Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beşdaş
Beşdaş (Qərcimədaş) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyun. == Oyunun quruluşu == Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayır. Qurrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqa deyərlər. Saqqanı göyə tullayıb ovucunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovucuna yığmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürülərkən nə başqa daşa dəyməli, nə də saqqa yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz. Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşlərı yerdən iki-iki, sonra üçünü birdən, birini tək, sonra dördünü də birdən götürməlidir.
Uişdiş
Uişdiş və ya Umildiş (akkad. Uisdis, ur. Ugisti)— Manna dövlətinin vilayəti. Bu, Assuriya dövründə indiki İranın Şərqi Azərbaycan ostanı, yəni Təbriz ilə Marağa arasında yerləşən ərazi üçün verilən ad hesab edilir. Urartu padşahı I Rusa (735–713), Manna padşahı Aza, Zikurti kralı Mitatti və bu dövrdə onun vassalları olan Misianda və Umildişə (sonuncular şahzadə Baqdatti tərəfindən idarə olunurdu) şahzadələrə qarşı təhrik etmişdi. Aza öz sarayının Assuriya əleyhdarı dəstəsi tərəfindən məğlub edilmiş və devrilmişdir. O, güman edilir ki, bu zaman, yəni e.ə. 717-ci ildə öldürülmüşdür. Ölən padşahın qardaşı Ullusunu taxta oturmuş və qaliblər əsas payı tutan I Rusa üçün 22 şəhər və ya sərhəd rayonları da daxil olmaqla mühüm imtiyazlar əldə etmişdilər. E.ə.
Beşdaş (Barmaqsız)
Beşdaş- Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd. Keçmiş Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaqsız (indiki Tsalka) rayonunda kənd adıdır. Bu oykonim türk köklü «beş» və «daş» sözlərinin birləşməsindən yaranıb.
Birgus
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Biseps
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Bismut
Bismut (Bi) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 83-cü element. == Tarixi == XVIII əsrə qədər bu metal Avropa əlkimyaçılarının işlərində tez-tez rast gəlinirdi. Bismut sözünün mənşəyi məlum deyil. Bir fərziyyəyə görə o, təhrif olunmuş alman sözləri "wis" və "mat"dan yaranıb "ağ kütlə" deməkdir. Bitkilərdə bismut aşkar olunmamışdır. Heyvanlarda bismutun miqdarı külə ilə 0,00002%-dir. == İnsan orqanizmində bismut == Insan orqanizminə bismut qida ilə, həmçinin hava və su vasitəsi ilə daxil olur və bu, sutkada 5-20 mkq-dır. Bismut insan orqanizminə müxtəlif orqanlarda və toxumalarda aşkar olmuşdur: qanda, əzələlərdə, saçlarda, böyrəklərdə, sümüklərdə, baş beyində və s. Bismut qara ciyərdə, dalaqda və sümüklərdə toplanır. Bismut bəzi zülalların sintezi prosesində iştirak edir, böyrəklərin strukturunu əmələ gətirir.
Cistus
Buxurkolu (lat. Cistus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
İisus
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Nidus
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
Bismut oksid
Bismut oksid (II)
Cistus albidus
Ağımtıl buxurkolu (lat. Cistus albidus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi ölkələrində rast gəlinir. == Botaniki təsviri == Uzunsov və ya oval-lansetvarı, bozumtul-ağ, möhkəm tükcüklərlə örtülmüş koldur. Çəhrayı, 5 ləçəkli, iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır. Maydan iyuna qədər çiçəkləyir. Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir, ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur. Çiçəkləri uzunömürlü deyil, səhər onların kağıza bənzər ləçəkləri açılır, axşam tökülür, solmuş çiçəklərin yerinə iyunun əvvəlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gəlir. == Ekologiyası == Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit, qumlu və əhəngli torpaqda, dəniz sahilində bitir. Kölgə və şaxtalar ona pis təsir göstərir.
Cistus ladaniferus
Cistus tauricus
Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Fiscus Judaicus
Fiscus Iudaicus və ya Judaicus (latın dilində – "yəhudi vergisi") — b.e. 70-ci ildə Yerusəlim və onun məbədi məhv edildikdən sonra Roma imperiyasında yəhudilərə tətbiq edilən vergi. Gəlirlər Romadakı Kapitoli məbədinə yönəldilmişdir. Bu vergi 71-ci ildən III əsrin əvvəllərinə qədər tətbiq edilmişdir. Bu, orta əsrlərdə Almaniya imperatorları tərəfindən opferpfenniq (qurban pfenniqi) adı ilə yenidən canlandırılmışdır. Vergitutma tədbiri Romanın maliyyə vəziyyətini yaxşılaşdırmış və eyni zamanda prozelitizmə qarşı bir maneə rolunu oynamışdır. Vergi ödəyənlər Roma tanrılarına qurban kəsmək məcburiyyətində azad olmuşdular. == İstinadlar == == Əlavə ədəbiyyat == Edwards, Douglas R. (1996). Religion & Power: Pagans, Jews, and Christians in the Greek East. Oxford University Press.
Neoseiulus byssus
Neoseiulus byssus (lat. Neoseiulus byssus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Cistus ladanifer
Ladan burxurkolu (lat. Cistus ladanifer) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.
