Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Android
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur. Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sistemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cü il boyunca 1 milyarddan çox android cihaz satılmışdır. == Tarixi == 2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı.
Android Auto
Android Auto — Google tərəfindən təkmilləşdirilən əməliyyat sistemidir. Sistem android versiyası 5.0 "Lollipop" və daha yuxarı olan ağıllı telefonları dəstəkləyir. Android Auto ilk dəfə 25 iyun 2014-cü ildə Google I/O tərəfindən elan edildi. 19 mart 2015-ci ildə sistemin mobil versiyası xalqa təqdim edildi. Sistemin funksiyalarına aiddir: GPS, naviqasiya, musiqi player'i, SMS, zəng etmək və veb axtarış dəstəkləyir. Sistem həm səsli, həm də sensor (toxunma ilə) idarəetmə üsulları ilə işləyəcək. Sistemin dəstəklədiyi proqramlar: Google Maps, Google Play Music, Spotify, Songza, Stitcher Radio, iHeartRadio və TuneIn, MLB at Bat dəstəkləyir. Android'in rəsmi saytı Android Auto'nu dəstəkləyən ən çox avtomobil istehsalçı şirkətlərin siyahılarını yığarkən, 2015 və 2016-cı illərin versiyalarını bir çox avtomobil dəstəkləmədi. Android Auto 6 yanvar 2014-cü ildə elan edilmiş Open Automotive Alliance'nın bir parçası və 28 avtomobil istehsalçı şirkətləri və ağıllı telefon tədarükçüsü Nvidia ilə birlikdə hazırlandı. 2015-ci ilin mayında Hyundai şirkəti Hyundai Sonata avtomobili Android Auto'nu dəstəkləyən ilk avtomobil və xidmətə təqdim edən ilk istehsalçı şirkət oldu.
Android Market
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Android Marshmallow
Android 6.0 Marshmallow — 28 may 2015-ci ildə Google I/O şirkəti tərəfindən təqdim olunmuş mobil əməliyyat sistemidir. Android Lollipop dan fərqli olaraq bu əməliyyat sistemində yeniliklər və yeni funksiyalar təqdim olunub. == Yeniliklər == İlk baxışdan Android Lollipopdan fərq müşahidə olunmur.Material Design konsepsiyası tamamı ilə saxlanılır. Müşahidə olunan fərqlər bunlardan ibarətdir: Barmaq izi ilə kiliddən acma imkanı. Google Now On Tap funksiyasının dəstəklənməsi. Multipəncərəli rejim. Çoxsaylı animasiya yenilikləri. Project Brillo-ağıllı "ev"lə işləmə sistemi. System Tuner UI gizli menyu Apple_Pay tətbiqinə oxşar Android_Pay tətbiqinin peydə olması. Bu versiyanı almış ilk qurğular: Nexus 5, Nexus 6,Nexus 7 (2013),Nexus 9 və Nexus Player.
Android Studio
Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib. Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı.
Android Wear
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Android sistemi
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur. Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sistemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cü il boyunca 1 milyarddan çox android cihaz satılmışdır. == Tarixi == 2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı.
Android 14
Android 14 — 64 bitlik on dördüncü əsas buraxılış və Google-un rəhbərlik etdiyi Open Handset Alliance tərəfindən hazırlanmış mobil əməliyyat sistemi olan Android-in 21-ci versiyası. 4 oktyabr 2023-cü ildə buraxılıb. Android 14 ilə buraxılacaq ilk cihazlar Pixel 8 və Pixel 8 Pro-dur. == Tarixi == Android 14 (daxili kod adı Upside Down Cake) 2023-cü il fevralın 8-də elan edildi. Dərhal ilkin tərtibatçı önbaxışı, eləcə də yeniləmələrin tarixləri ilə yol xəritəsi buraxıldı. Martın 8-də başqa bir tərtibatçı önbaxışı və dörd aylıq beta versiya buraxıldı. İlk beta aprelin 12-də buraxıldı və ona aprelin 26-da Beta 1.1 ilə yamaq vuruldu. Mayın 10-da ikinci beta buraxıldı, ona da mayın 25-də Beta 2.1 ilə yamaq vuruldu. Üçüncü beta versiyası iyunun 7-də buraxıldı və 14 iyunda Beta 3.1 ilə yamaq vuruldu. Dördüncü beta versiyası iyulun 11-də buraxıldı.
Android (əməliyyat sistemi)
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur. Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sistemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cü il boyunca 1 milyarddan çox android cihaz satılmışdır. == Tarixi == 2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı.
