Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aylanu
Aylanu - türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir başqasının yerinə öz canını vermə, "Öz Yerinə Öz" anlayışı. Aylanı da deyilir. Bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir. Ən gözəl və ən mükəmməl nümunəsi Dəli Domrul əhvalatında iştirak edir. İnsanın nə qədər fədakarlıq və ərdəm sahibi olduğunun bir ilahi qüdrət tərəfindən ölçülməlidir. İnsanın lazım olduğunda ailəsi və bu səbəbdən vətəni uğrunda canından imtina edib keçə bilməyəcəyik sınanır. == Etimologiya == (Ay / Ağ) kökündən törəmişdir. Köçmək, dəyişmək mənalarını ehtiva edər. Aylanmak sözü gəzmək, hərəkət etmək, sürmək kimi tərkibə malikdir. Monqolcada Ayl sözcüyü qohumluq bağını ifadə edər.
Abdulla Avlani
Abdulla Avlani - şairi, daramturq, pedaqoq, müasir özbək məktəbinin yaradıcılarından, professor, Özbəkistanın xalq maarif zərbəçisi == Həyatı == Abdulla Miravlan oğlu Avlani 1878-ci il iyulun 12-də Daşkənd şəhərindəki Merqança məhəlləsində toxucu ailəsində anadan olub. Bəzi mənbələrdə isə onun doğulduğu tarix 12 iyul 1874-cü il yazılıb. Abdullanın ailəsi toxuculuqla məşğul olsa da, elmə, təhsilə də yüksək qiymət verib. Övladlarına ata-baba sənətlərini öyrətməklə yanaşı, təhsil almalarına da şərəait yaradıblar. 13 yaşında Ukçi mədrəsəsinə daxil olan Abdulla ilk şeirini 15 yaşında yazır. Mədrəsənin nümunəvi şagirdlərindən olduğundan ona özündən kiçiklərin dərslərinə nəzarət etməyi də tapşırırlar. Lakin mədrəsədəki təhsil proqramı onu qane etmir. == Maarifçilik == Ukçi mədrəsəsini bitirdikdən sonra özü yeni tipli məktəb açır. İsmayıl bəy Qaspıralının yolunu davam etdirən, o dövrdə cədidçilər, yəni yenilikçilər adlandırılan hərəkata qoşulur. 1904-cü ildə açdığı məktəbdə mədrəsələrdə olduğu kimi şəriət, fiqh, islam tarixi, bəlağət fənləri ilə yanaşı, Avropa tipli məktəblərdəki kimi kimya, fizika, riyaziyyat, astronomiya, coğrafiya dərsləri də keçir, uşaqların Doğu və Avropa dillərini mənimsəmələri üçün əlindən gələni əsirgəmir.
Allahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Moris Allays
Moris Allays (fr. Maurice Allais) (d. 31 may 1911, Paris, Fransa – ö. 9 oktyabr 2010, St.Kloud, Fransa) — fransız iqtisadçı. İqtisadiyyat və fizika sahəsindəki işləri ilə tanınır. 1988-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Moris Allays Parisdə anadan olub. Moris Allays Yüksək Təhsil Məktəbində (fr. École nationale supérieure des mines) müəllimlik etmişdir. == Elmi işləri == Moris Allays iqtisadiyyat elminin qərar nəzəriyyəsi və monetarizm sahələrindəki işləri ilə tanınır.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Adlay Stivenson
Adlay Stivenson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 23-cü vitse-prezidenti.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub.811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Fifz Avenyu hoteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər.Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi.Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. == Tarixi == 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Qarabağ atlı alayı
Qarabağ atlı alayı — Çar Rusiyası Qarabağı işğal edəndən sonra yaranmışdı. 1-ci Müsəlman polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandir, yüzlüyə sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardı. Komandir ştabs-kapitan Gülməmməd bəy Rüstəmbəyov, polkovnik Cəfərqulu xan Nəva Sarıcalı-Cavanşir, 1829-cu ildə komandir köməkçisi kapitan Rüstəm bəy Cavanşir olmuşdu. Komandirin adyutantı Rəhim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıl bəy oğlu olmuşdu. Qarabağ atlı alayının düşərgəsi Ağcabədi kəndinin yanında yerləşirdi.
Tatar süvari alayı
Tatar süvari alayı — Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının, həmçinin Tiflis quberniyasının Borçalı mahalının tatarlarından (Azərbaycan türklərindən) formalaşan alaydır. Sonradan Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibində olmuşdur. == Alayın formalaşması == Daha çox “Vəhşi diviziya” adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağrılmayan könüllü müsəlmanlarından ibarət olub. 1914-cü ilin iyulun 26-da Qafqaz hərbi dairəsinin baş komandanı, Kavaleriya generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbiyyə naziri vasitəsi ilə imperator II Nikolaya müraciət edərək, hərbi hissələr qurmaq üçün “döyüşkən Qafqaz xalqlarından” istifadə etmək təklifini irəli sürür. Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 sıraxarici kiçik rütbəlilərdən ibarət idi. Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya miralay (polkovnik) Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri isə II-ci Nikolayın doğma qardaşı, general-mayor, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu. Tatar alayına gəldikdə isə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə - Bakıda doğulmuş polkovnik-leytenant V.D.Staroselskiy, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu Virtemberq kralı E.V.Novqorodski draqun alayının polkovnik-leytenant, şahzadə Feyzulla Mirzə Qacar təhkim edilmişdi.
Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir.2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadınlar polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
Vahdettinin qılınc alayı
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Alay silsiləsi
Alay silsiləsi — Qırğızıstanın cənubunda və qismən Tacikistanda dağ silsiləsi. Hündürlüyü 5,539 metrədək, uzunluğu 400 kilometrdir. Cənubdan Fərqanə vadisini əhatə edir. Qumlu-gilli və metamorfik şistlərdən, kristallik süxurlardan ibarətdir. Yal hissələrində qar və buzlaqlar var. Dağətəyi sahəsində yarımsəhra bitkiləri yayılmışdır. Yamacları ağot və şırımlı topal bitkilərindən ibarət quru çöllərdir, daha yüksəyə qalxdıqca çəmən-çöl bitkiləri və ardıc meşələri, 3,000–3,100 metr yüksəklikdə alp çəmənlikləri ilə əvəz olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Корженевский Н. Л. Ледники северного склона Алайского хребта. — Труды САГУ. Новая серия. Выпуск LXIV. Географические науки: Книга 6.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə.Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. == Yaradılma tarixi == 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı.Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.Avakovun himayəsi batalyona qurulandan altı ay sonra öz sayını artırmağa və alay statusu almağa imkan verdi. Kadr hazırlığı Zaporojye vilayətinin Berdyansk şəhərində baş tutdu. 2014-cü ilin məlumatına görə, bu yaşayış məntəqəsi bölmənin əsasını təşkil etmişdir..
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. == Həyatı == Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. == Kitabları == "Mənim də qəlbimin bir arzusu var" == Haqqında yazılanlar == “Tovuzlu Alayı tanı” adlı kitab.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. == Karyerası == Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur.1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir. "Şəmkir"də bir mövsüm oynayaraq 23 oyunda meydana çıxır və 15 qol vuraraq Azərbaycan çempionatının 2001–02 mövsümunun bombardiri olur.
17-ci yeger alayı
17-ci yeger alayı – Rusiya İmperator Ordusunun ən köhnə alaylarından biri. Alay 19-cu piyada diviziyasının tərkibinə daxil idi və İranla 1804–1813 və 1826–1828-ci illərdəki, Türkiyə ilə 1806–1812 və 1828–1829-cu illərdəki müharibələrdə, həmçinin, Qafqazda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Sonradan 17-ci yeger və 7-ci tüfəncçi adlandırılan alay fərqlənmə nişanı qəbul etməyib. == Alayın formalaşması == 5 avqust 1642-ci il tarixində Moskva Butır alayının seçilmiş atıcı əsgərlərindən təşkil olunmuşdur. Butır alayı Selenqinsk alayının 3-cü və 4-cü batalyonları ilə birləşdirilərək Kuban eger korpusunun tərkibinə daxil edilmiş və bu korpus 10 dekabr 1796-cı il tarixdə 18-ci yeger batalyonu olaraq yenidən təşkil edilmiş, 28 may 1797-ci il tarixdə isə "17-ci yeger alayı" adlandırılmışdır. 1798-ci ildə 1801-ci ilə qədər alay şefinin adını daşımış, 10 aprel 1801-ci ildə "17-ci yeger" adlanmışdır. 24 fevral 1816-cı il tarixdə alayın adı "7-ci tüfəngçi (karabinernıy)", 8 mart 1827-ci il tarixdə "Erivan tüfəngçi" olaraq dəyişdirilmişdir. 3 mart 1855-ci il tarixdə isə alay Qrenader (qumbaraçı) korpusu hesab edilmiş və "Erivan 13-cü leyb-qrenader" alayı adlandırılmışdır. == Alayın şefləri (1797–1827-ci illərdə) == 1798–17.01.1799 — general-mayor Pyotr Lixaçyov 17.01.1799–14.05.1803 — генерал-майор İvan Lazarev 14.05.1803–31.07.1807 — polkovnik Pavel Karyagin 30.08.1807–08.02.1811 — polkovnik Afanasi Asyev 27.02.1811–08.06.1811 — polkovnik İvan Snaksarev 08.06.1811–22.06.1815 — polkovnik İlya Jivkoviç == Alayın komandirləri (1797–1827-ci illərdə) == 22.05.1797–05.08.1797 — podpolkovnik Sergey Voyekov 05.08.1797–17.01.1799 — polkovnik (08.10.1797-ci il tarixdən 20.08.1798-ci il tarixə kimi general-mayor) İvan Lazarev 22.04.1799–08.05.1800 — polkovnik Sergey Voyekov 20.08.1800–24.01.1803 — polkovnik Pavel Karyagin 03.04.1805–21.01.1809 — mayor (23.04.1806-cı il tarixdən 12.12.1807-ci il tarixə kimi polkovnik) I Dmitri Lisanevciç 21.01.1809–14.06.1810 — polkovnik Pyotr Kotlyarevski 16.11.1814–22.06.1815 — polkovnik İvan Parfyonov 22.06.1815–10.06.1816 — polkovnik İlya Jivkoviç 10.06.1816–11.06.1822 — podpolkovnik (30.08.1816-cı il tarixdən polkovnik) Pyotr Ladinski 11.06.1822–15.03.1828 — polkovnik Nikolay Muravyov-Karsski == Alayda xidmət etmiş şəxslər == Aleksandr Qintovt — general-mayor, əlahiddə Sibir korpusunun ştab rəisi Fyodr Şirmo-Şerbinsk — general-letenant, Krasnoselski komendatı == Ədəbiyyat == Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др.
