Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berkaber
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Berber təqvimi
Berber təqvimi — Afrikanın şimal-qərbində istifadə edilən berberlərin istifadə etdiyi təqvimdir.
Berber şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Berber bəbiri
Berber bəbiri (lat. Panthera pardus panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Mersad Berber
Mersad Berber (1 yanvar 1940[…] və ya 1940 – 7 oktyabr 2012[…] və ya 2012, Zaqreb) — Bosniyalı rəssam idi. == Həyatı == Berber, Yuqoslaviya Krallığının Bosanski Petrovac şəhərində anadan olmuşdur. O, Lyublyanadakı Təsviri İncəsənət Akademiyasında təhsil alıb, burada bakalavr və magistr dərəcələrini bitirib. 1978-ci ildə Berber Sarayevo İncəsənət Akademiyasında müəllimlik vəzifəsi aldı. == Yaradıcılığı == Bu gün Berber dünyanın ən tanınmış qrafika rəssamlarından biridir. 1984-cü ildə Tate Gallery kolleksiyasına daxil edilmişdir. Karyerası boyunca hadisələri, hörmətləri və ithafları salan rəsm silsilələr yaratdı. Hər dövrün orta əsrlərdən iyirminci əsrə qədər Bosniya-Hersoqovina tarixində öz kökləri var. Onun əsərləri qədim motivlərin daha müasir şərhlə qarışması, simvolik sirri və intensivliyi ilə valeh olması ilə səciyyələnir. Onun səthləri də subyektləri kimi mürəkkəbdir, müxtəlif zamanlardan və yerlərdən olan texnikaları birləşdirərək estetik və cazibədarlığı qoruyub saxlayır.
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün taraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Bərbər dili
Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır (XMT).
Bərbər paradoksu
Bərbər paradoksu — Rassel paradoksundan yaradılmış tapmacadır. Bertran Rassel tərəfindən yaradımışdır. Bu paradoksu ona tövsiyə edən adsız bir kişiyə ithaf etmişdir. == Paradoks == Sadəcə bir kişi bərbərin olduğu qəsəbə düşünün. Bu qəsəbədə hər kişi bunlardan birini etməklə daima taraşlı gəzməkdədir. özünü taraş edərək bərbərə gedərəkFərqli şəkildə ifadə edərsək: bərbər yalnız qəsəbədə özünü taraş edə bilməyən kişiləri taraş edir. Bunlar aşağıdakı paradoksal sual xaricində məntiqli görünməkdədir. Bərbəri kim taraş edir?Bu sual paradoks yaradır. Bərbər yalnız aşağıdakı adamlar tərəfindən taraş edilə bilər. özü bərbər (yenə özü)Ancaq bu variantlardan heç biri keçərli deyil.
Bərbər şiri
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Bərbər dilləri
Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır (XMT).
Gün var əsrə bərabər
Gün var əsrə bərabər (rus. И дольше века длится день) — Çingiz Aytmatovun yazdığı kitab. == Haqqında == Baş qəhrəman Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
Berkner
Berkner adası — Hündür buzlaq adası olaraq Antarktida ərazisinə daxildir. Uzunluğu 320 km, eni 135 km təşkil edir. Ueddell dənizinin suları daxilində yerləşir. == Coğrafiyası == 43 873,1 km² sahəyə malikdir. Bu ada Antraktidada I Aleksandr Torpağı adasından sonra ikincidir. Adaya Böyük Britaniya, Argentina və Çili ərazi iddiası irəli sürmüşdür. Ada cənub yarımkürrəsində qütbə ən yaxınıdır. Bəzən isə səhfən Ross adası olduğu deyilir. Bütünlüklə şelf buzlağı ilə əhatələnir və gəmi ilə adaya yaxınlaşmaq olmur. Adanın ucqar şimal nöqtəsi ilə açıq dəniz arasında cəmi 17 km məsafə vardır.
