Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Barer adaları
Barer adaları — Laptevlər dənizində yerləşən Pyotr adaları tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Cənub adasında şimal-şərqdə yerləşir. Adalar uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə istiqamətlənir. Materikin şelf hissəsində qumdan ibarət adalardır. Adalar Vasili Vasilyeviç Pronçişeviç tərəfindən 1736-cı ildə kəşf edilmişdir.
Barebone sistemi
Barebone sistemi-(slenq) yalnız korpus və ana lövhədən ibarət olan (yaddaşı, yaxud disk qurğuları olmayan) sistemdir. Belə sistemin bazasında masaüstü kompüter, server, yaxud xüsusi tələblərə uyğun başqa bir kompüter qurmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Barekamavan
Qurumsulu, Barekamavan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə ermənicə "dostluq, yaxınlıq" mənasına gələn Barekamavan adıyla adlandırılmışdır. Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü ilə -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdir. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Barelvilər
Barelvilik və yaxud Əhli Sünnət vəl Camaat Hənəfi və Şafi fiqh məktəbinin yolunu gedən, güclü sufi təsirləri olan və Cənubi Asiyada, Avropa, Amerika və Afrikanın bəzi yerlərində 200 milyondan çox ardıcılı olan sünni dirçəliş hərəkatıdır. Bu hərəkat Çiştiyyə, Qədiriyyə, Sührəvərdiyyə və Nəqşibəndilik də daxil olmaqla, müxtəlif sufi məzhəblərini əhatə edən geniş sufi yönümlü düşüncədir.
Barelyef
Barelyef (fr. bas-relief) —heykəltaraşlığın növü. Barelyef – "bas-relief" sözündən götürülmüş alçaq relyef deməkdir. Memarlıq və dekorativ tətbiqi sənətdə geniş yayılmış bəzək növüdür. Barelyefdən əsasən bəzək qəpiklərdə xatirə lövhələrində, orden və medallarda istifadə olunur.
Barens adası
Barens adası (norv. Barentsøya) — Şpitsbergen arxipelaqına daxil olan və yaşayışı olmayan ada. Arxipelaqın şərqində, Edj adası ilə Qərbi Şpisbergen adaları arasında yerləşir. Adanın sahəsi 1288 km² təşkil edir. Arxipelaqın sahəsinə görə dördüncü adasıdır. Ada hollad araşdırmaçısı və dənizçi Villem Barensin şərəfinə adlandırılmışdır. Adada horizontal şəkildə mezozoy dövrünə aid əhəng daşı və paleozoyun çökmə süxurları ilə örtülüdür. Qərbində qranit təbəqə yüksəklik əmələ gətirir. Sahəsinin 558 km² buzlaqla örtülüdür. Digər hissəsi tundradır.
Barens dəniz
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Barens dənizi
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Estaka de Bares
Estaka de Bares (isp. La Estaca de Bares) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Pireney yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. ispaniyanın tarixi bölgəsi ola Qaıisiyanın şimal-qərbindədir. Biskay körfəzinin Atlantik okeanı ilə olan təbii sərhəddini təşkil edir. Fotorreportaje: Base Americana LORAN en Estaca de Bares.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.
Villem Barens
Villеm Barеns (nid. Willem Barentsz; 1550-1597) — hоlland mənşəli qütb tədqiqatçısıdır. Villеm Barеns 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yоlu tapmağa üç dəfə cəhd göstərən dənizçi оlmuşdur. Nоvaya Zеmlya, Şpispеrgеn, Ayı adalarını kəşf və tədqiq еtmişdir. 1597-ci ildə buzlaqlar arasında sıradan çıхmış gəmini tərk еdərək gеri qayıdarkən ölmüş və Nоvaya Zеmlya adasında basdırılmışdır. Adı Barеns dənizi ilə əbədiləşdirilmişdir. 1933-cü ildə rus qütb tədqiqatçıları еkspеdisiyanın bəzi qalıqlarını tapmış və Pеtrоqraddakı Arktika muzеyinə təhvil vеrmişlər. Кольские карты "Шкипер эпохи" статья в журнале "Вокруг света" (№ 11 (2818), ноябрь 2008) Gerrit de Veer, Om de Noord : de tochten van Willem Barentsz en Jacob van Heemskerck en de overwintering op Nova Zembla, zoals opgeteken (The three voyages of William Barentz to the Arctic regions, 1594, 1595, and 1596) Фридрих Гельвальд, Путешествия Виллема Барентса и его открытия. (Из книги "В области вечного льда. История путешествий к Северному полюсу с древнейших времен до настоящего", 1881 г.).
