Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arvid Karlsson
Arvid Karlsson (ing. Arvid Carlsson; 25 yanvar 1923[…], Uppsala – 29 iyun 2018[…], Göteborq) - İsveç farmakoloqu, 2000-ci ildə Pol Qrinqard və Erik Kandellə birgə sinir sistemində siqnal ötürülməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. Arvid Karlsson 1923-cü ilin yanvar ayının 25-i İsveçdə, Uppsala şəhərində orta təbəqədən olan ziyalı ailəsində anadan olub. 1941-ci ildə Lund Universitetinə daxil olur, 1951-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alır. 1944-ci ildən farmakologiya kafedrasında asistent kimi çalışır. 1951-ci ildə yardımçı professor, 1956-cı ildə dosent (Associate Professor) adına layiq görülür. 1955-1956-cı illərdə ABŞ-nin Milli Ürək İnstitutunda Kimyəvi Farmacologiya Laboratoriyasında qonaq professor olub. 1959-cu ildə İsveçin Qotenburq Universitetində farmakologiya üzrə professor olur (1959-1976 illərdə müdir). 1962 -Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının (Collegium Internationale Neuro-Psychopharmacologicum) üzvü (Prezident 1978-1980). 1968 -nQotenburqda Texniki və Humanitar Elmlər üzrə Kral Cəmiyyətinin 1972 - Yapon Farmakoloji Cəmiyyətinin xarici üzvü 1974 - Amerikan Neyropsixofarmakoloji Kollecinin xarici üzvü 1974 - Alman Farmakoloji Cəmiyyətinin müxbir üzvü 1975 - İsveç Kral Elmlər Akademiyasının üzvü 1983 - Qotenburq Tibbi Cəmiyyətinin fəxri üzvü 1989 - Avropa Akademiyasının (Academia Europaea) üzvü 1991 - Bioloji Psixiatriya üzrə Cəmiyyətlərinin Dünya Federasiyasının fəxri üzvü 1992 - Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının fəxri üzvü 1992 - Tibb və Psixitriya Akademiyasının (Academia Medicinae & Psychiatriae) fəxri üzvü 1996 - ABŞın Milli Elmlər Akademiyasının Tibb İnstitutunda ortaq xarici üzvü 1997 - İsveç Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1998 - Alman Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1999 - Skandinav Psixofarmakoloji Cəmiyyətinin fəxri üzvü 2000 - Qərbi İsveçin Parkinson Assosiasiyasının (Parkinsonföreningen i Västra Sverige) fəxri üzvü 1947 - Lund Universitetinin (İsveç) Magnus Blix adına Ödülü 1970 - Parkinson Xəstəliyi Fondunda (Nyu-York) İlk İllik Ceyms Parkinson Mühazirəsi və Ödülü - Per Dabb Qızıl Medalı, neurokimya sahəsində araşdırmalarına görə, Qotenburq Tibbi Cəmiyyəti 1973 - San Dieqo Neyrologiya Cəmiyyətinin (Kaliforniya) İkinci İllik Qrass Fondu Mühzairəsi 1974 - Oslo Universitetinin (Norveç) Anders Yare Tibbi Ödülü 1975 - American Psixiatrları Kollecinin (Feniks, Arizona) Stenli R. Din Mühazirə və Ödülü - antidepressantlar və neyroleptiklər üzrə araşdırmalarına görə Anna-Monika Fondunun (Münxen) Birinci Mükafatı 1978 - İsveç Kralının Medalı 1979 - Tibb üzrə Volf Ödülü, Yerusəlim, İsrail (R. V. Sperri və O. Hornikviçlə birgə).
Arvid Pettersson
Arvid Pettersson (31 mart 1893 — 7 may 1956) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Arvid Pettersson İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Arvid Pettersson birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.
