Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağlama
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Baqliya
Bəğliyyə (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Baileya
Baileya (lat. Baileya) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Baileya multiradiata Harv. & A.Gray Baileya pauciradiata Harv. & A.Gray Baileya pleniradiata Harv.
Ballada
Ballada — italyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır. == Tarixi == Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi. XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b.
Ballata
Ballata (it. ballata, ballere sözündən əmələ gəlir, tərcümədə "rəqs etmək" deməkdi) — XIII–XV əsrlərdə yaranan İtaliyada poeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri. XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli, amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür. Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb. Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy, Bartolino Paduanskiy, Andrea Florentinskiy. Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı. Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür. Ripresanın və voltun qurum uzunluğu eynidi, piedin qurumu isə ayrıdı. Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur), piedalarda yalnız 2 dənə ola bilər. Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır, iki sətirli-ballata minore, üç sətirli-ballata mezzana, dörd sətirli isə ballata grande.
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində Pıtpıt da deyilməkdədir.
Bağlıca
Bağlıca (Sayınqala)
Bağtala
Bağtala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 9 nəfər əhali yaşayır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 2 təsərrüfatda hər iki cinsdən toplam 9 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Bağtala oyk., mür. Qax r-nunun Qaxingiloy i.ə.v.-də kənd. Bağtala keçmişdə Qaxbaş kəndinə məxsus bağların adı olmuşdur. XIX əsrin ortalarında həmin kənddən ayrılmış ailələrin burada məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsinə elə həmin bağların adı verilmişdir. Oykonim "bağ içərisində kənd" deməkdir. == Abidələri == Yaxınlıqda yarım-xaraba şəkildə dövrümüzə gəlib çatmış Müqəddəs Bakirə Kilsəsi vardır.
Ağqaya
Kəndlər Ağqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Dağlar Ağqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Bağlan
Bəğlan vilayəti
Balayar Sadiq
Balayar Sadiq (1965, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və beynəlxalq "Rəsul Rza" mükafatı laureatı. == Həyatı == Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub. Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Kitabları == "Sərkərdə", "Şuşa nəşriyyatı", 1996 "İgidliyin Bəxtiyar zirvəsi", "Təbriz nəşriyyatı", 1997 "Ömürün hünər nəğməsi", "Təbriz nəşriyyatı", 1998 "Ulu dağlar oğlu", "Hərbi nəşriyyat", 1999 "Arzumanın döyüş yolu", "Adiloğlu nəşriyyatı", 2001 "Rembo Elxan", "Hərbi nəşriyyat", 2002 "Sərkərdə ömrünün işığı", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2002 "Dağların Bəxtiyar oğlu", "Planet-press nəşriyyatı", 2004 "Dağların oğul harayı", "Nasir nəşriyyatı", 2005 "Müdrikliyin zirvəsi", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2007 "Allahın unutuğu adam", "Yazıçı nəşriyyatı", 2010 "Hünər simfoniyası", "MHS-poliqraf nəşriyyatı", 2010 "Qeyrət qalasıdır vətən sərhədi", "Apostrof nəşriyyatı", 2012 "Vətən ətirli olmur", "MBM nəşriyyatı", 2013 "Ömrün gəraylı çağları", "MBM nəşriyyatı", 2014 "İşıqlı adam", "MBM nəşriyyatı", 2015 "Küsəkəran", "Elm və təhsil nəşriyyatı", 2015 "Gözəllik işığı", "MBM nəşriyyatı", 2015 "Payız məktubları", "MBM nəşriyyatı", 2016 "Qızılbaş fəsli" , "Elm və təhsil nəşriyyatı" , 2018.
Barnsdeyl bağları
Barnsdeyl bağları (ing. Barnsdale Gardens) — İngiltərənin Ratlend şəhərində yerləşən bağ kompleksi. Ceof Hamiltonun 1979-cu ildən 1996-cı ildə vəfatına qədər BBC-də yayımladığı "Bağbanların dünyası" TV seriyasının nümayiş olunduğu bağdır. == Haqqında == Bağ kompleksi Ratlend Uoterin şimalından bir az aralı Ekston qəsəbəsindəki xiyabanlıqda yerləşir. Ceof Hamilton 1983-cü ildən başlayaraq bağ kompleksini daha da təkmilləşdirməyə başladı. Hal-hazırda kompleksin sahəsi 3.2 hektardlr və orada 37 bağban fəaliyyət göstərir.
Batlava gölü
Batlava Gölü (alb. Liqeni i Batllavës; serb. Батлавско језеро) — Kosovonun şimal-qərbində yerləşən anbar gölü. == Göl == Priştinanın şimal-qərbində yerləşir. Gölə ən yaxın bələdiyyə mərkəzi Poduyevadır. Gölə ən yaxın kənd Koliç kəndidir. Batlava Gölü bu gün Priştina və Poduyeva şəhərləri üçün əsas içməli su qaynağıdır. Əlaqədar şəhərlərin, xüsusilə də Priştinanın əhalisinin çox olması səbəbiylə gölün su nisbəti azalmağa doğru meyl edir. Bu vəziyyət xüsusilə yaz mövsümündə əsas söz mövzusudur. == Turizm == Kosovonun dənizə çıxışının olmaması Batlava gölünü kosovolular üçün turistik bir tətil mərkəz etmişdir.
Bağlıca (Sayınqala)
Bağlıca (fars. باغلوجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (22 ailə).
