Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Harpactes ardens
Harpactes ardens (lat. Harpactes ardens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
Marko Arment
Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007–10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi.Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır. 2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Şampan-Ardenn
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Arden atı
Arden atı – ağır yük atı cinsi. Belçikanın Arden yüksəkliyi r-nunda yetişdirilmişdir. Arden atı möhkəm konstitusiyalı, çox qüvvətli və dözümlüdür, ayaqları qısa və yoğundur. Rəngi kəhər, çal və kürən olur. Belçika, Avstriya, Macarıstan və Argentinada yetişdirilir.
Arden əməliyyatı
Arden əməliyyatı (1914)
Jann Arden
Jann Arden (27 mart 1962) — Kanada ifaçısıdır. == Albomlar == Time for Mercy (1993) Living Under June (1994) Unloved (1994) — mit Jackson Browne / 2 der 4 Songs aus Living Under June Happy?
Şampan-Arden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Arden əməliyyatı (1914)
Arden əməliyyatı — 21 avqust 1914-cü ildə başlayan və 23 avqust 1914-cü ildə bitən Arden hərbi əməliyyatı. == Xronoloqiya == 21 avqust Almaniya İmperiyası və Fransa arasında Arden dağlarında döyüşlər başladı. 22 avqust Lonqvidə, eləcə də Semua çayında döyüşlər başladı. 24 avqust Maas çayında döyüşlər başladı. 25 avqust 3-cü Fransa ordusu 5-ci Almaniya ordusu tərəfindən dağıdılır, Fransalılar Monmedi və daha da cənuba çəkilirlər. 26 avqust döyüşlər dayandırıldı. == Mənbə == http://militera.lib.ru/h/ww1/index.html http://militera.lib.ru/h/tuchman/index == Ədəbiyyat == Bazil Liddel Qart 1914. Birinci dünya müharibəsinin gerçəkləri.
Arden əməliyyatı (1944)
Arden əməliyyatı (alm. Ardennenoffensive‎) — İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin apardığı hərbi əməliyyat. 16 dekabr 1944-cü ildən - 29 yanvar 1945-ci ilə qədər Ardenlərdə (Belçikanın cənub-qərbində) aparılan bu hərbi əməliyyat Qərb cəbhəsindəki vəziyyəti dəyişdirmək, Belçika və Hollandiyadakı ingilis-amerikan silahlı qüvvələrini məğlub etmək, bəlkə də ABŞ və İngiltərəni sülh danışıqlarını və hərbi əməliyyatların bitməsinə inandırmaq məqsədilə keçirildi.
ARCNET
ARCNet (ing. Attached Resource Computer NETwork) — geniş yayılmış şəbəkədir. Lokal şəbəkənin sadə, ucuz, etibarlı və kifayət qədər qıvraq arxitekturasıdır. Ötürücü mühit kimi burulmuş cüt, koaksial və optik-lifli kabellərdən istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ARCNet şəbəkəyə qurğuların qoşulmasında şin və ulduz topologiyalarının xüsusiyyətlərindən istifadə edilir.
Arxont
Arxont (q.yun. ἄρχων — başçı, rəis, hökmdar; başlanğıc, hakimiyyət mənalarını verən ἄρχη sözündən əmələ gəlib) — qədim yunan polislərində (şəhər-dövlət) ən yüksək vəzifəli şəxs. Bizans İmperiyasında bu titulu yüksək vəzifəli ağalar daşıyırdılar. Arxont sözü çox hallarda slavyan sözü "knyaz" ilə eyni məna verirdi. Konstantinopolun fəthindən sonra arxont titulu Konstantinopol patriarxı tərəfindən xüsusi xidmətlərə görə bəzi pravoslav şəxslərə verilirdi. == Afina arxontları == Ən məşhur arxontlar Afinadandır, orada bu titul hələ Basilevsin dövründə yaranmışdır. Əfsanəyə görə, e.ə. XI əsrdə çar hakimiyyəti ləğv olundu və Kodridlər çar nəslinin nümayəndələri ömürlük arxont oldular. E.ə. VIII əsrin ortalarında Evpatridlər bu vəzifəyə təyin olunmağa başlandılar və arxontun hakimiyyət müddəti 10 ilə qədər azaldıldı, e.ə.