Yusif Bu-Ariş
Zanaqi Artis
Zanaqi Artis (ing. Zanagee Artis) — İqlim dəyişikliyi ilə mübarizə aparan amerikalı ətraf mühit fəalı. O, 2017-ci ildə "Zero Hour" gənclərin iqlim fəalları qrupunun həmtəsisçilərindən biri olandan sonra məşhurlaşır. 2021-ci ildən Artis Zero Hour təşkilatının siyasət direktoru vəzifəsində çalışır. Orta məktəbin yuxarı siniflərində Yaşıl Komandaya çevrilən Davamlılıq komitəsini qurur. 2017-ci ilin yayında, kiçik və böyük siniflər arasında Princeton Universitetində bir proqramda iştirak edir. Artis ətraf mühit fəalları Ceymi Marqolin və Madlen Tyu ilə danışdıqdan sonra dünya proqramına ev sahibliyi etməyə başlayır. Onlar və digər gənc fəallar Zero Hour təşkilatını qurur. Təşkilat iqlim dəyişikliyinin əsas səbəbləri kimi müstəmləkəçilik, kapitalizm, irqçilik və patriarxatla mübarizə aparır. 2018-ci ilin iyul ayında ABŞ-nin Vaşinqton şəhərində Zero Hour Gənclik iqlimi yürüşünü təşkil edir.
Arvids Pelse
Arvids Pelse (latış. Arvīds Pelše‎;26 yanvar (7 fevral) 1899 – 29 may 1983, Moskva) — Sovet Latviya partiya və dövlət xadimi, tarixçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1979). 1915-ci ildən partiya üzvü; Oktyabr inqilabının iştirakçısı. 1919-cu ildə - Sovet Latviya Xalq Komissarlığının əməkdaşı. 1941-ci ildən - katib, 1959-1966-cı illərdə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri (1966-1983). Latviya SSR Elmlər Akademiyasının müxbir üzvü (1946). O, 1899-cu il yanvarın 26-da [7 fevral] saat 14-də Kurland əyalətinin Bauska rayonunun İecava volostunun Mazie fermasında “həyət sahibi” Yohan Pelşe və həyat yoldaşı Lizanın kəndli ailəsində anadan olmuşdur. Həmin il martın 14-də kənd kilsəsində vəftiz olundu. 1915-ci ildə Latviya Ərazisinin Sosial Demokrat Partiyasına (SDLC), daha sonra Bolşevik Partiyasına qoşuldu.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Ardis Publishing
"Ardis Publishing" — rus ədəbiyyatının orijinal dildə və ingiliscə tərcüməsinin nəşri üzrə ixtisaslaşmış ABŞ özəl nəşriyyatı. "Posev", "YMCA Press" və "Çexov adına nəşriyyat" nəşriyyatları ilə yanaşı, "Ardis" Soyuq müharibə illərində rus dilində bədii ədəbiyyat nəşr edən ən böyük SSRİ-dən kənar nəşriyyat idi. Bu dövrdə nəşriyyatın emblemi Puşkinin "Tərcüməçilər maarifçiliyin poçt atlarıdır" ifadəsini əks etdirən Vladimir Favorskinin qravürasından bir at arabası idi. Лосев Л. В. Иосиф Бродский. Опыт литературной биографии. ЖЗЛ. М.: Молодая гвардия. 2008. 186–188. ISBN 5-235-02951-8.
Arnis Litsitis
Arnis Alfredoviç (8 yanvar 1946, Riqa – 21 yanvar 2022, Riqa) – Sovet və Latviya teatr və kino aktyoru. Arnis Alfredoviç Lisitis 8 yanvar 1946-cı ildə anadan olub. Latviya Dövlət Konservatoriyasnın aktyorluq fakültəsində təhsil alıb (1970). Milli Teatrda, Valmir Teatrında, Riqa Gənc Tamaşaçılar Teatrında, 1996-cı ildən Rus Dram Teatrında çalışıb. Musiqi ilə məşğuldur. 150-dən çox filmə çəkilib.
Carvis adası
Carvis adası – ABŞ-nin Sakit okeanda yerləşən qeyri-məskun adası. Ümumi sahəsi 4,5 km²-dır.
