Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Avşarı
Avşarı — qədim Azərbaycan rəqslərindən biri.[mənbə göstərin] Bu rəqsin adı bəzi mənbələrdə "Əfşarı" kimi də qeyd edilir. "Avşarı"da əhliləşdirilmiş meymundan istifadə olunur. Mütəxəssislərin fikrincə "Avşarı" hərbi rəqs sayılırdı. Ensiklopediyada yazılır: "Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsu 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xarakterli geniş instrumental müqədimmə ilə başlanır. Sazda "Qaraçı" kökündə ifa olunur. Muğam əsası şurdur. Kuplet formasında olan "Əfşarı"nın poetik mətni qoşmadır".
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Avuar
Avuar (fransız dilində “avoir” – sahib olmaq, əmlak, aktiv sözündən yaranmışdır) geniş mənada sahibinin öhdəliklərini ödəmək imkanı verən müxtəlif aktivlərdir (pul vəsaitləri, çeklər, veksellerlər, akkreditivlər). Dar mənada isə avuar dedikdə bankların xarici ölkələrdə yerləşən banklardakı hesablarında əcnəbi valyuta ilə sahib olduqları vəsait başa düşülür. Hər hansı bir ölkəyə məxsus olan həmin vəsaitlərin toplusu onun əcnəbi avuarı adlanır. Həmin avuarların hesabına ödənişlər edilir, borc öhdəlikləri bağlanır, ölkələr arasında ödəniş dövriyyəsi həyata keçirilir. Dünya iqtisadiyyatında ödəniş dövriyyəsinin əhəmiyyətli hissəsi ABŞ dolları, avro, yapon yeni, ingilis funt sterlinqi ilə həyata keçirildiyindən, avuarların ən geniş olaraq bu valyutalarda yayılmışdır. == Növləri == Sərbəst; Dondurulmuş; Xüsusi rejimlə istifadə olunan; Əməliyyat avuarı (cari ödənişlər üçün); Sığorta avuarı (ehtiyat); İnvestisiya avuarı; Təzminat avuarı. Aydın olduğu kimi, avuarlar sahibinin borc öhdəliyini ödəmək üçün nəzərdə tutulmuş aktivlərdir. Bundan əlavə, onlar vasitəsilə təsərrüfat fəaliyyəti aparılır. Çünki mahiyyət etibarilə şirkətə “su üzərində qalmağa” kömək edir və hətta gəlir qazandırır. Yox əgər, məhz bank avuarlarından danışmalı olsaq, deməliyik ki, bu zaman avuarlar beynəlxalq əməliyyatlar və hesablamalaq üçün istifadə olunur.
Avşar
Əvşarlar sülaləsi — sülalə Avşar (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aşağı Avşar — Azərbaycanın Ağcabədi rayonunda kənd. Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Avşar — Xocavənd rayonunda kənd.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avarn (şəhər)
Avarn (q.yun. Ἀβαρνίς), həmçinin Avarni və Aparn (q.yun. Ἀπαρνίς) — qədim Misiyada, eyniadlı burunda yerləşən sahil şəhəri. Ksenofont bu yerdən bəhs edərkən qeyd etmişdir ki, Konon Lisandr ilə nişanlanarkən Sparta donanmasının gəmilərini oğurlamış, öz donanmasını yenidən təşkil etmiş və I Evaqorasa sığınmaq üçün qaçmışdı, eyni zamanda Paralı döyüşlərdən xəbər gətirmək üçün Afinaya göndərmişdir. Onun ərazisi ilkin olaraq Asiya Türkiyəsi, Çardak yaxınlığında yerləşir.
