Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bircins tənlik
Bircins tənlik f {\displaystyle f} funksiyası bircins funksiya olduqda f ( x 1 , x 2 , … , x n ) = 0 {\displaystyle f(x_{1},x_{2},\dots ,x_{n})=0} şəklində tənlik. Əgər f ( λ x 1 , λ x 2 , … , λ x n ) = λ m ⋅ f ( x 1 , x 2 , … , x n ) {\displaystyle f(\lambda x_{1},\lambda x_{2},\dots ,\lambda x_{n})=\lambda ^{m}\cdot f(x_{1},x_{2},\dots ,x_{n})} olarsa, ( λ ∈ R , m ∈ N ) {\displaystyle (\lambda \in R,m\in N)} f {\displaystyle f} funksiyasına m {\displaystyle m} tərtibli bircins funksiya deyilir. x 1 = x 1 ( t ) , x 2 = x 2 ( t ) , … x n = x n ( t ) , {\displaystyle x_{1}=x_{1}(t),x_{2}=x_{2}(t),\dots x_{n}=x_{n}(t),} olarsa, verilən bircins tənlik birdəyişənli olur. Əgər f {\displaystyle f} funksiyası çoxhədlidirsə,bu çoxhədlinin bütün hədlərinin qüvvətləri m {\displaystyle m} -ə bərabər olur. Məsələn, 3 2 t − 5 ⋅ 6 t + 6 ⋅ 2 2 t = 0 {\displaystyle 3^{2t}-5\cdot 6^{t}+6\cdot 2^{2t}=0} tənliyi x = 3 t {\displaystyle x=3^{t}} və y = 2 t {\displaystyle y=2^{t}} dəyişənlərinə görə 2 tərtibli bircins tənlikdir. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Andris Berzinş
Andris Berzinş (latış. Andris Bērziņš‎; 10 dekabr 1944) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner. == Həyatı == === Təhsili === 1958-ci ildə — Nitaur orta məktəbini bitirib. 1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib. 1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib. === Sovet dövründə karyera === 1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. 1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini.
Uldis Berzinş
Uldis Berzinş (latış. Uldis Bērziņš‎; 17 may 1944, Riqa – 24 mart 2021, Riqa) — latış şair və tərcüməçi. Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub. Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilir. Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib.
Bilbo Beqgins
Bilbo Beqgins (ing. Bilbo Bagginsı) — Şirdən olan hobbit, C. R. R. Tolkinin əsərlərindəki personaj. O, "Hobbit və ya oraya və geriyə" hekayəsinin baş qəhrəmanı, "Üzüklərin hökmdarı" trilogiyasının personajlarından biridir. Frodo Beqgins onun əmisi oğludur.
Happiness Begins
Happiness Begins ("Xoşbəxtlik Başlayır") — Jonas Brothers-in 5-ci studiya albomu. 7 iyun 2019-cu ildə Republic Records tərəfindən işıq üzü görmüşdür. Bu onların 2013-cü ildəki Live albomundan və 2009-cu ildəki Lines, Vines and Trying Times studiya albomundan sonrakı ilk albomlarıdır. Albomdan əvvəl qrupun qayıdış sinqlları "Sucker" və "Cool" buraxılmışdır. Albom ABŞ-nin Billboard 200 siyahısına 2017-ci ildən bəri həftənin ən çox satılan albomu olaraq zirvədən debüt etmişdir.