Android Application Package
Android Package, fayl uzantısı adı ilə apk — mobil proqramların, mobil oyunların və aralıq proqramların paylanması və quraşdırılması üçün Android əməliyyat sistemi və bir sıra digər Android əsaslı əməliyyat sistemləri tərəfindən istifadə olunan fayl formatı. Bu formatdan istifadə edən fayl Java və ya Kotlin dilində yazılmış mənbə kodundan qurula bilər. APK faylları Android App Bundle (.aab) istifadə edilərək yaradıla və imzalana bilər. APK Microsoft Windows-da APPX, HarmonyOS-un HAP-da .app və ya Debian əsaslı əməliyyat sistemlərində .deb kimi digər proqram paketlərinin analoqudur. APK faylı yaratmaq üçün proqram əvvəlcə Android Studio və ya Visual Studio kimi alətdən istifadə etməklə tərtib edilir və sonra onun bütün hissələri bir konteyner faylına yığılır. APK faylında proqramın bütün kodu (məsələn, .dex faylları), resurslar, aktivlər, sertifikatlar və manifest faylı mövcud olur. Bir çox fayl formatlarında olduğu kimi, APK faylları da lazım olan hər hansı ada malik ola bilər, lakin belə tanınmaq üçün fayl adının fayl uzantısı ilə bitməsi tələb oluna bilər. Əksər Android tətbiqləri istifadəçilərə APK fayllarını yalnız Google Play kimi etibarlı mənbələr yerinə digər mənbələrdən quraşdırmağa imkan verən "Naməlum mənbələr" parametrini yandırdıqdan sonra manual quraşdırmaq imkanı verir. Bunun edilməsinin əsas səbəbləri tapılmayan proqramları quraşdırmaq və ya mövcud proqramın köhnə versiyasını quraşdırmaqdır. == Digər əməliyyat sistemlərində istifadəsi == BlackBerry Android Runtime vasitəsilə Android 4.1 Jelly Bean proqramlarını və yuxarısını 2014-cü ilin yanvar 10.2.1 mikroproqram yeniləməsi ilə dayandırılmış Blackberry 10-a qədər dəstəklədi.
Androsid
Androsid ( q.yun. ἀνήρ "kişi" + lat. -cide "qətl") — kişi cinsinə mənsubiyyət prinsipi ilə kişilərin, oğlanların, oğlan yeniyetmələrin sistemli şəkildə öldürülməsini ifadə edən termin. Androsid insan cəmiyyətlərində düşmənin hücum imkanlarını zəiflətmək üçün qəsdən hədəf ola bilər . Androsid həm də qədim yunan mifologiyasında ədəbiyyatın xarakterik xüsusiyyətlərindən biri idi == Müasir gender diskursunda == Androsid, cəmiyyətin bütövlükdə hərbi xidmətə çağırış zamanı kişilərin və gənclərin böyük bir hissəsinin məhv edilməsi ilə məşğul olduğu və ya buna icazə verdiyi vəhşiliyə bənzədilib. Feminizmi tənqid edən bəzi təşkilatlar, eləcə də bəzi nəşriyyatlar kişilərin təqib edilməsini müasir müharibə məsələsi olduğunu iddia edirlər. Androsid, cinslər arasında fikir ayrılıqlarının olduğu hipotetik vəziyyətlərdə də nəzərə alınır (mizandriya).
Andria
Andriya (it. Andria) — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.
Andris
Andris — kişi adı. Andris Ameriks — latviyalı dövlət və siyasi xadim Andris Berzinş — Latviyalı Dövlət və Siyasət Xadimi. Andris Ambaynis — Latviya informatiki Andris Treymanis — latviyalı peşəkar futbol hakimi.
Şandor Endrodi
Şandor Endrodi (Macar dili: Endrődi Sándor) (16 yanvar 1850, Vesprem - 7 noyabr 1920, Budapeşt) - macar şairi 1850-ci ildə Macarıstanın qədim Vesprem şəhərində anadan olub. O, müxtəlif sahələrdə - aktyor, müəllim, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib. Macarıstanın məşhur şairi Şandor Petefinin yaradıcılığının vurğunu olan və onun adını daşıyan cəmiyyətin yaradıcısı Şandor Endrodinin vəfatından sonra yaşadığı şəhərdəki küçələrdən birinə onun adı verilib. Şair 1920-ci ildə Budapeştdə vəfat edib.
