Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ülvi Bacarani
Ülvi İlqar oğlu Bacarani (27 yanvar 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2013). Ülvi Bacarani 27 yanvar 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Şahmatla beş yaşından məşğul olmağa başlayıb. Birinci dərəcəni 7 yaşında alıb, 9 yaşda olarkən Bakı çempionatında qalib olub, daha sonra 10 yaşında Avropa və Dünya çempionatlarındakı medallarına görə FİDE ustası olub, 14 yaşında Beynəlxalq usta adını və 16 yaşında ən yüksək şahmat titulunu – Beynəlxalq qrosmeyster titulunu qazanıb. İlk müəllimi atası - İlqar Bacarani (beynəlxalq usta, beynəlxalq hakim, əməkdar məşqçi) olub. Respublika Şahmat Mərkəzində keçirilən U14 pempionatının qalibi, Bakı (Noyabr, 2004) 10 yaşa qədər oğlanlar arasında Bakı çempionu (2004, 2005) U12 kateqoriyasında 3 dəfə çempoin, Əbu-Dabi, BƏƏ (Avqust, 2005, 2006 və 2007) U10 kateqoriyasında beynəlxalq şahmat turnirinin qalibi, Tehran, İran (Fevral, 2005) U14 kateqoriyasında "Prezident kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Bakı (May, 2006) Açıq şahmat turnirinin mükafatçısı, Əbu-Dabi (BƏƏ, Avqust, 2006) U16 kateqoriyasında "Xəzər kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Rəşt, İran (Dekabr, 2007) Dubay-U12 kateqoriyasının qalibi (İyul, 2007) U20 kateqoriyasında beynəlxalq "Ramazan kuboku" şahmat turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (Sentyabr, 2008) U14 kateqoriyasında "Capella La Grande" açıq şahmat turnirinin qalibi, Fransa (Mart, 2009) U14 və U20 Azərbaycan Gənclər Çempionatının qalibi, Baku (Aprel, 2009) U14 kateqoriyasında "Dubay-Open" şahmat turnirinin qalibi, BƏƏ (İyul, 2009) U18 kateqoriyasında "Aeroflot-Open" beynəlxalq şahmat turnirinin qalibi, Moskva (Fevral, 2010) "PETROVSKAYA LADYA" turnirində ikinci yer, Peterhof, Rusiya (İyul, 2010) "Dünya gənc ulduzlar" turnirinin mükafatçısı, Kirişi, Rusiya (May, 2011) "İbn-Sina kuboku" turnirinin mükafatçısı, Həmədan, İran (İyun, 2011) U18 kateqoriyasında "Baku-Open" qalibi, Bakı, Azərbaycan (Avqust, 2011) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bağlı turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2011) Azərbaycanın birini liqasının qalibi Bakı, Azərbaycan (Noyabr-Dekabr, 2012) U18 kateqoriyasında Azərbaycan Gənclər Çempionatının qalibi, Bakı, Azərbaycan (Mart, 2013) Ramazan blitz turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (İyul, 2013) Alushta GM Payız turnirinin qalibi, Ukrayna (Sentyabr, 2013) Milli müstəqillik günü münasibətilə Açıq turnirinin qalibi, Bakı, Azərbaycan (Oktyabr, 2013) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Blitz turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2013) Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi (İyun, 2014) Fuad Cəfərov xatirə turnirinin qalibi (play off) Bakı, Azərbaycan (Noyabr, 2014) U20 kateqoriyas;nda Najdorf Open A 2014 xatirə turnirinin qalibi, Varşava, Polşa (İyul, 2015) Blitz turnirinin mükafatçısı Arad, Rumıniya ( Avqust, 2015) Brasschat Open turnirinin qalibi, Belçika (Avqust, 2015) Fuad Cəfərov xatirə turnirinin qalibi (blitz), Bakı (Dekabr, 2015) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə sürətli şahmat turnirinin qalibi, Bakı (İyun, 2016) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə blitz turnirinin qalibi, Bakı (İyun, 2016) Qrosmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ (az.) Rəsmi saytı (az.) Ulvi Bajarani. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Ulvi Bajarani. 365chess.com (ing.) Ulvi Bajarani. fide.com (ing.) Ulvi Bajarani.
Qacaran
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır. Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır. Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir. «Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı. 1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.
Bacalan dili
Bacəlan dili (Bacəlani), — İran və İraqda danışılan dildir.Şimal qərb iran dillərinin Zaza-Gorani qrupuna aiddir.
Babacan
Babacan (Göyçə)
Bacgiran
Bacgiran— İranın Rəzəvi Xorasan ostanının Qoçan şəhristanının Bacgiran bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 753 nəfər və 217 ailədən ibarət idi. Bu şəhərin əhalisi kurmanclar və xorasan türklərindən ibarətdir, kurmanc, xorasan-türk və fars dillərində danışırlar və şiə müsəlmandırlar.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Tacaraq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Acarna
Atractylis (lat. Atractylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Bafran
Bafran — İranın İsfahan ostanının Nayin şəhristanının Mərkəzi bəxşində şəhər.
Lacara
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Gabaran (Urmiya)
Gabaran (fars. گباران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər. yaşayır (38 ailə).
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Mehdi Bazargan
Mehdi Bazərgan (fars. مهدی بازرگان‎) — İranlı pedaqoq, alim, aktivist və siyasətçi. 1979-1980-ci illərdə İran İslam İnqilabından sonra İranda qurulan İran Müvəqqəti Hökumətinin sədri və İslam İnqilabından sonra İranın ilk baş naziri. == Həyatı və təhsili == Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir. == Fəaliyyəti == İkinci dünya müharibəsində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir.
Nazar Nacaryan
Nazar Najarian (ərəb. نزار نَجَاريَان‎; təq. 24 iyul 1957, Beyrut – 4 avqust 2020, Beyrut), həmçinin Nazo — erməni əsilli Livan biznesmeni və siyasətçisi, 11 iyun 2018-ci ildən 4 avqust 2020-ci ilə qədər "Əl-Kataib" partiyasının baş katibi. Nacaryan 4 avqust 2020-ci il tarixində, Beyrut limanında baş verən partlayışlar nəticəsində aldığı yaralardan vəfat etmişdir. Keçmiş Livan Prezidenti Bəşir Cəmil Livanda vətəndaş müharibəsi zamanı ona "şəxsləri səfərbərliyə cəlb etmək" ilə vəzifələndirmişdir.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
II Vaçaqan
II Vaçaqan (v. təq. 383) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illəri dəqiq məlum deyil.
I Vaçaqan
I Cəsur Vaçaqan — sənədlərdə adı keçən ilk Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Parfiya çarı VI Vağarş dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.