Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Birman dili
Birman dili (birm. မြန်မာဘာသာ) - Çin-Tibet dillərindəndir və Myanmanın rəsmi dilidir.Bamarların danışdığı dildir.Birman dili 32 milyon nəfər tərəfindən ilk dil kimi və 10 milyon nəfər tərəfindən ikinci dil kimi danışılır.
Güman (1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Güman (film, 1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Bakuman
Bakuman. (yap. バクマン。) — Death Note müəllifləri Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış manqa və eyni adlı anime serial. == Məzmun == Rəsm bacarığı olan Maşiro Moritakaya onun sinif yoldaşı Taqaki Akito birlikdə Yaponiyanın ən böyük manqakaları olmağa təklif edir. Maşiro bu yoluynan öz sevdiyi qız — Miho Azukiya ilə evlənmək istəyir, Taqaki isə öz yazıçı talantı ilə ona kömək etməyə çalışır. == Media == === Manqa === Manqanın birinci fəsili Weekly Shonen Jump jurnalında 2008-ci ilin avqustun 11-də çıxıb. Serialın sonuncu fəsili həmin jurnalda 2012-ci ilin aprelın 23-də çıxıb. Beləliklə, üzə çıxmış 176 fəsil 2009-cu ilin yanvarın 5-i və 2012-ci ilin iyulun 4-ü arasında nəşr olunmuş 20 cild tankobonlarda toplanmışdılar. Serialın bir nəçə fəsili Jumpland rəsmi saytında yapon, ingilis, fransız və alman dillərində çıxdı; birinci fəsil 2008-ci ilin avqustun 19-da çıxdı.
Bağman
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Boquçan SES
Boquçan SES (rus. Богучанская ГЭС) — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyası. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. 2997 MVt layihə gücü olan Boquçan SES, Rusiyanın ən iri su elektrik stansiyaları sırasına daxildir. 1974-cü ildə tikintisinə başlanılan SES, 2014-cü ildə istismara verilib. Boquçan SES Rusiyanın hidroenergetika tarixində tikilmə müddətinə görə rekord sayılır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Boquçan SES ilə əlaqəli mediafayllar var.
Keyti Bouman
Keyti Bouman (ing. Katie Bouman, 9 may 1989, West Lafayette[d], İndiana) — kompüter mühəndisi, Massaçusets Texnologiya İnstitutunun magistrı, Kaliforniya Universitetinin dosenti. Onun 3 il üzərində işlədiyi alqoritm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi məlumatlar bir araya gətirilərək ilk dəfə olaraq Qara Dəliyin şəkili çəkilmişdir. == Həyatı == Keyti Bouman uşaqlığını ABŞ-də İndiana ştatının Vest Lafayette şəhərində keçirmişdir. O, 2011-ci ildə Miçiqan Universitetində elektrik mühəndisliyi təhsilini tamamladıqdan sonra Massaçusets Texnologiya İnstitutunda (MIT) elektrik mühəndisliyi və kompüter elmləri sahəsində magistr (2013) və doktor (2017) dərəcələrini almışdır. == Fəaliyyəti == Kayti Bouman ilk qara dəlik şəklinin çəkilməsinə səbəb olan alqoritmi hələ magistr təhsili aldığı zaman hazırlamağa başlamışdı. Daha sonra o, qara dəliyin fotosunu çəkmək üçün hazırlanmış beynəlxalq "Event Horizon Telescope" (EHT) qrupuna daxil olmuşdur. Boumanın yazdığı alqoritm sayəsində dünyanın fərqli bölgələrindəki səkkiz teleskopdan əldə edilən göstəricilər bir araya gətirilərək qara dəliyin görüntüsü ortaya çıxarılmışdır.
