Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşistan (Üskü)
Aşistan (fars. اشستان‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (33 ailə).
III Axsitan
III Axsitan – Şirvanşahlar dövlətinin iyirmi doqquzuncu hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu. == Fəaliyyəti == XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir. Məlumdur ki, Abaqanın oğlu və Hülakü xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək hökmranlıq etmişdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür. Beləliklə, II Axsitan Arqunun vaxtında Şirvanda hökmranlıq edə bilməzdi. S. Aşurbəyliyə görə, söhbət II Fərruxzadın oğlu III Axsitandan gedir. Bunu, Təvəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir. Onun dediyinə görə, Səfəvilər sülaləsinin banisi şeyx Səyfi əd-Dinlə (d.h.650 (1252/3)-h.735 (1334/5) qohum olmaq istəyən Şirvanşah Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb, cehiz olaraq 14 000 dinar və gəliri bir neçə min taqar düyü olan suvarma kanalı verməyi vəd etmişdir. Səfi əd-Din bunun cavabında demişdir. "Mən buna nə deyə bilərəm?
II Axsitan
II Axsitan (1243, Şamaxı – 1260, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi yeddinci hökmdarı, Şirvanşah III Fəribürzün oğlu. == Fəaliyyəti == III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h. 641 (1243/4) – 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış Zəkəriyyə Qəzvini (1203-1283) öz əsərində II Axsitanın adını çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır". Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi". O, sonra Axsitanın o vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığın lap başlanığıcına, Hülakü xanın ölkəni işğal etməsindən əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə möhkəmləndirilmiş Biqur (Buqrurt) adlı qala barəsində məlumat verilir.II Axsitanın hökmranlığı az sürmüşdür.
I Axsitan
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Adı == Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.
Axışqan
Fizikada Axışqan ya Səyyal, tətbiq olunan kəsmə gərginliyi və ya xarici qüvvə altında davamlı deformasiyaya uğrayan (axan) maye, qaz və ya digər materialdır. Onların kəsmə modulu sıfırdır və ya daha sadə dillə deyilsə, onlara tətbiq edilən hər hansı kəsmə qüvvəsinə müqavimət göstərə bilməyən maddələrdir. Axışqan termini ümumiyyətlə həm maye, həm də qaz fazalarını əhatə etsə də, onun tərifi elm sahələri arasında dəyişir. Bərk cism tərifləri də dəyişir və sahədən asılı olaraq bəzi maddələr həm maye, həm də bərk ola bilər.
Axintam
Axintam (adıq Ахынтам) — Krasnodar diyarında, Soçi şəhəri ərazisində kurort mikrorayonu. Axintam mikrorayonu Lazarevski rayonunun ərazisinə daxildir. == Coğrafiyası == Kənd Şaxe çayının sağ sahilində, Qolovinka kəndindən yuxarıda yerləşir. Regional mərkəzdən — Lazarevskidən 23 km cənub-şərqdə, Mərkəzi Soçidən 32 km şimalda və Krasnodar şəhərindən 157 km cənubda yerləşir. Kənddən dəniz sahilinə qədər olan məsafə 7 km-dir. Şimal-şərqdə Böyük Kiçmay, cənub-şərqdə Kiçik Kiçmay, şimal-qərbdə Şaxe və Qolovinka yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir. Kəndin ərazisindən "03K-446" yolu keçir. Kənd Baş Qafqaz silsiləsinin cənub yamacındayerləşir. Kəndin ərazisində orta hündürlük dəniz səviyyəsindən 125 metr yüksəklikdədir. Mütləq hündürlük dəniz səviyyəsindən 700 metrdir.
Pakistan
Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 900.125 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.
Takistan
Takistan - İranın Qəzvin ostanının şəhərlərindən biri və Takistan şəhristanının inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,625 nəfər və 18,685 ailədən ibarət idi.Bu şəhərin əhalisi Azərbaycan türklərindən və tatlardan ibarətdir, azərbaycan və tati dillərində danışırlar. Məzhəb baxımından əhalinin çoxunluğu şiə və az bir sayda bəhai və ələvidirlər. Şəhərin hazırkı farsca adı olan Takistan farsca "üzümlük, üzüm bağı, meynəlik, tənəklik" mənalarını daşıyan "takistan" sözündəndir.