Arçene
Arçene (it. Arcene) — İtaliyanın Lombardiya bölgəsində , Bergamo (əyalət) inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 4347 nəfər, əhali sıxlığı 1028 nəfər / km²-dir. Sahəsi 4.23 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 00035. Kommunanın himayədarları Baş Mələk Mikayıl və Müqəddəs Məryəmdir. Kommunanın bayramı 5 apreldədir.
Erdenet
Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir. == Tarixi == Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
Jarden
Jarden (fr. Jardin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Syud kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38199. Kommunanın 2006-cı il üçün əhalisi 2131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 194 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 30 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Jarkent
Jarkent (qaz. Жаркент) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Panfilov rayonunun inzibati mərkəzi. Sarıozek dəmir yolu stansiyasından 200 km şərqdə (Semey - Almatı xəttində) Sarıozek - Xorqos magistral yolunda, Çin sərhədindən 29 km məsafədədir. Kadastr kodu 266-dır. == Tarixi == Jarkent, Böyük İpək Yolunun Qazaxıstan ərazisinə girdiyi X əsrin sonunda bilinirdi. Məşhur antik tədqiqatçı İ.A.Kastaniyer müxtəlif formalı çoxsaylı kurqanları qeyd edir, eyni zamanda Semirechye'nin qədim və erkən orta əsrlər tarixi ilə əlaqəli xristian-nestorian və müsəlman abidələrindən bəhs edir. Jarkent şəhərinin qədimliyinin sübutu hələ izləri qorunub saxlanılan şəhər qala divarıdır. Belə bir gil müdafiə divarı Orta Asiyanın orta əsrlər və qədim tarixi üçün xarakterikdir. Çokan Vəlixanov, Bilal Nazim, Tuğluk Timur, İ.A. Səyyah və alim Çokan Çingisoviç Vəlixanov 1856-cı ildə gündəlikində Jarkent şəhəri və Karaturuk kəndi haqqında qeydlər etmiş, bir xəritə çəkmişdir. "Zhetisu" ensiklopediyasında Karaturuk məskunlaşmasının görünüşü dövrümüzün 6-7-ci əsrlərinə aid edilir.
Mordent
Mordent (it. mordente, — dişləyən, kəskin. ) Bu melizm iki növ olur: sadə və ikiqat. Sadə mordent iki eyni səs və bir də bunların arasındakı qonşu olan üçüncü səsdən ibarətdir. İkiqat mordent, əsas səs ilə onun qonşu səsinin iki dəfə təkrar olunaraq, yenə də əvvəlki əsas səsdə qurtarmasından əmələ gəlir.
Parsent
Parsent (isp. Parcent) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 11,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1085 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 85 km uzaqlıqda yerləşir.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
ARDNF
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) — neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə yaradılıb. Hazırda rəhbəri İsrafil Məmmədovdur. == Tarix == ARDNF Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir. == Missiya == ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. == Məqsəd və vəzifələr == ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.
ARDNŞ
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Alden
Alden — Norveçin Askvoll məntəqəsində ada. Sahəsi 3.4 km² ada Sunfyord regionunun sahil ərazisi boyunca uzanır. Alden adası Dalsfyordenin fyordunun dənizə açılan hissəsindən bir neçə km qərbdə, Verlandet adasından 2 km şərqdə, Atloyna adasından isə təxminən 5 km qərbdə yerləşir. Sakinlər adanın cənub sahilində yaşayır. Aldendə yeganə nəqliyyat vasitəsi qayıqdır və daima adada dayanan bərələr yoxdur. Adaya ən yaxın bərə dayanacağı təxminən 2.2 km cənub-şərqdə Verlandet adasındadır. Verlandetdəki bərə Askvollun kəndinə çatmaq üçün şərqə doğru təqribən 20 km yol qət edir. Ada ən çox özünün 460 metr hündürlüyündəki Norskehesten dağı ilə diqqət çəkir. Dağ adanın sahil xəttlərinə dik görüntü verir. İnsanların məskunlaşa biləcəyi yeganə yer adanın cənub sahilindəki kiçik düzənlik ərazidir.
Ardea
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Arjen
Arjen (fr. Argein) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09014. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15–64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 69,1%). Fəal olan 66 nəfərdən 52 nəfəri (26 kişi və 26 qadın), 14 nəfər işsiz (9 kişi və 5 qadın) idi. 28 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
ARETN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Ardon
Ardon rayonu — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. Ardon (şəhər) — Şimali Osetiya Respublikasında şəhər Ardon (çay) — Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu.