Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir.Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır.Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər. Meyci hökuməti imtiyazın şoqunluğun dağılmasından sonra verildiyini bildirərək bu tələbi rədd etmişdir. ABŞ-nin etirazılarından sonra hökumət Britaniyanın maddi və texniki dəstəyi ilə Tokio-Yokohama dəmiryolunun tikilməsinə razılıq verilmişdir.
Erik Kartman
Erik Teodor Kartman (ing. Eric Theodore Cartman) — "South Park" cizgi serialının 4 əsas personajından biri. Personajın səs aktyoru Trey Parkerdir. == Ailəsi == Erik Kartman — 4 baş personajlarindan biri. Katolik. O biri kainatdan Kartman. Gələcəktən Kartman. Lien Kartman — Erikin anası. Katolik. Jek Tenorman — 9-cu sezonun 6-cı seriyada Kartman Jekin onun atası olduğunu bildi.
II Parsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Parsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. == Həyatı == Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq xokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Martin Hartman
Martin Hartman (alm. Martin Hartmann‎; 9 dekabr 1851, Vrotslav, Sileziya[d] – 5 dekabr 1918, Berlin) — alman şərqşünas-ərəbşünası. == Həyatı == Martin Hartman 1851-ci ildə Breslauda (indiki Vrotslavda) anadan olmuşdur. İbtidai və orta təhsilini həmin şəhərdə almışdır. 1875-ci ildə Leypsiq Universitetində professor Henrix Leberext Fleyşerin rəhbərliyində "Sami dillərində çoxhərfli birləşmələr" (alm. Die Pluriliteralbildungen in den semitischen Sprachen‎) adlı doktorluq işini müdafiə etmişdir. Daha sonra Bursa və İstanbula gələrək türkcə öyrənmiş, 1876–1887-ci illərdə Beyrutdakı Almaniya konsulluğunda tərcüməçi olaraq çalışmışdır. 1887-ci ildən ölümünə qədər Berlində qurulmuş Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen‎) institutunda dərs demişdir. == Fəaliyyəti == Martin Hartman islamşünaslığın müstəqil bir elm kimi tanınmasını qətiyyətlə müdafiə etmişdir.
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər,vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
Sen-Partan
Sen-Partan (fr. Saint-Parthem, oks. Sent Partèm) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12240. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 415 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 241 nəfər (15-64 yaş arasında) arasında 176 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.3%).
Hartman dağ zebri
Hartman dağ zebri(lat. Equus zebr hartmannae) — Dağ zebri növünə daxil ola yarımnöv. Əsasən Anqolanın cənub-qərbində və Namibiyanın qərbində yayılmışlar. Hartman dağ zebri 7–12 başdan ibarət olan qruplarda yaşayır. Onlar qayalarda hərəkət etməyi bacaran cəld heyvanlardır. Əsasən quru sərt dağlarda yaşayırlar. Belə bir fikir vardlr ki, Hartman dağ zebrini ayrıca bir növ olaraq qeyd etmək lazımdır. Ancaq genetik müayinələr bunun əksini deyir. Hartman dağ zebrinin populyasiyası son zamanlar azalmışdır. Onların sayı Namibiyada hazırda 15 min başdır.
Azadlığa aparan xalq
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Azadlığa aparan yollar
Azadlığa aparan yollar (fra. : Les chemins de la liberté) fransız yazıçısı Jan-Pol Sartrın romanlar seriyasıdır. Tetralogiya kimi nəzərdə tutulmuşdu, o, yarımçıq qaldı, planlaşdırılan dörd cilddən yalnız üçü nəşr olundu. Nəşr olunan üç roman sosialist fəlsəfə müəllimi Mathieu və onun bir qrup dostunun ətrafında cərəyan edir. Trilogiyaya aşağıdakılar daxildir: L'âge de raison (Kamilliyin yaşı), Le sursis (Möhlət) və La mort dans l' âme (Problemli Yuxu). Trilogiyadan sonra dördüncü roman, La dernière (Son şans) çıxmalı idi.; lakin Sartr onu heç vaxt bitirməyəcəkdi: Son şansın son hissəsi sonradan yenidən quruldu və 1981-ci ildə nəşr olundu. Romanlar əsasən İkinci Dünya Müharibəsi hadisələrinə və Fransanın nasist işğalına cavab olaraq yazılmışdır və Sartrın fəlsəfi mövqeyində həm həyatda, həm də ədəbiyyatda “məşğulluq” (öhdəlik) istiqamətində müəyyən əhəmiyyətli dəyişiklikləri ifadə edir, geniş essedə öz həllini tapır.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. == Haqqında == Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. == Həmçinin bax == Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) == Xarici keçidlər == MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" == Mənbə == N.N.Zeynalov.
Qarabağa aparan yol (qəzet)
Qarabağa aparan yol — Müstəqil ictimai-siyasi, publisistik qəzet. "Qarabağa aparan yol" qəzetinin ilk sayı 2005-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. "Qarabağa aparan yol" qəzetinin təsisçisi və baş redaktoru Əli Mahmud, baş redaktorun müavini Fariz Çobanoğludur. Qəzet ayda iki dəfə nəşr olunur. == Mənbə == Qarabağa aparan yol Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine "Qarabağa aparan yol" qəzeti == Həmçinin bax == "Qarabağa aparan yol" qəzeti, №21(167), 13 dekabr 2012-ci il.
Evə aparan yol (film, 2013)
Yol, qayıdış yolu (ing. The Way, Way Back) — Nat Fakson və Cim Raş tərəfindən yazılıb, rejissorluğu edilən ABŞ istehsalı komediya-dram filmi. Film 14 yaşlı özünə qapalı yeniyetmədən bəhs edir, Dankan anası və onun sevgilisi olan şəxslə yay tətili üçün, Massaçusetsin Vearem qəsəbəsinə ziyarət edir. Rollarda Stiv Kerell, Toni Kolett, Cenni Ellison, Annasofiya Robb, Sem Rokuell, Maya Rudolf və başqaları çəkilib.
Azər Rzazadə. Zirvəyə aparan yol (film, 2014)
Azər Rzazadə. Zirvəyə aparan yol qısametrajlı sənədli televiziya filmi 2014-cü ildə İctimai televiziyada istehsal edilmişdir. Film gənc vokalçı, Müslüm Maqomayevdən sonra dünyanın məşhur "La Scala" vokal akamediyasında təhsil alan ikinci azərbaycanlı müğənni Azər Rzazadədən bəhs edir. == Məzmun == Film gənc vokalçı, Müslüm Maqomayevdən sonra dünyanın məşhur "La Scala" vokal akamediyasında təhsil alan ikinci azərbaycanlı müğənni Azər Rzazadədən bəhs edir.
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. == Tarix == "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. == Hücum == Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. == Tarix == "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. == Hücum == Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.