Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Çay axımı
Çay axımı — çayın canlı kəsiyindən müəyyən vaxt ərzində axıb keçən suyun miqdarı. Çay axımı müəyyən vaxt (gün, ay, il) ərzində suyun məsrəfi ilə (m³ və ya km³) müəyyən edir. Çay axımı yerüstü axımla müəyyən olunur və onun suyığım hövzəsinin su balansı tənliyi ilə xarakterizə olunur. Bu tənlik aşağıdakı kimidir: x+c+d=y0+E+Z Burada: x+c+d – su balansı tənliyinin mədaxil; y0+E+Z isə onun məxaric hissələridir. x— atmosfer yağıntısı; c—torpağın nəmliyi; d—qonşu hövzələrdən gələn yeraltı su axımı; y0—çay axımı; E—buxarlanma; Z—qonşu hövzələrə axıb gedən yeraltı su axımıdır. Axım layının qiymətlərinə görə axım modulu tərtib edilir. Axım modulu çay hövzəsinin 1km2sahəsindən gələn su sərfinə görə xarakterizə olunur: q=1000Q/F Burada q—axım modulu, l/san km2; Q—orta sərf, m3/san; F—çay hövzəsinin sahəsidir, km2. Axım layının müşahidə illərindəki orta qiyməti axım norması adlanır. Avropanın şimalında axım normasının qiyməti 300–500 mm, cənubda, Xəzər dənizi sahillərində onun qiyməti 5–10 mm-ə qədər azalır və Qafqaz dağları ərazisində axım normasının qiyməti 1500–2000 mm-ə çatır. Azərbaycan ərazisində axımın paylanmasında iki qanunauyğunluq müşahidə olunur.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Arıxlı
Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır. == Əhalisi == Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır. == İqtisadiyyatı == Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. == Etimologiyası == "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. == Tarixi == Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aşıxlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kazımlı
Kazımlı (Tovuz)
Qasımlı
Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Çaxırlı
Çaxırlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Çaxırlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Çaxırlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Çaxırlı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Çaxırlı (Göyçə) — Göyçə mahalı Basarkeçər rayonunda kənd.
Şıxımlı
Şıxımlı (Füzuli)
Gülnar Qasımlı
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Kazım Kazımlı
Kazım Kazımlı (5 sentyabr 1993 - Lənkəran, Azərbaycan) − Azərbaycanlı gənc futbolçu, Xəzər-Lənkəran klubunun yetriməsi, Azərbaycan U-17 və Azərbaycan U-19 milli komandalarımızın üzvü. == Karyerası == Kazım Kazımlı 5 sentyabr 1993 tarixində Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan futbol ilə məşğul olub. Xəzər-Lənkəran klubunun aşağı yaş qruplarında məşq edib, daha sonradan yaxşı oyunu ilə seçilərək 2009-cu ildə Azərbaycanın U-17 millisinə çağırılıb və Xəzər klubunun əvəzedici heyətində oynamağa başlayıb. 2009-cu ilin avqust ayında U-17 millimizin tərkibində Kazım FA of Moldova Cup turnirində iştirak edir və finala qədər çatır. Turnirdən sonra isə "ən yaxşı hücumçu" nominasiyasında mükafatlandırılır. Bundan sonra Kazım Kazımlı Xəzər-Lənkəran klubu ilə peşəkar müqavilə imzalayır. Kazım Xəzər-Lənkəranın heyətində cəmi 16 yaş 66 günlükdə Azərbaycan kuboku 2009/2010 uğrunda yarışın 1/8 final mərhələsində Muğan Salyan klubu ilə səfərdə keçirilən cavab görüşünün 88-ci dəqiqəsində meydana çıxır. Kazım rəsmi matçda Xəzər Lənkəranın heyətində meydana çıxan 96-cı oyunçu kimi də tarixə düşüb. O, "ağ-yaşıl" formanı geyinmiş 45-ci yerli futbolçudur.