Andris Ambaynis
Andris Ambaynis (latış. Andris Ambainis‎; 18 yanvar 1975, Dauqavpils) — Latviya informatiki, kvant məlumat və kvant hesablama sahələrində ixtisaslaşmış kompüter elmləri alimi. Professor, Latviya Elmlər Akademiyasının üzvü, Latviya Elmlər Akademiyasının "Böyük medalı" laureatı (2013). == Təhsili və karyerası == 18 yanvar 1975-ci ildə Dauqavpilsdə anadan olub. Atası Dauqavpils kimyəvi lif zavodunun uzunmüddətli rəhbəri olmuşdur. Uşaqlıqdan Andris riyaziyyatı ilə maraqlanırdı və riyazi olimpiadalarda iştirak edirdi, professor Aqnis Amcans onun müəllimi olmuşdur. 1991-ci ildə SSRİ milli komandasının tərkibində Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq qalibi oldu və qızıl medal qazandı. 12 saylı Dauqavpils məktəbini bitirmişdir. 1992-ci ildə Latviya Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil olmuş, bakalavr (1996), magistr (1997) dərəcələrini və kompüter elmləri doktoru (1997) adını almışdır. 1997-ci ildə Berkli Kaliforniya Universitetində doktoranturaya qəbul aldı və burada kvant hesablama ilə tanış oldu.
Andris Ameriks
Andris Ameriks (latış. Andris Ameriks‎: 5 mart 1961, Yurmala) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993–1995) və VI (1995–1998) çağırış üzvü; Latviya Seyminin sədr müavini (1995–1998). == Həyatı == Andris Ameriks 1961-ci il martın 5-də Yurmala şəhərində anadan olub.
Andris Berzinş
Andris Berzinş (latış. Andris Bērziņš‎; 10 dekabr 1944) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner. == Həyatı == === Təhsili === 1958-ci ildə — Nitaur orta məktəbini bitirib. 1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib. 1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib. === Sovet dövründə karyera === 1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. 1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini.
Andris Treymanis
Andris Treymanis (16 mart 1985, Kuldiq[d]) — latviyalı peşəkar futbol hakimi. 2011-ci ildən etibarən FİFA referisidir.
Andriy Vorobey
Andriy Vorobey (29 noyabr 1978, Donetsk) — ukraynalı futbolçu. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.
Euseius andrei
Euseius andrei (lat. Euseius andrei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Mikania andrei
Mikania andrei (lat. Mikania andrei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Pentacalia andrei
Pentacalia andrei (lat. Pentacalia andrei) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Typhlodromus andrei
Typhlodromus andrei (lat. Typhlodromus andrei) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus andrei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İvo Andriç
İvo Andriç (serb. Иво Андрић/Ivo Andrić; 10 oktyabr 1892 – 13 mart 1975[…], Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR)) — hazırkı Bosniya və Herseqovina ərazisində doğulmuş Yuqoslaviya yazıçısı, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1961). İvo Andriç keçmiş Yuqoslaviyada, Bosniyanın Travnik şəhəri yaxınlığındakı Dolac kəndində doğulmuşdu. 2 yaşında atasını itirdiyindən anasının valideynlərinin himayəsində böyümüşdü. Uşaqlıq illərini keçirdiyi Vışeqrad şəhərində qatı katolik təlim-tərbiyəsi almışdı. Yazmağa başlayandan sonra İvan adını İvoya dəyişmişdi. Yazıçının milli mənsubiyyəti də müəyyən dərəcədə şübhəlidir. O, əslində xorvat ailəsində doğulmuşdu, lakin sonrada özünü serb kimi qələmə vermişdi. Bu gün iki xalq — xorvatlar və serblər İvo Andriçi öz sənətkarı sayırlar. Çoxmillətli Bosniyada yaşaması ona fərqli insanları və mədəniyyətləri yaxından müşahidə etmək və öyrənmək imkanı yaratmışdı.
Andriy Sibiha
Andriy İvanoviç Sibiha (ukr. Андрiй Iванович Сибiга; 1 yanvar 1975, Zborov[d], Ternopil vilayəti) — ukraynalı dövlət xadimi, diplomat və hüquqşünas, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini (2021–2024) və 5 sentyabr 2024-cü il tarixindən Ukrayna Xarici İşlər Naziri. == Həyatı == Andriy Sibiha Ternopol vilayətinin Zborov şəhərində anadan olub. 1997-ci ildə Lvov universitetini "beynəlxalq münasibətlər" ixtisası üzrə bitirib. İngilis və polyak dillərini sərbəst bilir. == Karyerası == 1998–2002-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin ikinci və birinci katibi olub. 2002–2003-cü illərdə Ukrayna XİN Avropa inteqrasiya idarəsinin hüquqi və humanitar əməkdaşlıq şöbəsinin birinci katibi işləyib. 2003–2005-ci illərdə Ukrayna XİN Muqavilə-hüquq departamentinin beynəlxalq-hüquq əməkdaşlığı şöbəsinin rəisi olub. 2005–2006-cı illərdə Ukrayna XİN Müqavilə-hüquq departamentinin xarici siyasət sferasında beynəlxalq hüquq və qanunvericilik şöbəsinin rəisi işləmişdir. 2006–2008-ci illərdə Müqavilə-hüquq departamentinin direktorunun müavini olmuşdur.