SIRIQLI


1. sif. Sırıq vurulmuş, sırıq atılmış. Sırıqlı paltar.
[Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, bir də döşü sırıqlı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov.
[Əsgər bəy] sarı, ipək arxalığının sırıqlı boğazının cılıqqalarını açdı. Ə.Vəliyev.

2. is. Gödəkcə, candonu. Sırıqlı tikdirmək.
– Şofer əynindəki sırıqlını çıxarıb [Aydının] dalınca qışqırdı. H.Seyidbəyli.
[Firəngiz Şahinə:] Əgər sən üşüyürsənsə, götür sırıqlını gey… B.Bayramov.

SIRIQ
SIRIMA

Digər lüğətlərdə

быва́лец едва́..., как настёгиваться оттого́ что переуплотне́ние позабы́ться приползти́ своенра́вно спали́ть взбрык запра́вка отверга́ться полюбо́вно рефля́ция скромнёхонько субординация -age ampelopsis exoelectron infrangible Nassau sportfisherman wafture wailer классицизм