Neza Biduan
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Siquan adası
Siquan adası (ing. Seguam Island, aleut. Саӷуугамаҳ)) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. 2000-ci ilə qədər adada 1 nəfər yaşayırdı. 26 km uzunluğa, 10,9 km enə malikdir. Sahəsi 207,3 km²-dir. Adanın maksimal hündürlüyü 1154 metrdir. Siquan adasında bir neçə vulkan fəaliyyət göstərir. XVIII əsrdən indiyənə kimi 10 dəfə püskürmə baş vermişdir. Son püskürmə 1993-ci ildə qeydə alınmışdır.
Ziqmunt Bauman
Ziqmunt Bauman (19 noyabr 1925[…], Poznan – 9 yanvar 2017[…], Lids) — Sosioloq. 1957: Zagadnienia centralizmu demokratycznego w pracach Lenina [Questions of Democratic Centralism in Lenin's Works]. Warszawa: Książka i Wiedza. 1959: Socjalizm brytyjski: Źródła, filozofia, doktryna polityczna [British Socialism: Sources, Philosophy, Political Doctrine]. Warszawa: Państwowe Wydawnictwo Naukowe. 1960: Klasa, ruch, elita: Studium socjologiczne dziejów angielskiego ruchu robotniczego [Class, Movement, Elite: A Sociological Study on the History of the British Labour Movement]. Warszawa: Państwowe Wydawnictwo Naukowe. 1960: Z dziejów demokratycznego ideału [From the History of the Democratic Ideal]. Warszawa: Iskry. 1960: Kariera: cztery szkice socjologiczne [Career: Four Sociological Sketches].
Stefani Siqman
Stefani Siqman (ing. Stephanie Sigman; 28 fevral 1987, Syudad-Obreqon, Sonora) — Meksika və ABŞ aktrisası. İlk dəfə 2011-ci ildə Meksika istehsalı dram filmi "Miss Bala"da rol almışdır.
Boquçan su anbarı
Boquçan su anbarı — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyasının su anbarıdır. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. == Tarixi == İlkin mərhələdə suyun səviyyəsinin yüksəldilməsi prosesinin iki mərhələdə aparılması nəzərdə tutulurdu: əvvəlcə dəniz səviyyəsindən 185 m nişanına çatmaq planlaşdırılırdı ki, bu da anbarın həcminin 18,45 km³ olmasına bərabər idi. İkinci mərhələdə isə səniyyə 208 m-ə yəni həcminin isə 58 km³ çatdırılması planlaşdırlırdı. Su anbarının doldurulmasının başlanğıcı əvvəlcə 2011-ci ilin dekabr ayında, başa çatdırılması isə 2012-ci ilin dekabrında planlaşdırıldı. Daha sonra su anbarının su ilə doldurmağa başlanması bir neçə dəfə təxirə salındı. Əvvəlcə Boquçan SES-nı inşa edən tikinti şirkəti rəhbərliyinin elan etdiyi kimi 2012-ci ilin mart ayına planlaşdırıldı. Sonra rəsmi səbəblərə görə doldurulma qeyri-müəyyən müddətə təxirə salındı. 2012-ci ilin aprelində bəndin bir qolu bağlandı və beləliklə 29 aprel 2012-ci il tarixdə su anbarının doldurulması prosesinə başlanıldı. Tamamlama müddəti 2013-cü ilin dördüncü rübü elan edildi.
Guman Xocayev
Bala Bağman məhəlləsi
Bala Bağman məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər, Tağıyevlər, Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır. Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə "İtli küçə" deyilərdi. Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub. Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər.
Bala Bağman məscidi
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1884-cü ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilib. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir. == Həmçinin bax == Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi == İstinadlar == == Xarici keçidlər == XIX əsrin yadigarı - Bala Bağman məscidi.
