Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abraziya
Abraziya (geomorfologiya)
Abxaziya
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Aspaziya
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470, Milet – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın. Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir. Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir.
Malaziya
Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland, cənubda İndoneziya və Sinqapur ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Abaziya
Abasia (q.yun. ἀ- – yoxluq və βάσις – yerimək) — bədən balansının pozulması və ya aşağı ətrafların motor pozğunluğu ilə əlaqəli əsasən sinir sistemi xəstəliklərində yerimə qabiliyyətinin itirilməsi. Aşağı ətrafları iflic olmur və xəstə uzanarkən lazımi həcmdə və kifayət qədər güclə müvafiq hərəkətləri edə bilir. Bu, əsasən dissosiativ pozğunluqlarda (əvvəllər isteriya adlanırdı), yəni dissosiativ hərəkət pozğunluqlarında, aşağı ətrafların hərəkət pozğunluqları və balans pozğunluqları ilə baş verir. Çox vaxt astaziya (ayaqda durma qabiliyyətinin itirilməsi) ilə müşayiət olunur. Abaziyanın xoreik, paralitik, spastik və tremor formaları var.
Afaziya
Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. == Alaliya nədir == Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. == Alaliyanın səbəbi == Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. == Alaliyanın növləri == Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. === Motor alaliya === Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Alazeya
Alazeya (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasının şimal-şərqində çay. Uzunluğu 1,590 kilometr, hövzəsinin sahəsi 64,7 min km2-dir. Alazeya yaylasının cənubundan başlanır. Kolıma düzənliyinə axıb Şərqi Sibir dənizinə tökülür. Əsas qolu Rossoxa çayıdır. Sentyabrdan maya qədər donmuş olur. Hövzəsində çoxlu göl var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алазея // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması (çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur). Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq, ruhi soyuqqanlıq, hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür. Aşkardır ki, stoiklərə Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
Aqlaiya
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinə aid bitki cinsi.
Alaşiya
Alaşiya, həmçinin Alasiya (akkad. 𒀀𒆷𒅆𒅀 Alašiya [a-la-ši-ia]; Şablon:Lang-uga ẢLṮY; Linear B: 𐀀𐀨𐀯𐀍 Alasios [a-ra-si-jo]) və ya Alaşiya padşahlığı — Orta və Son Tunc dövrlərində mövcud olmuş, Şərqi Aralıq dənizində bir yerdə yerləşən dövlət. Bu, qədim Misir və qədim Yaxın Şərqin digər dövlətləri üçün əsas məhsul, xüsusilə də mis mənbəyi idi. Bir sıra sağ qalmış mətnlərdə buranın adı xatırlanır və hazırda Kipr adasının qədim adı olduğu düşünülür. Bunu Alaşiyadan başqa hökmdarlara göndərilən gil lövhələrin Təl-Əviv Universitetində apardığı elmi təhlillər də təsdiqləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Armstrong, K. M. 2003 Settlement Hierarchy and The Location of Alashiya on Cyprus. Unpublished MA dissertation, University of Cincinnati. Knapp, A. B. ed. 1996 Near Eastern and Aegean Texts from the Third to the First Millennia BC. (Translations of all 122 Bronze Age and early Iron Age texts referring to «Alashiya»). ISBN 0-9651704-2-X Knapp, A. B. 1997 The Archaeology of Late Bronze Age Cypriot Society.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. == İstinadlar == == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Abxaziya Respublikası
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.
