Laləzar Mustafayeva
Laləzar Mustafayeva (30 sentyabr 1962, Qullar, Balakən rayonu) — Azərbaycan aktrisası, qiraət ustası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. (2024)
== Həyatı ==
Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin", S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət), Kərbəlayi Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır.
Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib.
"Pəncərə" filmində Qumral roluna çəkilən Vüsalə Nəbiyevanın anasıdır.
== Mükafatları ==
Azərbaycan Respublikasının əməkdar artisti — 1998
Azərbaycan Respublikasının xalq artisti — 2002
Cəfər Cabbarlı mükafatı — 2010
Prezident mükafatı — 9 may 2012, 30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 29 oktyabr 2019
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024
== Filmoqrafiya ==
Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Şəhla
Balaş və Mədinə (film, 2003)
Biz qayıdacağıq (film, 2007)
Boradigah (film, 2002)
Dan ulduzu, tale ulduzu (film, 2001)
Divar (film, 1991)
Əhməd Bakıxanov (film, 2003)
Gənc qadının kişisi (film, 1988)
Girdiman (film, 2003)
Güllələnmə təxirə salınır!... (film, 2002)
Qara "Volqa" (film, 1994)
Qəzəlxan (film, 1991)
Lahıc (film, 2004)
Ləyaqət hücrəsi (film, 2011)
Mariya (film, 2004)
Naftalan (film, 2003)
Naxçıvan muzeyləri (film, 2003)
Pəncərə (film, 1991)
Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film)
Səni axtarırıq... (film, 2013)
Uzaq yaşıl ada (film, 2004)
Yeraltı şəhərin izi ilə (film, 2004)
== İstinadlar ==
== Mənbə ==
Rafiq Hacıyev. "O bahardan gələn... Könül" //Odlar yurdu.- 1992,- 2 oktyabr.- № 28.- səh.