İBARƏLİLİK
İBLİS
OBASTAN VİKİ
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana — Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
İblis (pyes)
"İblis" (az-əbcəd. ابلیس‎), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir. Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Dram əsəri yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir. Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur. Daha sonra əsər 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur.
İblis Bibliyası
"İblis Bibliyası" (ing. Devil's Bible) və ya "Codex Gigas" kimi də tanınır — XII-XIII əsrlərin qovşağında güya İblisin yardımı ilə bir rahib tərəfindən yazıldığı iddia edilən kitab. İsveçin paytaxtı Stokholmda saxlanılır. Alimlərin fikrinə görə isə kitabı XIII əsrin əvvəllərində Çexiyanın paytaxtı Praqadan 100 km aralıdakı Podlajitsa şəhərindəki Benediktin monastırının rahibi 12 ilə yazıb.. Monastır 15-ci əsrdə Qusçular hərəkatı zamanı dağıdılması ilə Sistersiyanların Sedlek monasırına bağışlanılan kitab daha sonra Brevnovskidəki Benediktin monastırı tərəfindən alınmışdır. 1477-ci ildən 1593-cü ilədək Braumovda bir monastırın kitabxanasında saxlanılmış, 1594-cü ildə isə İmperator II Rudolfun kolleksiyasına qatılmaq üçün yenidən Praqaya aparılmışdır. 1648-ci ildə 30 illlik müharibənin sonunda kolleksiya İsveç ordusu tərəfindən qənimət kimi götürülmüşdür. 1649-cu ildən 2007-ci ilə qədər əlyazma Stokholmda İsveç Kral Kitabxanasında saxlanılmışdır. 7 may 1697-ci il tarixində yanğın nəticəsində kral sarayı yanmış və nəticədə kitabxanaya ciddi zərər dəymişdir. Əlyazma pəncərədən çölə atılaraq xilas edilmişdir.
İblis boğazı
İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır.
İblis dənizi
İblis dənizi Yapon balıqçılar Filippin dənizinin şimal hissəsində yerləşən Miyakecima adasının ətrafındakı (Tokiodan 128 km cənubda) Sakit okean sularını İblis dənizi adlandırıblar. Paranormal tədqiqatçılar gəmilər və təyyarələr müəmmalı şəkildə yox olduğuna görə bu zonanı Bermud üçbucağına bənzədirlər. Ufoloji ədəbiyyatda İblis dənizində kabus-gəmilərinin və naməlum uçan obyektlərin göründüyünə dair iddialara rast gəlmək olar.
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
İblis rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
İblis (film, 2010)
İblis (Tamil dilində ராவணன், Rom: Raavanan) 2010-cu ildə Tamil dilində Mani Ratnam tərəfindən çəkilmiş və Vikram, Aishwarya Rai və Prithvirajın baş rollarda oynadığı Hindistan filmidir. İblis (Raavanan) filmi eyni vaxtda iki versiyada — hind dilində (fərqli adla — “Pis adam”/Raavan) və tamil dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur. Film Ramayana dastanı əsasında çəkilmişdir. Quldur dəstəsinin başçısı olan Viraya (Vira) polis müfəttişi olan Devin həyat yoldaşı və klassik hind rəqsləri üzrə müəllim olan Raginini qaçırır. Vira ilə Devin arasında çoxdankı haqq-hesab vardır və Vira Raginini öldürərək Devdən qisas almağa qərar verir. Müdafiəsiz qadının köməyi ilə kişidən qisas almağı alçaqlıq hesab edən Ragini Viradan iyrənir. O, Viraya deyir ki, onu öldürə bilməyəcək, buna cavab olaraq Vira ona gülür, amma eyni anda Ragininin öz canına qəsd edəcəyi üçün onu öldürə bilməyəcəyini eşidir və Ragini bundan sonra özünü uçurumdan aşağı atır.
İblis qadın (film, 1995)
"İblis qadın" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Emili Rouzun altı iblisi (film, 2005)
"Emili Rouzun altı iblisi" real əhvalata əsasən bir qızın ekzorsizmləri haqqında 2005 il trilleri. Film xatirələr silsiləsi kimi gedərkən, cinlərlə tutulmuş Emili Rouzun faciəvi taleyi və guya onun ölümündə müqəssir keşiş Murun mühakimə prosesini izləyir. Tutulmuş Emili həmçinin latın, arami və yunan dilində danışır.
Mələklər və iblislər
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Mələklər və iblislər (film, 2009)
Mələklər və İblislər (roman)
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Nəhəng dəniz iblisi
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir. Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Tasmaniya iblisi
Kisəli iblis və ya Tasmaniya iblisi (yun. Sarcophilus harrisii) — Yırtıcı kisəlilər dəstəsinə, Sarcophilus cinsinə aid olan yeganə məməli növü. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakteri onui görən ilk avropalıların onu "iblis" adlanmdırmışlar. Daxil olduğu cinsin adı "Sarcophilus", q.yun. σάρξ — ət və q.yun. φιλέω — sevmək sözlərinin birləşməsindən əmələ gəlir. Filogenetik analizlə müəyyən etmişdir ki, Tasmaniya iblislərinin ən yaxın qohumu Kvolldur. Nisbətən uzaq qohumu isə Tasmaniya canavarıdır. Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Ölçülərinə görə elə də böyük olmayan köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır.
