Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boznəli
Boznəli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. Digər adı Ağkörpülü. Basin eli adından təhrifdir. Qədim türk mənşəli Basin tayfasının adını əsk etdirir. Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadolunun Basin mahalında Akkörpü elinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Bürcəli
Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır. Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur.
Sürməli
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Cüməli
Cüməli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Cüməli (Zəncan) — İranın Zəncan ostanında kənd.
Bürcəli bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bürcəli Əsgərov
Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; 15 fevral 1933, Gürcüstan SSR, ZSFSR və ya SSRİ – 1 noyabr 2005, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Bürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib. Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb. Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır.
Düyməli döyüşkən
Quba bükməsi
Quba bükməsi — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur. == Populyar mədəniyyətdə == 2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba paxlavasının və Quba bükməsinin hazırlanma qaydasından bəhs edilir.
Sürməli mahalı
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli nahiyəsi
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli qəzası
Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur. == Etimologiya == Bölgə adı Sürməli halına bölgəə XVI-XVII əsrlərdə bölgəyə güclü türk axınlarından sonra verildiyi deyilməkdədir. == Tarixi == İrəvan xanlığının bir hissəsi olan Sürməli 1826-1828-ci illərdə baş vermiş İkinci Rus-Qacar müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına verilmişdir. Bölgə ilk əvvəllər rus hakimiyyəti tərəfindən 1828-ci ildə yaradılmış Erməni oblastının, daha sonra isə İrəvan quberniyasının tərkib hissəsi olmuşdur.1875-ci ildə Sürməli ərazisində Sürməli qəzası təşkil edilmiş və İrəvan quberniyasının tabeliyinə verilmişdir.Rus inqilabından sonra Sürməli qısamüddətli erməni hakimiyyəti altına düşmüşdür. Lakin 1920-ci ilin sentyabrında baş vermiş Türk-Erməni müharibəsindən sonra bölgə imzalanmış Gümrü müqaviləsi ilə Türkiyəyə verilmişdir. Bu ərazi dəyişiklii Kamalist Türkiyə illə Bolşevik Rusiyası arasında imzalanmış Moskva və Qars müqavilələri ilə də bir daha müəyyən edilmişdir.
Sürməli (Duzluca)
Sürməli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Xristianlığın qəbulundan çox sonra (təxminən 305-ci il) bölgənin dini və inzibati mərkəzi olan Armavirdə "Məryəm Məryəm" adına tikilmiş məşhur kilsəyə görə şəhər "Surb-Mari/Surb Məryəm" adlandırılmışdır. Sonralar "Sür-Melü", "Sür/Meli" adı da bundan yaranmışdır. Kəndin yerləşdiyi İğdır rayonu isə 11-ci yerdədir. və ya 12. 19-cu əsrdən etibarən Surmari/Sürmelü adı ilə bölgədəki türk bəyliklərinin hökmranlıq mərkəzi olmuşdur. 1878–1918-ci illər arasında Rusiya idarəçiliyi dövründə İğdır-Tuzluca bölgəsinin adı Sürməlu Uyezdi (rayon) adlandırıldı.
Cüməli (Xudabəndə)
Cüməli (fars. جمعه لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (24 ailə).
Cüməli (Zəncan)
Cüməli — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 41 km qərbdədir.
Sürməli Əli Paşa
Sürməli Əli Paşa (ö. 28 may 1695) — II Əhməd və II Mustafa dövrlərində ümumilikdə 1 il 2 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Gözlərinə sürmə çəkdiyi üçün tarixi mənbələrdə Sürməli Əli Paşa olaraq anılır. == Həyatı == Dimetokada dünyaya gəlmişdir. Sokolluzadələrdən İbrahim bəyin kəndxudası Osman ağanın yanında yetişdirilmişdir. Rəsmi vəzifələrdə sürətlə yüksələrək əvvəlcə arpa əmini, ardından donanma əmini oldu. 16 dekabr 1688 tarixində baş dəftərdarlığa gətirildi və 13 yanvar 1690 tarixinədək bu vəzifədə qaldı. Bir müddət sonra dəftərdar vəkili, 31 avqust 1691 tarixində isə yenidən baş dəftərdar oldu. Bu vəzifədə ikən vəzirlik rütbəsi aldı. 1692-ci ildə əvvəlcə Kipr əyalətinə, qısa müddət sonra isə Trablusşam əyalətinə göndərildi.
