ALAŞA
ALBALI
OBASTAN VİKİ
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı. Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. "Mənim də qəlbimin bir arzusu var" “Tovuzlu Alayı tanı” adlı kitab.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur. 1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir.
Alay pavilyonu
Alay pavilyonu — Topqapı sarayının bayır divarlarında sultanların yürüşləri izləmək üçün tikildirdiyi malikanə. Alay malikanəsinin yerləşdiyi yerdə 16-cı əsrdə taxta malikanə olub. Köşkün hazırkı binası II. Mahmud tərəfindən tikilmişdir. Gülhanə parkından geniş enişlə daxil olmaq mümkün olan malikanə dairəvi sultan zalı, divan və üç otaqdan ibarətdir. Köşkün yeddi pəncərəsi var. Pəncərə tağlarının üzərindəki on dörd sətirlik kitabə Keçəcizadə İzzət Molla tərəfindən yazılmışdır. 1926-cı ildə Atatürkün əmri ilə Gözəl Sənətlər Birliyinə ayrılan malikanə bir müddət Eminönü İcma Mərkəzinin oyun salonu kimi istifadə edilmişdir. 1938-ci ildə Topkapı Sarayı Müdirliyinə bağlı olan malikanə daha sonra ciddi təmirə məruz qalıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanası olaraq yenidən təşkil edilmiş və 12 noyabr 2011-ci ildə açılmışdır.
123-cü alay
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
Nazim İsmayılov (alay komandiri)
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Alay silsiləsi
Alay silsiləsi — Qırğızıstanın cənubunda və qismən Tacikistanda dağ silsiləsi. Hündürlüyü 5,539 metrədək, uzunluğu 400 kilometrdir. Cənubdan Fərqanə vadisini əhatə edir. Qumlu-gilli və metamorfik şistlərdən, kristallik süxurlardan ibarətdir. Yal hissələrində qar və buzlaqlar var. Dağətəyi sahəsində yarımsəhra bitkiləri yayılmışdır. Yamacları ağot və şırımlı topal bitkilərindən ibarət quru çöllərdir, daha yüksəyə qalxdıqca çəmən-çöl bitkiləri və ardıc meşələri, 3,000–3,100 metr yüksəklikdə alp çəmənlikləri ilə əvəz olunur. Корженевский Н. Л. Ледники северного склона Алайского хребта. — Труды САГУ. Новая серия. Выпуск LXIV. Географические науки: Книга 6.
366-cı motoatıcı alay
366-cı motoatıcı alay — keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi Alayın tarixi Kolçayın admiralının qoşunlarıyla döyüşlərdə iştirak etmiş Türkistan cəbhəsinin 3-cü Türkistan süvari diviziyasından öz başlanğıcını götürür. 3-cü süvari diviziyası Vətəndaş müharibəsinin qurtaran mərhələsində iştirak edirdi. 3-cü süvari diviziyası 4 avqust 1921-ci ildə Türkistan cəbhəsinin komandanlığının № 144/581-inin əmrinə əsasən buraxılıb. Onun bazasında 7-ci və 8-ci ayrı süvari briqadaları yaradılmışdılar. 7-ci ayrı süvari briqadası 30-cu illərə qədər Türkmən SSR-ında basmaçılarla döyüş əməliyyatlarında iştirak edirdi. 1931-ci ildə 7-ci ayrı süvari briqadası 8-ci dağ-süvari diviziyasına yenidən təşkil edilmişdi (dəyişilmişdi) və yerini Özbək SSR-də (112-ci dağlıq-süvari alayı) Fərqanə (diviziyanın əsas hissələri) və Namanqana dəyişdirilmişdi. 1936-cı ilin iyulunda 8-ci dağ-süvari diviziyası numerasiyanı dəyişdi və 21-ci dağ-süvari diviziyası oldu. İkinci Dünya müharibəsindən sonra birləşmənin tam adı belə oldu: 14-cü qvardiya süvari Mozır Qırmızı Bayraqlı, Suvorovun ordenləri diviziyası. SSRİ-in Silahlı Qüvvələri Baş qərargahının 13 oktyabr 1945-ci il № Orq/1/600 Təlimatıyla bu diviziya 31-ci qvardiya mexanikləşdirilmiş diviziyasına yenidən təşkil edilmişdir. Korpusun süvari diviziyaları əsasında növbəti numerasiyayla mexanikləşdirilmiş alaylar yaradılmışdır: 98-ci qvardiya mexanikləşdirilmiş alayı 99-cu qvardiya mexanikləşdirilmiş alayı 100-cü qvardiya mexanikləşdirilmiş alayı 1945-ci ilin oktyabrında diviziya Zaqafqaziya hərbi dairəsinin 40-cı Ordusunun tərkibinə Azərbaycan SSR-ına yerini dəyişdirilmişdi.
