Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birgus
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Bitlis
Bitlis — Türkiyənin Bitlis ilinin inzibati mərkəzi.
Bubalus
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Bitlcus
Bitlcus (ing. Beetlejuice) — amerikalı rejissor Tim Börton tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Maykl Makdauel filmin ssenarisini öz hekayəsinin mötivləri əsasında yazmışdır. Filmdə əsas rollarda Alek Bolduin, Cina Devis, Maykl Kiton, Vaynona Rayder, Ceffri Cons və Ketrin O'Hara çəkilmişlər. "Bitlcus" Tim Börtonun ən yaxşı filmi olmasa da, onun kinosunun xarakteristika təməl xüsusiyyətlərini saxlayan bir prototip film olaraq xatırlanmaqdadır. Filmin adı qırmızı nəhəng ulduz olan Ovçu və ya Orion ulduzu kimi tanınan "Bitlcus"dan götürülmüşdü. Filmin hekayəsində bir dünya ilə digər dünyanın münasibəti göstərilir. Bir yol qəzası keçirən gənc evli cütlüyün evlərinə döndüklərində əslində ölmüş olduqlarını və "digər dünyaya" qəbul edilənə qədər öz evlərində bir qarabasma olaraq qalmaları lazım olduğunu anlamaları uzun sürməz. Amma evlərini əmlakçıdan satın alan modabaz şəhərli ailə evə yerləşincə dinclikləri qaçır və yeni işğalçıları rədd etmək üçün "Bitlcus" adlı dəli bir ingilis lordu bir xortdandan kömək istəmək məcburiyyətində qalırlar. Amma xortanı bu dünyaya çağırarkən yeni problemlərlə qarşılaşırlar.
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana — Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
Billur xəstəliyi
Tamamlanmamış osteogenez (lat. osteogenesis imperfecta) və ya Büllur – genetik xəstəliklər qrupuna aid olan, sümüklərin həddindən artıq kövrək olması ilə nəticələnən xəstəlik. Xəstələrdə kollagen miqdarı lazım olan qədər deyil, ya da mövcud olan kollagenin tərkibi normaya uyğun olmur. Kollagen maddəsi orqanizimdə mühüm zulal olduğu ücün, onun çatışmamazlğı sümüklərin zəif və kövrək olmasına gətirib çıxardır. == Növləri == === 1.1-ci növ === Kollagen normal tərkiblidir, lakin az miqdarda ifraz olunur Sümüklər asan qırırlır Onurğa sütünu tez əyilir Qığırdaq bağları zəif olur Əzələ tonusu zəif olur Bəzi uşaqlarda eşitmə qabiliyyıtyi erkən itirilir Gözlər yekə olur === 2.2-ci növ === Kollagen miqdarı zəifdir və yaxud tərkibi normaya uyğun deyil Adətən körpələr bir yaşına çatmamış nəfəs çatışmazlığından və yaxud da daxili kəllə-beyin qanaxmasından həyatlarını itirirlər Ağ ciyərlərin inkşafdan qalması nəticəsində nəfəs almaq cətin olur Sümüklərin ağır deformasiyası və balaca boyluq müşahidə olunur === 3.3-cü növ === Kollagen miqdarı normaldır, lakin tərkibi normaya uyğun deyil Sümüklər çox asanlıqla, hətta doguş zamanı belə qırılır Nəfəs alma aktı zamanı ciddi çətinlik müşahidə olunur Balaca boyluluq onurğa sütununun əyilməsi, bəzi hallarda boçkaya bənzər döş qəfəsi müşahidə olunur Üçüncü növ digər növlərdən onunla fərqlənir ki, körpə yüngül simptomlarnan doğulur, lakin böyüdükcə xəstəlik ağırlaşır === 4.4-cü növ === Kollagen miqdarı normaldır, tərkibi isə normadan çox aşağıdır Sümüklər çox asanlıqla qırırlır Balaca boyluq, onurğa sütununun və döş qəfəsinin deformasiyaları kəskin şəkildə müşahidə olunur Sümüklərin deformasiyası aşağı dərəcə ilə orta dərərcə diapazonunda yer tutur Eşitmə qabiliyyəti erkən itirilir == Müalicə == "Bİ" xəstəliyi genetik xəstəlik olduğuna görə müalicə, ancaq sipmptomatik üsulla aparılır Bura daxildir Ştift ilə osteosintez Fizioterapiya Bifosfonat teraoiyası Vidamin D3 və kalsiy preparatları === Ştift ilə osteosintez === Bu müalicə üsulu ilə sümük hər iki tərəfdən ştiftə bağlanılır və beləliklə sümüyun qırılma riski azalır. Əvvəllər qalın materialdan istifadə olunurdu ki, bu zaman sümük böyüdükdə ştiftlər maneəçilik törədirdilər. Amma indi bir-birinin içinə yeridilmiş ştiftlərdən istifadə olunur ki, bu da sümüklərin rahat uzanmasına əngəl yaratmır.
Bitlis ili
Bitlis ili — Türkiyədə il. “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 129 min nəfər əhalisinin 82 min nəfəri ana dilinin kürd, 44 min nəfəri türk, 3 min nəfəri isə ərəb dili olduğunu qeyd etmişdir.