İblisin qəsri (film, 1896)
İblisin qəsri (fr. Le manoir du diable) — qısametrajlı ilk qorxulu filmlərdən biridir. Səssiz filmdir. Qədim bəzəkli Qəsrdə uçan Yarasa naməlum səbəbdən iblisin ruhu olan Mefistofelə dönür və sehirli taxtanı götürür. Sehirli taxtadan çoxlu ruh və kabuslar çıxmağa başlayır. Mefistofel onun itaəti altına düşmüş ruhları qorxutmağa başlayır. Ruhlardan biri ona "Xaç işarəsi"ni göstərir. Bu zaman iblis yoxa çıxır. Qısametrajlı filmdə komediya intonasiyası mövcuddur. Film qorxu filmi janrında, həmçinin, vampirlər haqqında çəkilən ilk filmdir.
İblisin siyasi tarixi
İblisin Siyasi Tarixi— Daniel Defonun 1726-cı ildə yazdığı kitab. Alimlərin ümumi fikrinə görə, Defo həqiqətən şeytanı dünya tarixinin iştirakçısı hesab edirdi. O, bir müddət Con Miltonun “İtirilmiş Cənnət” əsərini müzakirə edir və onu niyə qeyri-dəqiq hesab etdiyini izah edir. O hesab edir ki, 18-ci əsrdə yaşamış bir presviterian şeytanı səlib yürüşlərində ittiham edir və onu Avropanın katolik güclərinə yaxın hesab edir. Kitab Roma Katolik Kilsəsi tərəfindən qadağan edilib. Kitabın cənab Talliverə aid olduğu siyahıya salınıb və onun qızı Meqqi Corc Eliotun “Flossy Mill” əsərində oxuyur . Baltazar Bekker Baine, Rodney M. (1962). Daniel Defoe and "The History and Reality of Apparitions". Proceedings of the American Philosophical Society, 106(4): 335–347. (abunə tələb olunur) Hudson, Nicholas (1988).
İblisin vəkili (film, 1997)
İblislə sövdələşmə (film, 2006)
İblislə sövdələşmə (ing. The Covenant) — ABŞ istehsalı olan fantastika, döyüş və qorxu janrlı film. Rejissor Renni Harlinin lentə aldığı bu film 2006-cı ildə işıq üzü görüb. Baş rollara Stiven Streyt, Sebastian Sten, Tobi Heminqvey və Laura Hemsey çəkiliblər. Film ABŞ və dünyada 8 sentyabr 2006-cı ildə təqdim olunub. 1692-ci ildə Massaçusets İpsviç kaloniyasında sirli qüvvələrə sahib 5 ailə sahib olduqları gücləri sirr tutacaqlarına dair and içmişdilər. Lakin aralarından bir ailənin bu sirri pozması nəticəsində digər ailələr tərəfindən aralarından uzaqlaşdırıldı, yalnız o günə qədər... Seçilmiş yaxşı məktəb olan Spencer Akademiyasının dört gənc tələbəsi əjdadlarından qalan bu güclərə sahibdirlər. Hər biri 1600-cü illərdə İpsviç Koloniyasında yaşayan ailələrin mirascısı olaraq həmin xüsusi qüvvələrlə birlikdə dünyaya gəliblər. Uşaqlıqdan bəri birlikdə böyüyüblər.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Mələklər və iblislər (film)
Mələklər və iblislər (orijinal adı: Angels & Demons) Den Braunun eyniadlı kitabına əsaslanan və 15 may 2009-cu ildə nümayiş etdirilən macəra filmidir. Bu, 2006-cı ildə çəkilmiş Da Vinçi Şifrəsi filminin prekvellidir. Çəkilişlər Roma və Los Ancelesdəki Sony Studiosda aparılıb. Tom Henks Robert Lenqdon rolu ilə, Ron Hovard rejissor, Brayan Qreyzer prodüser, Akiva Qoldsman isə ssenarist kimi geri qayıtmışdır. İlk baxışdan sadə bir terror qruplaşması tərəfindən törədilmiş kimi görünən Cernin qətli qəflətən köhnə çəkişmələri olan İlluminati təşkilatının Vatikanı dağıtmaq planını hazırlamasından şübhələnilir. Bundan sonra, hadisəni tədqiq etmək üçün simvoloq Robert Lenqdon Romaya dəvət edilir, burada Robertə italyan alimi Vittoria Vetra ilə müştərək işləyəcəyi və oğurlanmış antimaddəni müştərək formada axtarmalı olduqları bildirilir. Fasiləsiz davam edən axtarışlarla Robert və Vittoria 400 illik qədim simvolları tədqiq edirlər. Dan Braunun eyniadlı romanının ekran uyğunlaşdırılması olan “Mələklər və Şeytanlar” həm də müəllifin “Da Vinçi şifrəsi” filmindən sonra çəkilmiş ikinci ekran adaptasiyasıdır. Əslində, ilk kitab olan Mələklər və Şeytanlar yüksək gəlir gətirən Da Vinçi Kodunun tənqidini qırmaq məqsədi daşıyır.
İblisin vəkili
İblisin vəkili (ing. The Devil's Advocate) — Hüquqlarını qoruduğu şəxslərin günahkar olub-olmamasına baxmayaraq öz işini görən və heç bir məhkəmə zalından məğlub ayrılmayan vəkil Kevin Lomaks, böyük bir iş təklifini qəbul edər və Floridadan Nyu Yorka köçür. Yeni müdiri isə Con Milton adlı varlıdır. Əvvəlcə hər şey qaydasında gedir, Kevin yenə də öz işini görür və ona tapşırılan işlərin öhdəsindən gəlir. Lakin getdikcə Kevinin şəxsi həyatı alt-üst olmağa, yoldaşı Meri Ann ilə əlaqələri soyumağa başlayır. Bütün bu baş verənlərdə Con Miltonun mistik təsiri vardır. Official Devil's Advocate site at Warner Bros The Devil's Advocate — Internet Movie Database saytında.

Digər lüğətlərdə