907-ci atıcı alay
907-ci atıcı alay — SSRİ-nin Böyük Vətən Müharibəsində iştirak etmiş hərbi hissəsi. 244-cü atıcı diviziyanın tərkibində idi. SSRİ Mülki Məcəlləsinin Baş Qərargahının 29 iyun 1941-ci il tarixli 00100 nömrəli "NKVD qoşunlarının şəxsi heyətindən atıcı və mexanikləşdirilmiş diviziyaların formalaşdırılması haqqında" əmrinə uyğun olaraq, Lavrenti Beriyaya 15 yeni hərbi hissənin formalaşdırılması tapşırığı verilmişdi. Alay müharibənin ilk aylarında Dmitrov şəhərində yaradılmışdı və 1941-ci ilin iyulunda 244-cü diviziyanın tərkibində cəbhəyə göndərildi.
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
205-ci Şamaxı piyada alayı
205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır. Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır. 1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi. Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur: Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır. Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı. Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi. Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır. Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır. 1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
777-ci Motorlu Tüfəng Alayı
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir. 1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi.
811 saylı Laçın dağ-atıcı alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Bir alaydan olanlar (film, 1975)
Bir alaydan olanlar qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir.
Həmidiyə Alayları
Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz, türkmənlər, yörük və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı. Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur. Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları. Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər. Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi.
Kipr Türk Qüvvələri Alayı
Kipr Türk Qüvvələri alayı (KTKA) — Kipr Türk Sülh Qüvvələrinə bağlı bir alaydır. Alay, 19 fevral 1959 tarixində Türkiyə və Yunanıstan arasında edilən ittifaq razılaşması nəticəsində qurulmuşdur.
Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Qarabağ atlı alayı
Qarabağ atlı alayı — Çar Rusiyası Qarabağı işğal edəndən sonra yaranmışdı. 1-ci Müsəlman polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandir, yüzlüyə sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardı. Komandir ştabs-kapitan Gülməmməd bəy Rüstəmbəyov, polkovnik Cəfərqulu xan Nəva Sarıcalı-Cavanşir, 1829-cu ildə komandir köməkçisi kapitan Rüstəm bəy Cavanşir olmuşdu. Komandirin adyutantı Rəhim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıl bəy oğlu olmuşdu. Qarabağ atlı alayının düşərgəsi Ağcabədi kəndinin yanında yerləşirdi.