Abxaziya bayrağı
Abxaziya bayrağı — Bəzi dövlətlər tərəfindən tanınan Abxaziya respublikasının rəsmi dövlət bayrağı. 1991-ci ildə V. Qamqiya tərəfindən hazırlanmış bayraq dörd ədəd yaşıl və üç ədəd ağ paralel zolağın ardıcıl yerləşməsindən ibarətdir. Sol üst küncdə üç cizgi uzunluğunda qırmızı fonda dördbucaq vardır. Dördbucağın içində sağ əlin içi və əlin üstündə yarımdairə şəklində dayanan 7 ədəd 5 guşəli ulduz təsvir olunmuşdur. Bayraqdakı əl dost üçün "Xoş gəldin", düşmən üçün isə "yol yoxdur" mənasını daşıyır. Bayraqdakı 7 ulduz isə Abxaziyanın 7 tarixi bölgəsi olan Abyuva, Bzıp, GQma, Psı-Aybga, Dal-Tzabal, Sadz və Samırzakanı təmsil edir. Bu yeddi bölgə daha sonra 7 şəhərə çevrilmişdir. (Suxuma, Gudauta, Qaqra, Afon, Qal, Oçamçira və Tkuarçal) Yaşıl və ağ zolaqlar isə uyğun olaraq islamı və xristianlığı bildirir. Açıq əl XIV əsrdə Abxaziya Krallığının simvolu olmuşdur. Üzərində bu cür əl olan bayraq Sebastopolsda istifadə olunmuşdur.
Abxaziya coğrafiyası
Abxaziya Cənubi Qafqazda yerləşir. De fakto olaraq müstəqil dövlət olsa da, bir çox dövlət tərəfindən Gürcüstanın muxtar ərazisi kimi tanınır. Abxaziya Respublikası ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır. == Coğrafiya == Abxaziya Qara dənizin şimal sahilində, Gürcüstanın qərb ucunda təxminən 8.600 km2 ərazini əhatə edir. Qafqaz dağları Abxaziyanın şimal və şimal-şərq torpaqları ilə Rusiyanın Çerkesiya torpaqlarını ayırır. Şərqdən Svaneti, cənub-şərqdən Meqreliya ilə sərhəddədir. Cənubunu və cənub-qərbini Qara dəniz yuyur. Şimalında yüksək təpələr yerləşir. Abxaziya ərazisinin böyük hissəsi dağlıq olub (75 %) əhali əsasən sahildə, düz və alçaq sahələrdə və yaxşı sulanan vadilərdə məskunlaşmışdır. Ölkənin bütün şimal sərhədini Böyük Qafqaz dağları bağlayır.
Malaziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). == Coğrafi mövqeyi == Malaziyanın sahəsi 329 847 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.
Kiçik Abxaziya
Kiçik Abxaziya (rus. Малая Абхазия) cigetiya (gürc. ჯიქეთი) və ya sadzen — tarixi vilayət. == Tarixi == Kiçik Abxaziya termini XIX əsrin ortalarında Fridrix Bodenştedt və Vasili Potto kimi bir sıra Rusiya müəllifləri tərəfindən dövriyyəyə buraxılmışdır. Bəziləri Bzıb çayından Xosta çayına qədər olan ərazini Cigetiya adlandırır. Potto kimi müəlliflərə görə, Kiçik Abxaziya Qafqazın şimal yamacındadır, abazinlərin məskunlaşdığı ərazidir. Cigetiya əhalisinin etnik mənsubiyyəti məsələsi adıqlar və abxazlar arasında mübahisəli olaraq qalır. Qonşu abxazlar cigetlərə xitab etmək üçün "asadzua" (sadzlar) terminindən istifadə etmişdilər. Onlar eyni termini ubıxlara da tətbiq edirdilər. Cigetiyanın abxazca adı "Sadzen", ubıx dilində "Cıxı"dır.
Abxaziya pasportu
Abxaziya pasportu — Abxaziya Respublikası vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasport. Abxaziya yalnız Rusiya, Nikaraqua, Venesuela və Nauru tərəfindən tanındığından, abxazlar başqa ölkələrə getmək üçün Rusiya pasportlarından istifadə edirlər. Abxaziya pasportu tünd yaşıl rəngdədir. Ortada Abxaziyanın gerbi, yuxarıda ölkənin adı (Abxaziya), aşağıda isə "pasport" yazılıb. Onların hamısı həm abxaz, həm də rus dillərində yazılıb. == Tarixi == Abxaziya pasportlarından əvvəl ölkədə sovet pasportlarından istifadə olunurdu. Bu pasportlar ilk olaraq Acarıstan Muxtar Respublikasına göndərilib və Gürcüstanın bütün ərazisi kimi Acarıstanda da gürcü pasportlarından istifadə ediləcəyi üçün onları Abxaziyaya Acarıstan lideri Aslan Abaşidze verib. 2008-ci ildə bütün sovet pasportlarının müddəti başa çatdığından yeni pasporta ehtiyac yaranıb. Abxaziya pasportları ilk dəfə 1990-cı illərin sonlarında müzakirə olunmağa başladı. 2003-cü ildə bir türk şirkətinə sifariş verildi, lakin 25 min pasport daşıyan ilk gəmi Gürcüstan hakimiyyəti tərəfindən dayandırıldı və pasportlar məhv edildi.
Abxaziya Prezidenti
Abxaziya Prezidenti yalnız Abxaziya Muxtar Respublikasının başçıı ola bilər. Burada seçkilər beş ildən bir keçirilir. Burada ilk seçkilər 1991-cü ilin yanvar ayında keçirilib. == Prezidentlərin siyahısı == Valeri Bqanba-1 iyun 2014 - 25 sentyabr 2014.
Abxaziya gerbi
Abxaziya Qafqazda yerləşən qismən tanınan Abxaziya Respublikasının nəzarəti altında olan ərazidir. De-yure tanınmış Abxaziya Muxtar Respublikası ərazinin legitim hökuməti olduğunu iddia edir. == Abxaziya Respublikası == Abxaziya Respublikası gerbi — Gürcüstandan ayrıldığını bəyan etdikdən sonra 23 iyul 1992-ci ildə Abxaziya Ali Soveti tərəfindən qəbul edilmişdir. == Abxaziya Muxtar Respublikası == Abxaziya Muxtar Respublikası hökuməti gürcü və abxaz dillərində muxtar respublikanın adını daşıyan və Suxumidəki Hökumət Evinin təsviri olan möhür qəbul etmişdir.
Abxaziya lazları
Abxaziya lazları — Abxaziyada yaşayan laz diasporasının nümayəndələri. == Tarixi == Abxaziyada lazların mövcudluğu Kolxida və Laz çarlığı dövrünə təsadüf edir. Bəzi mənbələrə görə, lazların ilkin yaşayış yeri Abxaziyanın şimal-qərb sərhədlərində olmuşdur. Burada Arrian "Παλαιά Λαζική" ("Palaia Lazikê"; "qədim Lazika") adlı ölkəni qeyd edir. Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasına tabe olan və Suxumi mahalında tütün plantasiyalarında işləyən 10 min laz Ryazana və Tambova sürgün edilmişdir. Yalnız 1917-ci ilin iyununda Müvəqqəti hökumət onların statusunu nəzərdən keçirdikdən və "onların gürcü xalqına mənsub olmasının" geri qayıtmaq üçün kifayət qədər əsas olduğunu müəyyən etdikdən sonra qayıtmağına icazə verilmişdir. Bu günə qədər Abxaziyada yaşayan lazlar əsasən Abxaziya cəmiyyətinə assimilyasiya olunublar. Müasir şəraitdə hələ də laz dilində danışan və özlərini laz kimi hiss edən yaşlı nəslin bəzi nümayəndələri istisna olmaqla, mədəni və linqvistik cəhətdən abxazlardan ümumiyyətlə fərqlənmirlər. 2014-cü ilin seçici siyahılarına əsasən, Abxaziyada özlərini etnik laz kimi təqdim edən 128 yetkin vətəndaş qeydiyyatdadır. Onların əksəriyyəti Suxumi və Oçamçıra rayonunda qeydə alınıb.