Avart (mifologiya)
Avart (q.yun. ᾌβαρτος, Ábartos) — qədim yunan mifologiyasında personaj. Avart sonrakı dövrlərə aid ənənəyə görə, Attikanın sonuncu çarı olan əfsanəvi Kodrun nəslindən idi. Onu Kodrun nəslindən olan Deoit və Perikl ilə birlikdə fokeyalılar göndərmişdir, çünki ioniyalılar Fokeya şəhərini yalnız Kodrun nəslinin nümayəndələrinin idarə etdiyi halda öz ittifaqlarına qəbul etmək niyyətində idilər. Bu mifik versiya İoniyanın qərbi Anadolunun məskunlaşmasında Afinanın dominant rolu vurğulamaq üçün nəzərdə tutulmuşdu.
Avşar (Ağcabədi)
Avşar (əvvəlki adı: Üzeyirkənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Avşar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Üzeyirkənd kəndi Avşar kəndi və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd Soveti adlandırılmışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 11400 nəfərdir. === Tanınmış şəxsləri === Namiq Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı. Məzahir Ərtuğ Avşar — rəssam == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Avşar (Vedibasar)
Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında, Qafqazın 5 verstlik xəritəsində Avşar kimi qeyd edilmişdir. == Toponimiyası == Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119).
Avşar Baba
Avşar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Future Diary
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Hülya Avşar
Hülya Avşar (10 oktyabr 1963, Balıkəsir, Türkiyə) — Türkiyə müğənnisi və aktrisası. == Həyatı == Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkəsirdə anadan olub. Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Gənc ikən Mehmet Tecirli ilə ailə həyatı qurub. Sonradan onlar boşanıblar. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat Gözəllik Yarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqda tacı geri alınıb. 1983-cü il Hülya Avşarın həyatında dönüş nöqtəsi olub. Fikrət Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmində aktrisa kimi debüt edib. "Berlin in Berlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Daha sonra musiqi təhsili alan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom və bir sinq çıxarıb.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Liliya Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Məhəmmədhəsən Avşar
Məhəmmədhəsən Avşar — (1835, Urmiya – 1865, Tehran) — İran rəssamı. Məhəmmədhəsən 1835-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rəssamlıqla məşğul olmuşdu. Əsasən portret janrında işləyirdi. Qacar şahlarından Məhəmməd şahın, Nasirəddin şahın, dövlət xadimlərindən Mirzə Tağı xan Əmir Kəbirin portretlərini çəkmişdi. Nəqqaşbaşı ləqəbi almışdı. Onun albomları dünyanın müxtəlif muzeylərində saxlanılır. 1865-ci ildə vəfat edib.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898–1951)—İranın ictimai xadimi. Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məzahir Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (12 yanvar 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973–1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978–1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub. Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Rza Avşar
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Diary 001
Diary 001 — ABŞ müğənnisi Clairo-nun debüt mini-albomu. Bu, onun Claire Cottrill adı altında buraxdığı bir sıra demolar və birgə əməkdaşlıq relizlərindən sonra gəlir, və ümumilikdə onun on ikinci mini-albomudur. Mini-albom 25 may 2018-ci ildə Fader Label tərəfindən buraxılıb. == Fon == Clairo müğənni kimi karyerasına 2014-cü ildə "Do U Wanna Fall in Love?" adlı mini-albomunu buraxaraq başlayıb. O, bu mini-albomu Bandcamp üzərindən doğum adı Claire Cottrill adı altında buraxmışdır. Bundan sonrakı illər ərzində o, daha səkkiz demo mini-albom və iki birgə əməkdaşlıq mini-albomu təqdim etdi. 2017-ci ildə Fader Label ilə müqavilə bağladıqdan sonra o, yeni adı Clairo altında ilk buraxılışı olan indi-pop sinqlı "Flaming Hot Cheetos"-u təqdim edib. Bunun ardınca o, "Pretty Girl" sinqlını çıxarıb. Bu mahnının musiqi videosu YouTube-da viral olub. Sözügedən video tamamilə Clairo-nun özü tərəfindən, Massaçusets ştatının Karlayl şəhərindəki yataq otağında lentə alınıb.