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 186 nəfərdir. == Toponimiyası == Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. == Tarixi == Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Sistan
Sistan (fars. سیستان‎ [siːˈstɒːn]), əvvəllər Sakastan, Saklar ölkəsi) — İran və Əfqanıstanda qədim coğrafi ərazi. == Tarixi == Bizim eradan əvvəl I minilliyin birinci yarısında Midiyanın tərkibində idi. === Səfərilər sülaləsi === Səfərilərin mərkəzi bu gün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir.
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).
Bəlucistan (Pakistan)
Bəlucistan — Bəlucların yaşadığı ərazi == Coğrafi mövqe == == Tarix == Bəlucistan xanlığı 1758-1795-ci illərdə mövcud olmuşdur.
Dieqo Tristan
Dieqo Tristan Errera (5 yanvar 1976, Sevilya) — İspaniya futbolçusu. == Həyatı == Dieqo Tristan 1976-cı ildə İspaniyanın Sevilya şəhərində doğulub. Hücumçudur. Futbolçu karyerasına "Betis" klubunda başlayıb. 1999-cu ildə "Malyorka" klubuna transfer olub. "Malyorka"nın heyətində 35 matçda 18 qola imza atıb. 2000-ci ilin yayında isə "Deportivo" klubuna transfer edilib. Burada 179 oyunda meydançaya çıxıb və 87 qol vurub. O, 2001–2002-ci il mövsümündə 21 qolla İspaniya Primerosunun bombardiri olub. 2006-cı ildə "Malyorka"ya transfer olan futbolçu bu komandanın heyətində 13 matçda meydana çıxsa da, qol vura bilməyib.
Heydərabad (Pakistan)
Heydərabad—Pakistanın Sind əyalətində, Heydərabad rayonun inzibati-mərkəzi olan şəhər. Sindin 2-ci (Kəraçidən sonra), Pakistanın 8-ci böyük şəhəridir. Qulam Şah Kalxoronun buradakı məqbərəsinə görə tanınır və məqbərə Pakistanın turistik yerlərindən biridir. Şəhər Həmçinin Kəraçinin Britaniya Racının paytaxtı olmasından əvvəl Müstəmləkənin inzibati-mərkəzi idi. Əhalisi təxminən 2.199.433 nəfərdir.. Şəhərin digər adı "Şir Şəhəri"dir.
Laristan şəhristanı
Laristan şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 183,887 nəfər və 40,837 ailədən ibarət idi.
Pakistan Günü
Pakistan günü (urdu یوم پاکستان, Yaum-e-Pakistan) — 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayram. Silahlı qüvvələr tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsidir.Gün Müsəlman Liqası tərəfindən Minar-e-Pakistanda siyasi qətnamənin hazırlanması hadisəsi münasibətilə xatirə günü kimi qeyd olunur. Bu qətnamə 23 mart 1940-cı ildə Hindistanda Britaniyanın nəzarətində olan ərazilərin şimal-şərq və şimal-qərb regionlarında müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdən ibarət müstəqil federasiyanın qurulmasını nəzərdə tuturdu. O vaxtdan bəri bu gün milli bayram kimi dövlət səviyyəsində hər il qeyd edilir və bir qayda olaraq bayram münasibətilə Pakistan Silahlı Qüvvələri hərbi parad keçirir.
Pakistan Prezidenti
Pakistan Prezidenti — Vəzifəni 9 sentyabr 2018-ci ildən Pakistan Islam Respublikasının 13-cü prezidenti Arif Alvi icra edir. == Siyasi == 1947-ci ildən 1956-cı ilə qədər Pakistanın Baş Qubernatoru fəaliyyət göstərdi: Kral VI Corc (1952-ci ilə qədər) və Kraliça II Yelizaveta (1952-ci ildən). İlk Konstitusiyanın elan edilməsi ilə Pakistan 1956-cı ildə İslam respublikasına çevrildi və Baş Qubernator prezidentliklə əvəz olundu. Mövcud general-qubernator İskəndər Mirzə Pakistanın ilk prezidenti oldu. 1958-ci ildə ilk Konstitusiyanı dayandırdığını və Ordu Baş Komandanı Ayub Xanı ilk baş döyüş vəziyyətinin idarəçisi təyin etdiyini bildirdi. Xan sonradan prezident olmaq üçün Mirzəni işdən azad etdi. İskəndər Mirzə 1956-cı ildə Pakistanın 1-ci prezidenti oldu. Prezident Əyyub Xanın təqdim etdiyi ikinci Konstitusiya, ölkəni birbaşa seçkilər olmadan prezident respublikasına çevirdi. Daxili və beynəlxalq təzyiqlərə tab gətirmədən, Xan 1965-ci ildə ümummilli prezident seçkisini keçirdi. Xan ikinci müddətə rəqibi Fatimə Cinnaya qarşı uğurla kampaniya apardı, lakin bəziləri seçkilərin Xanın lehinə qurulduğunu iddia etdi.
