ÜNSİ

alışqan, alışan, uyuşan,, ülfət bağlayan.
ÜNSEVƏR
ÜNSÜ
OBASTAN VİKİ
Əbdürrəhman Əfəndi Ünsi
Əbdürrəhman əfəndi Ünsizadə (Ünsi) — XIX əsr Azərbaycan şairi və maarifpərvəri. == Həyatı == Şamaxı hakimi şair Cəfərqulu xanın şeirlərinin birində Hacı Səidin atası Əbdürrəhman əfəndinin adı çəkilir. O, alim bir şəxs kimi təqdim olunur. Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazır, həmçinin Şamaxı mədrəsəsində müəllim işləyirmiş. Onun üç oğlu – Hacı Səid Ünsizadə, Cəlal Ünsizadə və Kamal Ünsizadə ataları vəfat etdikdən sonra Ünsizadə soyadını götürmüşlər.
Cəlal Ünsizadə
Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1854, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1933, Ankara, Türkiyə) — Azərbaycan şairi, tərcüməçi, publisist, tərəqqipərvər müəllim, "Kəşkül" qəzetinin redaktoru (1883–1891). == Həyatı == Cəlalələddin (Cəlal) Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı.C.Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşmüşdü. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, "Kəşkül" adlı jurnal çıxarmaq istədiyini bildirmişdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı. Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi.
Millətlərarası ünsiyyət dili
Millətlərarası ünsiyyət dili — çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir. == Millətlərarası ünsiyyət dili nümunələri == Türk dili Türkiyədə yaşayan bütün xalqların ümumi istifadə etdiyi dildir. İngilis dili ABŞ-də bütün xalqlar tərəfindən istifadə edilir. Rus dili Rusiyada yaşayan 100-dən çox xalqın ümumi ünsiyyət dilidir..
Mədəniyyətlərarası ünsiyyət
Mədəniyyətlərarası ünsiyyət — mədəni qarşılıqlı əlaqə dünya xalqlarının fərqli mədəniyyətlərinin nümayəndələri arasında bir əlaqə və ünsiyyətdir, həm insanlar, həm də öz icmaları arasında birbaşa təması əhatə edir. Ünsiyyət formaları (dil, danışıq, yazı, elektron ünsiyyət və s.) müxtəlifdir. Mədəniyyətlərarası ünsiyyət fənlərarası səviyyədə, fəlsəfə, mədəniyyətşünaslıq, psixologiya, dilçilik, etnologiya, antropologiya, sosiologiya, ünsiyyət vasitələrinin ekologiyası kimi bilik sahələrində öyrənilir. == Xüsusiyyətləri == A. P. Sadoxin tərəfindən verilən mədəniyyətlərarası ünsiyyətin tərifi: "Mədəniyyətlərarası ünsiyyət, fərqli mədəniyyətlərə mənsub fərdlər və qruplar arasındakı müxtəlif əlaqələr və ünsiyyət formaları toplusudur."T.B Frik tərifinə görə: "Mədəniyyətlərarası ünsiyyət fərqli mədəniyyətləri təmsil edən insanlar arasındakı ünsiyyətdir" . İ.V. Denisova və A.P. Yeremenko "millətlərarası ünsiyyət"i "fərqli xalqları (etnik qrupları) təmsil edən insanlar arasındakı ünsiyyət" olaraq vurğulayırdılar. Mədəniyyətlərarası ünsiyyətdən bəhs edən Vladimir Solomonoviç Bibler, bir növ "yeni universal mədəniyyət cəmiyyəti", xüsusi bir sosializm, daha doğrusu mədəniyyətlərin dialoqunun güc sahəsindəki insanların sərbəst ünsiyyət forması yaratdığını qeyd edir. . Bu baxımdan, bu cür ünsiyyətlər qarşısındakı maneələr və onların aradan qaldırılması, yaxud aradan qaldırılması yolları məsələsi getdikcə aktuallaşır. T.N. Persikova mədəniyyətlərarası ünsiyyəti "bütün komponentləri ünsiyyət prosesinin iştirakçılarının milli-etnik kimliyi ilə sıx əlaqəli olan, mədəni olaraq müəyyən edilmiş bir proses" kimi başa düşür Müəllif mədəniyyətlərarası ünsiyyətin üç qaydasını müəyyən edir: Şifahi olmayan məlumatların fərqli mədəniyyətin nümayəndələri tərəfindən şərh edilməsi ən böyük çətinliklər yaradır. Ünsiyyətdə anlaşma əldə etmək üçün iştirakçıları mədəniyyətlərarası qarşılıqlı əlaqədə aktiv dinləməyə öyrətmək lazımdır. Fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyətdə yarana biləcək səhvləri qabaqcadan görə bilmək və qarşısını almaq lazımdır, əks halda insanlarda yaranan mənfi təəssürat səbəbindən planlaşdırılan mədəniyyətlərarası əlaqələr pozula bilər.Şifahi ünsiyyət problemlərini və bu baxımdan ünsiyyətin simvolik formalarını və yollarını da nəzərə almaq lazımdır.
Səid Ünsizadə
Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə (1845, Şamaxı, Kaspi vilayəti – 1905, Konstantinopol) — Şamaxı Qazısı, şair. == Həyatı == Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasının şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Cam hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Qeyd etmək yerinə düşər ki, mətbuat fədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayət qədər tədqiq olunmamışdır. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır. Əbdürrəhman əfəndinin ölümündən sonra oğlanları Ünsizadə soyadını götürmüşlər.
Ünsiyyət
Ünsiyyət — qarşılıqlı münasibət. Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımızla ünsiyyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.
Kamal Ünsizadə
Kamal Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1857, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – bilinmir) — Azərbaycan maarifçi publisisti, naşir, şəriət müəllimi, "Məzhər" qəzetinin naşiri və redaktoru (fasilə ilə 1907–1917). == Həyatı == "Kəşkül" qəzetində əməkdaşlıq etmiş, onun mətbəəsində işləmişdir. 1891-ci ilin sonlarında, qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə çıxan və XIX əsr milli mətbuatımızın ən uzun (1883–1891-ci illər) ömürlü nümunəsi sayılan "Kəşkül" nəşrini dayandırandan iki ay sonra Kamal Ünsizadə Qafqaz Senzura Komitəsinə "Azərbaycan" adlı həftədə iki dəfə çıxacaq ictimai-siyasi, ədəbi-mədəni və iqtisadi qəzetin çapına icazə verilməsi xahişi ilə bağlı müraciət etmiş və ərizəsinə gələcək nəşrin, yanılmıramsa 8 bənddən ibarət izahlı proqramını da əlavə etmişdi.Daha sonra Azərbaycan və rus dillərində "Uçan yarpaq" (rus. "Летучий листок"; 1896) (Q.Klimovski ilə), "Danış" (1896), "Yerli elanlar" (1900) qəzetlərinin nəşrinə təşəbbüs göstərmiş, lakin icazə ala bilməmişdir. 1908-ci ildə "Məzhər" qəzetinin nəşrinə icazə almış, 1917-ci ilədək cəmi 31 nömrəsini buraxa bilmişdir.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı.
Yazılı ünsiyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı.
Ünsiyət
Ünsiyyət — qarşılıqlı münasibət. Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımızla ünsiyyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.
и́стинность неуспоко́енность ошлакова́ние переде́лывание ромб собира́тельница центри́зм литературове́д неинтере́сно облагоро́дить резерва́т сму́тность снова́ть ши́рканье commencement editor open market peroses synthetic geometry tumour xyst ивовый паратиф съедать торфоразработки