Zelyonı adası (Barens dənizi)
Zelyonı adası (1822—1833-cü illərdə Ust-Yokanqski) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Ostrovnoy dairəsinə daxildir. Yokanqskie adaları qrupuna daxil olan ada. Qrupun cənub-şərqundə yerləşir. Ada materikdən 150 metr aralıdadır. Ondan şimalda və şimal-şərqdə — İkinci Opuşnoy adası (1,1 km), Medvejı adası (1,2 km) və Salnı (3,3 km), 500 metr cənubda isə — İkinci Opuşnoy adası yerləşir. Adaya ən yaxın yaşayış məntəqəsi olan Ostrovnoy ondan 3,7 km qərbdə yerləşir. 1970-ci ilə qədər adadan 4.5 km cənuib-şərqdə Yokanqa qəsəbəsi yerləşirdi. Ada dairəvi formmaya malikdir. Eni və uzunluğu 700 metrdən bir qədər azdır.
Barenpatak cəmiyyəti
Barenpatak cəmiyyəti — Rusiya imperiyasında qurulmuş erməni milliyətçi qruplaşması. 1869-cu ilin aprelində Aleksandropolda Arsen Krityanın rəhbərliyi ilə yaradılmışdır. Qruplaşmanın məqsədi erməni gəncləri arasında milliyətçi ideyaları yaymaq, təhsil-maarifçilik məsələləri ilə məşğul olmaq və s. idi. Barenpatak cəmiyyəti 1875-ci ilə qədər fəaliyyət göstərmişdir. İrəvan quberniyasının jandarm idarəsi onu aşkar edərək ləğv etmişdir.
Rob Barel
Rob Barel (23 dekabr 1957, Amsterdam) — Niderlandı təmsil edən triatlonçu. Rob Barel Niderlandı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 43-cü pillədə başa vurdu.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10–12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX–XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədilə də "şair" əvəzinə "bard" deyirlər.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Barj
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Bate
Bate (mac. Baté) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
Böre
Börü (başqurdca: Börö, rus.
Are
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
Bars xaqan
Bars xaqan (v. 711) — VII əsrin ikinci yarısından 710/711-ci ilədək hakimiyyətdə olmuş Qırğız xaqanlığı hökmdarı. Həyatının ilk dövrlərinə aid məlumat azdır. Əvvəllər bəy olsa da, sonra müstəqillik əldə etmiş və İltəriş xaqanın qızı ilə evlənib İnanc Alp Bilgə xaqan adını götürmüşdü. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710-711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. Bəzi tədqiqatçılar Bars xaqanın əslində Manas olduğunu düşünür. Sergey Klyaştornı belə düşünür ki, Altın Göl yazıları Bars xaqanın iki ekiz övladı haqqındadır. 2011-ci ildə Oş şəhərində heykəli ucaldılmışdır.
Bart Rouvenhorst
Bart Rouvenhorst (nid. Bart Rouwenhorst; d. 30 dekabr 1970, Apeldorn, Niderland) — Hər il Hollandiyanın Breda şəhərində keçirilən Kürənsaçlılar festivalının rəssamı, məsləhətçisi və təşkilatçısı. Bart Rouvenhorst Kürənsaçlılar festivalının yaradıcısıdır. Belə ki, o, 2005-ci ildə 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib.
Bart Simpson
Bartolomyu Jo-Jo «Bart» Simpson (ing. Bartholomew Jo-Jo «Bart» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə 1987-ci il 19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi 1989-cu ilin 17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı. Ay caramba! Eat my shorts! (Mənim şortumu ye!) Don`t have a cow man!
Baure dili
Baure dili — Cənubi Amerikanın yerli Baure xalqı tərəfindən Boliviyanın Maqdalena bölgəsinin şimal-qərbində yerləşən Beni departamentinində danışılan dil. Baurelərin sayı 2006-cı ilin məlumatına əsasən 980 nəfər olsa da, bu dili danışanların sayı cəmi 40 nəfər qaldığından (2007-ci ilin məlumatı) Baure dili ölü dilə çevrilmək üzrədir. Bibliyanın bəzi hissələri Baure dilinə tərcümə olunmuşdur. Danışanların çoxu ispan dilinə keçirlər. Baure dili aktiv-stativ dildir.
