Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viraya
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Bozayaq tinamu
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Birata etrapı
Birata etrapı (türkm. Birata etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Birata qəsəbəsidir.
Brayan Belendorf
Brayan Belendorf (ing. Brian Behlendorf; 30 mart 1973) — texnoloq, proqramçı və Azad proqram təminatı proqramının əsas rəqəmlərindən biri. Apache web serverinin əsas inkişafçısı idi. 2003-cü ildən etibarən Mozilla Fondunun idarə heyətinin üzvüdür.
Brayan Benben
Brayan Benben (ing. Brian Benben, 18 iyun 1956, Vinçester, Virciniya, ABŞ) — ABŞ aktyoru və televiziya işçisidir. == Həyatı == Brayn Benben 1956-cı ildə ABŞ-nin Virciniya ştatında satıcı ailəsində anadan olmuşdur. 1981-ci ildə "Qanqsterlər xronikası" televiziya serialında rol almışdır. Bu serialda gələcək həyat yolda Medelin Stou ilə tanış olur. Serialda Brayan qanqster rolunda, Medlin Stou isə onun həyat yoldaşı rolunda iştirak edirlər. Brayan Benben 1982-ci ildə Medlin Stou ilə evlənir və ondan 1996-cı ildə Mey adında qız övladı dünyaya gəlir. 1990-cı ildə Qaranlıq mələyi filmində Smit rolunu oynayaraq məşhurlaşır. 1998–2000-ci illərdə "Brayn Benbenin şousu" televiziya verilişinin aparıcısı olur. 2007-ci ildə sonuncu dəfə "Şəxsi təcrübə" serialına çəkilir.
Brayan Brobbi
Brayan Ebenezer Adcey Brobbi (1 fevral 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Brobbi Amsterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 7 iyun 2018-ci ildə Brobbi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Brobbi peşəkar futbolçular olan Kevin Lukassen, Derrik Lukassen və Samuel Brobbinin qardaşıdır. Brobbi öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 59-cu dəqiqədə Leo Tethanini əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. Brobbi Ayaks klubunun heyətində meydana çıxan 5-ci Afrikalı futbolçu kimi tarixə düşmüşdür. Brobbi hal-hazırda Mançester Siti və Mançester Yunayted klublarının diqqət mərkəzindədir. == Şəxsi həyatı == Brobbi Amsterdam şəhərində anadan olmuşdur.
Brayan Daffi
Brayan Daffi — (15 iyun 1933[…], London – 31 may 2010[…], Birləşmiş Krallıq) — ingilis fotoqraf. 1960–70-ci illər karyerasının ən parlaq illəri hesab olunur. == Uşaqlıq və gənclik illəri == Brayan Daffi 1933-cü ildə Londonda irlandiyalı bir ailədə dünyada gəlmişdir. II Dünya müharibəsində iki qardaş və bir bacısı ilə birlikdə ailəsində uzaq qalmaq məcburiyyətində qalsa da, bu ayrılıq uzun sürmür. Londonda vəziyyət pisləşdikcə bir neçə dəfə evdən ayrılmalı olmuşdur. Müharibədən sonra liberal məktəbinə getmiş, uşaqların mövcud vəziyyətlərini yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdur. Daha sonralar Kentiş qəsəbəsindəki məktəbdə təhsil almış, burada opera, balet, məktəb ekskursiyaları kimi bir çox sosial fəaliyyət ilə məşğul olmuşdur. Bu fəaliyyətlərə digər uşaqları da cəlb etməklə onların problemlərini həll etməyə çalışmışdır. Müəllimləri Brayanın yaradıcılıq qabiliyyətini gürüb onu "Saint Martini incəsənət məktəbi"nə (Saint Martin's School of Art) yönləndirdilər. Növbəti illlərdə paltar dizaynı kursunaa getmişdir.