Cistus salviifolius
Sürvəyarpaq buxurkolu (lat. Cistus salviifolius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi sahillərində yayılmışdır. Avropada, Asiyada, İranda, Türkiyədə, Qafqazda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 50-80 sm olan torpaqqoruyucu koldur. Yarpaqları ellipsvarı və ya yumurtavarı-uzunsovdur. Qısa saplaqlı, üstü qırışlı, ulduzvarı tükcüklərlə örtülmüşdür. Çiçəkləri tək və ya 2-3 ədədi bir yerdə toplaşmışdır. Ləçəkləri yumurtavarı, ağ bünövrəsi sarı xallıdır. Kasayarpaqları enli-yumurtavarı, kütuclu və boz rənglidir.
Cryptocarya boldus
Ağ kriptokariya (lat. Cryptocarya alba) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü.
BİSS
BİSS (Basic Interoperable Scrambling System; ümumiyyətlə BISS olaraq bilinər) — Avropa Yayım Birliyi tərəfindən inkişaf etdirilən bir nəşr şifrləmə sistemidir. Bu sistem inkişaf etdirilməyə əvvəl, keçici davamlı nəşrlər, peyk Xəbər keçişləri hər hansı bir şifrləmə olmadan peykə çatdırılırdı. Bu da uyğun əkibməyinlər istifadə hər kəsin nəşr məzmununu izləməsini icazə verirdi. BISS ilə nəşrlər 12 xanalı iclas açarı ilə qorunur. Bu açar həm görünüş mesajçıların (encoder), həm görünüş həll edici cihaza (decoder) girilər, və encoderdeki açar ilə decoderdeki girilmiş açar eynidirsə yayım siqnalı həll edilmiş olar. Avropa Yayım Birliyinə üzv ölkələr ümumiyyətlə bu sistemi istifadə edir. Məsələn AZTV şifrləmə tələb edən bir çox nəşrində (məsələn matç nəşri və s.) BISS şifrləmə sistemini istifadə edir.
Norman Ridus
Norman Mark Ridus (ing. Norman Mark Reedus; 6 yanvar 1969, Hollivud[d], Florida) — ABŞ aktyoru. "Gəzən ölülər" televiziya serialında canlandırdığı Deril Dikson obrazı ilə məşhurlaşıb. Norman Ridus 6 yanvar 1969-cu ildə Florida ştatında yerləşən Hollivud şəhərində anadan olub. Ridusun nənəsi italyan əsilli, babası isə ingilis, şotland və irland əsillidir. O, bir müddət Tokyo şəhərində yaşamış, sonralar Los-Ancelesə köçərək Harley-Davidson mağazasında işləmişdir.
Qvineya-Bisau
Qvineya-Bisau — Afrikanın qərbində, Atlantik okeanı sahilində dövlət. Ölkə şimaldan Seneqal , şərqdən və cənub-şərqdən isə Qvineya ilə həmsərhəddir. XV əsrdə portuqal səyyahı Nunu Triştanın başçılıq etdiyi ekspedisiya tərəfindən kəşf olunmuşdur. 1973-cü ildə Portuqaliyadan müstəqilliyini elan etmişdir. Paytaxtı Bisau şəhəridir- 473 min sakin (2014-cü il). Qvineya-Bisau gənc əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 59,45%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,4%-i 65 yaş və yuxarıdır. 0-14 yaş: 39.28% (kişi 344,976 / qadın 346,102) 15-24 yaş: 20.17% (kişi 176,050 / qadın 178,842) 25-54 yaş: 32.53% (kişi 285,258 / qadın 286,955) 55-64 yaş: 4.62% (kişi 31,030 / qadın 50,215) 65 yaş və üzəri: 3.4% (kişi 22,121 / qadın 37,610) Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 49,3% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 1,88% səviyyəsindədir. Əhalinin 99% -i Afrika mənşəli olub, Avropa mənşəlilər ölkə daxilində mövcudluğu 1% nisbətindədir. Ölkə daxilində fərqli dil, mədəniyyət və ictimai quruluşa sahib 25 ədəd etnik qrup yaşayır.
Qvineya Bisau
Qvineya-Bisau — Afrikanın qərbində, Atlantik okeanı sahilində dövlət. Ölkə şimaldan Seneqal , şərqdən və cənub-şərqdən isə Qvineya ilə həmsərhəddir. XV əsrdə portuqal səyyahı Nunu Triştanın başçılıq etdiyi ekspedisiya tərəfindən kəşf olunmuşdur. 1973-cü ildə Portuqaliyadan müstəqilliyini elan etmişdir. Paytaxtı Bisau şəhəridir- 473 min sakin (2014-cü il). Qvineya-Bisau gənc əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 59,45%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,4%-i 65 yaş və yuxarıdır. 0-14 yaş: 39.28% (kişi 344,976 / qadın 346,102) 15-24 yaş: 20.17% (kişi 176,050 / qadın 178,842) 25-54 yaş: 32.53% (kişi 285,258 / qadın 286,955) 55-64 yaş: 4.62% (kişi 31,030 / qadın 50,215) 65 yaş və üzəri: 3.4% (kişi 22,121 / qadın 37,610) Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 49,3% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 1,88% səviyyəsindədir. Əhalinin 99% -i Afrika mənşəli olub, Avropa mənşəlilər ölkə daxilində mövcudluğu 1% nisbətindədir. Ölkə daxilində fərqli dil, mədəniyyət və ictimai quruluşa sahib 25 ədəd etnik qrup yaşayır.