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
Brandon Baye
Brandon Baye (27 dekabr 2000-ci ildə anadan olub) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. Baye Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Baye öz peşəkar karyerasında debütünü 22 iyul 2018-ci ildə Standard Lyej klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Superkuboku görüşündə Brügge rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Baye Belçika Birinci Divizoununda debütünü isə 29 iyul 2018-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Birinci Divizionu görüşündə Brügge rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir. 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1980, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Barb.Rodr.
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Bari FK
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu. 1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir. XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır. 1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70). 1974-cü ildə komanda C seriyasına qədər düşür.
Bari Məhəmmədəli
Bari Məhəmmədəli (27 yanvar 1989 və ya 27 oktyabr 1989, Göktoğay[d], Sincan-Uyğur Muxtar Rayonu) — hazırda "Qingdao Huanqhay" komandasında oynayan yarımmüdafiəçi Uyğur-Çinli futbolçudur. Bari Sincanda anadan olub. Hər iki valideyninin də yerli Mədən Bürosunda çalışdığına, cüzi maaşlarına baxmayaraq, oğulları üçün məşq etməsi və futbol dərslərini ödəməsi üçün kiçik bir futbol meydançası quraraq fəal şəkildə futbol inkişafına təşviq etdilər. Valideynlərinin təşviqi Barinin Sincan Kişi Futbol Komandası tərəfindən 2005-ci ildə Çin Milli Oyunlarında iştirak etmək üçün kəşf olunduğu Sincan Mahnı Kinqlinq Futbol Məktəbində oynamasına təkan verdi. Turnirdən sonra yerli Sincan futbol idarəsi 2006-cı il peşəkar Çin futbol liqalarında iştirak etmək qərarına gəldi və üçüncü sıradakı "Sincan Ticai" adlı bir komandaya daxil oldular. 2005-ci il Çin Milli Oyunlarına qatılan heyətdən istifadə etdilər. 2007 liqası mövsümündə Bari böyük komandaya yüksəldi və kluba dörddəbir finalda nokaut edildikləri bir yüksəliş pley-off mövqeyiylə kömək etdi. Növbəti mövsüm Sincan əvvəlki mövsümdəki nəticələrini inkişaf etdirə bilmədiyini və rəhbərliyin komandanı ləğv etmək qərarına gəldiyini bildikdən sonra 2009 Çin Milli Oyunlarına çata bilmədiyini müəyyənləşdirdi. Bari 2009-cu il Çin Milli Oyunlarında ilkin hazırlıq dövründə futbol məşqçisi Vu Cinqui tərəfindən kəşf edildi və üst səviyyəli klub olan "Hanqcu Qrintovn"-a baş məşqçi olaraq qatıldıqdan sonra Barini futbolçularından biri halına gətirdi. İlk oyununu 27 mart 2010-cu ildə "Şandonq Lunenq"-ə qarşı keçirdi və 4-2 məğlubiyyətlə bitən bir oyunda Fan Xiaodonqun əvəzinə meydana çıxdı.
Barre-Byussol
Barre-Byussol (fr. Barrais-Bussolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Kommunanın departamenti — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. Kommunanın INSEE kodu — 03017. 1833-cü ildə keçmiş Barre və Byussol kommunlarının birləşməsindən yaradılmışdır. 2008-ci ildə kommunanın əhalisi 214 nəfər təşkil edirdi. XIII əsrə aid Qotik üslubda kilsə Fransa rayonlarının siyahısı Vikianbarda Barre-Büssol ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Barre-Byussol" (fransız).
Barre-Büssol
Barre-Byussol (fr. Barrais-Bussolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Kommunanın departamenti — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. Kommunanın INSEE kodu — 03017. 1833-cü ildə keçmiş Barre və Byussol kommunlarının birləşməsindən yaradılmışdır. 2008-ci ildə kommunanın əhalisi 214 nəfər təşkil edirdi. XIII əsrə aid Qotik üslubda kilsə Fransa rayonlarının siyahısı Vikianbarda Barre-Büssol ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Barre-Byussol" (fransız).
Barı (Urmiya)
Barı (fars. باري‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (53 ailə).
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Badə İşçil
Badə İşçil (8 avqust 1983, İstanbul) — Türkiyə aktrisası. Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakültəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Bavə (Sərdəşt)
Bavə (fars. باوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (35 ailə).
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.