Pakistan Talibanı
Pakistan Təhriki Təliban Pakistan-Əfqanıstan sərhəddində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx)Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Pakistan bayrağı
Pakistan bayrağı(urdu پرچم پاکستان / Pârĉami Pakistân), həmçinin Milli bayraq (urdu قومی پرچم/ Qaumī Pârĉam) kimi tanınan — Pakistanın Dövlət bayrağı. Pakistan İslam Respublikasının rəsmi dövlət rəmzlərindən biridir. == Bayrağın tarixi == Bayraq 1906-cı ildə Hindistanda müsəlmanların siyasi hüquqlarını təmsil etmək üçün qurulan Bütün Hindistan Müsəlman Liqası adlı siyasi təşkilata əsasən yaradıldı. Bayrağın yaradıcısı vəkil, Pakistan hərəkatının lideri Seyid Əmir-uddin Kedvaidir. Bayraq, ölkə ingilislərin hakimiyyəti altında olduğu zaman Hindistan yarımqitəsinin müstəqil dövlətə - Pakistan və Hindistan kimi iki müstəqil dövlətə bölündükdən sonra 14 avqust 1947-ci ildə qəbu edildi. Bu bayraq 1956-cı ildə Pakistanın ilk konstitusiya və dövlətin Pakistan İslam Respublikası olmasına qədər dəyişməz qaldı. == Bayrağın təsviri == Pakistan bayrağı tünd yaşıl fonda yerləşdirilmiş ağ aypara və 5 guşəli ulduzdan və bayrağın sol hissəsində bayrağın 1/4 hissəsini əhatə edən ağ şaquli zolaqdan ibarətdir. Yaşıl ənənəvi bir İslam rəngidir. Aypara və ulduz İslamın simvollarıdır. Ağ zolaq Pakistandakı qeyri-müsəlman, azlıq dini qruplarını təmsil edir.
Pakistan coğrafiyası
Pakistan coğrafiyası (urdu جغرافیۂ پاکِستان) cənubda Ərəb dənizinin sahillərindən şimalda Qaraqorum dağlarına qədər müxtəlif təbii zonaları əhatə edir. Pakistan geoloji olaraq həm Hindistan, həm də Avrasiya tektonik platformasında yerləşir. Bu iki platformanın toqquşma zonasında yerləşən Gilgit-Baltistan və Azad Kəşmir bölgələrində tez-tez dağıdıcı zəlzələlər baş verir. Pakistan şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin dövlətləri ilə həmsərhəddir. Ölkə geosiyasi baxımdan olduqca mürəkkəb, tez-tez hərbi toqquşmaların baş verdiyi regionda yerləşir. Regionda baş verən bu cür münaqişələrə Hindistanla Pakistan arasında Kəşmir və Əfqanıstanla Pakistan arasında Durand xətti kimi mübahisəli əraziləri misal göstərmək olar. Pakistanın qərb sərhədləri istiqamətində yerləşən Heybər keçidi və Bolan keçidi kimi ərazilər Mərkəzi Asiya ilə Cənubi Asiya regionları arasında mühüm miqrasiya marşrutları hesab olunur. == Beynəlxalq sərhədləri == Pakistan qurudan dörd ölkə ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu 6,774 km təşkil edir. Əfqanıstanla olan sərhəd Hinduquş, Pamir dağları və mübahisəli ərazi olan Durand xətti boyunca uzanır.
Pakistan dominionu
Pakistan dominionu (urdu مملکتِ پاکستان, benq. পাকিস্তান অধিরাজ্য) — 1947-ci ildə Cənubi Asiyada Hindistanın parçalanması ilə yaranmış iki müstəqil federal dominiondan biri (digər isə Hindistan dominionu). Dominiona hal-hazırda Pakistan və Banqladeşin böyük hissəsi daxil idi. Bu dominion keçmiş Britaniya Hindistanı tərəfindən müsəlmanların ölkəsi kimi iki millətin nəzəriyyəsi ilə düşünülüb. == İstinadlar == == Əlavə oxu == Chester, Lucy P. (2009) Borders and Conflict in South Asia: The Radcliffe Boundary Commission and the Partition of Punjab. Arxivləşdirilib 2016-05-09 at Archive.today Manchester: Manchester University Press.
Pakistan gerbi
Pakistan İslam Respublikasının Dövlət Gerbi Pakistanın ideoloji, iqtisadi, mədəni irsinin və rəhbər prinsiplərinin əsasında 1954-cü ildə qəbul olunmuşdur. Bu emblemdə dörd əsas komponent olan pambıq, cüt, çay, buğda, onun üst hissəsində aypara və ulduz, aşağı hissəsində isə urdu dilində "İman, vəhdət, intizam" yazısı əks olunmuşdur. Gerbin üzərində olan aypara və yaşıl rəng İslamı simvolizə edir. Burada əks olunmuş dörd əsas komponent (pambıq, çay, cüt və buğda) ölkənin iqtisadiyyatının əsasını təşkil edir. İki ağ jasmin budağı isə ənənəvi Moğol mədəniyyətini və Pakistanın mədəni irsini əks etdirir. == Pakistanın digər dövlət emblemləri == === Dövlət təşkilatlarının emblemləri === === Regional emblemlər === Azad Cammu və Kəşmir bölgəsinin emblemi üzərində aypara, ulduz, dağlar və ağcaqayın yarpağı şəkli əks olunmuşdur.
Pakistan himni
"Qəumi Təranəh", (urdu قومی ترانہ; Xalq mahnısı, Dövlət Himni), həm də "Pak Sərzəmin" ("Təmiz Yurd") adıyla, Pakistanın dövlət himnidir. Himnin musiqisi Əhməd Qulaməli Çaqla, sözləri isə Əbüləsər Həfiz Cullundhri tərəfindən yaradılıb. == Mətni == == Qaynaqlar == Forty National Anthems,Michael Jamieson Bristow, National-Anthems.org,accessdate=2006-04-12 == Xarici keçidlər == Ministry of Information and Broadcasting, Government of Pakistan. "National Anthem". 2007-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-09.
Pakistan hərəkatı
Pakistan hərəkatı və ya Pakistan təxribatı (urdu تحریکِ پاکِستان — Teḥrīk-i Pākistān) 20-ci əsrin birinci yarısında Pakistanın Müsəlmanlardan olan Dominionunu yaratmağı hədəfləyən və uğur qazanan bir siyasi hərəkat idi. (və Britaniya Hindistanının əksər əraziləri.) Pakistan Hərəkatı əvvəlcə Aliqarx Hərəkatı olaraq başladı və nəticədə İngilis Hind Müsəlmanları dünyəvi bir siyasi kimlik inkişaf etdirməyə başladılar. Tezliklə, Pakistan Hərəkatının başlanğıcını qeyd edən Bütün Hindistan Müsəlman Birliyi yarandı. Hərəkatın yüksək rəhbərlərinin bir çoxu Böyük Britaniyada təhsil almış, bir çoxları Əliqarx Müsəlman Universitetində təhsil almışlar. Tezliklə Daka Universitetinin bir çox məzunu da qoşuldu. Pakistan Hərəkatı Hindistan müstəqillik hərəkatının bir hissəsi idi, lakin nəticədə Hindistan müsəlmanlarının siyasi maraqlarını qoruyan yeni bir millət dövləti yaratmağa çalışdı.İqbal və Faiz kimi urdu şairləri ədəbiyyatdan, şeirdən və nitqdən siyasi şüur ​​üçün güclü bir vasitə kimi istifadə etdilər. Bir çox insan Pakistan Hərəkatının əsas hərəkətverici qüvvəsinin müsəlman əksəriyyətli əyalətlərin yox, müsəlman azlıqlıq əyalətlərinin, Birləşmiş Vilayətlərin və Bombay Başçılığının müsəlman icması olduğunu düşünə bilər. Ancaq bu görüş ən yaxşı halda qisməndir. Məsələn, Bengal əhalisinin əksəriyyəti müsəlmanlar idi və hərəkatın kulminasiya nöqtəsində əsas rol oynayırdı. Hindistanın, Pakistanın və keçmiş Şərqi Pakistanın (indiki Banqladeş) torpaq sərhədləri və əhali demoqrafiyası Pakistan Hərəkatının əsas uğurlarından biridir.
