Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Bastet
Bast (Bastet, Baset, Ubasti və ya Pasht) Qədim Misirdə 𓎰𓏏𓏏 və bu dilin müasir davamı sayılan kopt dilində Ⲟⲩⲃⲁⲥⲧⲉ kimi yazılır. Bastet və ya Bast Misir mifologiyasındakı tanrıçalardan biridir. Per-Bast (yun. Bubastis, müasir Zaqazıq yaxınlığında), öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir . Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Marko Van Basten
Marko Van Basten (nid. Marcel van Basten; (nid. , MORF: [ˈmɑrkoː vɑm'bɑstə(n)];31 oktyabr 1964[…]) — Niderlandlı keçmiş futbolçu və məşqçi. Daha çox İtaliyanın Milan klubunda oyunu ilə populyarlıq qazanıb. Hal hazırda "FİFA"nın texniki direktorudur. Marko Van Basten 31 oktyabr 1961-ci ildə Utrext şəhərində anadan olmuşdur. Markonun atası Yol, 50-ci illərdə tanınmış futbolçu olub. Anası Lenni Van Der Borq isə gimnastika ilə məşğul olub. Gələcəyin futbol ulduzu 7 yaşında yerli EDO komandasında futbol öyrənməyə başlayıb. Bir il sonra Marko UVV komandasına keçir.
Baster Skraqqsın balladası
Baster Skraqqsın balladası (ing. The Ballad of Buster Scruggs) — Koen qardaşlarının rejissorluğu ilə 2018-ci ildə çəkilmiş ABŞ istehsalı vestern, antologiya filmi. Film vəhşi qərbda keçən altı fərqli hekayədən bəhs edir. netflix.com/title/80200267 — The Ballad of Buster Scruggs rəsmi saytı on Netflix Baster Skraqqsın balladası — Internet Movie Database saytında.
Inglourious Basterds
"Şərəfsiz əclaflar" (ing. Inglourious Basterds) – Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, İkinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon USD çoxdur. Bu film Kriminal qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Filmin premyerası 2009-cu il mayın 20-də Fransanın Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin "Inglorious Bastards" (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib "Inglourious Basterds" və bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə də, bilərəkdən səhvlərlə tərcümə edilir. Film beş hissədən ibarətdir: "Once Upon a Time in Nazi-occupied France" (tərc.: Nasistlərin zəbt etdiyi Fransada) – "Yəhudi ovçusu" SS-Standartenfürer Hans Landa bir fransız fermerinin öz evində yəhudi ailəsini gizlətdiyi haqda bilib, sərəncamında olan nasist-əsgərlərlə, həmin fermerin yanına baş çəkir. Fermeri hədələyib yəhudilərin gizləndikləri yeri öyrəndikdən sonra, əsgərlərinə onları elə gizləndikləri yerdəcə, yəni döşəmənin altında, güllələmək tapşırığı verir.
Basteria
Basteria Houtt. — Cullumia bitki cinsinin sinonimi. Basteria Mill. — Calycanthus bitki cinsinin sinonimi.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Bastı
Bate
Bate (mac. Baté) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Huqo Basto
Hugo Cerqueira Pinto Basto (14 may 1993, Portu) Portuqaliyalı peşəkar futbolçudur.Hazırda Azərbaycan Premyer Liqasının klublarından Neftçi klubunda oynayır. Huqo Basto 17 iyul 2021 ci ildə Neftçiyə transfer olundu.
Copy-paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Cut, copy, paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Ace of Base
Ace of Base — İsveçin rok qruplarından biri. Ace of Base (Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə "Tech Noir"adı ilə qatılıb. İlk əvvəl qrup tecno musiqi ifa etmişlər. Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək "Ace of Base" adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Cenni Berggren, Cons "Joker" Berggren, Malin "Linn" Berggren və Ulf "Buddha" Ekberg olub. Qrup İsveçdə yaranıb. 1997-ci ildə onu üzvü Linn, 2009-cu ildə isə Cenni Berqqern tərk edib. 1992-ci ildə ilk albomları olan "Happy Nation" satışına görə Ginnesin Rekordlar kitabına düşmüşdür. Satış 21 milyon olub. Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.