Alvis Hermanis
Alvis Hermanis (latış. Alvis Hermanis‎; 27 aprel 1965, Riqa) — Latviya əsilli teatr rejisoru, Yeni Riqa Teatrının bədii rəhbəri. Jurnalist və publisist Voldemar Hermanis ailəsində anadan olub. On beş yaşına qədər səhhətinə görə tərk etməli olduğu "Dinamo Riqa" hokkey klubunun idman məktəbində oxuyub. Robert Liqersin rəhbərliyi altında "Rigas Pantomime" VEF Mədəniyyət Sarayının özfəaliyyət ansamblının studiyasında iştirak etmişdir (1981–1982). Riqa kinostudiyasında Xalq kino aktyoru studiyasını bitirib (1985, müəllimlər Arnold Lininş və Aina Matisa). 1984–1988-ci illərdə Yazep Vitola adına Latviya Dövlət Konservatoriyasının teatr fakültəsində təhsil alıb (müəllimlər M. Kimele, E. Freibergs, I. Adermanis, M. Tenisons). 1987 — Qadın və çöl donuzu ilə foto (rejissor A. Krievs, Riqa Kinostudiyası) — Karlis Valders. 1988 — Payız, Chertanovo … (rejissor İ. Talankin, Mosfilm) — Svyatoslav Navarzin, alim, Məryəmin əri. 1988 — Latviyalılar?
Avis sülaləsi
Avis sülaləsi (port. Casa de Avis) — Portuqaliya kralları sülaləsi (1385–1580). Burqundiya sülaləsinin yan qolu və beləliklə də Kapetinqlər sülaləsi ilə əlaqəli olmuşdur. Sülalənin banisi I Juan, kral I Pedronun zadəgan qalisiyalı zadəgan Teresa Lourensodan olan qeyri-qanuni oğludur. Juan 14 avqust 1385-ci ildə Aljubarrote döyüşündə I Xuanı məğlub etmiş və hakimiyyətini təsdiqləmişdir.
Nidus-avis
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
ARDNŞ
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Abvil
Abvil — Fransanın şimalında şəhərdir. Somma departamentinin məxsusdur. Pont əyalətinin keçmiş mərkəzidir. O-de-Frans regionunda yerləşir. Somma çayı ilə La-Manş körfəzi arasında dəniz limanı bu şəhərdə yerləşir. Əhalisi 23559 nəfərdir (2014). Abvil Amyen şəhərindən 45 km, La-Manş körfəzindən isə 20 km aralıda yerləşir. Şəhərin şimalında Avropanın ən əsas magitral yolu A16 keçir. Şəhər XIX əsrdə yaradılmışdır.Əvvəl Sen-Rike sonra isə Pont əyalətinə daxil olub. Əsas dəmir yolu mərkəzidir.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Arbis ibn Basbas
Arbis ibn Basbas (VII əsr və ya VIII əsr, Leq çarlığı – VIII əsr, Leq çarlığı) — Leq çarlığının hökmdarı. O, ərəblərə qarşı vuruşmuşdur. Atası Basbas (Sabas) da Leq çarı olmuşdur. Ərəb tarixçisi Təbərinin yazılarında onun adı "Aviz" kimi çəkilir. Mərvan ibn Məhəmməd Qafqazda etdiyi yürüşlərdən sonra qışda Dərbənddə dayanmışdır. O, burada bütün Dağıstan padşahlarını çağıranda Arbis ibn Basbasdan başqa Şirvan, Layzan, Filan, Tabasaran və digər bölgələrdən olan padşahlar onun yanına gəlmişdilər. İbn Əsam əl-Kufi əsərində yazmışdı ki, buna qəzəblənən Mərvan döyüşçülərinə leqlər ölkəsinə basqın etməyə icazə vermişdir. Uzunmüddətli mühasirəyə tab gətirə bilməyən Arbis qalasından qaçmış və kamandan atılan oxla öldürülmüşdür. Ərəblər ardınca leqlərin ölkəsini qarət etmiş və yandırmışdır.
Ardvi
Ardvi (erm. Արդվի) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Ardvi bələdiyyəsi"ni (erm. Արդվի համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 177 nəfərdir.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arsin
Arsin (türk. Arsin) — Trabzon ilinin ilçəsi.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Artuş
Artuş (e. ə. II əsr – e.ə. 63) — erməni əsilli İberiya çarı. I Artaksiasın oğlu idi. Hakimiyyət dövrü boyu Romalılarla müharibə etmişdi. Eramızdan əvvəl 65-ci ildə Qney Pompeyə qarşı Armazi qalasını itirdi. 9000 əsgər öldürüldü, 10000 nəfər isə qul edildi. 2 il sonra kral vəfat etdi.
Artvin
Artvin — Türkiyənin Artvin ilinin inzibati mərkəzi.
Arvyo
Arvyo (Averon)
Arxiv
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki "arkheon" sözündən törəyib, latın dilindəki "archivum" sözünə keçmişdir. Məna etibarilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.