Brayan Konietzko
Brayan Konietzko (ing. Bryan Konietzko) — amerikan cizgiçi, cizgi rejissoru və produsserı. "Avatar: Aanq haqqında əfsanə" və "Korra əfsanəsi" cizgi serialların müəllifi kimi bilinir. == Həyatı == Brayan Konietzko Corciya ştatında Rozuell orta məktəbini bitirib. 1998-ci ildə Rod Aylend dizayn məktəbində Bakalavr dərəcəsini alıb. Film Roman studiyada personajlar dizaynnan iştəmişdi. Orada "Family Guy" üçün personajları yaradırdı və "King of the Hill" ilə "Mission Hill" layihələrdə direktorun köməkçisi kimi iştəyirdi. Nickelodeon-da isə "Invader Zim" layihədə eskizlərin rəssamı və art direktor kimi iştəyirdi. Brayn bir musigi qrupun üzvüdür. Bu qrupun «Our Ancestor’s Intense Love Affair and At Night» və «Under Artificial Light» albomları var.
Brayan Krenston
Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəhrəmanı Volter Vaytı canlandırdığına görə məşhurlaşıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal rolunda çəkilib. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və bir "Qızıl Qlobus" mükafatı laureatdır. == Həyatı == Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub. Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub. Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi. Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb.
Brayan Qrin
Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[…], Nyu-York, Nyu-York ştatı) — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir. Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin Tezlik və Son Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür. 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir. == Bioqrafiyası == Brayan Qrin Nyu Yorkda yəhudi ailəsində anadan olmuşdur.
Brayan Sims
Brayan Kendall Sims (ing. Brian K. Sims; 16.9.1978 — Pensilvaniya Nümayəndələr Palatasının 182-ci bölgəsindən olan ABŞ Demokrat Partiyasının üzvü. 2012-ci ildə nümayəndə qismində seçilmiş Brayan Sims, eyni zamanda vəkil və LGBT vətəndaş hüquqlarının müdafiəçisi kimi də aktiv fəaliyyət göstərir. Bundan başqa, Sims Pensilvaniya tarixində qanunverici məclisə seçilmiş ilk açıq homoseksual üzvdür. == Həyatı və karyerası == Sims Vaşinqton şəhərində, iki ordu üzvü olan podpolkovnik ailəsində anadan olmuşdur. Pensilvaniya ştatına 1990-cı ildə köçməzdən öncə, Brayan Sims düz yeddi ayrı ştatda yaşamışdır. Magistratura təhsilini 2000-ci ildə Blommsburq Universitetində tamamlayan Sims, 2001-ci ildən həmin Universitetin nəzdində yaradılmış futbol komandasının ikinci kapitanı olmuş və alim-idmançı kimi məşhurlaşmışdır. Universitetin ikinci kursunda təhsil alarkən, Sims II divizionun ən uzun mövsümü zamanı komanda yoldaşlarına homoseksual olduğunu açıq şəkildə etiraf edir. Bunun nəticəsində o, NCAA (Milli Tələbə İdmanı Assosiasiyası) və regional All-American turnirinin kapitanı kimi, turnir tarixinin yeganə açıq homoseksual kimliyə sahib kollec futbol kapitanı olur. 2004-cü ildə Miçiqan Universitetinin hüquq fakültəsində oxuyarkən, Sims beynəlxalq və müqayisəli hüquq sahəsində Hüquqşünaslıq Doktoru (ing.
Brayan Singer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Skiff
Brayan A.Skiff — Amerikan astronom. O, 114P/Vaysman–Skiff (Cennifer Vaysman ilə birlikdə) və 140P/Bouell–Skiff (Edvard Bouell ilə birlikdə) kometləri də daxil olmaqla, çoxsaylı asteroidlərin və dövri kometaların kəşf edilməsində mühüm rol oynamışdır. == Bioqrafiyası == 1980-ci ildən 1997-ci ilə kimi Skiff 60-a qədər kiçik planet kəşf etmişdir. Bu siyahıya (15398) 1997 UZ23 və 37 kilometr diametrə malik qaranlıq Yupiter troyası kimi kosmik obyektlər daxildir. LONEOS layihəsi üzərində işlədiyi dövrlərdə o, 2003-cü ilin oktyabrında itirilmiş asteroid sayılan 69230 Hermes asteroidini və 2004-cü ilin mayında atir asteroid sayılan (434326) 2004 JG6 asteroidini kəşf etmişdir. Skiff 1976-cı ildən Louell rəsədxanasında astronom kimi fəaliyyət göstərir. O, həmçinin Mars Hill yay voleybol komandasında voleybolçudur. == Mükafatları və uğurları == Florian mənşəli asteroid olan 2554 Skiff onun şərəfinə adlandırılmışdır. Asteroidin rəsmi adlandırma forması 8 aprel 1982-ci ildə Kiçik Planet Mərkəzində təsdiq edilmişdir. (M.P.C. 6834).