Cerabert
Çiləbürt (əvvəlki adı: Cerabert) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Mağavuz kənd Sovetinin Cerabert kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Cerabert kəndi Çiləbürt kəndi adlandırılmışdır. == Tarixi == Caraberd, Craberd variantlarında da qeydə alınmışdır. Oykonim çilə (topa, yığın, nəsil) və bürt/berd/bərd (əsli ər. olan bu soz "qala, hasar, divar" mənalarında başqa dillərə də keçmişdir) komponentlərindən düzəlib, "insanlara aid qala və ya icma, kənd" mənasındadır. Ermənilər bu kəndi Cerabert kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin indiki adı bərpa edilmişdir. Çiləbürt kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çiləbürt kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Berane
Berane (mont. Беране/Berane) - Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur.Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Ceraberd rayonu
Ağdərə rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilmiş, rayonunun Xatınbəyli, Qazançı, Maniklu, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağ ətrafındakı üç rayon - Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünmüşdür.Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.
Cerabert rayonu
Ağdərə rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilmiş, rayonunun Xatınbəyli, Qazançı, Maniklu, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağ ətrafındakı üç rayon - Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünmüşdür.Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.
Code:Breaker
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā, azərb. Kod: Qırıcı‎) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür.
Lukas Lerager
Lukas Lerager (12 iyul 1993-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarka futbolçusudur. == Klub karyerası == Lerager AB, Viborq və Zulte Varegem klublarında bir müddət çıxış etmişdir. O, 2017-ci ilin iyun ayında Bordo klubu ilə dörd illik müqavilə imzalamışdır. == Milli karyerası == O, bir müddət Danimarkanın gənclər millilərində çıxış etmişdir. Lerager 2017-ci ildə Danimarka milli futbol komandasında debüt etmişdir.
Bərbər dəniz quldurları
Bərbər (Barbar, vəhşi) dəniz quldurları (Mərakeş istisna olmaqla, çünki, Mərakeşlilər özlərini Osmanlı kimi qəbul etmədikləri üçün Osmanlı təbələri kimi tanınmırlar) - Ərəb fəthləri dövründən XIX əsrin ortalarına qədər Şimali Afrika bölgəsində döyüşən müsəlman quldurlar. Məğribin (Barbar sahili) bir çox limanından istifadə edərək Tunis, Tripoli, Əlcəzair və Sale kimi iri bölgələrdə fəaliyyət göstərərək, bütün qərbi Aralıq dənizi sahillərini qorxu içində saxlayırdılar. Quldurların fəaliyyəti təkcə tacir gəmilərinə hücumlarla məhdudlaşmırdı, çox vaxt onlar "razii" - Avropanın sahil şəhərlərində xristian qullarını tutmaq və Əlcəzairdə və ya Mərakeşdəki qul bazarında satmaq üçün xüsusi reydlər təşkil edirdi . Tarix professoru Robert Devisin dediyinə görə, XVI əsrdən XIX əsrə qədər quldurlar 1 milyondan 1,25 milyona qədər avropalını kölə etmiş və satmışdılar. Bu cür basqınların əsas hədəfi İtaliya, İspaniya və Portuqaliyadakı sahil kəndləri olurdu. Lakin bəzən daha uzaq ölkələr - Fransa, İngiltərə, Hollandiya, İrlandiya və hətta İslandiya da daxil olmaqla Skandinaviya ölkələri də belə hücumlardan əziyyət çəkdilər. Bu hücumların nəticəsi son dərəcə acınacaqlı idi: Fransa, İngiltərə və İspaniya quldurların belə reydlərində minlərlə gəmisini itirdi. İspaniya və İtaliyanın sahil bölgələri boşalırdı. Bu quldur baqsqınları XIX əsrə qədər Aralıq dənizinin qərb sahillərinin tam məskunlaşmasının qarşısını alırdı. XVI əsrdən etibarən "Əlcəzair ekspedisiyaları" başladı - Avropa dövlətlərinin Əlcəzairdəki quldur yuvalarına qarşı bir sıra dəniz və desant yürüşləri.