ARPİİ
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Fransisku di Paula Rodrigis Alvis
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Luis Alvis di Lima Silva
Luis Alvis di Lima və Silva (port. Luís Alves de Lima e Silva, Duque de Caxias; 25 avqust 1803, Duki-de-Kaşias[d] – 7 may 1880) - Hersoq Kaşias (25 avqust 1803 - 7 may 1880) — Braziliya marşalı. 1851-ci ildə Braziliya ordusunun ali komandanı olaraq diktator Rosasa qarşı uğurlu əməliyyatlar keçirmişdir. 1857 və 1861-62 ci illərdə hərbi nazir və Kabinet başçısı, 1867-ci ildən isə Paraqvay müharibəsində Braziliya, Argentina və Uruqvayın ümumi ordu komandanı təyin edilir. 1869-ci ildə Paraqvayın paytaxtı Asunson zəbt edilir. Braziliya imperatoru II Pedro göstərişi ilə xəstəlik bəhanəsi ilə öz postunu Luis Filip Qaston di Orleansa təhvil verir. 1875 - 78 ci illərdə yenidən hərbi nazir və kabinet başçısı vəzifəsində calışır. Árbol genealógico de Luis Alves de Lima e Silva, en Rodovid. Discurso del coronel Lima e Silva en la apertura de la Asamblea Legislativa de la Provincia de Maranhão, el 3 de mayo de 1840. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Kabinet başçısı, Hərbi nazir Luis Alvis di Lima və Silva.
Ağqarın ağdiş
Ağqarın ağdiş (lat. Crocidura leucodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır. Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir.
Billi Ayliş
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Cırtdan ağdiş
Cırtdan ağdiş (lat. Suncus etruscus) Yereşənlər fəsiləsinə lat. Soricidae aid olan ən kiçik məməli növüdür. Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarır. Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir.
Kiçik ağdiş
Kiçik ağdiş (lat. Crocidura suaveolens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. Kütləsi 4,8-10,2 qram, bədəninin uzunluğu 57,8-69,8 mm, quyruğu 34,8-40,0 mm,pəncəsi 11,0-12,1 mm-ə çatan xırda heyvanlardır. İspaniyadan Koreya yarmadasına qədər Paleoarktikanın geniş ərazilərində yayılmışdır. Azərbaycanda az sayda fərdlər Kiçik və Böyük Qafqazda, Lənkəran və Kür-Araz ovalıqlarında rast gəlinir. Meşələrdə, meşə çöllərdə, yarımsəhralarda yaşayır. Apreldən oktyabrın sonuna qədər çoxalır. Əksər dişilər bir mövsüm ərzində 2-3 nə-sil verir. Yazda balaların sayı yayda və payızda olduğundan çox olur. Xırda ağdişin əsas yemini böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, qarışqalar, ağcaqanadlar təşkil edir.
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Acris
Sisəy ağacqurbağası (lat. Acris) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Aksis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Albıs
Anais
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər. Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi.
Araks
Araks Avetisyan Muradovna və ya sadəcə olaraq Araks (erm: Արաքս Մուրադի Ավետիսյան; 25 dekabr 1903, Böyük Qarakilsə, Aleksandropol qəzası – 15 iyun 1978, İrəvan) — erməni sovet yazıçısı, jurnalist. Araks Avetisiyan Muradovna 25 dekabr 1903-cü ildə Qarakiləsədə (indiki Vanadzor) kənd müəllimi ailəsində doğulmuşdur. Tiflisdəki Meriamian-Hovhanian qızlar məktəbində oxumuş və 1923-cü ildə orta təhsilini başa vurmuşdur. 1930-cu ildə isə İrəvan Dövlət Universitetini bitirmişdir. 1933-cü ildə Moskvada jurnalistika kurslarına qatılmışdır. Araks əsasən jurnalist kimi fəaliyyət göstərsə də, uşaq ədəbiyyatına da öz töhfəsini vermiş və - Erməni Uşaq Ədəbiyyatı sahəsinin öncül simalarından birinə çevrilmişdir. 1926-cı ildən etibarən ermənicə yazdığı uşaq ədəbiyyatına “Uşaqlar üçün nağıllar”, “Sehrli təyyarə”, “Narlı qız”, “Şən səslər” kimi nağılları aid etmək olar. Onun yazdığı "Dərəçiçəkli Nənə" (ԾաղկաձորցիՏատիկը) və "Zimmi" nağılları o dövrdə erməni uşaqlarının sevimli nağıllarına çevrilmişdir. Araksın toplu uşaq nağılları ilk dəfə 1926-cı ildə eyni anda İrəvan və Tiflisdə dərs edilmişdir. 1933-cü ildə Moskvadakı təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Araks, “Oktemberik” uşaq jurnalında redaktor kimi fəaliyyətə başlayır.