Brayan Smit
Brayan Ceykob Smit (ing. Brian Jacob Smith; 12 oktyabr 1981, Dallas) — Amerikalı aktyor. 2005-ci ildə Cinayətə nifrət filmində Trey, hərbi elmi fantastika serialı olan Ulduz qapıları dünyası-da Metyu Skott və Səkkizinci hiss serialında Uill Qorski rolu ilə tanınır. == Həyatı və təhsili == Smit əslən Texasın Allen şəhərindəndir. O ştatın Plana şəhərində yerləşən Collin County Community Kollecində teatr proqramı üzrə təhsil alıb. Kolumbiyada Stephens Kollecində bir il təhsil aldıqdan sonra o, Nyu York şəhərinə gedərək orada Juilliard Məktəbində dörd illik drama dərslərinə qatıldı və burada Nikol Behari ilə sinif yoldaşı oldu (Group 36: 2003–2007). Smit oranı incəsənətlər üzrə bakelavr dərəcəsi ilə bitirdi.
Brayan Tompson
Brayan Tompson (ing. Brian Thompson; 28 avqust 1959, Ellensburq, Vaşinqton) — ABŞ aktyorudur. == Həyatı == Brayan Tompsonr 1963-cü ildə ABŞ-nin paytaxtı Vaşinqton ştatında dünyaya gəlmişdir. Onun anası fin əsilli, atası isə hindu əsillidir. Mərkəzi Vaşinqton Universitetinin "menecment" vəzifəsini bitirmişdir. Həmçinin, Kaliforniya Universitetini bitirərək incəsənət üzrə magistr dərəcəsini almışdır. 1981-ci ildən başlayaraq seriallarda çəkilməyə başlayır. 1984-cü ildə isə ilk dəfə olaraq Terminator filmində epizodik rolu ifa edir. 1986-cı ildə çəkilən Kobra filmində isə əsas qəddar personaj olur. 1990-cı ildə Cəsur ürək filminə çəkilir.
Brayan Treysi
Brayan Treysi (5 yanvar 1944, Şarlottaun) — Kanada əsilli Amerikalı motivasiyalı ictimai natiq və özünü təkmilləşdirmə üzrə müəllif. O, onlarla dilə tərcümə edilmiş səksəndən çox kitabın müəllifidir. Onun məşhur kitabları: Həqiqətən dəyər verdiyini qazan, O qurbağanı ye!, Bəhanələrə yox!, Daxili İntizamın Gücü və Nəailiyyət Psixologiyası. == Həyatı == Brayan Treysi 27 noyabr 1944-cü ildə, Şarlottaunda, Kanadada doğulmuşdur. Heykəltəraşlıq üzrə professor olan atası, Toronto Universitetində işlədiyindən ailə Torontoya köçür. 1952-ci ildə Kaliforniyaya köçürlər və Brayan 16 yaşınadək orada qalır. 1960-cı ildə isə onlar Britaniya Kolumbiyasına, Vankuverə köçürlər və Brayan orada Ali məktəbə daxil olur lakin, təhsilini yarımçıq qoymalı olur. Bir müddət taxta emalı sexində, fabrikdə və tikintidə işlədikdən sonra Norveçin Hanifaks yükdaşıma şirkətində işə düzəlir və gəmi ilə dünya səyahətinə çıxır. Brayan növbəti 7 ili işləyərək və səyahət edərək 80-dən artıq ölkədə olmuşdur. 21 yaşında iki dostu və Land Rover maşını ilə Saxara səhrasını keçərək Qibraltardan Qərbi Afrikaya səyahət etmişdir.
