Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BLRT Grupp
BLRT Grupp — Estoniyanın ən böyük sənaye konsernlərindən biridir. Konsern gəmilərin bütün istismar müddəti boyunca texniki xidmət göstərir və eyni zamanda kompleks metal konstruksiyaların istehsalı, maşınqayırma, metalların emalı və satışı, qazların istehsalı və satışı, metal qırıntılarının işlənməsi, liman xidmətləri və nəqliyyat sahəsində etibarlı bir ortaqdır. BLRT Grupp Estoniyanın ən böyük ixracatçılarından biridir. Konsernin istehsalının yüzdə 84,2-si (2013) ixrac olunur. == Tarix == BLRT Grupp 8 dekabr 2001-ci ildə Baltik Gəmitəmiri Zavodunun bazasında qurulur. O vaxta qədər artıq zavod iri bir konsernə çevrilmişdi. bu səbəbdən şirkətin qurulması Rusiya-Baltik Gəmiqayırma fabrikinin qurulduğu 1912-ci il olaraq götürülür. Qrupun təşkili zamanı bura üç gəmi tərsanəsi və 30-dan çox törəmə müəssisə daxil idi [2]. == Struktur == 2015-ci ildən etibarən BLRT Grupp konserni Estoniya, Latviya, Litva, Ukrayna, Rusiya və Finlandiyada 54 törəmə şirkəti və 3 birgə müəssisəni birləşdirir. == Fəaliyyət göstəriciləri == 2010 — qrupun dövrüyəsi 303,8 milyon avro təşkil etdi.
Blur Studio
Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib. == Tarixi == Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır. 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı.Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir.2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər. 2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir.Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar."Blur Studio" "PlanetSide 2" oyunu üçün "Ölüm bəraət qazandırmır" adlı kinematoqraf treyler hazırlamışdılar. Onlar həmçinin "Batman: Arkham City", "Batman: Arkham Origins" və "Batman: Arkham Knight" videooyunları üçün treylerlərin müəllifləri idilər.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Flirt
Flirt və ya eşqbazlıq — vədlər səviyyəsini çox yüksəltməyib, cinsi əlaqələrin bəzi ehtimalını və ya gözləntilərini göstərən bir görüşmə forması. Mövcud münasibətləri, həm də münasibətlərin başlanmasına hazırlığ simvolu kimi qeyd oluna bilər.
Uluru
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. == Coğrafiya == Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. == Geologiya == Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albumu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Burj
Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 66,4 min (2010). == Coğrafiyası == Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı. == Tarixi == E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Kurt
Kurt — ad. Kurt Hödel — Avstriya əsilli Amerikan Kurt Sprengel — alman botaniki, həkim və filoloq. Kurt Kobeyn — musiqiçi, bəstəkar. Kurt Kalleya — Maltalı müğənni. Kurt Marti — İsveçrəli teoloq və şair.
Luri
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
&Burn
"&Burn" — amerikalı müğənni Billi Aylişin repçi Vins Steypls ilə birlikdə ifa etdiyi mahnı. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql olaraq buraxılıb. Mahnı dekabr ayında Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin yenidən buraxılmış versiyasına daxil edilib. Mahnı Aylişinin "Watch" mahnısının alternativ versiyasıdır.
Baure dili
Baure dili — Cənubi Amerikanın yerli Baure xalqı tərəfindən Boliviyanın Maqdalena bölgəsinin şimal-qərbində yerləşən Beni departamentinində danışılan dil. Baurelərin sayı 2006-cı ilin məlumatına əsasən 980 nəfər olsa da, bu dili danışanların sayı cəmi 40 nəfər qaldığından (2007-ci ilin məlumatı) Baure dili ölü dilə çevrilmək üzrədir. Bibliyanın bəzi hissələri Baure dilinə tərcümə olunmuşdur. Danışanların çoxu ispan dilinə keçirlər.Baure dili aktiv-stativ dildir.
Blerta Başoli
Blerta Başoli (alb. Blerta Basholli) — Kosovo yazıçısı, rejissoru və prodüseri. Onun debüt bədii filmi olan Pətək (2021) böyük uğur qazanır, Sandens Film Festivalı rekordlarını qırır və Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşən ilk Kosovo filmi olur. == Şəxsi həyat == Başoli Nyu-York Universitetini bitirib. O, dörd il Nyu-Yorkda yaşayır, tələbə ikən bir sıra layihələrdə, o cümlədən beynəlxalq və Kosovo festivallarında mükafatlar qazanan “Lena və mən” qısametrajlı filmi üzərində çalışıb. 2008-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində Kino Proqramı üçün Dekan Təqaüdünə layiq görülür. Başoli daha sonra Priştinaya qayıdır. Tanınmış kosovalı fotoqraf Artan Korenitsa ilə evlidir və iki övladı var. == Karyera == 2006-cı ildə Başoli ilk sənədli filmi olan “Güzgü, Güzgü....” çəkir. O, 2006-cı ildə bir sıra kinofestivalların – Sarayevo Film Festivalı, Tirana Beynəlxalq Film Festivalı, Balkan Qara Qutu Festivalı, Berlin və Nyu-York Beynəlxalq Film Festivalı və Video festivalları.
Borut Pahor
Borut Pahor - Sloven siyasi xadim və dövlət başçısı. 2008-2012-ci illərdə Baş Nazir, həmin tarixdən sonra ölkə prezidenti seçilmişdir.
Bulat (Əbyəlil)
Bulat (başq. Булат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bulat kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 40 km., kənd sovetliyindən (Selin): 5 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 8 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Bulat Utemuratov
Bulat Utemuratov (qaz. Болат Жамитұлы Өтемұратов; d. 13 noyabr 1957, Buxara, Özbəkistan SSR, SSRİ) — Qazaxıstan milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Qazaxıstan Tennis Federasiyasının prezidenti. Onu "Qazaxıstanın boz kardinalı" adlandırırlar. == Həyatı == Bulat Utemuratov 13 noyabr 1957-ci ildə Qazaxıstan SSR-in Quryev şəhərində anadan olmuşdur. 1981-ci ildə Xalq Təsərrüfatı Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra institutda qalıb müəllim kimi işləmişdir. 1986-cı ildə ticarətə və ardınca da birdən-birə yüksəlməyə başlayır. Qazaxıstan SSR Ticarət İcraiyyə Komitəsində baş inspektor vəzifəsinə təyin edilib.
Bulat Xayernasov
Bulat Xayernasov (d. 30 sentyabr 1994-ci il, Ufa, Başqırdıstan Respublikası, Rusiya Federasiyası) — Başqırd əsilli Rusiya futbolçusu, "Vityaz Podolsk" futbol klubunun oyunçusu. Hücumçu mövqeyində oynayır.Xayernasov, 21 iyul 2012 tarixində Rusiyanın PFL ikinci divizionunda "Qorniyak Uçalı" üçün olan oyunda, "Sızran-2003 Sızran" FK ilə qarşılaşmada debüt etmişdir.
Buğurt qalası
Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam. == Coğrafi mövqe == Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. == Şirvanşahlar dövründə == Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Emili Blant
Emili Oliviya Laura Blant (ing. Emily Blunt; 23 fevral 1983[…]) — Böyük Britaniya aktrisası. 23 fevral 1983-cü ildə Londonda anadan olmuşdur. 2006-cı ildə "Gideonun qızı" televiziya filmində ifa etdiyi 2-ci plandakı roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Faik Bulut
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.