BABAXAN

bax: Baba və Xan: böyük xan, hörmətli xan.
BABAGÜL
BABAKİŞİ
OBASTAN VİKİ
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Babaxan Babayev
Babaxan Muradov
Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri. == Həyatı == Babaxan Muradov 21 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır. Rus dilini bilirdi. Evli idi, 2 övladı var. == Siyasi fəaliyyəti == Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır. Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.
Babaxan Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (19 iyun (1 iyul) 1889, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 6 dekabr 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Babaxan Məmmədbəyov

Babaxan Əmirov
Babaxan Məhəmməd Şərif
Babaxan Məhəmməd Şərif (özb. Bobokhon Muḣammad Sharif, d. 1 may 1949, Xarəzm, Özbəkistan) — özbək yazıçı, tədqiqatçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru, professor. == Həyatı == Babaxan Məhəmməd Şərif 1949-cu il may ayının 1-də Özbəkistanın Xarəzm vilayətində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1971-ci ildə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə Daşkənd İdarəetmə və Politologiya İnstutunu bitirmişdir . Evlidir, 4 övladı var. == Fəaliyyəti == Babaxan Məhəmməd Şərif “Muştum” jurnalı və “ Daşkənd axşamı” qəzetində müxbir, Özbəkistan nəşriyyat evində bölmə müdiri, Özbəkistan Mətbuat Nazirliyi baş editor- məsləhətçi, Qafur Qulam Nəşriyyatının baş direktoru, Özbəkistan Prezidenti yanında Dövlət və Cəmiyyət Quruluşu Akademiyası nəşriyyatının müdiri vəzifələrini icra etmişdir. == Kitabları və tərcümələri == === Kitabları === Şair və Cəmiyyət adamı (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1979) Atəşli sənətçi (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1981) . Damcıda yansıyan günəş (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1982) Türkcə danışaq!
Babaxan bəy Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (19 iyun (1 iyul) 1889, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 6 dekabr 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Babaxan bəy Məmmədbəyov