Gülməli adamlar (film, 2009)
Gülməli adamlar — Cadd Apatounun rejissorluq etdiyi, yazdığı komediya—dram filmidir. Baş rollarda stand-up komediyaçıları Adam Sendler və Set Roqen yer almaqdadır. Film 31 iyul 2009-cu il tarixində təqdim edilmişdir. Əvvəlki Apatou filmlərinə nəzərən daha dramatikdir. Universal Pictures və Columbia Pictures filmi istehsal etmişdir. == Məzmun == Corc Simmons həyatının ən bədbəxt xəbərini öyrənmişdir. Artıq geriyə dönüşü olmayan yol onu gözləyir: Ölüm! İşini yaxşı bilən stand-up komediyaçısıdır. Corc sağalmaz xəstəliyə tutulduğunu gördüyündə məyus olur. Artıq 1 ildən az ömürü qaldığını görər.
Rumeli
Rumeli (Osmanlı türkcəsi: روم اىلى Rumili) — Osmanlı imperiyası dönəmində XV əsrdən etibarən Balkan yarımadasının cənubuna verilən addır. Rumeli sözündəki Rum sözü "Bizans imperiyası təbəliyində olan torpaqlar, xalqlar" mənasını verir. Osmanlı türkləri Avropaya gəldikdən sonra, burada fəth etdikləri yerlər də Rumeli adlandı. XI-XII əsrlərdə Bizans hakimiyyətində olan Anadolu torpaqları Diyar-i rum (Roma (Rum) ölkəsi), Anadoluda hakimiyyətdə olan səlcuq türklərinə də Rum səlcuqları deyilirdi.
Burməlik (Vərziqan)
Burməlik (fars. بورملك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 11,5 km. şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (21 ailə).
Prociphilus bumelia
Yasəmən mənənəsi (lat. Prociphilus bumeliae, Schrk., 1801) — Azərbaycanda yasəmən rast gəlinən hər yer bir yerdə onları tapmaq mümkündür. == Xarici quruluşu == Qara-qəhvəyi başa malik olub orta və arxa tutqun qəhvəyidir, ön döş və qarın da yaşıl olub tutqun yaşıl olub tutqun yaşıl zolaqlara malikdir. Borucuq və və quyruqcuq yoxdur. Qanadlıların qarın hissəsində az miqdarda mum maddəsi, həmçinin bədənin digər hissələrində tozcuq maddəsi vardır ki, onlar bədənə mavi-qara kölgə vermiş olur. Bədənin uzunluğu 1,55, eni isə 0,88, bığcığı 1,05 mm-dir. III buğum 0,29, IV-0,21, V-0,17, VI-19 mm-dir. Bundan əlavə bığcığın III buğumunda 18-19, IV isə cəmisi 6-7 əlavə rinari olur. Qalan buğumların hər birisində bir ədəd olmaqla əlavə rinariya təsadüf edilir. == Yayılması == Azərbaycanda yasəmən rast gəlinən hər bir yerdə onları tapmaq mümkündür.
Rumeli Hasarı
Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir. Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir. Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir. == Tikintisi == Hasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür.
Rumeli əyaləti
Rumeli əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Sen-Bozeli
Sen-Bozeli (fr. Saint-Beauzély, oks. Sent Bausèli) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12213. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 520 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 325 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə bu 69.8%).
Sen-Bozeli (kanton)
Sen-Bozeli (fr. Rignac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1231. Sen-Bozeli kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Sen-Bozeli kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 062 nəfər təşkil edirdi.