Məhəmməd Biriya
Məhəmməd Biriya və ya Məhəmməd Bağırzadə (tam adı Məhəmməd Hacı Qulam oğlu Biriya; 1914, Təbriz – 1985, Təbriz) — Azərbaycan Demokrat Firqəsinın maarif naziri. Məhəmməd Bağırzadə (Biriya) 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Quzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-cu ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1941–1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş "Vətən yolunda" qəzetində bir çox şerləri dərc olunmuşdur. Şairin şeirlərini Bakıda 1944-cü ildə "Ürək sözü" adıyla 5 min tirajla çap ediblər.
Çingiz Biriya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Brayan Horroks
Brayan Qvin Horroks (ing. Brian Gwynne Horrocks; 7 sentyabr 1895, Ranikxet[d], Britaniya Hindistanı – 4 yanvar 1985) — Britaniya hərbi komandiri, general-leytenant. O, İkinci Dünya müharibəsi zamanı "Market Qarden" əməliyyatında 30-cu Korpusun komandanlığında, 1942-ci ilin sonlarından Şimali Afrikada baş tutan döyüşlərdə komandir kimi çıxış etmişdir. Horroks Birinci Dünya müharibəsində və Rusiyada vətəndaş müharibəsində iştirak etmiş, iki dəfə əsir düşmüşdür. O, 1924-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında müasir pentatlonçu yarışında iştirak etmişdir. Horroks sonralar televiziya aparıcısı olmuş, hərb tarixindən kitablar yazmışdır. 1945-ci ildən bəri Horroks bəziləri tərəfindən müharibənin ən uğurlu Britaniya generallarından biri, "həqiqətən liderlik edən bir adam, ən sadə şəxsi əsgərə qədər hər kəslə danışan bir general" və "korpus komandiri üçün gözəl ideal" olaraq qəbul edilir. Qərbi Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Duayt Eyzenhauer onu "Montqomerinin tabeliyində olan görkəmli İngilis generalı" adlandırmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "No. 37779".
Brayan Malruni
Martin Brayan Malruni (20 mart 1939[…] – 29 fevral 2024) — Kanadalı hüquqşünas, iş adamı və siyasətçi. 1984–1993-cü illərdə Kanadanın 18-ci baş naziri.
Brayan Okonner
Brayan Okonner (29 avqust 1973 və ya 17 iyul 1978, ABŞ) — Forsaj franşizasında Pol Volkerin canlandırdığı uydurma personaj. Brayan Okonner seriyanın ilk filmi olan Forsaj filmində göründü. Filmdə baş rolları Dominik Toretto və Brayan Okonner canlandırıb. Dövlət agenti olan Brayn sevdiyi qadın Mia Torettonun qardaşı ilə iş içərisinə girib və agentlikdən qovulub. Roman Pirs ilə uşaqlıq dostudur. Brayan Okonner müasir kinonun ən məşhur personajlarından biridir və Pol Volkerə Hollivud ulduzu olmağa imkan verən roldur. O, 2002 və 2014-cü illərdə MTV Film Mükafatlarını Vin Dizellə birlikdə "ən yaxşı ekran işçi qrupu" nominasiyasında qazandı və Pol Volker bu personajla güclü şəkildə eyniləşdi. Brayan Okonnerin obrazı, Forsaj franşizasının uzunömürlülüyünün əsas səbəblərindən biri hesab olunurdu. Pol Volker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında öldükdən sonra personaj təqaüdə çıxdı.
