Həmidiyə Alayları
Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid",
tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz, türkmənlər,
yörük və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı. Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur.
Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları.
Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər.
== Tarixi ==
Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi.