Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
AzKP
Azərbaycan Kommunist Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Hüquqi olaraq 1993-cü ildə Ramiz Əhmədov tərəfindən təsis edilmiş və 1994-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. 4 may 2023-cü il tarixində Hacı Hacıyevin rəhbərlik etdiyi partiyanın buraxıldığı ilə bağlı bəyanat yayılıb. Partiya yarandığı gündən daxili parçalanmalar yaşadı və hər bir fraksiya əsl Azərbaycan Kommunist Partiyası olduğunu iddia etdi. == Tarixi == Azərbaycan Kommunist Partiyası 27 noyabr 1993-cü ildə Ramiz Əhmədovun rəhbərliyi altında 1920-ci ildə qurulan Azərbaycan Kommunist Partiyasının varisi olaraq quruldu. Partiya rəhbərliyi və Mərkəzi İcraiyyə Komitəsi seçildi. Jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyasının qurucu üzvü olduğunu iddia etmişdir. 2 mart 1994-cü ildə partiya dövlət qeydiyyatına alındı və rəsmi sənədlər Ramiz Əhmədova təqdim edildi. 26 oktyabr 1996-cı ildə partiya daxilində bir qrup şəxs Firudun Həsənovun rəhbərliyi ilə Növbədənkənar Qurultay təşkil etdi. Mərkəzi İcraiyyə Komitəsi ləğv edildi və Mərkəzi Komitə ilə əvəz edildi.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. == Deyilişi və tərcüməsi == === Şiəlikdə azan: === Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. === Əhli-sünnədə azan: === == Şəriət hökmləri == Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin. Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər. Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır. Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur. Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın.
Aza
Aza (Ordubad) Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə. Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
ASAP Rocky
ASAP Rocky (əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem, Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır. Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. ASAP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib.
AZAL PFK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Adnan Azar
Adnan Azar, (1956 – 10 yanvar 2014, Ankara), Türk şair. TED Qeysəriyyə Kollecini və Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Arxeologiya ixtisasını bitirmişdir. Bir müddət Orta Doğu Texniki Universiteti`ndə Sosial Elmlər üzrə oxumuşdur. Şeirləri "E", "Göstəri", "Şeir-lik", "Yarın", "Yazko Ədəbiyyat", "Varlıq" kimi dərgilərdə dərc olunmuşdur. 1981-ci ildə "Akademiya Kittabevi Şeir Başarı Mükafatı"na layiq görülmüşdür. 10 yanvar 2014-cü ildə uzun müddət müalicə aldığı ağciyər xərçəng xəstəliyindən həyatını itirdi.
Anap dili
Аnapa dili — qumdan təşkil dil. Taman yarımadasında Anapa şəhərindən Dəmir Buynuz burnuna qədər 43 km məsafədə uzanır. Qərbdən Qara dəniz, şərqdən isə duzlu limanlarla əhatələnir. Qafqaz ərazisində yayılmış molyusklardan ibarət olan kvars qumlarından təşkil olunmuşdur. Dilin eni 600-2000 metr arasında dəyişir. İnzibati cəhətdən Krasnodar diyarının Anapa rayonuna daxildir. == Tarix == Anapa dili Kuban çayı sayəsində formalaşmışdır. ХIХ əsrin sonunda çay öz deltasını dəyişmişdir. Üstəlik dəniz axınları qumların bir yerə toplanması sayəsinsə dil tədricən formalaşmağa başlamışdır. Bununla belə dilin təməlini çayın dənizə Qafqaz dağlarından gətirdiyi lil olmuşdur.
Azad Kəşmir
Azad Cammu və Kəşmir (urdu آزاد جموں و کشمیر, ing. Azad Jammu and Kashmir; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir. == Tarix == Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər - Şrinaqar və Cammu - Hindistanda qaldı) formalaşdı.
Azad Mirzəcanzadə
Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik. == Həyatı == Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir. == Elmi və pedaqoji fəaliyyətləri == Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir. Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. 1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir.
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Azad Məmmədov
Azad Məmmədov (aktyor)
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Azat Abdullin
Azat Xammat oğlu Abdullin (rus. Азат Хамматович Абдуллин; 26 iyun 1931, Başqırdskaya Urqinka[d], Başqırd MSSR – 11 noyabr 2023, Moskva) — Başqırdıstan dramaturqu, yazıçı və publisist. == Həyatı == 1949-cu ildən 1953-cü ilə qədər Ufa Başqırd Pedaqoji İnstitutunun Tarix fakultəsində təhsil almışdır. 1956-cı ildə Moskvanın Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspirantura dərəcəsini bitirmişdir. Təhsil aldıqdan sonra Ufaya qayıdır və Başqırd Dövlət Universitetində dərs deyir, sonra Moskvaya yollanır və burada peşəkar yazıçı və dramaturq olur. 1963-cü ildə Sergey Çekmaryovun həyatına həsr olunmuş "Məni unutma, günəş!" (rus. «Не забывай меня, солнце!») pyesini yazaraq ədəbi fəaliyyətə başlamışdır. Tamaşa SSRİ-nin bir çox teatrlarında səhnəyə qoyulmuşdur (xüsusən, təxminən 10 il Qazaxıstan Dövlət Akademik Teatrının səhnəsində yer almışdı), Ufa və Moskvada bir neçə dəfə başqırd və rus dillərində təkrar nəşr edilmişdir. "On üçüncü sədr" (rus. «Тринадцатый председатель») (1979) dramı Abdullinə ümumittifaq şöhrəti qazandırmışdır.
Azau (Arxangel)
Azau (başq. Аҙау, rus. Азово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 26 km, ən yaxın dəmiryol stansiyasından (Ravtau stansiyası): 2 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == == Tarixi == 2008-ci ilə qədər Azau kənd şurasının mərkəzi olmuşdur.
Azay Kazımov
== Siyahı ==
Azay Möhnətov
Azay Möhnətov (5 may, 1962) - Azərbaycanlı iş adamı və AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. "AF Hotel & Aqua Park " sahibi. Ailəlidir və iki övlad sahibidir. == UĞUR 97 == "Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaranmışdır. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulur. Qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən şəhərimizə yaraşıq gətirən "lüks" dərəcəli yaşayış binaları tikilmişdir. R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 ev tikilmişdir. 2001-ci ildə isə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli ev tikilmişdir.
Azay Quliyev
Azay Əjdər oğlu Quliyev (23 iyun 1971, Vağudi, Sisian rayonu) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin III, IV çağırış, V çağırış və VI çağırış deputatı; ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini (2013–2016); ATƏT PA-nın vitse-prezidenti (2016–2022); ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri (2017-ci ildən); Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru (2019-cu ildən); Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri (2020-ci ildən); ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi (2021–2022); ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri (2022-ci ildən); Siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992–1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1995–1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-də Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında iştirak etmişdir. 2007–2013-cü illərdə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Azay Rzayev
Azaz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Azaz nahiyəsi
Əzaz nahiyəsi (ərəb. ناحية مركز أعزاز‎) — Suriyada, Hələb mühafazasının Əzaz məntəqəsində inzibati ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Əzaz şəhəridir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz nahiyəsinin əhalisi 7.892 ailədə 24.899 nəfəri kişilər və 22.671 nəfəri qadınlar olmaqla cəmi 47.570 nəfərdir. Müərrin, Yəhmul, əs-Səlamə və Cariz kəndlərində türkmanlar yaşayırlar. 2004–cü il siyahıyaalınmasına əsasən bu kəndlərdə cəmi 3.299 nəfər qeydə alınmışdır və bu nahiyənin ümumi əhalisinin 6.94%–ini təşkil edir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Əzaz şəhəri və 19 kənd yerləşir.