Brayan Mey
Ser Brayan Harold Mey (ing. Brian Harold May; 19 iyul 1947[…], Hempton[d], Böyük London) — İngilis rok musiqiçisi, Queen qrupunun gitaraçısı, qrupun bir çox hitlərinin müəllifi. Britaniya İmperiyası Ordeninin (CBE) komandoru, astrofizik, fəlsəfə doktoru, "Save me" heyvanların müdafiəsi fondunun təsisçisi. == Təhsili == Mey Hempton məktəbini (ing. Hampton School) və London İmperial Kollecinin nüfuzlu Fizika və riyaziyyat fakültəsini bitirib. Brayan artıq infraqırmızı diapazonda astronomik tədqiqatlar üzrə fəlsəfə doktoru dissertasiyasını tamamlamışdı və "Queen"dəki uğuru onu elmi karyerasını yarımçıq qoymağa məcbur edəndə Nature və Kral Astronomiya Cəmiyyətinin aylıq bülletenində astronomiya üzrə iki elmi nəşri var idi. == Musiqi karyerası == Brayan yeddi yaşında gitara çalmağa başlayıb. Gənc Meyin xəyalı olan Fender Stratocaster üçün pullarının olmaması səbəbindən o, atası ilə birlikdə 18-ci əsr kaminindən kəsilmiş möhkəm palıd taxtadan, köhnə şkaf hissələrindən və parlaq düymələrdən özünün məşhur Red Special gitarasını düzəltdi. 1964-cü ildə Mey "1984" adlı tələbə qrupunu təşkil etdi və 1967-ci ildə bu qrupla Cimi Hendriksi müşayiət etdi. Qrup 1968-ci ildə dağıldı, lakin tezliklə "1984"-ün vokalçı və basçısı Tim Staffel ilə yeni bir qrup yaratmağa qərar verdilər.
Brayan Kobilka
Brayan Kobilka – (30 may 1955, Litl-Fols (şəhər, Minnesota), Minnesota) amerikalı kristalloqraf, “G zülalı ilə əlaqəli reseptorlar üzərində apardığı tədqiqatlara görə” 2012-ci il Kimya üzrə Nobel Mükafatı laureatı (Robert Lefkoviç ilə bərabər), ABŞ Milli Elmlər Akademiyasının üzvü (2011-ci ildən), tibb elmləri doktoru, Stenford Universitetinin professorudur. == Bioqrafiyası == Brayan Kobilka 30 may 1955-ci ildə Little Falls şəhərində anadan olmuşdur. O, Minnesota ştatının Dulut Universitetini bitirmiş və orada bakalavr dərəcəsi almışdır. Daha sonra Yel Universitetinin Tibb Fakültəsini yüksək göstəricilərlə oxuyaraq fərqlənmə diplomu ilə başa vurmuşdur. Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Fakültəsində rezidenturanı bitirdikdən sonra Dyuk Universitetində Robert Lefkoviçin rəhbərliyi altında tədqiqatçı kimi işə başlamışdır. Orada β2-adrenergik reseptorların klonlaşdırılmasını həyata keçirmişdir. 1989-cu ildə Stenford Universitetiə köçmüşdür. 1987-2003-cü illər arasında Hovard Hughes Tibb İnstitutunda elmi işçisi kimi işləmişdir. Brayan Kobilka, G zülalı ilə əlaqəli reseptorların strukturu və funksionallığı ilə bağlı aparmış olduğu tədqiqatları ilə məşhurlaşmışdır. Xüsusilə, B.Kobilka qrupu β2-adrenergik reseptorların molekulyar strukturunu təyin edə bilmişdir.
Brayan Şmidt
Brayan Şmidt — Stromlo Rəsədxanası və Tədqiqat Məktəbində professor və Astronomiya və Astrofizika üzrə tədqiqatları ilə tanınan alim. 2011-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Həyat yolu == 24 fevral 1967-ci ildə balıqçılıqla məşğul olan bir ailənin yeganə uşağı olaraq dünyaya gəldi. 13 yaşındaykən ailəsi Alyaskaya köçdü. Beş yaşından bəri meteoroloq olmağı dilə gətirmiş, 1993-cü ildə doktorluq dissertasiyasını bitirmiş, sonra isə Robert Kirşnerin Harvard Universitetində idarə etdiyi və II. Tip Supernova'dan 1992-ci ildə istifadə etmişdir. == Töhvələri == Şmidt 1995-ci ildə Stromlo rəsədxanasını keçmədən öncə Astrofizika Harvard Smitsonian mərkəzində 1993–1994-cü illərdə təhsil almağa davam etdi. Kainatın genişlənmə sürəti artıq I. Tip Supernova izləmə yolu ilə elmi araşdırmalar ortaya atdı. 1998-ci ildə Adam Riess ilə işləməyə başladı. Onlar birlikdə kainatın genişlənmə sürətinin getdikcə artdığını kəşf etdilər.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.