A.Berger
Alvin Berger (alm. Alwin Berger‎; 9 noyabr 1871 – 21 aprel 1931, Ştutqart) — Almaniya botaniki. == Əsərləri == Die Agaven.
Alvin Berger
Alvin Berger (alm. Alwin Berger‎; 9 noyabr 1871 – 21 aprel 1931, Ştutqart) — Almaniya botaniki. == Əsərləri == Die Agaven.
Angelik Kerber
Angelik Kerber (d. 1988, Almaniya) — tennisçi. Angelik Kerber Solaxaydır. 2011-ci ildə dünya reytinqində 32-ci olan idmançı 2012-ci ildə 5-ci sırada qərarlaşıb. “Uimbldon” turnirində finalın bir addımlığınadək irəliləyib. Mütəxəssislər də, tennis həvəskarları da 2012-ci ili karyerasının zirvəsi sayırlar. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Beaker (brauzer)
Beaker — pulsuz və açıq mənbəli veb brauzerdir hazırda Blue Link Labs tərəfindən hazırlanır. Beaker Browser peer-to-peer texnologiyası istifadəçilərə veb-saytları və veb proqramları birbaşa brauzerdən, ayrıca veb server qurmaq və idarə etmək və ya məzmunlarını üçüncü tərəf serverində yerləşdirmək ehtiyacı olmadan öz-özünə dərc etməyə imkan verir. Bütün fayllar və vebsaytlar faylların bir neçə istifadəçi tərəfindən paylaşılmasına və yerləşdirilməsinə imkan verən hipermedia peer-to-peer protokolu olan Dat istifadə edərək ötürülür. Brauzer həmçinin ənənəvi serverlərə qoşulmaq üçün HTTP protokolunu dəstəkləyir.Beaker Elektron çərçivədən istifadə etməklə qurulur və buna görə də veb-səhifələr üçün renderer kimi Chromium brauzerindən istifadə edir. == Məzmun paylaşımı == Yerli qovluqda saxlanılan fayllar Dat veb-saytı kimi dərc oluna və peer-to-peer protokolu vasitəsilə digər istifadəçilər üçün əlçatan edilə bilər. Brauzer aktiv olduqda fayllar yerli qovluqdan səpilir. Brauzer bağlı olarkən onları da əlçatan etmək üçün istifadəçi məzmunu yerləşdirmək üçün bir neçə alternativ variantdan istifadə edə bilər: Brauzerin digər istifadəçilərindən surətini paylaşmalarını xahiş edin. İstifadəçilərdən hər hansı biri Beaker brauzerindən istifadə etdiyi müddətcə məzmun əlçatan olacaq. Məzmunu üçüncü tərəf serveri vasitəsilə dərc edin. Dat protokolu üçün daimi ev bazası serveri yaradın və məzmunu orada dərc edin.
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Beryer dili
Beryer dili — elə də böyük olmayan ada. Laptevlər dənizi akvatoriyasına daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarında qərarlaşır. Şimal adasından şərqdə qərarlaşır. Şimal adasından Dvoynoy buxtası ilə ayrılır. Ada cənub-qərbdən şimal-şərqə uzanır. Ada 1736-cı ildə Vasili Vasileviç Pronçişev tərəfindən kəşf edilmişdir.
Con Berqer
Con Börcer (5 noyabr 1926[…], Hakni[d], Böyük London – 2 yanvar 2017[…], Antoni[d]) — ingilis yazıçısı və incəsənət tənqidçisi. "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanmışdır. == Karyerası == Con Börcer karyerasına rəssam olaraq başladı. 1940-cı illərin sonlarında Londonda bir çox sərgiyə qatıldı. 1948–1955-ci illəri arasında incəsənət tənqidçisi olmuş və rəsm dərsləri vermişdir. Con Börcer ən məşhur ingilis tənqidçilərindən biridir. Filmlər və sənədli filmlər üçün senarilər də yazmaqdadır. Roman yazmaqlada məşğuldur. İlk romanı "Zamanımızın bir rəssamı" (A Painter of our Time) 1958-ci ildə çap olundu.