Pakistan tarixi
Pakistan tarixi—Pakistanın keçmişini əhatə edən dönəm. == Tarix == Pakistanın tarixi Hind yarımadasının tarixi ilə birgə öyrənilir və araşdırılır. Pakistanın öz tarixi çox qısa bir dövrü əhatə edir. Pakistanın indiki ərazilərində qurulan ilk dövlət də məhz Pakistan olmuşdur. Tarixi mənbələrə görə, İslamı Hind yarımadasına ilk dəfə gətirənlər də elə sufilər və müsəlman tacirlər olub. Hindistan torpaqlarının İslam dövləti tərəfindən fəth edilməsi 712-714-cü illərdə Həccac ibni Yusif əs-Sakafinin vaxtında gerçəkləşib. Bundan sonra yarımadada İslam sürətlə yayılmağa başlayıb. Müsəlman ərəblərin yaramıdada hakimiyyətləri 300 il sürüb. 1001-ci ildə Qəznəvi Mahmud Pəncab hökmdarına müharibədə qalib gəldikdən sonra yarımada tədricən türklərin hakimiyyəti altına keçib. Qəznəvilərin bölgədə hakimiyyəti 1187-ci ilədək davam edib.1187-1206-cı illər arasında Hind yarımadasının böyük bir hissəsinə Qurilər nəzarət ediblər.
Qarabağ (Takistan)
Qarabağ- İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin Nərcə qəsəbəsində yerləşən kənddir.2006-cı ilin siyahıya alınması əsasında bu kənd 372 nəfər və 103 ailədən ibarət idi.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
Dağıstan
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Haxışta
Haxışta — Azərbaycanda əsasən toylarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. == Tarixi == Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Bunu qədim Mezolit dövrünə aid olan Qobustan qayaüstü rəsmlərində əksini tapan rəqs səhnələri sübut edir. Hələ eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Azərbaycanda ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs insanların çəpik çalması ilə əldə edilən ritmik zərblərin müşayiəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. == Haqqında == Ha xışla ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən "Halay" rəqsində olduğu kimi üzbəüz dəstələr dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır.
Narıstan
Narıstan (az.-əbcəd نارێستان‎, fars. انارستان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 131 nəfər yaşayır (40 ailə).
Talıstan
Talıstan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 4 km şimal-şərqdə Girdimançayın sağ sahilindən 10 km aralı, Acınohur ön dağlığı yamacındadır. Şimaldan Cavanşir qalası, qərbdən Cülyan kəndi, şərqdən Diyallı kəndi ilə əhatə olunub və dağətəyi ərazidə yerləşir. == Əhalisi == 1859-1864-cü il olan məlumata əsasən Talıstan kəndində 83 evdə 225 nəfəri kişilər, 117 nəfəri isə qadınlar olmaqla 342 nəfər müsəlman Azərbaycanlılar yaşayırdı. Əhalisi 2556 nəfərdir ki onunda 1295 nəfəri kişi, 1261 nəfəri qadındır.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Kürd müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına rəğmən hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) - sədokimilər fəsiləsinə aid çoxillik ot bitkisi.Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alışan növü geniş yayılmışdır.
Axısqa
Axalsıx və ya Axaltsixe (gürc. ახალციხე; türk. Ahıska) — Gürcüstanda şəhər. == Haqqında == Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X–XI əsrlərə aid qala kimi bəhs olunur. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və Elxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir. Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır.
Axısxa
Axısxa — Azərbaycan Respublikasının Sabirabad rayonunun Axısxa kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == Kəndi 1944-cü ildə Gürcüstanın Axısxa rayonundan Qazaxıstana və Orta Asiyaya sürgün edilmiş, 1960-cı illərdə isə Azərbaycana köçmüş türk ailələri salmışdır. Buraya köçənlər köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişlər. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Şirvan düzündədir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Andreevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Andreyevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Axıştır mağarası
Axıştır mağarası. == Haqqında == Qafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M.Z.Paniçkina tərəfindən qeydə alınmışdır. Abidədə 1937-1938-ci illərdə S.N.Zamyatnin rəhbərliyi altında qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir. Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2 təbəqə - mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6 minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur.
Bağıstan (Urmiya)
Bağıstan (fars. ‎‎باغستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (82 ailə).