Bitlis qalası
Bitlis qalası — Türkiyənin cənub-şərqində yerləşən Bitlis ilçəsində bir qala. Tikilmə tarixi tam olaraq bilinməməklə yanaşı miladdan əvvəl III-IV əsrlərdə inşa edildiyi ehtimal edilir. Makedoniyalı İskəndər tərəfindən sərkərdə Bedlisə inşa etdirilmişdir. Sərt qayalıqlara inşa edildiyi üçün qalanın ətrafında müdafiə xəndəyi yoxdur. == Tarixi == Yazılı mənbələrdə e.ə. 330-cü ildə Makedoniyalı İskəndərin sərkərdələrindən Leys Bedlis tərəfindən inşa etdirildiyi bildirilir. Bitlis adını bu qalanı inşa edən Bedlis adlı sərkərdədən almışdır. Qalanı Bedlis adlı sərkərdənin inşa etməsi sonrakı illərdə türklərin qalanın olduğu bölgəyə Bitlis adını qoymasına səbəb olmuşdur. Bitlis qalası şəhər mərkəzində sərt bir qaya bloku üzərindədir. İndiyə qədər elmi araşdırma istiqamətli hər hansı bir iş görülmədiyi üçün, içində saxladığı bütün tarixi sirləri ilə öz möhtəşəmliyini saxlayır.
Bitlis vilayəti
Bitlis vilayəti — Osmanlı İmperiyası tərkibində, 1875–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bitlis şəhəri idi.
Bubalus bubalis
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Bubalus depressicornis
Cırtdan camış, Anoa, Düzənlik cırtdan camışı (lat. Bubalus depressicornis) — Boşbuynuzlular fəsiləsinin meşə antilopları cinsinə aid növ.
Nablus (şəhər)
Nablus, Шхем (ərəb. نابلس‎; ivr. ‏שְׁכֶם‏‎ — Şxem, antik dövrdə Flaviya Neapolis, lat. Flavia Neapolis) — Nablus əyalətinin inzibati mərkəzi olan Samariyanın tarixi bölgəsində Fələstin Muxtariyyətinə daxil İordan çayının qərb sahilində şəhər. Əhalisi əsasən fələstinlilərdən ibarət təxminən 130.000 min nəfərdir. Şəhər əhalisinin çoxu müsəlmanlardır. Qarizim dağında ayrı bir ərazidə 350-yə yaxın samariyalı yaşayır. Nablus şəhəri İncil dövrünlərdən Xiva tayfasının əsas mərkəzi kimi tanınmışdır. Bizim eradan əvvəl 400-cü ildə şəhər iri mədəniyyət mərkəzinə və samariyalıların müqəddəs yerinə çevrildi. Eramızın əvvəllərində romalılar tərəfindən tutularaq imperator Vespasianın şərəfinə Flavius Neapolis adlandırıldı.
Nablus sabunu
Nablus sabunu (ərəb. صابون نابلسي‎, ṣābūn Nābulsi) — Fələstinin qərb sahilində yerləşən Nablus şəhərində istehsal olunan zeytun yağından hazırlanan sabundur. Onun əsas inqredientləri zeytun yağı (regionun əsas kənd təsərrüfatı məhsullu), su və natrium qələvisidir.
Proprioseius gibbus
Proprioseius gibbus (lat. Proprioseius gibbus) — phytoseiidae fəsiləsinin proprioseius cinsinə aid heyvan növü. Proprioseius gibbus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Typhlodromips dillus
Typhlodromips dillus (lat. Typhlodromips dillus) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. Typhlodromips dillus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Əşrəf Bitlis
Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933, Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1933, Malatya — 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı. Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi.
Bitlis xanlığı
Bitlis xanlığı — Bitlisdə yaşayan 24 tayfanın birləşməsindən yaranan müsəlman kürd xanlığı.XVII əsrin ortalarında Abdalxan dövlətin xanı idi. Fransa səyyahı Jan Batist Tavernye onu ən güclü kürd hökmdarı hesab edirdi. Tavernyenin fikrincə, Abdalxan müstəqil idi, Səfəvi və Osmanlı dövlətlərinin nəzarətini qəbul etmirdi. Övliya Çələbi Abdalxanı intibah hökmdarı və sənət ustası kimi tərifləmişdir.
Vitalina Bibliv
Vitalina Bibliv (ukr. Біблів Віталіна Миколаївна; 15 oktyabr 1980, Vasilkov[d], Kiyev vilayəti) — Ukraynalı teatr, kino və televiziya aktrisası. Qızıl Yula Milli Mükafatının laureatı (2019), Ukraynanın Əməkdar Artisti (2020). Vitalina Bibliv 15 oktyabr 1980-ci ildə Kiyev vilayətinin Vasilkov şəhərində anadan olub. Məktəb müəllimi İnna Puşkareva aktyorluq peşəsinin seçimində ona köməklik edir. Doqquzuncu sinifdə Müəllimlər günündə Vitalina Verka Serduçkanın parodiyasını etmək tapşırılır. Şübhə etsə də, müəllim onun xarizmasına inanır. Məktəbdən sonra Vitalina Mədəniyyət məktəbində oxuyur. Müsahibəsində qeyd edir ki, məktəbdən klon olmaq və sirkdə işləmək arzusunda olub. O vaxta qədər estrada və sirk təhsili yalnız bir məktəbdə əldə edilə bilərdi və Vitalina ali təhsil almağa çalışırdı.
Bibl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir. Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə.
Lilus (Salmas)
Lilus (fars. ليلوس‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 335 nəfər yaşayır (64 ailə).
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Bibos subhemachalanus
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
İblis rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Crataegus bibas
Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır. Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir.
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.