Qurumsulu, Barekamavan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.[2] Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.[3]
kənd | |
Qurumsulu | |
---|---|
41°10′45″ şm. e. 45°06′35″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Loru mahalı]] |
Rayon | [[Barana rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 720 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə ermənicə "dostluq, yaxınlıq" mənasına gələn Barekamavan adıyla adlandırılmışdır.[4]
Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü ilə[5] -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdir[6]. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
XX əsrin əvvəllərində Qazax qəzasının Qurumsu kəndindən[7] (133, 151) gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.