Bauman küçəsi (Kazan)
Bauman küçəsi (tat.: Bauman uramı) — Tatarıstanın Kazan şəhərinin tarixi mərkəzində yerləşən piyada küçəsi. Küçə Kazan Kremlindən başlayaraq Minillik Meydanından keçib cənub şərqə doğru Tukay meydanına qədər uzanıb burada Puşkin küçəsi ilə kəsişir. == Tarixi == Bauman küçəsi Kazanın ən qədim küçələrindən biridir. Kazan xanlığının dövründə bu küçə Noqay yolu adlanırdı. 1552-ci ildə İvan Qroznının başçılığı ilə Moskva qoşunları Kazan Kremlinə hücum edəndə küçə boyunca olan cənub və şimal divarları partlayışlarla yarıldığı üçün küçə sonradan "Проломной", sonradan isə "Большой Проломной" adlandırılıb. XVI əsrdə küçənin şimalındakı mövcud tikintilərə davam edirlər, küçənin cənubunda isə sonradan burada tikilmiş kilsənin şərəfinə Boqoyavlenskiy adlı yaşayış yeri yaranır. 1930-cu ildə küçə əslən Kazandan olan inqilabçı Baumanın şərəfinə adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra küçənin adını dəyişdirərək Şalyapin qoyulması təklif edilsə də küçə hələ də Bauman küçəsi adlanır. 1986-cı ildə küçə Kazanda ilk piyada küçəsi olur. 1990-cı illərin əvvəllərində isə küçədə təmir bərpa işləri aparılır.
Bauman adına Moskva Dövlət Texniki Universiteti
N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti (rus. Московский государственный технический университет им. Н. Э. Баумана (МГТУ им. Баумана)) — Rusiyada universitet. == Fəaliyyəti == Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır. Tədris prosesi 19 fakültə əsasında həyata keçirilir. Ali məktəbdə aspirantura, doktorantura və iki profil liseyi fəaliyyət göstərir. Universitetdə təqribən 320-dən çox elmlər doktoru və 2000 elmlər namizədi çalışır. Ali təhsil ocağının əsas struktur bölmələrini fakültə və elmi-tədqiqat institutlarının daxil olduğu elmi-tədris kompleksləri təşkil edir. Bundan əlavə, peşəkar hazırlıq Moskvada və Moskva ətrafı şəhərlərdə - Reutov, Krasnoqorsk, Korolevdəki böyük müəssisələr əsasında, həmçinin universitetin Kaluqa şəhərində yerləşən filialında yaradılmış fakültələrdə aparılır.
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası
N. E. Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası (NE Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası) — ölkənin ən qədim baytarlıq universitetlərindən biridir. 31 may 1873-cü ildə bir institut olaraq açıldı və 1994-cü ildə "Baytarlıq Tibb Akademiyası" rütbəsini aldı. Xalq təsərrüfatı, habelə baytarlıq, biologiya və s. baytar həkimləri və zootexnikləri elmləri üçün hazırlayır, baytarlıq müəssisələrinin elmi və pedaqoji kadrlarla təmin olunmasına kömək edir. Akademiyada baytarlıq tibb fakültəsinə əlavə olaraq 1930-cu ildən bəri zoopark mühəndisliyi fakültəsi fəaliyyət göstərirdi və 1925–1933-cü illərdə hərbi baytarlıq tibb şöbəsi fəaliyyət göstərirdi. 1966-cı ildə Baytar Həkimləri və Müəllim Hazırlığı Fakültəsi quruldu. 1965-ci ildə Yazışmalar Fakültəsi və Hazırlıq şöbəsi 1980-ci ildə açıldı. 1959–1984-cü illərdə akademiya hərtərəfli tədqiqat və təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. Elmi sektor daha sonra Ümumittifaq Tədqiqat Baytarlıq İnstitutuna (VNIVI) çevrilir. Akademiya inqilabdan əvvəlki dövrdə (1878–1917) 2317 mütəxəssis, 1918–1992-ci illərdə 12095 baytar həkim və 4.467 zootexnik yetişdirir və İxtisasartırma Fakültəsində ildə təxminən 600 nəfər təhsil alır.