Qışlaq-i Babaxan (Pərsabad)
Qışlaq-i Babaxan (fars. قشلاق باباخان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (7 ailə).
Arakel Babaxanyan
Leo (erm. Լեո, əsl adı Arakel Qriqoryeviç Babaxanyan; 26 aprel (8 may) 1860, Şuşa – 14 noyabr 1932, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni tarixçisi və yazıçısı. O, İrəvan Universitetinin professoru olmuşdur. == Həyatı == Arakel Babaxanyan Rusiya imperiyasında, Şuşa şəhərində anadan olmuşdur. O, məktəbi bitirmiş, özünütəhsillə məşğul olmuşdur. Şuşada və Bakıda "Aror" erməni mətbəəsində, Qazaryan qardaşları mətbəəsində notarius işçisi, teleqraf və menecer kimi işləmişdir. 1895–1906-cı illərdə "Mşak" qəzetinin əməkdaşı, redaktoru olmuşdur. 1906–1907-ci illərdə Gevorq seminariyasında dərs demişdir. 1924-cü ildən ömrünün sonuna kimi İrəvan Universitetində dərs demişdir. == Elmi fəaliyyəti == O, XX əsrin əvvəllərində Ermənistan tarixinin və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatlar dərc etdirmişdir.
Babaxanlı
Babaxanlı (Cəlilabad)
Babaxanlı (Cəlilabad)
Babaxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Əliqasımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin əsası XIX əsrin birinci yarısında, Babaxan adlı şəxs tərəfindən qoyulub. XX əsrin 30-cu illərində kolxoz yaradılıb və Babaxanlı kəndi Gülməmmədli inzibati ərazi sovetliyinə daxil olub. 1957-ci ildə kənd Əliqasımlı sovetliyinə verilib. 1992-ci ildə isə Babaxanlı kolxozu yaradılıb. == Toponimikası == Düzənlikdədir. Etnotoponimdir. 1917 və 1933-cü illərdə Salyan rayonunun Kür Qarabucaq i.ə.v.- də də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 794 nəfər əhali yaşayır. Əhalinin milli tərkibi azərbaycanlılardan ibarətdir.
Babaxanlı (İrəvan)
Babaxanlı (İrəvan) — İrəvan xanlığının Şörəyəl mahalında kənd adı. == Toponim == Babaxanlı (İrəvan) İrəvan xanlığının Şörəyəl mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XVII əsrin əvvəllərinə aid erməni mənbəyində Babaxana kimidir. Babaxan kəndin əsasını qoymuş əmirin adıdır. Kəndin digər adı Bozçalu.XV əsrdə qızılbaşların Bozçalu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Babaxan bu tayfanın əmirlərindən biri olmuşdur. == Həmçinin bax == İrəvan xanlığı Azərbaycan türkləri == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Elman Babaxanov
Gülbəniz Babaxanlı
Gülbəniz İbrahim qızı Babaxanlı — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru. == Həyatı == Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə "Azərbaycan poemaları və folklor (20-30-cu illər)" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə qədər AMEA Nizami adına ədəbiyyat muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü bacarıqlı, işgüzar və səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur. == Elmi və təşkilatı fəaliyyəti == Görkəmli ədəbiyyatşünas alim, fil.ü.e.d. Gülbəniz Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir. Onun əsas elmi tədqiqatını Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan XX yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların qaynaqlarının araşdırılması təşkil edir. Fil.ü.e.d. G.Babaxanlı Azərbaycan klassik poeziyasının, şifahi xalq ədəbiyyatının bu dövr epik şeirinə təsir izlərini araşdırmışdır. Alim öz tədqiqatlarında tarixilik prinsipinə istinad edərək, məsələn, 20-50-ci illər poemalarının fəlsəfi qaynaqlarından biri kimi zərdüştlük təlimini, "Avesta" obrazlarını araşdırmaya cəlb edir ki, sovet dövrü Azərbaycan poemalarının "Avesta" obrazları, zərdüşt fəlsəfəsi ilə əlaqələrinin açılması ədəbiyyatşünaslığımızda yeni istiqamətlərdən biridir.
Neron Babaxanov
Neron Aslan oğlu Babaxanov (1939, Ağstafa – 4 yanvar 2023) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Xalq Təhsili Nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991–1992). 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır. Neron Babaxanov 1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonu Yenigün kəndində anadan olub. 1956-cı ildə Yenigün kənd orta məktəbini bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Coğrafiya fakültəsində təhsil almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının aspiranturasına (əyani), daha sonra Moskva Dövlət Universitetinin aspiranturasına (əyani, məqsədli) daxil olub . 1970-ci ildə Sovet coğrafiyaçısı N.Y.Kovalskayanın rəhbərliyi ilə "Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1973-cü ildən dosentdir. 1983–1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub.
Rauf Babaxanov
Rauf Əliməmməd oğlu Babaxanov (Carçıyev) (21 dekabr 1929, Bakı – 4 may 1992, Bakı) — kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980). Rauf Babaxanov 24 dekabr 1929-cu ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Çaylı kəndindəndir. Ali təhsilini 1953-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Rauf Babaxanov Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957–1959), daha sonra böyük elmi işçi kimi fəaliyyət göstərib. O, 1959–1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1965–1969-cu illərdə Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, 1969–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri olub. 1969–1973-cü illərdə Əczaçılıq fakültəsinin dekanı vəzifəsini icra edib. Rauf Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-cı ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsinivə 1967-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Xan Babaxanov
Xan Məmmədəli oğlu Babaxanov (26 sentyabr 1943, Kirovabad – 1982, Bakı) — Yunan-Roma güləşi üzrə tanınmış Azərbaycan mütəxəssisi, Ümumittifaq və beynəlxalq yarışların mükafatçısı, SSRİ və Azərbaycan çempionu, beynalxalq dərəcəli idman ustası, 1972-ci ildə Münhendə keçirilmiş Yay Olimpiya oyunlarının iştirakçısı, Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan komandasının baş məşqçisi (1979–1982). Xan Məmmədəli oğlu Babaxanov 26.09.1943-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Güləşlə 1959-cu ildən məşğul olmağa başlamışdır. İlk qələbələrini Bakıda "Ehtiyat əmək qüvvələri" cəmiyyətində çıxış edərkən şəhər və respublika birinciliklərində qazanmışdır. 60-cı illərdən etibarən Ümumittifaq yarışlarında iştirak etməyə başlamış, 1962-ci ildə bir neçə məsul turnirdə müvəffəqiyyətlə çıxış etdikdən sonra SSRİ idman ustası adına layiq görülmüşdür. 1968-ci ilədək zona yarışlarında 3 dəfə qüvvəsini sınayaraq birinciliyə nail olmuşdur. Xan Babaxanov Belorusiya Bədən Tərbiyəsi İnstitutunun məzunu olmuşdur. 1982-ci ildə Bakıda vəfat etmişdir. AMEA H. Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının həyat yoldaşı olmuşdur. 1970-ci ildə SSRİ yığma komandasının tərkibində beynəxalq turnirlərdə çıxış etməyə başlamışdır.