Araxis
Araxis (Yerqozu) (lat. Arachis hypogaea), paxlameyvəlilər (lat. Fabaceae) fəsiləsindən olub birillik ot bitkisidir. Gövdəsi qol-budaqlıdır. Bəzi növünün gövdəsi düz, bəzilərinki isə yerlə sürünəndir. Bunun saplağı uzun, yarpaqları cüt lələkvarıdır. Parlaq sarı və ya çəhrayı rəngli çiçəkləri nəzəri cəlb edir. Paxladan ibarət meyvəsinin içində iki toxumu olur. Araxisin vətəni Braziliyadır. Lakin onun sənaye əhəmiyyətli növü qədim vaxtlardan müxtəlif ölkələrdə becərilir.
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
ArcGİS
ArcGİS — Coğrafi İnformasiya Sistemlərində başlıca istifadə olun proqram təminatıdır. ESRI şirkətinin yaratdığı bir proqramdır. Ondan: xəritələrin yaradılması və istifadəsində; coğrafi verilənlərin tərtibində; coğrafi informasiyanın paylanması və kəşfində; bir sıra tətbiqetmələrdə xəritələr və coğrafi məlumatın istifadəsində; və verilənlər bazasında coğrafi informasiyanı idarə etmək ücün istifadə edilir. ArcGİS çox fərqli sahələrdə istifadə olunur: Yer quruluşu və yer kadastrı Əmlak uçotu Kommunal xidmətlər Fövqəladə hallar Telekommunikasiya Neft və qaz Ekologiya Sərhəd xidməti Nəqliyyat Meşə təsərrüfatı Su resursları Məsafədən zondlama Geologiya və mədən Geodeziya, Kartoqrafiya, Coğrafiya Biznes Ticarət və xidmətlər Kənd təsərrüfatı Təhsil Turizm 1997-ci ilin yanvarında Esri vahid inteqrasiya olunmuş proqram arxitekturasını yaradaraq, CIS proqram platformasını yeniləməyə qərar verdi. 1999-cu ilin sonlarında Esri Microsoft Windows əməliyyat sistemində işləyən ArcMap 8.0-ı buraxdı. ArcGIS ArcView GIS 3.x interfeysinin vizual istifadəçi interfeysi aspektini Arc/INFO versiyası 7.2 iş stansiyasının gücü ilə birləşdirdi. Bu birləşmə ArcGIS adlı yeni proqram təminatı dəsti ilə nəticələndi, o cümlədən komanda xətti ArcInfo iş stansiyası (v8.0) və ArcMap (v8.0) adlı yeni qrafik istifadəçi interfeysi proqramı. Bu ArcMAP daha intuitiv interfeysə malik ArcInfo-nun bəzi funksiyalarını, həmçinin ArcCatalog (v8.0) adlı fayl idarəetmə proqramını özündə birləşdirir. ArcMap-ın buraxılması Esri-nin proqram təkliflərində böyük dəyişiklik yaratdı, bütün müştəri və server məhsullarını Microsoft Windows COM standartlarından istifadə etməklə hazırlanmış ArcGIS kimi tanınan bir proqram arxitekturasına uyğunlaşdırdı. ArcMap 8.0 interfeysi və adları ArcGIS Desktop-un sonrakı versiyalarına bənzəsə də, onlar fərqli məhsullardır.
Ağdis
Ağdis Tiflis quberniyasının Qori qəzasında kənd adı. Ağdis- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Ağdiz kənd adı (yenə-orada) ilə mənşəcə eynidir. Rəng bildirən ağ və farsca dizə "qala" sözlərindəndir.
Alois
Alois — ad. Alois Hitler — Avstriyalı bir məmur Alois Andritski Alois Musil — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. Alois Altsheymer Alois Leksa von Erental — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı.