Abxaziya coğrafiyası
Abxaziya Cənubi Qafqazda yerləşir. De fakto olaraq müstəqil dövlət olsa da, bir çox dövlət tərəfindən Gürcüstanın muxtar ərazisi kimi tanınır. Abxaziya Respublikası ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır.
== Coğrafiya ==
Abxaziya Qara dənizin şimal sahilində, Gürcüstanın qərb ucunda təxminən 8.600 km2 ərazini əhatə edir. Qafqaz dağları Abxaziyanın şimal və şimal-şərq torpaqları ilə Rusiyanın Çerkesiya torpaqlarını ayırır. Şərqdən Svaneti, cənub-şərqdən Meqreliya ilə sərhəddədir. Cənubunu və cənub-qərbini Qara dəniz yuyur. Şimalında yüksək təpələr yerləşir.
Abxaziya ərazisinin böyük hissəsi dağlıq olub (75 %) əhali əsasən sahildə, düz və alçaq sahələrdə və yaxşı sulanan vadilərdə məskunlaşmışdır. Ölkənin bütün şimal sərhədini Böyük Qafqaz dağları bağlayır.