Kazımlı (Meşkinşəhr)
Kazımlı (fars. كاظم لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (5 ailə).
Kazımlı (Tovuz)
Kazımlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XIX əsrdə Aşağı Quşçu kəndindən olan Kazım adlı şəxsə məxsus yurdun yerində salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin yamacında yerləşir. Əsrikçay kəndi iki hissəyə ayırır. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Kazımlı kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Krımlı Martiros
Krımlı Martiros (erm. Մարտիրոս Ղրիմեցի; 6 iyul 1620, Feodosiya – 25 avqust 1683, Misir əyaləti) — XVII əsrdə yaşamış erməni yazıçısı, şairi, tarixçisi və keşişi. Satirik əsərləri ilə məşhurdur. Krımlı Martiros erməni mədəni irsinin bir hissəsi sayılan bir sıra şeirlər ərsəyə gətirmişdir. O həmçinin, Krımda yaşayan ermənilər haqqında kitab yazmışdır ki, bu da əhəmiyyətli bir tarixi mənbə kimi qiymətləndirilir.
Xıllı
Xıllı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati-ərazi vahidində qəsəbə. Kür çayı sahilində, Salyan düzündədir. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqələrinin adı ərəb işğalları dövründə İraqın Xilə əyalətindən Azərbaycana köçürülmüş və sonralar xıllı adlandırılmış tayfanın adını əks etdirir.
Mirhəmid Qasımlı
Musa Qasımlı
Qasımlı Musa Cəfər oğlu (28 oktyabr 1957, Hamarkənd, Yardımlı rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor (1992), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016), AMEA-nın müxbir üzvü (2017),Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayonunda işləmişdir. 1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, ardınca doktorluq dərəcəsini müdafiə edərək tarix elmləri doktoru olmuşdur. 1986–1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.
Muxtar Qasımlı
Muxtar Qasımlı (23 fevral 1993, Bakı – 2 oktyabr 2020, Füzuli rayonu) — Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Subay idi. Fitnes üzrə Azərbaycan çempionatı — 2019 Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Mürsəl Kazımlı
Aminli
Aminli (Nir)
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Axill
Axill (q.yun. Ἀχιλλεύς, Axilles) — qədim yunan mifologiyasında personaj, Troya müharibəsinin iştirakçısı, Homerin "İliada" sının əsas personajlarından biri. Eakidlər ailəsinə mənsubdur, Peley və nereida Fetidanın oğlu olmuşdur. == Kinematoqrafiyada == 1956-cı ildə Robert Vayz tərəfindən çəkilmiş "Troyalı Yelena" filmində Axill rolunu Stenli Beyker canlandırdı. "Doctor Kim" serialında Axill "Mif yaradanlar" (1965) epizodunda Kavan Kendall tərəfindən canlandırıldı. "Odisseya" miniserialında (1997) Axill rolunu Ceyson Lyuis canlandırdı. 2003-cü ildə Axill rolunu Co Montana canlandırdığı iki hissəli "Troyalı Yelena"televiziya filmi nümayiş olundu. Bred Pitt 2004-cü ildə çəkilmiş "Troya" filmində Axill rolunu canlandırdıdı. Devid Qyasi 2018-ci ildə "Troya payızı" mini serialında Axill obrazını canlandırıb. == İstinadlar == == Əlavə ədəbiyyat == Хоммель Х. Ахилл-бог // ВДИ, 1981, № 1.
Axilu
Axilu — İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında kənd adı. XIX əsrin əvvəllərində əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Berkarat adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır. Ərəb mənbələrində Dəclə çayı sahilində Axul şəhərinin adı çəkilir. Onu Suriyada (Şamda) yaşamış Şamlı türk tayfası gətirmişdir. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Axullu kəndinin adı ilə [133, 24] mənşəcə eynidir.
Aioli
Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir. == Hazırlanması == Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin. == İstifadəsi == Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır. Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.