Foli-Berjer
Foli-Berjer (fr. Folies Bergère) — 1890-1920-ci illər aralığında Paris şəhərinin ən məşhur gecə klublarından biri. Foli-Berjer indiki dövrdə müzikl kimi fəaliyyət göstərir. Gecə klubunun yerləşdiyi bina opera binası kimi inşa edilmiş və 1869-cu ilin 2 may tarixində istifadəyə verilmişdir. İlk öncə klubun adı Foli-Trevis (fr. Folies Trévise) olmuş, 13 oktyabr 1872-ci ildə isə fr. Folies Bergère şəklində dəyişdirilmişdir. Eduard Mane tərəfindən 1882-ci ildə çəkilmiş Foli-Berjerdə bar tablosunda Foli-Berjer barı təsvir olunmuşdur.
Gerhard Berger
Gerhard Berger (alm. Gerhard Berger‎, 27 avqust 1959) — Avstriya Formula 1 pilotu. 1984-1997-ci illərdə Formula 1 yarışlarında çıxış etmişdir. Çempionatda ən yüksək nəticəsi - 1988 və 1994-cü ildə 3-cü yer olmuşdur. Formula 1-də "BMW" nin keçmiş proqram meneceri, Skuderiya Toro Rosso komandasının köhnə sahibi olmuşdur.
Kerber (mifologiya)
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur.Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Bərbət
Bərbət — mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzundur. == Söz açımı == Bərbət orta əsrlərdə ünlü müğənni, bəstəkar, bərbət musiqi alətinin yaradıcısı və gözəl ifaçısı olmuşdur. Tanınmış musiqi araşdırmacısı T. Vızqo 1990-cı ildə Düşənbə şəhərində Barbədə həsr olunmuş beynəlxalq simpoziumdakı məruzəsində belə fikir söyləyib: "Alət ərəblərdən köçmədir. Ona görə ərəbcə "əl-üd" adlanıb, fars adı isə bərbətdir (yə'ni, ördək döşü). "Bərbət" sözünün bər "sinə", bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, "ləpələnmə", "dalğalanma" mənasını verməsi qeyd olunur. == Tarixçə == Bu alətin ərəblərdən gəldiyi inancı yayğındır. Ancaq XIII əsrdə yaşamış Şərq alimi Mahmud Amuli bərbəti yunan filosofu Pifaqorun (e. ə.
Cəraberd məlikliyi
Çiləbörd mаhаlı (Ceraberd məlikliyi, Çalaberd, Çiləbürt) — XIII əsr-1840 inzibati nahiyə, Qarabağ xanlığının bölgələrindən biri. İndiki Kəlbəcər, Ağdərə rayonların ərazisi. == Qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi— Kasapet kəndi Sərhədləri — == Mаhаlın tаriхi == Mаhаlın sərhəd-sınırlаrı hаqqındа yаzılır: "Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir". (Bах: Qаrаbаğnаmələr, 2-ci kitаb, Bаkı, "Yаzıçı", 1991, səh.) Mənbələrdə qеyd оlunur ki, 1687-ci ildə Mаqаvuz nаhiyəsində bаşçını öldürüb, qаn qаçаğı оlаn Isа (Yеsаy) Çiləbördə gəldi. Burdа məskunlаşdı. Qаrаbаğ bəylərbəyinə hədiyyə vеrib, məlik ünvаnı аldı. Çiləbörd mаhаlının mərkəzi Kаsаpеt şеnliyi idi. Gülyаtаq, Möhrətаq kəndləri mаhаl məliklərinin sığnаqlаrı оlmuşdu.