə Mədinədə təbliğat aparır və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir.
Müsə (Bükan)
Müsə (fars. موسه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (35 ailə).
I Used to Think I Could Fly
I Used to Think I Could Fly — Kanada müğənnisi Teyt Makreyin debüt studiya albomu. 27 may 2022-ci ildə RCA Records tərəfindən buraxılıb.