Kipr Türk Qüvvələri Alayı
Kipr Türk Qüvvələri alayı (KTKA) — Kipr Türk Sülh Qüvvələrinə bağlı bir alaydır. Alay, 19 fevral 1959 tarixində Türkiyə və Yunanıstan arasında edilən ittifaq razılaşması nəticəsində qurulmuşdur.
Zaqafqaziya atlı-müsəlman alayı
Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı polk. 2 iyun 1835 ci ildə General-Feldmarşal Paskeviçin əmri ilə müharibə dövrü zaqafqaziya atlı-müsəlmən polku yaradılır.Polka komandir 2 komandirin köməkçisi,6 sultan (hər 100 atlının başçıları), 18 naib (sultanlatın köməkçiləri),48 vəkil,600 atlı,198 rezerv atlı.Qafqaz korpusunun əmri ilə qoşunalırın içindən iki Azərbaycan dilibi bilən 2 zabit qoşulurdu. Hərbi xidmət 4 il təyin olunmuşdur.Hər iki il keçəndən sonra polkun yarısı yenilənirdi.Polkun komandiri Rus zabitlər ştabından Azərbaycan dilini bilənlər təyin olunurdu. Polk Hazırlanandan sonra Varşavaya General-Feldmarşal Paskeviçin tabeçiliyinə verildi Polk dağılanacan Paskeviçin tabeçiliyində qaldı. 11 mart 1839-cu ilin əmrinə əsasən Qafqaz Müsəlmanları arasından 30 nəfər seçilir və İmperatorun şəxsi böyük konvoyuna daxil olur.Seçilmişlər kazarmada yaşayır, milli geymlər geyirdilər və milli yeməklər yeyirdilər. 1849 cı ildə Zaqafqaziya atlı-müsəlman polku Macarıstan kompaniyasında iştiraka görə Qeorqiyevski bayraq ilə təltif olundular. Qeorqiyevski bayraqın üzərində yazılmışdır:"Üsyançı Macarlara qarşı əla cəsarət və mərdliyə görə və düşmanın artileriyasının əla keçirməyə görə" 10 yanvar 1852 ci ildə polk dağılır və dörd yüzlükdən ibarət heyət yaradılır. 1856 cı ilin mart ayında Paris sülh müqaviləsindən sonra ordu azaldılır və 24 avqust 1856 cı ildə əmrə əsasən iki yüzlük dağılır.1857 ci ilin əvvəlində isə polk tamam dağılır. == Polkun komandirləri == 1834 - 12.04.1852 - polkovnik (17 may 1846 cı ildən başlayaraq general-mayor) - David Osipoviç Behbutov 12.04.1852 - 17.04.1857 - polkovnik Həsən bəy Ağalarov == Polkda hərbi xidmətdə olan tanınmış şəxslər == İsmayıl xan Naxçıvanski - atlılar generalı Cəfərqulu ağa Bakıxanov - general-leytenant Ağayev Nikolay Nikolayeviç İsrafil bəy Yadigarov İsmayıl bəy Qutqaşınlı Kərim bəy Novruzov == Mənbə == Rusiya İmperiyasının qanunlar toplusu.2 tom X 1-ci bölmə 8211 səhifə Rusiya İmperiyasının qanunlar toplusu.2 tom XIV 1-ci bölmə 12098 səhifə Azərbaycan milli elmlər akademiyası.Azərbaycan tarix müzeyi.Azərbaycan generalları.kataloq.Bakı 2005 E.İsmayılov Qeorqiyev atlıları - Azərbaycanlılar moskva 2005.
Əlahiddə Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir.2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadınlar polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
123-cü alay
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.