BİŞMİŞ


1. sif. Odda qızardılmaqla və ya suda qaynadılmaqla hazırlanmış (çiy müqabili). Bişmiş ət. Bişmiş yumurta. Bişmiş kartof.
2. sif. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmış. Bişmiş kərpic.
3. sif. məc. Təcrübələnmiş, ustalaşmış, püxtələnmiş, bərkdən-boşdan çıxmış. Bişmiş adam.
// Yetişmiş, yetkin.
Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. M.S.Ordubadi.

4. is. Xörək, yemək. Bişmiş bişirmək.
– Bişmişlərimiz min cürə ləzzətli qidadır. M.Ə.Sabir.
[Vəli bəy:] Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. S.S.Axundov.
Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtı-vaxtında da bişmiş verirdilər. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİŞMİŞ bişmiş bax xörək
  • BİŞMİŞ yetkin — kamil
  • BİŞMİŞ xörək — yemək

Omonimlər

  • BİŞMİŞ BİŞMİŞ I is. Xörək. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi güclə tapmışdım (Çəmənzəminli)

Antonimlər (əks mənalı sözlər)

  • BİŞMİŞ BİŞMİŞ – ÇİY Bişmiş süd, yağ, ilıq yumurta, ağ çörək süfrəni bəzədi (Ə.Vəliyev); Hanı burada qədrini bilən; Bəli, çiy süd əmib əzəldən insan (H
BİŞMƏK
BİŞÜBHƏ

Digər lüğətlərdə

биоге́нный джигитова́ть дубро́вник накля́узничать переха́живать по́жнивный пристано́вочный расхлёбывать ерети́к постимпрессиони́зм радиогазе́та American cheese charging file lawn minnesinger monton quarter-note scholarch tincture вырулить жну каламбурить коленный околевать подержанный