Süvari müsəlman alayları
Süvari müsəlman alayı — Cənubi Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya-Türkiyə müharibəsində iştirak etmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət atlı müsəlman alayları və Kəngərli süvari dəstələri formalaşdırıldı (1829). Naxçıvan və İrəvan müsəlman azərbaycanlı əhalisi tərəfindən 4-cü atlı müsəlman alayı təşkil edildi. Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabındakı məlumata görə osmanlılara qarşı müharibədə rus ordusu tərkibində döyüşən bu alaylara göstərdikləri hünərə görə 1830-cu ildə Rusiya imperatoru tərəfindən yeni fəxri bayraqlar təqdim edildi. Sonralar 1 və 2-ci alayların bayraqları Bakı və Şuşanın dövlət idarələrinə, 3-cü və 4-cü, eləcə də Kəngərlilərə məxsus bayraqlar isə Tiflis muzeyinə verildi. 1924-cü ildə atlı müsəlman alaylarının bayraqları Azərbaycan Dövlət Muzeyinə təqdim edildi. Hazırda həmin bayraqlar Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Naxçıvanın və İrəvanın müsəlman azərbaycanlı əhalisindən təşkil edilmiş 4-cü atlı müsəlman alayının döyüş bayrağı digər döyüş bayraqlarından qumaşının mavi rəngdə olması və aşağıdakı lentdə fars dilində “4-cü alay” sözlərinin yazılması ilə fərqlənir.
Tatar süvari alayı
Tatar süvari alayı — Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının, həmçinin Tiflis quberniyasının Borçalı mahalının tatarlarından (Azərbaycan türklərindən) formalaşan alaydır. Sonradan Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibində olmuşdur. Daha çox “Vəhşi diviziya” adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağrılmayan könüllü müsəlmanlarından ibarət olub. 1914-cü ilin iyulun 26-da Qafqaz hərbi dairəsinin baş komandanı, Kavaleriya generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbiyyə naziri vasitəsi ilə imperator II Nikolaya müraciət edərək, hərbi hissələr qurmaq üçün “döyüşkən Qafqaz xalqlarından” istifadə etmək təklifini irəli sürür. Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 sıraxarici kiçik rütbəlilərdən ibarət idi. Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya miralay (polkovnik) Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri isə II-ci Nikolayın doğma qardaşı, general-mayor, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu. Tatar alayına gəldikdə isə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə - Bakıda doğulmuş polkovnik-leytenant V.D.Staroselskiy, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu Virtemberq kralı E.V.Novqorodski draqun alayının polkovnik-leytenant, şahzadə Feyzulla Mirzə Qacar təhkim edilmişdi.
Vahdettinin qılınc alayı (film, 1915)
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Zaqafqaziya atlı-müsəlman alayı
Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı alayı (polk) olub. Bu alay Cənubi Qafqaz müsəlmanlarından təşkil edilirək, İmperiyanın qeyri-nizami döyüş dəstələrindən biri hesab edilirdi. 2 iyun 1835-ci ildə general-feldmarşal İvan Paskeviçin müraciəti əsasında Zaqafqaziya atlı-müsəlman alayı barədə əsasnamə təstiq edildi. Əsasnaməyə görə alayın sıralarına bir nəfər alay komandiri (alay bəy), iki nəfər alay komandirinin müavini (yarı alay bəy, yarbəy), 6 nəfər sultan (yüzlük komandiri), 18 nəfər naib (yüzlük komandirinin müavinləri), 48 nəfər vəkil (uryadniklər), 600 kiçik rütbəli atlı döyüşcülər (vsadniklər) və 198 nəfər döyüşçü sayılmayan aşağı rütbəlilər daxil idi. Bundan əlavə, Əlahiddə Qafqaz Korpusundan göndərilən əmrə əsasən, korpusun döyüşçü dəstələrindən iki nəfər Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilən zabit də polka göndərilmişdi. Onlardan biri alay komandanının adyutantı, digəri isə alay yerləşim zabiti (kvartirmeysteri) və xəzinədar kimi xidmət edirdi. Həmçinin hər yüz nəfərlik dəstəyə bir nəfər kazak çavuş da təyin edilmişdi. Alayda xidmət müddəti dörd il təyin edildi. Hər iki ildən sonra alayın bir hissəsi Zaqafqaziyada yeni yaradılmış digər hərbi hissə ilə əvəz olunurdu. Alay komandirləri Rusiya İmperiyasının qərərgah zabitləri sırasından seçilirdi.
Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
Əlahiddə Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
Vahdettinin qılınc alayı
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.

Digər lüğətlərdə