Skot Edkins
Skot Edvard Adkins (ing. Scott Edward Adkins; 17 iyun 1976, Satton-Koldfield[d], Uest-Midlends[d]) — ingilis aktyoru və döyüş sənəti ustasıdır. Skot Edvard Edkins 17 iyun 1976-cı ildə Böyük Britaniyada anadan olub. Böyük qardaşı Kreyq ilə birlikdə, Con və Janet Edkins tərəfindən sevilən orta sinif ailəsində böyüyüblər. Skot, Koldfield-dəki Bişop Vessey Liseyinə getdi. Məktəbdəki ən yaxşı tələbədən çox uzaqda idi "gecə, valideynlərim yuxuya gedəndə pilləkənlərdən enib bütün gecə film seyr etdim və sinifdə yatdım". Erkən yaşlarından Skot müxtəlif idman növləri ilə məşğul olurdu, lakin atası onu qardaşı ilə birlikdə yerli cüdo klubuna göndərdikdən sonra on yaşında döyüş sənətinə maraq göstərdi. "Döyüş sənətləri mənim vəsvəsəm oldu! Bu, bütün ömrüm boyu axtardığım kimi idi. ” Brüs Li və Jan-Klod Van Damme kimi döyüş sənətçilərini bütləyən Skot hər gün ağır məşq etməyə başladı.
Bədiş dili
Bədiş dili — Pakistanda danışılan, demək olar ki, nəsli kəsilmiş, təsnif edilməmiş Hind-İran dili. Dilin fərqliliyi təsdiqlənməyib, dil ailəsi adı da ola bilər. 2014-cü ildə "Ethnologue, Languages of the World"ində qeyd edilmişdir ki, bədiş dili ən azı üç nəsildir danışılmır, lakin 2018-ci ildə "BBC" hələ də bu dildə danışa bilən üç kişini taparaq mövzu haqqında süjet çəkmişdir. Sahə dilçisi Məhəmməd Zaman Sağar bu dil üzərində işləyirdi, lakin iki il ərzində apardığı araşdırmalar nəticəsində cəmi yüzə yaxın söz toplaya bilmişdir. 2007-ci ilin iyul ayında o, yenidən Bişiqram vadisini ziyarət Setmiş və orada bir neçə gün insanlarla birlikdə olmuşdur. Digərləri ilə yanaşı, dilçi Zübeyr Torvali bu dildə qeydləri qorumaq üçün cəhdlər edilir. 2018-ci ildə "BBC" müxbirləri Pakistanın şimalındakı Bişiqram vadisində hələ də bədiş dilində danışa bilən üç qoca kişi (Səidgül, Əlişir və Rəhimgül) tapmışdır. Onlar bildirmişdilər ki, onların kəndində insanlar bədiş dili əvəzinə torvali dilində danışır. Onlar həmçinin, Svat vadisinin puştu dilinin danışıldığı turizm bölgələrində işləyirdilər. Bədiş dilinə aid bəzi ifadələri bunlar idi: Min naao Rəhim Gül ti – Mənim adım Rəhimgüldür.
Benni Cin Edkins
Benni Edkins (1 fevral 1934 – 17 aprel 2020[…]) — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. 1966-cı ilin mart ayında Vyetnam müharibəsi zamanı etdiyi hərəkətlərə görə ABŞ ordusunun ən yüksək bəzəyi olan "Şərəf Medalı" ilə təltif olunur. == Həyatı == 9-12 mart 1966-cı il tarixlərində Edkins A Shau Döyüşü əsnasında Şimali Vyetnam Ordusu qüvvələrinə qarşı 38 saat davam edən döyüş döyüşündə özünü fərqləndirdi. Göstərilən hərəkət zamanı Edkins birinci dərəcəli çavuş A-102, 5-ci Xüsusi Qüvvələr Qrupu, 1-ci Xüsusi Təyinatlı dəstə ilə bir kəşfiyyat çavuşu kimi xidmət edirdi. == Vəfatı == 2020-ci ilin mart ayında Edkins, COVID-19 ilə xəstəxanaya yerləşdirildi və reanimasiya şöbəsinə yerləşdirildi və tənəffüs çatışmazlığı yaşadıqdan sonra ventilyatorda yatdı. Virusun ağırlaşması səbəbindən 17 aprel 2020-ci ildə 86 yaşında öldü.
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
The Legend of Korra: A New Era Begins
The Legend of Korra: A New Era Begins — eyni adlı serialın əsasında Nintendo 3DS üçün addımbaaddım strategiya oyunu. O, Webfoot Technologies tərəfindən istehsal olunmuş və Activision tərəfindən 2014-cü ilin oktyabrın 28-də nəşr olunmuş.