BATE Borisov FK
BATE Borisov FK — Belarusun futbol klubu. 1973-cü ildə yaranıb. 9 dəfə Avropa kuboklarında iştirak edib.
Tranquility Base Hotel & Casino
Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir. Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur.
Ellen van der Veyden-Bast
Ellen van der Veyden-Bast (d. 29 avqust 1971) — Niderlandı təmsil edən su poloçusu. Ellen van der Veyden-Bast, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Tranquility Base Hotel & Casino (mahnı)
"Tranquility Base Hotel & Casino" ingilis indi-rok qrupu Arctic Monkeys mahnısı. 23 iyul 2018-ci ildə eyni adlı altıncı studiya albomundan ikinci sinql və musiqi videosu ilə bərabər buraxıldı. 16 oktyabr 2018-ci ildə sinqlin 7 düymlük vinil versiyasının əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə 30 noyabr 2018-ci ildə buraxılacağı elan edildi. Mahnı klipi 23 iyul 2018-ci ildə qrupun rəsmi YouTube Vevo hesabı vasitəsilə yayımlandı. Klipin rejissorluğunu Ben Çappel və Aron Braun etdi, onlar Stenli Kubrikin istehsal etdiyi filmlərdən ilham aldılar və qrupun "Four Out of Five" mahnısı üçün də bir yerdə klip istehsal etdilər. Mahnının adını daşıyan oteld və qumarxanada yaşayan Törner, mərtəbələri gəzir və istirahət obyektlərində uzanır. O, həm də telefonlara cavab verən və zəngləri yönləndirən otelin rezident konsyerji "Mark" rolunu oynayır. Video Nevada ştatının Reno şəhərindəki Peppermill Reno-da çəkilib. Videoda görünən moped Honda Elite 80-dir. Bütün mahnılar Aleks Törner tərəfindən bəstlənmişdir.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Anna Başta
Anna Başta (10 iyul 1996, Tolyatti, Rusiya) — Rusiyanı və Azərbaycanı təmsil edən qılıncoynadan, Avropa Çempionatının qalibi. Anna Başta birinci uğuruna 2013-cü ilin mayında İslandiyada baş tutan FIE Qran-Pri turnirində imza atdı. Turnirdə bütün rəqiblərinə qalib gələn Anna Başta qızıl medalın sahibi oldu. 2014-cü ildə yeniyetmələr arasında Rusiya Çempionatının qalibi olan Anna Başta, 2015-ci ilin martında yeniyetmələr arasında Avropa Çempionatının, aprelində isə gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. Anna Başta 2015-ci ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Univerisiada Oyunlarında mübarizə apardı. Komanda turnirində gümüş medala sahib olan Anna Başta sablya turnirində qızıl medalın sahibi oldu. 2017-ci ildə Dünya Çempionatında mübarizə aparsa da, debütu uğursuz oldu. Həmin il Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionarında isə Anna Başta gümüş medalın sahibi oldu (Komanda turnirində). 2019-cu ildə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən Anna Başta Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2019-cu il Anna Başta üçün triumf ili oldu.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
BAFTA
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Baget
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Balto
Balto — bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu. Oraya it dəstasi göndərdilər.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur. VikiSəyahətdə Banten haqqında səyahət məlumatları var.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Başe de Meziriak
Klod Qaspar Başe de Meziriak (ing. Claude Gaspard Bachet de Méziriac; 9 oktyabr 1581[…], Burk-an-Bres, Savoy hersoqluğu – 26 fevral 1638[…], Burk-an-Bres, Savoy hersoqluğu) — fransız riyaziyyatçısı və şairi. "Xoşagələn və əyləncəli məsələlər" toplusunun (1612-ci il), həmçinin Diofantın "Hesab" kitabını yunan və latın dillərində öz şərhləri ilə (1621-ci il) nəşr etdirmişdir. Bir dərəcəli qeyri-müəyyən tənliklərin həllini vermişdir.
Basdı
Bankə
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir. Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub. 1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.
Başad