Bağlıca (Xudabəndə)
Bağlıca (fars. باغلوجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə).
Bağlıca (Çaroymaq)
Bağlıca (fars. باغلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. == 1918-1920 == İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Franko Bazalya
Franko Bazalya (it. Franco Basaglia; 11 mart 1924, Venesiya – 29 avqust 1980[…], Venesiya) — italyan psixiatr, nevroloq, psixiatriya professoru , zehni sağlamlıq sisteminin islahatçısı, 180 Qanunun inkişaf etdiricisi, Demokratik Psixiatriya hərəkatının lideri. Zehni xəstələrə qarşı insani münasibətə və onların məcburi təcrid olunmasından imtina etməyə əsaslanan zehni sağlamlıq xidməti konsepsiyasını irəli sürən Bazalya, davamlı olaraq İtaliyada psixiatriyanın destitusionalizasiyasına yönəlmiş və sistemin tamamilə ləğvi ilə başa çatan dövlət ruhi xəstəxanalarının islahatlar həyata keçirdi. Bir sıra müəlliflər Bazalyanı XX əsrin ən təsirli İtalyan psixiatrı hesab edirlər. Bəzi əsərlərində o, müasir psixi sağlamlıq konsepsiyasının qurucusu da adlandırıldı . Bəzi müəlliflər Bazalya və Demokratik Psixiatriyanın fəaliyyətlərini antipsikiyatri ilə əlaqələndirirlər, baxmayaraq ki, özü də digər tədqiqatçılar kimi belə bir identifikasiyaya qəti şəkildə qarşı idi. Franko Bazalya Mükafatı , Franka və Bazalya Vəqfi İtaliyada təsis edilmişdir. == Həyatı == === Erkən illəri === Franko Bazalya 11 mart 1924-cü ildə Venesiyada varlı bir ailədə anadan olub. İki bacısı var idi - biri ondan kiçik və digəri daha böyük . Koluççi və Vittorio, Bazalyanın Venesiyanın mənzərəli San Polo bölgəsində keçirdiyi uşaqlıq və gənclik günlərini buludsuz, demək olar ki, hər hansı bir problemlə qarşılaşmayan kimi təsvir edirlər.
Hevsel bağları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Natella Barkaya
Oğulcan Çağlayan
Oğulcan Çağlayan (22 mart 1996, Altındağ ilçəsi, Ankara ili) — Türkiyə futbolçusu. "Qalatasaray PFK" klubunun hücumçusudur. 14 fevral 2014-cü ildə Super Liqada debüt etdi.
Tivoli bağları
Tivoli bağları və ya Tivoli — Danimarkanın paytaxtı olan, Kopenhagen şəhərində yerləşən əyləncə parkı və kef bağı. O, 1843-cü ilin avqustun 15-i açılıb və bələliklə, həmin şəhərin yanında Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır. Bəzi mənbələrdə Volt Disney məhz Tivolidən ilhamlanıb, Disneyland-ı yaratdığını deyilir. O, bu yeri 1951-ci ildə ziyarət edib. 2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib. == Tarix == Parkın 14-16 akr ərazisində qrulması üçün Georq Karstensena icazə verən Kral VIII Kristian idi. Onun ilk adı Tivoli & Vauxhall qoyublar. Açılışı 1843-cü ilin avqustun 15-də baş verib. O gün parkının ilk ziyarətçilərin arasında Hans Xristian Andersen də olub.
Yaşma bağları
Yaşma bağları — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Aqlaiya
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Aglaia
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Baqlad
Baqlad (mac. Baglad) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Baqnayr monastırı
Baqnayr monastırı — Türkiyədə yerləşən X əsrə aid erməni monastırı. Baqnayr monastırınn qalıqları qədim Ani şəhərndən bir neçə mil Qərbdə, Aladağın yan tərəfində Kozluca adlı kəndin ərazisindədir. Baqnayr sözü qədim erməni dilndən (qrabar) tərcümədə "alovlar mağarası" deməkdir və buna əsaslanan tədqiqatçılar məbədin qədim bir atəşpərəstlik məbədinin üstündə inşa olunduğunu düşünürlər. Monastırın tarixçəsiylə bağlı bir neçə orta əsr erməni dilli mənbədə məlumat var. Belə ki, XI əsr erməni tarixçisi Stefanos Asogik monastır kompleksinin 989-cu ildə Vahram Pahlavuni tərəfindən inşa edildiyini qeyd edir. XI əsrin ortalarından etibarəb monastır həm də böyük bir dini mərkəzə çevrilir və bu mövqeyni XIII əsrə qədər qoruyur. Kompleks ərazisindən tapılan kitabələr isə məbədlərdən birinin 1145, birinin 1200, digərininn isə 1223 və ya 1229 - cu ildə inşa edilməsi haqqında məlumat verir. Monastırın yerləşdiyi ərazi XIII əsrdə köçəri türk tayfalarının əlinə keçdikdən sonra monastır tərk edilmiş, XIX əsrdə isə türk tayfaları tərəfindən yazlıq istinadgah kimi istifadə olunmuşdur. XIX əsrin sonlarından isə monastır dağılmış və günümüzə yalnız xarabalıqları qalmışdır. == Memarlıq xüsusiyyətləri == Əsas monastır binasının planını 1983 - cü ildə binanın qalıqlarını və 1960 - cı ildə çəkilmiş fotoşəkilləri incələdikdən sonra J.M. Thierry çəkmişdir.