BİHAR

BİHAR1

ə. «bəhr» c. dənizlər, dəryalar.

BİHAR2

ə. «bəhr» c. bəhrlər (şeirdə).

BİHALƏT
BİHASİL
OBASTAN VİKİ
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Atal Bihari Vacpai
Atal Bihari Vacpai (hind. अटल बिहारी वाजपेयी; 24 dekabr 1924 – 16 avqust 2018[…], Yeni Dehli) — Hindistan dövlət və siyasi xadimi, 1999–2004-cü illərdə Hindistanın 14-cü Baş naziri.
Biharlılar
Biharlılar, biharilər - Hindistanın şimal-şərqində hind-ari xalqları qrupu, Biharın əsas əhalisi .. == Yaşadıqları ərazilər == Biharlılar əsasən Hindistanın Bihar ştatında yaşayırlar və ştatın əhalisinin təxminən 10, faizini təşkil edirlər. Onlar, həmçinin Hindistanın digər bölgələrində, eləcə də Nepalda və Mavriki adasında yaşayırlar. Tərkibinə maythililər (methlilər, tirhutialar, tihutialar-3,6 mln. nəfər (2000). Biharın şimalındakı Mithila vilayətində - Qanq çayından Himalay dağlarının qollarınadək; həmçinin Dehlidə, Kəlkətədə, Mumbaidə və s. şəhərlərdə yaşayırlar; Nepalda sayları 2,8 mln. nəfərdir, 2001), bhocpurilər (bhocapurilər, desvalilər, khotlalar-36,1 mln. nəfər, Biharın qərbində, həmçinin Uttar-Pradeş, Madhya-Pradeş, Assam, Qərbi Benqaliya ştatlarında, Dehli şəhərində yaşayırlar.. Böyük Moğol hokmdarı Əkbər şah 1557-1976-cı illərdə Biharı öz imperiyasına birləşdirmişdı.
Biharlılar (xalq)

Biharul-Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. == Haqqında == Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Biharul Ənvar

Lal Bihari
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur. == Həyatı == Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür. Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər.